Fish book son indd


Q.M.Palatnikov, R.Y.Qasımov



Yüklə 38,66 Kb.
Pdf görüntüsü
səhifə7/49
tarix30.12.2017
ölçüsü38,66 Kb.
#18814
1   2   3   4   5   6   7   8   9   10   ...   49

Q.M.Palatnikov, R.Y.Qasımov
22
1934 – Azov bölgə yarımnövü. Xəzər dənizi daxilində üç formaya bölünür: 
Kür, Ural və Volqa formaları. Bu formalar cinsi yetkinlik, inkişaf templəri və 
törəmə qabiliyyətlərindəki fərqlər istisna olmaqla morfoloji cəhətdən, demək 
olar ki, eynidirlər. Bölgənin də payızda kürü tökən və yazda kürü tökən for-
maları vardır. 
Dənizin bütün ərazisində rast gəlinir, çoxalmaq üçün Xəzər hövzəsinin 
çaylarına - Kürə, Volqaya, Urala, Terekə və Sefi druda daxil olur. 
Azov və Qara dəniz hövzələrində, tək-tək hallarda Adriatik dənizinin 
şərq hissəsində təsadüf edilir, bəziləri Anadolu çaylarına daxil olurlar. Yem 
tapmaq məqsədilə dayaz sularda 1,5-30 metr dərinliklərdə üzürlər. Qış 
mövsümündə 130-180 metr dərinlikdə  təsadüf edilsə  də, bu balıqların çox 
hissəsi 10-60 metr dərinliklərə üstünlük verir. Arealı daxilində kürü tökmə, 
qışlama və yem axtarma miqrasiyaları edir. 
Bu yırtıcı balıqdır, qida obyektlərini fəal  şəkildə axtarır və tutur. Ca-
van balıqlar birinci il ərzində qarışıq yemlə: xərçəngkimilər, molyusk və 
balıqlarla qidalanırlar. Dənizdə olduqları birinci ay (iyunda) ərzində onlar 
əsasən xərçəngkimilərlə qidalanır. Sonra suyun axarının azaldığı dövrdə 
xərçəngkimilər azaldığı zaman rasionlarına çoxlu xubalıq daxil edirlər.
Kürüdən çıxan bölgə sürfələri axarla dənizə aparılan zaman aktiv qida-
lanmaya keçərək çaylarda yanüzgəclilərlə, molyusklarla, ağcaqanad sürfələri 
– xironomidlərlə, göl milçəkləri, milçək sürfələri ilə, həmçinin oliqoxetlərlə, 
kürü, nərəkimilərin və başqa balıqların sürfələri ilə qidalanırlar. Bölgənin iri 
cavan nümunələri isə cavan uzunburunları və nərələri yeyir. Fəal qidalanma-
ya keçdikdə, cavan bölgələrdə hannibalizm müşahidə edilə bilər. Yetkinlik 
yaşına çatmış balıqlar əsas etibarilə balıqlarla qidalanır. Bölgənin qidalanma-
sı mövsümdən və qidalanma yerindən asılı olaraq dəyişir. Bölgənin qarnında 
cavan suiti tapılması halları da olmuşdur. 
Bölgə yetkinlik yaşına nisbətən gec çatır. Erkəklərin əsas hissəsi 12-15 yaş-
larında, dişilər isə 15-20 yaşlarında cinsi yetkinliyə çatırlar. Volqada erkəklər 
10-15 yaşlarında, dişilər isə 16-22 yaşlarında cinsi yetkinliyə çatırlar. 
Bölgə balığı kürüsünü bərk substrata – daşlara, çaqıl daşlara, çınqıla, iri 
dənəli quma və s. üzərinə tökür. 
Mingəçevir SES-in inşasından sonra Kür çayında bölgənin təbii kürü 
tökmə yerləri demək olar ki, qalmamışdır. Yalnız balıq zavodlarında süni 
şəraitdə çoxaldılır. 
Ural bölgəsi kürü tökmək üçün Atırau şəhərindən 400-1200 km yuxarıda 
çınqıl daşlı və çınqıllı yerlərdən istifadə edir. 922 km yararlı ərazidə təxminən 


Nərəkimilər – dinozavrların həməsrləri
23
70 kürü tökmə yeri qalmışdır. Payızda kürü tökən bölgənin əsas hissəsi 6-12 
metr dərinlikdə, çayın Çapayevo şəhərindən (Uralın mənsəbindən 650 km) 
Uralsk şəhərinə (Uralın mənsəbindən 850 km) qədər olan sahədə kürü tökür. 
İnkişaf edən kürüyə Uralın deltasında da rast gəlmək olar. 
Volqa bölgəsi Volqoqrad su qovşağından aşağıda Volqanın nizamlanma-
mış hissəsində Volqoqrad şəhəri ilə Kamennıy Yar qəsəbəsi arasında kürü tö-
kür. Kürü əsasən qaya parçalarının, bərkimiş gillərin, çaqıl daşların iri dənəli 
qumların üzərinə tökülür. Bölgə 10-30 metr dərinliklərdə su axınının 1-2,5 
m/s sürətində kürü tökür. 
Çoxalma müddətləri. Payızda kürü tökən bölgə suyun temperaturu 
7-11º C dərəcəyə çatdıqda, yazda kürü tökən bölgə isə suyun temperaturu 
10-15º C dərəcəyə çatdıqda kürü tökür. 
Bölgənin sonrakı dövrlərdə kürü tökməsi barədə dəqiq məlumatlar yox-
dur. Erkəklər 3-4 ildən sonra, dişilər isə 4-6 ildən sonra təkrar kürü tökürlər. 
Volqa bölgəsi erkən yazın əvvəlində (aprelin sonu, mayın əvvəli) suyun tem-
peraturu 6-16º C çatdıqda kürü tökür.
Nəsl vermə qabiliyyəti. Dişilərin törəmə qabiliyyəti onların çəkiləri, 
uzunluqları  və yaşları ilə müəyyən edilir. Ural bölgəsinin uzunluğu 136-
405 sm arasında olur, lakin daha çox 200-260 sm uzunluqlu fərdlərinə rast 
gəlmək olur. Son illərdə dişilərin orta uzunluğunun 245,0 sm, erkəklərin isə 
210,6 sm olduğu müşahidə edilir. Törədicilərin minimum yaşları 12, maksi-
mum yaşları 39-dur. Yetkinlik yaşına çatmış Volqa bölgələrinin bədənlərinin 
uzunluğu 180 sm və daha çox olur. Dənizdə yemlənmə yerlərində populya-
siyanın daha çox yetkinliyə çatmamış fərdlərinə rast gəlmək olur. 11 yaşında 
(erkəklər) və 16 yaşında (dişilər) olan bölgənin ayrı-ayrı  fərdləri yetkinliyə 
çataraq kürü tökmək üçün miqrasiya edirlər. Erkəklərin maksimum yaş 
həddi 35-40, dişilərin isə 16-dan 50-55-ə  qədərdir. Volqa bölgəsi dişisinin 
orta çəkisi 114,6 kq, uzunluğu 239,7 sm, erkəyinin orta çəkisi 62,8 kq, uzun-
luğu 204,7 sm-dır. Dişilərin yaşı 22,7, erkəklərin yaşı 17,7 ildir. Populyasiya 
nəsl vermə qabiliyyəti 1971 milyon kürüdür. Dişilərin yaşı çox olduqca, nəsl 
vermə qabiliyyətləri də yüksək olur. Hal-hazırda Volqa bölgəsinin mütləq 
orta törəmə qabiliyyəti 680-800 min kürüdür. 
Təbiətdə bölgənin – cökə x bölgə, bölgə x cökə, bölgə x uzunburun, bölgə 
x qaya balığı, bölgə x nərə hibrid formalarına rast gəlmək olur. 
Azərbaycanda Kür Eksperimental balıqyetişdirmə zavodunda ilk dəfə 
bölgə x uzunburun hibridi alınmışdır. Bu hibrid müvəff əqiyyətlə Leninqrad 
vilayətində Ropşin gölünə gətirilmişdir. 


Q.M.Palatnikov, R.Y.Qasımov
24
Volqada və Donda süni mayalanma yolu ilə davamlı hibridlər - bölgə x 
cökə (bester) əldə edilmişdir. 
Dənizdə bölgənin, demək olar ki, düşməni yoxdur. Onun üçün daha çox 
çirklənmələr, oksigen çatışmazlığı, həmçinin embrional, sürfə  və körpəlik 
dövrlərində yırtıcı balıqlar təhlükə törədir. 
Birinci ildə bölgə körpələri bentofaq olaraq dənizdə məskunlaşdığı üçün 
o nərəkimilər fəsiləsindən olan balıqlar -  xulbalıq, karp kimi digər balıqların 
cavan fərdləri ilə yem uğrunda mübarizə apara bilir. 
Yaşlı bölgə suiti və  sıruf balığı ilə  rəqabət apararaq karp fəsiləsindən 
olan balıqlar, xüsusilə külmə balığı ilə qidalanırlar. Dənizdə bölgə ilə ən çox 
digər iri yırtıcı olan Xəzər suitisi arasında daha gərgin rəqabət münasibətləri 
müşahidə edilir. Digər tərəfdən, cavan suitilərin özləri, xüsusilə qışda və ya-
zın əvvəlində, iri bölgələrin yeminə çevrilirlər. 
Bölgənin ömrü çox uzundur – ayrı-ayrı fərdlər 100 il və daha çox yaşa-
yırlar. 
Volqa-Xəzər rayonunda 1827-ci ildə 1,5 ton ağırlığında bölgə tutulmuş-
dur. 1924-cü ildə Xəzər dənizində Biryuçi kosa adlanan yerdə çəkisi 1228 kq 
olan bölgə ovlanmışdı. 11 may 1922-ci il tarixində isə Volqada 1220 kq ağır-
lığında dişi bölgə tutulmuşdu. Ümumi çəkisi 1400 kq, yumurtaları isə 400 
kq olan bölgəyə də təsadüf edilmişdir. Ural çayı tərəfdə 180 kq kürüsü da-
xil olmaqla, ümumi çəkisi 1000 kq-dan artıq olan bölgə ovlanmışdır. 1973-cü 
ildə elmi tədqiqat ekspedisiyası zamanı Azərbaycanın Nərəkimilər və Balıq 
təsərrüfatı Elmi Tədqiqat İnstitutunun alimləri tərəfi ndən çəkisi 1000 kq-dan 
çox olan bölgə tutulmuşdu. 1988-ci ilin yazında Azərbaycanın Neft çala ra-
yonu ərazisində olan Kür çayında balıqçılar 690 kq və 727 kq ağırlığında iki 
bölgə tutmuşdular. Uralda 1986-cı ilin aprelində 156 kq kürüsü və 867 kq 
ümumi çəkisi olan bölgə tutulmuşdu. 


Yüklə 38,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə