Fish book son indd


Nərəkimilər – dinozavrların həməsrləri



Yüklə 38,66 Kb.
Pdf görüntüsü
səhifə11/49
tarix30.12.2017
ölçüsü38,66 Kb.
#18814
1   ...   7   8   9   10   11   12   13   14   ...   49

Nərəkimilər – dinozavrların həməsrləri
35
Uzunburun nərəkimilər fəsiləsindən olan balıqların hamısından qeyri-
adi, demək olar ki, ona qəribə görünüş verən xəncərvari formalı uzun burnu 
ilə fərqlənir. Alnı kifayət qədər irəli çıxmışdır. Bədəni uzun milşəkillidir və 
üzərində beş sıra uzununa sümük pulcuqlar yerləşir. Kürəyində 9-16, qarnın-
da 9-14, yanlarında isə arxa ucları yuxarı dartılmış qarmaqşəkilli 26-43 pulcuq 
var. Pulcuq sıralarının arasındakı hissələrə açıq rəngli ulduzvarı lövhəciklər 
səpələnmişdir. Başı üst tərəfdən sümük qalxancıqlarla örtülmüşdür. Burnu 
uzunsovdur və onun uzunluğu başın uzunluğunun yarısı qədərdir. Ağzı irəli 
çıxmış, eninə yarıq formasındadır, alt dodağı kəsikdir. Burnunun alt tərəfi ndə 
4 bığı var. Bığları saçaqsızdır. Birinci qəlsəmə qövsündə qəlsəmə dişciklərinin 
orta sayı 24,7 – 25,5-dir. Kürək üzgəci xeyli arxaya çəkilmiş və anal üzgəcinin 
üzərində yerləşir. Quyruq üzgəcinin üst pərinin üzərində romb şəkilli pul-
cuqlar var.
Bədəninin rəngi qırmızı-boz, göy-qaraya çalır, yanları və qarnı ağdır. La-
kin burnunun uzunluğu və forması olduqca dəyişkəndir; belə ki, dişilərdə və 
cavanlarda o həmişə qısadır. Ən çox böyüklüyü olan boylu Azov uzunburun-
ları isə qısa burunları ilə fərqlənirlər. 
Ümumiyyətlə, bu balıq uzunluğuna və çəkisinə görə nərə ilə cökə arasın-
da orta mövqe tutur. Ölçüləri baxımından uzunburun nərədən xeyli geri qala-
raq heç vaxt 5-5,5 metrdən uzun və 47 kq-dan ağır olmur. Xəzər dənizində bu 
balığın orta çəkisi 5,2-5,6 kq, daha çox sayda məskunlaşdığı Azov dənizində 
isə 8 kq olur. Eyni çəkidə uzunburunlar həmişə nərəkimilər fəsiləsindən olan 
digər balıqlardan xeyli uzun olur. Belə ki, 24 kq-lıq uzunburunun uzunluğu 
2 metrə qədər çatır. 
Bu balıq Xəzər dənizində üç: Volqa, Ural və Kür populyasiyaları ilə təmsil 
olunmuşdur. Dənizdə Volqa mənşəli balıqlar üstünlük təşkil edir. 
Nərəkimilərin bu növü bütün Xəzər dənizində yayılmışdır. Kürü tökmək 
məqsədilə Volqa, Ural, Terek, Sulak, Samur, Lənkəran, Sefi drud, Kür, Araz 
çaylarına və Qorqana qədər Xəzərin cənub sahilindəki çaylara daxil olur. 
Ac.stellatus növünə Xəzər dənizi, Qara dəniz, Azov dənizində, çox az hal-
larda isə Adriatik və Mərmərə dənizlərində rast gəlmək olar. 
Uzunburun nərəyə nisbətən daha pelagik növdür. Dənizdə və çaylarda 
böyük dərinliklərdə  hərəkət edərək çox vaxt suyun dərin yerlərində olur. 
Məskunlaşdığı ərazilər daxilində dənizin yemlə zəngin olan dərinliklərində 
və şelf zonalarında yaşayır, kiçik orqanizmlərin müxtəlif növlərinin çox ol-
duqları lilli və qumlu-lilli sahələrə üstünlük verir. Çay yataqlarında,  əsas 
etibarilə daşlı yerlərdə kürü tökür.


Q.M.Palatnikov, R.Y.Qasımov
36
Yazda kürü tökmə  məqsədilə (anadrom) Xəzərin orta və  cənub 
hissələrindən şimalına miqrasiya edir. Oradan cinsi yetkinliyə çatmış fərdlər 
kürü tökmək üçün Volqaya, Urala və Dağıstan sahilindəki çaylara daxil 
olurlar. Kürü tökmə başa çatdıqdan sonra nəsil verən balıqlar yem tapmaq 
məqsədilə çaylardan dənizə üzürlər. Yem axtarma miqrasiyaları  dənizin 
bir sahəsindən digər sahələrinə edilən daimi yerdəyişmələrdən ibarət olur. 
Uzunburunun qışlama öncəsi miqrasiyaları  nərəkimilər fəsiləsindən olan 
digər balıqlara nisbətən daha tez – avqustda başlayır. Ural uzunburunu Ural 
və Manqışlaq tərəfdə, Volqa uzunburunu isə Xəzərin Dağıstan və Azərbaycan 
sahillərində qışlayır. Cinsi yetkinliyə çatmamış fərdləri isə qış mövsümündə 
daha isti olan türkmən şelfi ni seçirlər. 
Volqa çayında uzunburun sürfələrinin miqrasiyası iyun-avqust ayların-
da, əsas etibarilə su dibinə yaxın 3 metrlik hissədə baş verir. 
Yaşlı uzunburun əsasən su dibində yaşayan orqanizmlərlə  və balıqlar-
la qidalanır. Uzunburunun iybilmə orqanı çox yaxşı inkişaf etmişdir. Qida 
axtarışında olan cavan uzunburunlar suyun dibində dayanmadan üzərək 
bığlarında və dodaqlarında yerləşən taktil(təmas) və dadbilmə reseptorları 
vasitəsi ilə substratı yoxlayır. Qida orqanizmləri tapdıqda, uzunburun irəli 
çıxmış ağız orqanı ilə cəld tutucu-sorucu hərəkəti yerinə yetirir. Yaşlı fərdlər 
su dibində çöküntüləri qazıb çıxarmaq üçün rostrumdan istifadə edirlər. 
Nərəkimilər fəsiləsindən olan digər balıqlardan fərqli olaraq, uzunburunda 
qida obyektlərini sorma qabiliyyəti daha çox inkişaf etmişdir. 
Sürfələr 18-19 mm uzunluğa çatdıqda, yumurtadan çıxdıqdan son-
ra 5-9-cu sutkadan başlayaraq fəal qidalanmağa keçirlər. Qida kimi erkən 
mərhələdə olan oliqoxetlər, polixetlər, xərçəngkimilər və xironomid və pup-
lardan istifadə edirlər. Cavan balıqlar dənizdə olduqları birinci ay ərzində 
əsasən yanüzənlərlə qidalanır. Xəzərin şimal hissəsində 10 sm uzunluğunda 
olan cavan uzunburunların rasionunda xərçəngkimilər üstünlük təşkil edir. 
Sonrakı illərdə Mərkəzi və cənubi Xəzərin qida yerlərində uzunburunun əsas 
qida obyektinə ali xərçəngkimilərlə bərabər, nereis (qurd) daxil olsa da, qida-
sının mühüm hissəsini siyənək və xulbalıqlar fəsiləsindən olan balıqlar təşkil 
edir. Siyənəkkimilər fəsiləsindən olan balıqlar arasında uzunburun daha çox 
adi, ançous şəkilli kilkəyə və xulbalıqlara üstünlük verir.
Uzunburunun payızda və yazda kürü tökən formaları mövcuddur, kürü 
tökmə isə aprel-sentyabr aylarında baş verir. Kürü tökmə yerləri çınqıllı 
ərazilərdə yerləşir. Çaylarda aparılmış nizamlama işlərindən (su qovşaqları-
nın tikilməsi) sonra nərəkimilərin Kürdəki 53 hektarlıq və Arazdakı 290 hek-
tarlıq kürü tökmə yerlərindən 5 çay yatağı üzrə 112,8 hektarlıq kürü tökmə 


Nərəkimilər – dinozavrların həməsrləri
37
yeri qalmışdır. Volqada kürü tökmə yerlərinin sahəsi 7 dəfə azalmışdır ki, bu 
da nərəkimilər fəsiləsindən olan balıqların, o cümlədən, uzunburunun sayı-
nın kəskin şəkildə azalmasına səbəb olmuşdur. 
Dişilərin nəsl vermə qabiliyyəti 30-600 min kürüyə  qədərdir. Kürü 
tökmədən sonra cavan və nəsil verən balıqlar dənizə qayıdırlar. 
Bir çox çayların qarşısında su-elektrik stansiyaları tikilməsinə  sədlər 
çəkilməsi ilə əlaqədar uzunburun kürüsü balıqartırma zavodlarında inkuba-
siya edilir, böyümüş cavanlar isə təbii su hövzələrinə buraxılır. 
Ural və Volqa çaylarının ov yerlərindəki uzunburun erkəklərinin mini-
mum yaşı 5-6 ildir. Ümumiyyətlə, erkəklər 11-15 yaşlarında, dişilər isə 14-
18 yaşlarında cinsi yetkinliyə çatırlar. Ovlanmış balıqlar arasında 12 yaşına 
qədər erkəklərin sayı dişilərdən təxminən 10 dəfə çox olur. 12-15 yaşların-
dan başlayaraq isə erkəklərin sayı azalaraq bu nisbət dişilərlə müqayisədə 
iki dəfəyə çatır, 15 yaşından isə artıq dişilər erkəklərə nisbətən çoxluq təşkil 
edirlər. 25 yaşlarından sonra erkəklərin sayı 0,3-1,1 %-dən artıq olmur. Popul-
yasiyada erkəklərin maksimum yaş həddi 27 yaş, dişilərin isə 30-31 yaşdır. 
Uzunburun çox asanlıqla cökə və qaya balığı illə çarpazlaşdırılır. 
Uzunburun əti yüksək dad keyfi yyətə malikdir. Soyudulmuş və dondu-
rulmuş halda tədarük edilir, həmçinin qurudulmuş  və hisə verilmiş halda 
qida kimi istifadə edilir. Kürüsü sıxılmış və dən-dən formada hazırlanaraq 
istifadə olunur. Kürüsünün ölçüsü digər nərəkimilərlə müqayisədə kiçikdir, 
nərə və bölgə kürüsünə nisbətən daha ucuzdur. 
Uzunburun qovuğundan ən yaxşı yapışqan hazırlanır. 
CÖKƏ – Acipenser ruthenus Linn’e, 1758
Çox işlənilən adı: rusca – sterlyad; azərbaycanca – cökə; ingiliscə - starlet.
Cökə balıqları  əsasən Xəzər dənizi, Azov dənizi, Qara dəniz və Baltik 
dənizi hövzələrinin çaylarında məskunlaşırlar. Bu Volqada və onun qolla-


Yüklə 38,66 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə