Fish book son indd


Q.M.Palatnikov, R.Y.Qasımov



Yüklə 38,66 Kb.
Pdf görüntüsü
səhifə14/49
tarix30.12.2017
ölçüsü38,66 Kb.
#18814
1   ...   10   11   12   13   14   15   16   17   ...   49

Q.M.Palatnikov, R.Y.Qasımov
44
BİLİRSİNİZMİ
Latın dilində nərəkimilərin elmi adı “qiymətli” deməkdir
Artıq beş milyon ildən çoxdur ki, nərə balığı yer üzündə yaşayır, 
onun yaşam dövrü hətt a dinozavrlardan və mamontlardan da 
çoxdur.
I Pyotrun hakimiyyəti illərində  nərəkimilərin kürü tökmə 
dövründə balıqları hürkütməmək üçün kilsə zənglərinin çalınması 
qadağan edilirdi, bütün avarları isə yumşaq əskiyə bükmək tələb 
olunurdu.
Atlantika nərəsi, sözsüz ki, nərəkimilər fəsiləsindən olan balıq 
növləri arasında  ən böyüyüdür. 1939-cu ildə Ladoqa gölündə 
uzunluğu 283 sm, çəkisi isə 130 kq olan nərə balığı tutulmuşdu. 
Atlantika nərə balığının ovlanması, ovu tam qadağan olunmuş 
balıqlar siyahısına daxil edilmişdir.
İndiyə qədər balıqçı tərəfi ndən tutulmuş ən iri nərə balığının 
çəkisi 212,28 kq olmuşdur. Bu balığı Coui Pallota 1983-cu il 
iyulun 9-da Benişidə (Kaliforniya, ABŞ) tutmuşdur.
Çox az adam bilir ki, nərəkimilər fəsiləsinin nümayəndələri 
uzunömürlü balıqlar sayılırlar. Onlar 150 ilə  qədər yaşayırlar, 
lakin hal-hazırda bu balıqlar məhv olma təhlükəsi qarşısındadır.


Nərəkimilər – dinozavrların həməsrləri
45
Atlantika  (uzunburun)  nərəsi  (A.oxyrinchus) – Labradordan Meksika 
körfəzinə qədər Amerikanın Atlantik sahillərində yayılmışdır.
Sayı azalmaqda olan növdür. TQBİ-nin Qırmızı Kitabına II kateqoriya ilə 
daxil edilmişdir. 
Uzunburun nərə (A.oxyrinchus) A.sturio Atlantik nərəsinə yaxındır və 
bəzən onun Şimali Amerika sahillərində yayılmış yarımnövü də hesab edilir. 
Uzunluğu 2,5-3,5 metrə, çəkisi 160 kq-a çatan çox iri balıqdır. XX əsrin birinci 
yarısına aid olan ədəbiyyat mənbələrində bu balığın çəkisi 270 kq-a(1932-ci 
il) və hətt a 365 kq-a (1924-cü il) qədər olan nəhəng nümunələrinin tutulması 
barədə məlumatlar var. 
Avropa Atlantik nərəsindən quyruğunun üst yelpiyinin ilə nisbətən 
uzun olması ilə  fərqlənir. Cavan və yaşlı nümunələri, demək olar ki, eyni 
rəngdədir: kürək və baş hissə tünd-göy, hətt a qara, yan hissələri isə nisbətən 
açıq rəngdədir. Pulcuqları açıq, təzadlı  rəngdədir. Qarın hissəsi ağ, bəzən 
zərif çəhrayıya çalan rəngdə olur. Labrador və S.Lavrentiy çayından Florida-
ya qədər Şimali Amerikanın Atlantiuk sahilləri boyunca, cənubda isə Meksi-
ka körfəzindən Missisipinin mənsəbinə qədər yayılmışdır. 
Tipik keçici nərədir. Kürü tökmək üçün Kanadanın və ABŞ-ın bir çox 
çaylarına, o cümlədən S. Laurentiy çayına və onun qollarına, S. Con, Dela-
ver, Qudzon, Potomak, Merrimak və Appallaçdan gələn (Şimalı və Cənubi 
Karolina, Corciya, Luiziana ştatlarındakı) nisbətən kiçik çaylara daxil olur. 
Kürü tökmək üçün çox az – dənizdən cəmi 140-200 km məsafəyə  qədər 
çaylarla yuxarı qalxır. Nəsil verən balıqların əksəriyyəti çaylara yazda da-
xil olur, lakin az sayda payızda kürü tökən fərdləri də mövcuddur. Cənub 
çaylarında kürü tökmə mart-aprel aylarına,  şimala getdikcə isə (S. Lav-
rentiy çayının qolları) iyuna təsadüf edir. Törəmə dövründə suyun tem-
peraturu 12-18° C olur. Kürü dənəcikləri nisbətən kiçik olur – 1 qramda 
100 ədəd, onların diametri isə 2,5-2,7 mm olur. Nəsl vermə qabiliyyəti çox 
böyükdür - təxminən 3,7 milyon ədəd, iri dişilərdə adətən 800 min – 2,4 
milyon  ədəd. Kürü tökdükdən dərhal sonra nəsil verən balıqlar okeana 
qayıdırlar. 
Cavan fərdlər tez böyüyürlər; avqust-sentyabr aylarında (S.Lavrentiy 
çayı) kiçik balığın uzunluğu 13-20 sm olur. Bir neçə il estuari zonalarında 


Q.M.Palatnikov, R.Y.Qasımov
46
az duzlu sularda qaldıqdan sonra onlar 76-92 sm uzunluğa çataraq okeana 
gedirlər.
Uzunluğu ən azı 122 sm-ə çatdıqda yetkinləşir. Cavan balıqlar estuarilərdə 
xironomidlər, həşəratların sürfələri və molyusklarla qidalanırlar. Dənizdə qi-
dasını balıqlar və molyusklar təşkil edir. 
Bu nərə növünün sayı barədə  məlumat yoxdur. XX əsrdə 70-ci illərin 
sonu – 80-ci illərin  əvvəllərində  təkcə  Şimali və  Cənubi Karolinada 60 ton, 
ümumilikdə isə ABŞ-da və Kanadada 100-130 tona qədər ovlanırdı. Onun ov-
lanması müxtəlif ştatlarda müxtəlifdir: tam qadağadan tutmuş lisenziyalı və 
tam azad ova qədər müxtəlif tədbirlərlə tənzimlənirdi. Bu nərə balığının sayı-
nın bərpa edilməsi və onun süni şəraitdə yetişdirilməsi məqsədilə geniş miq-
yaslı proqramın həyata keçirilməsi üçün əlavə bioloji məlumatlara ehtiyac var. 
Ağ  nərə  (A.transmontanus)  yayılma yerləri– Alyaskadan Kaliforniyaya 
qədər Sakit Okean sahilləri.
Yaşıl nərə  (A.medirostris) yayılma yerləri – Aleut adalarından Meksika 
sərhədinə qədər Sakit Okean sahilləri.
Çin nərəsi (A.sinensis) yayılma yerləri – Yantszı çayı, Mirvari çayı və Çin 
dənizi hövzəsi. 
Qısaüzlü nərə (A.brevirostrum) yayılma yerləri – Şimali Karolina, Flori-
da, ABŞ.


Nərəkimilər – dinozavrların həməsrləri
47
Göl nərəsi (Acipenser fulvescens rafi nesgue, 1817) yayılma yerləri – ABŞ-ın 
Böyük Amerikan gölləri, S.Lavrentiy çayı hövzəsi.
Çox işlənilən adı: Göl nərəsi, şirin su nərəsi, çay nərəsi, sümüklü nərə.
Sayı azalan ğöl, çay nərə balığı. TQBİ-nin Qırmızı Kitabına II kateqori-
ya ilə daxil edilmişdir. Uzunluğu 206 sm, çəkisi isə 86 kq-a qədər ola bilir. 
Həmin rayonlarda məskunlaşmış kütburunlu nərədən  A.brevirostrum daha 
uzun və sivri uclu burnu və quyruq üzgəcinin daha qısa üst pəri ilə fərqlənir. 
Rəngi yaşından və məskunlaşma yerindən asılıdır. Adətən bədənin bel və yan 
hissələri boz-qara və ya zeytun –qəhvəyi, qarın hissəsi isə ağ və ya sarımtıl 
rəngli olur. Gənc fərdlərinin rəngi yaşlılarına nisbətən daha açıq, yanlarında 
və burunlarında isə tünd ləkələri olur. 
Bu balıqlara Missisipi çayı, Böyük Göllər, S.Lavrentiy çayından  şimala 
tərəf Qudzon körfəzinə qədər, Vinnipeq gölü, Saskaçevan çayı hövzələrində 
rast gəlmək olar. Onlar Şimali Amerikanın bir sıra nisbətən kiçik göllərinə - 
Mendota, Monona, Vinqra, Böyük Kedr və s. də gətirilmişdir.
Nərə balığının dişiləri 20-25 yaşlarında yetkinləşir və uzunluqları 120-140 
sm olur. Onlar 4-6 ildə bir dəfə çoxalırlar. Erkəklər 15-20 yaşlarında yetkinliyə 
çatır və uzunluqları 100-120 sm olur. Onlar iki ildə bir dəfə, bəziləri isə hər il 
çoxalmada iştirak edirlər. 
Nərə balığının dişiləri erkəklərindən daha çox yaşayır: 30 yaşlından yu-
xarı nərələrin 97%-ni dişilər təşkil edir. Kürünü çaylarda çaqıl daşlı yerlərdə, 
aprelin sonundan iyunun ortalarına qədər tökürlər. Axının səviyyəsi yüksək 
olduğu vaxtlarda kürü tökmə  əsasən suyun temperaturu 14ºC çatdıqda, 
axının səviyyəsi aşağı olduqda isə 14,5-15º C temperaturda başlayır. Kürü 
tökmə yerlərinə erkəklər dişilərdən tez gəlir. Onlara adətən səkkiz və ya daha 
çox saylı qruplarda rast gəlmək olur. Kürü tökmə yetkin dişi balıqda həmin 


Yüklə 38,66 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə