Fish book son indd


Nərəkimilər – dinozavrların həməsrləri



Yüklə 38,66 Kb.
Pdf görüntüsü
səhifə5/49
tarix30.12.2017
ölçüsü38,66 Kb.
#18814
1   2   3   4   5   6   7   8   9   ...   49

Nərəkimilər – dinozavrların həməsrləri
15
DİNOZAVRLARIN HƏMƏSRLƏRİ
Nərəkimilərdən olan balıqlar hazırda yaşayan onurğalı canlıların  ən 
qədimlərindəndir. Onların əcdadları hələ Yur dövründə dənizlərdə üzürdülər. 
Onların izlərinə tabaşir çöküntülərində rast gəlinir. Məlum olan nərələrdən 
ən qədimi – erkən Yur dövründən olan Xondrosteusdur. Onun qalıqla-
rı göstərir ki, demək olar, milyon illər  ərzində  nərələr heç dəyişməmişdir. 
Qədim dövrlərdə yaranmalarına və primitiv morfoloji göstəricilərinə baxma-
yaraq, bu yaxınlara qədər nərəkimilər fəsiləsindən olan balıqlar Yerin demək 
olar ki, bütün şimal yarımkürəsini əhatə edən geniş ərazidə yaşayırdılar. 
Nərəkimilər fəsiləsindən olan balıqların yayıldığı ərazilər
Canlıların sistematikasında nərəkimilər fəsiləsindən olan balıqların möv-
qeyi:


Q.M.Palatnikov, R.Y.Qasımov
16
 Tip: 
Chordata (Xordalılar)
 Yarımtip: Vertebrata 
(Onurğalılar)
 Sinif: 
Pisces (Balıqlar)
 Yarımsinif: Actytoperygil 
(Şüapərlilər)
 Üstdəstə: 
Chondrostei (Qığırdaqlı qanoidlər)
 
Dəstə: 
Acipenseriformes (Nərəyəbənzərlər)
 
Fəsilə: 
Acipenseridae (Nərəkimilər)
 Cinslər: 
 Huso (Ağ balıq – bölgə) 2 növ; Acipenseridae 
(Nərələr18 növ; Scaphirhuncus 
(Kürəkburunlar) 2 növ; Pseudoscaphirhuncus 
(Yalançı kürəkburunlar) 3 növ
 Kürəkburunlar Fəsiləsi:   (Polyodontidae)
 
İki növ:  
Kürəkburun (Polyodon spathula);
Psefur (Psephurus gladius).
NƏRƏKİMİLƏR FƏSİLƏSİ (ACİPENSERİDAE)
Nərəkimilər fəsiləsindən olan balıqlar keçici, yarım keçici və  şirin su 
balıqlarıdır;  şimal yarım kürəsinin – Avropanın,  Şimali Asiyanın və  Şimali 
Amerikanın sularında məskun laşmışlar. 4 növü məlumdur: ağ balıq – bölgə, 
nərələr, kürəkburunlar və yalançı kürəkburunlar. 
       Nərəyəbənzər balıqlarla qığırdaqlı balıqların görünüşündə bir sıra ümu-
Nərə balığının başı 
(aşağıdan görünüş)
mi xüsusiyyətlər vardır. Xarici görünüşcə də onlar bir 
qədər köpək balıqlarına bənzəyirlər. 
      Nərəkimilər fəsiləsindən olan balıqların bədəni 
milşəkilli, beş  sıra sümük pulcuqlarla örtülmüş olur – 
bir sıra kürəkdə, iki sıra yanlarda, qalan iki sıra da qarın 
nahiyəsindədir. Sıralar arasında kiçik sümük dənəcik 
və lövhəciklərl səpələnmişdir. Üzü uzunsov, konusvari 
və ya kürəkşəkillidir. Ağız  ətli dodaqlarla əhatə olun-
muş və başın aşağı hissəsində yerləşir, bəzi balıqlarda 
ağızın ucları başın kənarlarına qədər çatır. Üzün aşağı 
hissəsində eninə sırada 4 bığ yerləşir. Ağız qabağa çıx-
mış, dişsizdir, lakin körpələrdə zəif dişlər vardır. 
Döş üzgəcinin ön şüası çox qalınlaşmış  və tikana 
çevrilmişdir. Kürək üzgəci geriyə  çəkilmişdir. Üzmə qovuğu adətən yaxşı 


Nərəkimilər – dinozavrların həməsrləri
17
inkişaf etmiş (bəzi nərəkimilərdə, məsələn, yalançı kürəkburunda, rudimen-
tar), qarın və bağırsaqlarla birləşmişdir. Daxili skeleti qığırdaqdandır, qa-
lın birləşdirici qılafl a örtülmüş bel teli (xorda) bütün ömrü boyu saxlanılır. 
Fəqərələrin bədəni inkişaf etmir, amma alt və üst qövsləri mövcuddur. 
Quyruq üzgəci köpək balıqlarında olduğu kimi heteroserkaldır. 
Nərəkimilər fəsiləsindən olan balıqlarla sümüklü balıqlar arasında or-
taq cəhət onlarda kəllənin sümüklü örtüyüdür, başqa sözlə, kəllə beş sıra iri 
sümük lövhəciklərlə (pulcuqlar) örtülmüşdür. Bu balıqlarda sümükdən olan 
qəlsəmə qapağı və bağırsaqlara birləşən üzmə qovuğu da mövcuddur. 
Sümüklü balıqlarda olmayan arxaik quruluş xüsusiyyətləri başqa milpərli 
balıqlar arasında ən çox nərəkimilər fəsiləsindən olan balıqlarda müşahidə 
olunur. Belə ki, oxvari skletin əsasını sümükləşməyən xorda təşkil edir; da-
xili skelet və xeyli dərəcədə daxili kəllə qutusu da qığırdaqdan ibarətdir, iri 
üst pərli quyruq üzgəci heteroserkaldır. Bədənin üzərində qanoid pulların 
rudimentləri sayılan sümük lövhəciklərdən “pulcuqlardan” ibarət beş eninə 
sıra vardır. Qığırdaqlı balıqlarda olduğu kimi, nərəkimilər fəsiləsindən olan 
balıqlarda da sufışqıran –qəlsəməli qapağın qırağında qəlsəməli dəliyə gedən 
xüsusi dəlik qalmışdır. Ürəkdə arterial konus, bağırsaqlarda isə köpək balığı-
na bənzər balıqlarda olduğu kimi spiral klapan vardır. 
Nərəkimilər fəsiləsinin nümayəndəsi – Kaluqa (Huso dauricus)
Bu əlamətlərə əsasən bəzi müəllifl ər belə hesab edirdilər ki, nərəkimilər 
fəsiləsindən olan balıqlar qığırdaqlı balıqlara bənzəyən çox primitiv qrup-
durlar. Başqa sözlə, bu müəllifl ərin  fi krincə, nərəkimilər fəsiləsindən olan 
balıqlar sümüklü balıqlarla bir əcdaddan deyil, həm də köpək balıqlarının 
törədikləri primitiv qığırdaqlı balıqlardan törəmişlər. 
 Belə müddəaların nəticəsi isə çox mübahisəli idi. Məhz nərəkimilər 
fəsiləsindən olan balıqların sayı kəskin şəkildə azalmağa başladıqda, onların 


Q.M.Palatnikov, R.Y.Qasımov
18
xilas edilməsi sualı qalxdı. Belə etirazlar səslənməyə başladı ki, əgər bu balıq-
lar primitivdirlərsə, onları xilas etməyə dəyməz, çünki onların məhv olması 
təkamülün təbii bir prosesidir və onlar sadəcə, daha yüksək inkişaf etmiş 
sümüklü balıqlarla rəqabətə davam gətirmirlər. 
Lakin qazıntılar nəticəsində tapılmış və müasir balıqların müqayisəli anato-
mik təhlili nəticəsində akademik Berq və başqa alimlər əks fi kirlər irəli sürdülər. 
Onların  fi krincə, nərəkimilər fəsiləsindən olan balıqlarda primitiv əlamətlər 
fetalizasiya, yəni inkişafın son mərhələlərinin ixtisarı və spesifi k adaptasiyala-
rın  əldə edilməsi sayəsində qorunub saxlanılmışdır. Beləliklə  də, nərəkimilər 
fəsiləsindən olan balıqların qığırdaqlılarla müşahidə edilən oxşarlıqları ikinci 
dərəcəli xarakter daşıyır və konvergensiya kimi qiymətləndirilə bilər. 
Çökədən başqa nərəkimilər fəsiləsindən olan balıqlar uzun ömürlü ba-
lıqlardır. Müxtəlif hövzələrdə və çaylarda cinsi yetkinlik müxtəlif vaxtlarda 
baş verir. Nərəkimilər fəsiləsindən olan balıqlar (cökədən başqa) hər il kürü 
tökmürlər. Kürü tökdükdən sonra nəsil verən balıqlar çaylardan dənizə üzür
inkişaf edir və yenidən çaylara kürü tökməyə gedirlər. Amma bu dəfə kürüləri 
daha iri və sayca daha çox olur. Adətən nərəkimilər fəsiləsindən olan balıqları 
ləng böyüyən və gec yetkinliyə çatan balıqlara aid edirlər. Lakin nərəkimilər 
çəkilərinin artım sürətinə görə ən tez böyüyən balıqlar sırasındadırlar. 
Əgər onlar cinsi yetkinliyə başqa balıqlara nisbətən gec çatırlarsa, böyük 
ölçüləri (cökədən və kürəkburunlardan başqa) cinsi inkişafda geri qalmanı 
kompensasiya edir. İri ölçülü növlərdə (uzunburun, nərə, bölgə) cinsi yetkin-
lik erkəklərdə 5-13 yaşlarından 8-18 yaşlarına qədər, dişilərdə isə 8-12 yaşla-
rından 16-21 yaşlarına qədər olan dövrdə baş verir. Nərəkimilər fəsiləsindən 
olan balıqlardan ən tez yetkinliyə çatanları Don və Dnepr çaylarına, ən gec 
yetkinliyə çatanları isə Volqaya daxil olanlarıdır.
Kürü tökmə yaz-yay aylarında çaylarda nisbətən iti axında baş verir 
(nərəkimilər fəsiləsindən olan balıqlar dənizdə kürü tökmürlər); nərəkimilər 
fəsiləsindən olan balıqların kürüsü yapışqanlıdır, qaya parçalarına və çınqıl 
daşlara möhkəm yapışır. Cökə və uzunburun balıqlarının kürü tökmək üçün 
təsadüfi  hallarda çaydan çaylağa çıxması da məlum olmuşdur. 
Nərəkimilər fəsiləsindən olan balıqların sürfəsi (uzunburun)


Yüklə 38,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə