Fish book son indd


Nərəkimilər – dinozavrların həməsrləri



Yüklə 38,66 Kb.
Pdf görüntüsü
səhifə13/49
tarix30.12.2017
ölçüsü38,66 Kb.
#18814
1   ...   9   10   11   12   13   14   15   16   ...   49

Nərəkimilər – dinozavrların həməsrləri
41
Amur nərəsi Sibir nərəsinə çox yaxın olsa da, qəlsəmə dişciklərinin quru-
luşuna görə ondan fərqlənir: onun qəlsəmələri yelpikşəkilli deyil, təktəpəli və 
hamardır. Çox güman ki, Amur nərəsi Sibir nərəsinin sadəcə yarımnövüdür. 
Bu balıq Amur çayı hövzəsində limandan Şilki və Arquniyə  qədər 
ərazidə yayılmışdır. Yarıkeçəri və oturaq formaları var; sonuncu növ bir sıra 
yerli sürülərlə təmsil olunur. Uzunluğu 2 m-ə, çəkisi isə 50 kq-a qədər olur 
(keçmişdə 160 kq-a qədər). Erkəklər cinsi yetkinliyə 10-13 yaşlarında, dişilər 
isə 11-14 yaşlarında çatırlar. May-iyun aylarında Amur çayının yatağında 
kürü tökür. Əsas kürü tökmə yerləri Nikolayevsk-Amurdan yuxarıdadır. 
Nəsl vermə qabiliyyəti 29 min-434 min kürüdür. Qidalanmasına görə Amur 
nərəsidir – tipik bentofaqdır.
Atlantika nərəsi 
Acipenser sturio
 L., 1758
Atlantika nərəsi 
Acipenser sturio
Çox işlənilən adı: Baltik və ya alman nərəsi, nərə (rusca); sturgeon (ingilis); 
Stor (alman); stbrje (Norveç); jesiotr (Polşa); sampi (fi n); esturgeon (fransız).
Məhv olma təhlükəsi qarşısında olan növdür. TQBİ-nin (Təbiətin Qorun-
ması üzrə Beynəlxalq İtt ifaq) Qırmızı Kitabına (I kateqoriya), SSRİ-nin Qırmızı 
Kitabına və Avropanın xüsusi qorunan balıqları siyahısına daxil edilmişdir. 
Uzunluğu 3 metrdən və çəkisi 300 kq-dan artıq olan çox iri nərədir. 9-16 
kürək pulcuğu, 24-40 yan pulcuğu və 8-14 qarın pulcuğu vardır, qəlsəmələrində 
dişciklərinin sayı 15-29-dur. Kürək üzgəcində millərin sayı 30-50-yə, anal 
üzgəcində isə 22-33-ə çatır. Pulcuqları eyni çəkidə olan rus nərəsinə nisbətən 
daha iri və qalındır, o cümlədən radial formadadır. Sinə üzgəcində çox güc-
lü bir tikanı var. Üzü rus nərəsinə nisbətən daha qabağa çıxmışdır. Bığcıq-
ları üzünün ucuna deyil, ağzına daha yaxın yerləşir. Yetkin balıqların rəngi 
bozumtul-yaşıl və bozumtul-qəhvəyidən mavi-qaraya qədər olur. 
Keçəri balıqdır, keçmişdə Avropanın Neva, Qərbi Dvina, Neman, Visla, 
Oder, Elba, Reyn, Sena, Temza, Trent, Luar, Jironda, Duero, Qvadalkvivir, 
Rona, Po, Dunay və bir çox digər iri çaylarına çoxalma üçün daxil olurmuş. 
Şimalda İslandiya və Ağ dənizdən cənubda Aralıq dənizinə və Şimali Afri-


Q.M.Palatnikov, R.Y.Qasımov
42
kaya qədər olan ərazidə rast gəlmək olardı. Ladoqa gölündə də, güman ki, 
oturaq forması olmuşdur. Hal-hazırda bu nərə balığı əvvəllər məskunlaşmış 
olduğu ərazilərin əksəriyyətindən tamamilə yoxa çıxmışdır (xəritə 9). Çox az 
sayda Jironda (Fransa), Qvadalkvivir (İspaniya), Po (İtaliya) və Rioni (Gür-
cüstan) çayları hövzələrində qalmışdır.
Dənizdə duzluluğun okean səviyyəsində olduğu yerlərdə 200 metrə 
qədər dərinliklərdə yaşayır və uzun məsafələrə ora-bura  hərəkət edir. 
Məskunlaşdığı yerlədən asılı olaraq yetkinliyə çatma vaxtı müxtəlifdir. 
Ümumiyyətlə, cənubda yaşayan populyasiyaları  şimaldakılara nisbətən 
yetkinliyə 2-6 il tez çatır. Jironda çayında bu nərənin erkəkləri 13-15 yaş-
larında 125 sm uzunluqda, dişiləri isə 16-20 yaşlarında 155 sm uzunluqda 
yetkinliyə çatırlar. Riona çayında erkəklər 7-9 yaşlarında 96-110 sm uzunluq-
da, dişiləri isə 8-14 yaşlarında 137 sm uzunluqda yetkinliyə çatırlar. Çaylara 
yanvardan oktyabra qədər daxil olurlar, lakin miqrasiya suyun bol olduğu 
(aprel-may) aylarında ən yüksək nöqtəyə çatır. Ekəklər dişilərdən əvvəl, 2-3 
həft ə tez gəlirlər.  İri çaylarla kifayət qədər yuxarı – Dunay çayı boyunca, 
demək olar ki, 1000 km, Oderlə 500 km, Reynlə 850 km qalxırlar. Saylarına 
görə dişilər erkəklərdən daha çoxdur. Rioni çayında olan nərələrdə cinslər 
arasındakı nisbət 1,3:1, Qvadalkvivar çayında isə 3:1-dir. Məskunlaşdıqları 
müxtəlif  ərazilərdə kürü tökmə vaxtı eyni deyil. Baltik dənizinin çayların-
da iyun-avqust aylarında, Qara dənizdə isə (Rioni çayı) may-iyun aylarında 
kürü tökür. 
Kürü tökmə yerləri suyun iti axdığı daşlı  və  çınqıllı sahələridir. Geniş 
diapazonlu – 7,7-22° C temperaturda çoxalırlar. Nəsl vermə qabiliyyəti xeyli 
fərqlənir – 200 min - 5,7 milyon kürüyə  qədərdir. Rioni çayındakı  nərələr 
üçün bu rəqəm 790 min – 1820 min kürü dənəciyinə bərabərdir. Qvadalkvivir 
çayından olan dişi nərələr 289-1412 min kürü dənəciyi tökür. Yumurtaların 
diametri 2-3 mm-dir. Suyun temperaturundan fərqli olaraq, kürülərin inkişafı 
3-14 sutka davam edir. Cavan balıqlar birinci il ərzində çayların estuarilərinə 
düşür və burada 2-4 il nisbətən duzlu suda qaldıqdan sonra açıq dənizə çı-
xırlar. Nərə balığının Atlantika növü digər Avropa növlərindən daha sürətlə 
böyüməsi ilə fərqlənir və bu göstəriciyə görə bölgəyə yaxındır. Nərənin qeydə 
alınmış maksimum yaşı 48 ildir. 
Cavan balıqlar çaylarda həşərat sürfələri ilə, soxulcan, xərçəngkimilər 
və molyusklarla qidalanır. Yaşlı  nərələrin qidası isə su dibində yaşayan 
orqanizmlər-molyusklar, polixetlər, krevetlər və kiçik balıqlar-xulbalıq və 
qumlucadır. Qara dənizdə əsas qida mənbəyi xamsa Engraulis encrasicholus 
sayılır. Qidalanma prosesinin qışda da arası kəsilmir.


Nərəkimilər – dinozavrların həməsrləri
43
Atlantika nərəsi hələ XIX əsrin sonu – XX əsrin  əvvəlində Avropanın 
bir çox ölkələrində ov baxımından  əhəmiyyət kəsb edirdi. Məskunlaşdığı 
ərazilərdə bu balıqdan hər il ümumilikdə 150-200 ton (və ya 14-16 min ədəd) 
ovlanırdı. Lakin artıq XX əsrin 30-cu illərində onun ovu 50-60 tona qədər 
enmişdi. SSRİ-də (Baltik dənizi və Qara dəniz) həmin dövrdə 8-10 tona qədər 
ovlanırdı. Bu növün sayının faciəli şəkildə azalmasının və tam məhv olmağa 
yaxınlaşmasının səbəbləri onun nəzarətsiz şəkildə ovlanması, çoxalma üçün 
daxil olduğu çaylarda su qovşaqlarının tikilməsi və  həmçinin o çayların 
çirklənmə səviyyəsinin artması olmuşdur. Jironda çayında Atlantik nərəsinin 
ümumi sayı XX əsrdə 60-cı illərin əvvəllərində cəmi 1000 ədəd olmuşdu. Hal-
hazırda isə nərə balığının ən böyük populyasiyasından olan Rion nərəsinin 
sayı, görünür ki, 300 fərddən artıq deyil. Bu növü yalnız bir sıra ölkələr 
tərəfi ndən süni şəraitdə yetişdirilməsi istiqamətində hazırda planlaşdırıl-
maqda olan təxirəsalınmaz və birgə səylərlə xilas etmək mümkündür. Lakin 
bu işlərin həyata keçirilməsi üçün həmin balığın təbiətdən heç olmasa bir 
neçə damazlıq nümunəsini tutmaq da olduqca çətindir. 


Yüklə 38,66 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə