Fish book son indd


Q.M.Palatnikov, R.Y.Qasımov



Yüklə 38,66 Kb.
Pdf görüntüsü
səhifə17/49
tarix30.12.2017
ölçüsü38,66 Kb.
#18814
1   ...   13   14   15   16   17   18   19   20   ...   49

Q.M.Palatnikov, R.Y.Qasımov
54
dərəcədə daha az təsadüf olunur. Biologiyası çox zəif öyrənilmişdir. Suyun 
dibində sürətli axın olan bərk qumlu və ya çınqıllı yerlərdə  məskunlaşır. 
Dişilərin sayı çoxluq təşkil edir (cinslərin nisbəti 2:1-dir). Çoxalma dövrü 
iyun-avqust aylarıdır. Kürüsü çox balacadır, su dibinə tökülür. Həşəratların 
sürfələri və kiçik balıqlar ilə qidalanır. S.platorhynchus-a nisbətən daha 
sürətlə böyüyür. Sayının az olmasının səbəbi məlum deyil. 
ABŞ-ın bir sıra ştatlarında (Missuri, İllinoys və başqa) bu növün ovlan-
ması qadağan edilmişdir. Mühafi zə tədbirləri kimi, onların ölçü göstəriciləri 
heç olmasa çoxalma mövsümündə ovlanmasına məhdudiyyət və ya qadağan 
qoyulması təklif olunur. 
Yalançı kürəkburunkimilər cinsi (Pseudoscaphirhynchus) üç növlə təmsil 
olunur ki, onlar böyük yalançı kürəkburun  (Pseudoscaphirhynchus kaufman-
ni), kiçik yalançı kürəkburun(Pseudoscaphirhynchus hermanni) və Fedçenko 
yalançı kürəkburunudur (Pseudoscaphirhynchus fedtchenkoi). Əvvəlki iki növə 
Amudəryada, üçüncü növə isə Sırdəryada rast gəlmək olar. Sonuncu iki növə 
hər zaman çox az rast gəlinmişdir. Onlar lap bu yaxınlarda, XIX əsrin sonla-
rında elmə  məlum olmuşdur. Sırdərya kürəkburunu 1871-ci ildə görkəmli 
rus coğrafi yaşünası və səyyahı A.P.Fedçenko, böyük Amudərya kürəkburunu 
1874-cü ildə məşhur təbiətşünas M.N.Boqdanov, kiçik kürəkburun isə 1876-cı 
ildə zooloq-coğrafi yaşünas akademik İ.A.Severtsov tərəfi ndən Amudəryada 
tapılmışdır. 
Yalançı kürəkburunkimilər bu çayların müxtəlif sahələrində - dənizə biti-
şik yerlərdən dağətəyi rayonlara qədər məskunlaşmışlar. Onlar Aral dənizinin 
duzlu suyuna daxil olmurdular. Orta Asiya kürəkburunlarının ölçüləri böyük 
deyil. Onlardan ən irisi olan böyük Amudərya kürəkburununun uzunluğu 
58 sm, çəkisi isə 760 qramdır (istisna hallarda, keçmişdə 2 kq-a qədər növlər 
qeydə alınmışdır). Kiçik kürəkburun nəzərə çarpacaq dərəcədə balacadır – 
27 sm.; ona bənzər olan Sırdərya kürəkburunu eyni ölçüyə malikdir.
Yalançı kürəkburunkimilər tipik çay yatağı sakinləridir. Onlar qumlu və 
çaqıl daşlı dayaz sularda, çay qollarında olur. Kiçik və Sırdərya kürəkburunu 


Nərəkimilər – dinozavrların həməsrləri
55
enli və yastı burnundan başqa, sorucu orqan rolunu oynayan qatlı döş 
üzgəcləri sayəsində sürətli su axınında dayana bilir. Böyük Amudərya 
kürəkburununda (və  Sırdərya növlərinin bir hissəsində) quyruq üzgəcinin 
yuxarı qanadı uzun sap şəklində uzanmışdır ki, görünür, bu da tarazlaşdırıcı 
funksiyasını yerinə yetirir. Böyük kürəkburunun burnunun ucunda yerləşən 
1-9 ədəd ucu biz tikan var, güman ki, bu tikanlar sürətli su axınında çoxalma 
üçün mühüm rol oynayır. 
Kürəkburunun başı
Kürəkburunlar iri qumlu dayaz sulu yerlərdə  və çay yataqlarında 
yerləşən daşlıqlarda suyun azca dərin olduğu sahələrdə (1,5-2 m) çoxalırlar. 
Kürü tökmə yazın əvvəlində mart – aprel aylarında suyun temperaturu 14-
10º C olduqda baş verir. Böyük kürəkburunun dişisi 15 minə qədər kürü tökə 
bilir, amma adətən bu rəqəm 2 mindən artıq olmur. Sırdərya kürəkburunu 
1,5 minə  qədər kürü tökür, kiçik kürəkburunun nəsil vermə sayı  məlum 
deyil. Onlar 6-7 yaşlarında cinsi yetkinliyə çatırlar; adətən erkəklər dişilərə 
nisbətən bir il əvvəl yetkinləşir. Böyük kürəkburunun adı formasından baş-
qa, 23-24 sm. uzunluqda və cəmi 39-40 qram çəkidə yetkinliyə çatan balaca-
boy cırtdan forması da olur. Kürəkburunkimilərin sevimli yeməyi su dibində 
yaşayan kiçik onurğasızlar (xironomid, göl milçəyi, su milçəyi sürfələri) və 
balqların kürüsüdür. Böyük kürəkburun daha iri yemlərlə də (şirbit, qılınc 
balığı körpələri, parazitlər, itiüzgəclilər) qidalanır. 
Böyük Amudərya kürəkburunu (Pseudoscaphirhynchus kaufmanni Bogda-
nov, 1874) – Amudərya çayında məskunlaşmışdır
Çox işlənilən adı: skafi rinx, belujonka (rusca), taş-bekre; donquz-balık 
(özbəkcə).
Məhv olma təhlükəsi qarşısında olan (I kateqoriya) nadir endemik növ. 
Qırmızı Kitaba daxil edilmişdir. 


Q.M.Palatnikov, R.Y.Qasımov
56
Orta Asiya kürəkburunkimilərin ən irisidir, uzunluğu 58 sm (quyruq sapı 
olmadan) və çəkisi 760 qram olur. Keçmişdə çəkisi 2 kq-dək olan fərdlərinə 
təsadüf edilmişdir. Burnu çox enlidir, avarşəkillidir. Burnun ucunda 1-9 ədəd 
ucu biz tikan var. Quyruq üzgəcinin yuxarı qanadı uzun sap kimi dartıl-
mışdır və tarazlaşdırıcı rolunu oynayır. Gözləri digər kürəkburunkimilərin 
gözləri kimi lap kiçik, demək olar ki, çox vaxt dəri ilə tamamilə örtülmüş 
olur. Bədənindəki iri sümüklü pulcuqlar özünəməxsus zireh kimi onları me-
xaniki zədələrdən qoruyur. Kürəyindəki pulcuqların sayı 9-15, yanda 28-40, 
qarın hissəsində isə 5-11 pulcuq var. Rəngi çox fərqlidir: tünd boz rəngdən 
qara boz rəngə qədər. Qarnı boz- ağ rəngdədir. 
Keçmişdə Amudəryanın bütün düzənlik hissəsində  Pəncdən dəniz 
sahilinədək, eləcə də Vaxş, Kafi rnigan, Surxandərya, Qızılsu çaylarının aşağı 
hissəsində rast gəlmək olardı. Hal-hazırda Amudəryanın axarının və bir sıra 
qollarının nizama salınmasından (su anbarlarının tikilməsi) sonra yalnız az 
miqdarda Cərcou şəhərindən yuxarıda qalmışdır. 
Amudərya ətrafında yaşayan yerli əhali uzun müddət iri kürəkburunun 
siçan və ya ilan quyruğunu xatırladan uzun “quyruğuna” görə ondan qida 
kimi istifadə etmirdi (onun yerli adı olan - siçanquyruq və ya ilanquyruq 
sözünün izahı buradandır). Buralarda kürəkburunu keçən əsrin axırlarında 
Amudəryaya köçürülmüş Ural kazakları ovlamağa başlamışdılar. Dadına 
görə bu balıqların əti cökə balığının dadını xatırladır. 
Başqa kürəkburunlar kimi bu balıq da çay axarının sahil hissələrində 
qum və çaqıl daşlı dayazlıqlarda, yaxud daha çox çayın ortasında olan kiçik 
adaların ətrafındakı bərk gilli yerlərdə məskunlaşan tipik çay balığıdır. Aşa-
ğıda yerləşən boru şəklində böyük ağzı suyun dibindən kiçik su onurğasız-
larını – sürfələri, xironomid puplarını, su milçəyi və göl milçəyi sürfələrini 
tutmağa imkan yaradır. Kürəkburun kiçik həcmli balıqlarla da - şirbit, qılınc 
balığı körpələri, parazitlər və itiüzgəclilərlə qidalanır. Ən sevimli yemi başqa 
balıqların kürüsüdür. İki ekoloji forması var – böyük və kiçik. Böyük növü 
6-7 yaşlarında bədəninin uzunluğu 40 sm.-dən artıq olduqda, kiçiyi, balaca-
boyu isə eyni yaşda, lakin 23-30 sm uzunluqda yetkinliyə çatır. Bu iki forma 
həm də törəmə qabiliyyətinə görə bir-birindən fərqlənir: böyüyü 10 min -15 
min kürü, kiçiyi isə min - iki min kürü tökə bilir. Erkəkləri cinsi yetkinliyə 
dişilərindən bir il tez çatırlar. 
Kürəkburunkimilər çay yatağında iri qumlu dayaz yerlərdə  və daşlıqlar-
da sürətli axında kürü tökürlər. Kürü tökmə prosesi yazda – martın axırında – 
apreldə 14-16º C temperaturlu suda baş verir. Kürüsü dibə düşən, yapışqanlı, di-
ametri 1,5 – 2,7 mm olur. Kürü tökmə yerlərində cinslərin nisbəti 1:1-ə yaxındır. 


Yüklə 38,66 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə