Fish book son indd


Q.M.Palatnikov, R.Y.Qasımov



Yüklə 38,66 Kb.
Pdf görüntüsü
səhifə12/49
tarix30.12.2017
ölçüsü38,66 Kb.
#18814
1   ...   8   9   10   11   12   13   14   15   ...   49

Q.M.Palatnikov, R.Y.Qasımov
38
rında, Ob və  İrtış çaylarında, təsadüfi  hallarda Xəzərin qərb sahillərində 
yaşayan şirin su balığıdır. Bakı və Qızıl-Ağac körfəzlərində rast gəlinmişdir 
və oradan təsadüfi  nümunələri Kür çayına daxil olmuşdur. Cökə balığına 
Vyanaya qədər Dunay çayında da təsadüf olunur; ədəbiyyatda cökə balı-
ğının Kvarner körfəzində (Adriatik dənizinin  şimal hissəsində) də olduğu 
barədə qeydlər vardır. Kanallar vasitəsilə cökə balığı Şimalı Dvinaya, Ladoqa 
və Oneqa göllərinin hövzəsinə daxil olmuşdur. Sibirdə Ob, İrtış və Yenisey 
çaylarında yayılmışdır. Pyasin, Xatanqa, Lena çayları və oradan şərqə tərəf, o 
cümlədən Amurda cökə yoxdur (Amurda gətirilmiş Ob cökəsi var). 
Cökə balığı nərəkimilər fəsiləsindən olan balıqlardan öz ölçüləri və ensiz 
uzun burnu, ağzına qədər çatan uzun bığları, iki hissəli alt dodağı, həmçinin 
bir-birinə söykənən yan qalxancıqları ilə  fərqlənir. Qeyd edildiyi kimi, 
nərəkimilər fəsiləsindən olan bütün balıqların bədənləri adi balıq pulcuqları 
əvəzinə 5 eninə xətt  boyu yerləşən sümükdən olan pulcuqlarla örtülmüşdür. 
Bu xətlərdən biri belin ortası, ikisi yanları, ikisi də qarının kənarları boyunca 
uzanır; bu pulcuqların arasında dərinin səthi ya boş, ya da müxtəlif formalı 
daha xırda sümük pulcuqlarla örtülmüş olur. Cökədə bunlardan əlavə kürək 
pulcuqları da bir-birinə sıx söykənmişdir; onların sayı 13-17 ədəddir və hər 
birinin ucu iti tikanlı olur. Yan pulcuqların sayı olduqca çoxdur – 60-70 ədəd, 
qarın pulcuqları 13-15 ədəd olur ki, onlar bir-birinə toxunmurlar.  
Cökə balığının rəngi məskunlaşdığı yerdən asılı olaraq ya sarı, ya da 
daha tünd rəngdə olur. Lakin bir qayda olaraq kürəyi bözumtul, ya da tünd 
boz, qarnı sarımtıl-ağ, üzgəcləri boz rəngdə olur. Cökə balıqlarının burunları 
da fərqli olur ki, bir çox yerlərdə balıqçılar cökənin itiburunlu və kütburunlu 
növlərini fərqləndirirlər. 
Çayların əksəriyyətində iti burunlu (Berqə görə tipik forma) və enli bu-
runlu cökələr olur. Cökə balığı şimali Dvina çayından Dauqava (Qərbi Dvi-
na), Mezen, Neman, Oneqa, Peçora və Şuyu çaylarına (Oneqa gölü hövzəsi) 
gətirilmişdir. Bundan başqa, Ob cökəsi və cökə ilə  nərənin hibridi Obdan 
Amura, cökə balığı isə bəzi göllərə gətirilmişdir. Volqa və Kama çaylarında 
küt burunlu və iti burunlu cökəyə nisbətən daha sürətlə böyüyür; o daha ətli 
olur, çox nəsl verir. Ovlanan cökənin adi çəkisi 0,5-2 kq və uzunluğu 30-65 
sm, daha az 3-4 kq və 80-90 sm, müstəsna hallarda 6-8 kq olur. Cökənin mak-
simum çəkisi 16 kq, uzunluğu isə 100-125 sm olur. 
Cökə balığı əsas etibarilə çayın ən dərin yerlərində məskunlaşaraq daim 
suyun dibində olur, demək olar ki, suyun dibi ilə sürünür və çox qapalı həyat 
tərzi sürür. Yalnız axşam və gecələr onlar dayaz yerlərə – otluq və sahil zo-
nalarına çıxır, sahildəki bütün oyuqları  və yuvacıqları axtarır və ya suyun 


Nərəkimilər – dinozavrların həməsrləri
39
üzünə qalxaraq çox ehtiyatla, qarnı yuxarı çevrilərək gizlincə  ağzı ilə suya 
düşən həşəratları tutur. 
Erkək cökə balığı 3-7 yaşlarında (daha çox 4-5 yaşlarında), dişilər isə 5-12 
yaşlarında (daha çox 7-9 yaşlarında) 28-34 sm uzunluğunda yetkinliyə çatır-
lar. Ob cökəsinin törəmə qabiliyyəti 6-45 min kürü, İrtış cökəsinin 6-16 min 
kürü, şimali Dvina cökəsinin isə 4-140 min kürüdür. Cökə balıqları 1-2 ildən 
bir kürü tökürlər. Erkəkləri Volqada 3 yaşında cinsi yetkinliyə çatır, dişiləri 
isə 6-cı ildə kürü tökürlər. Volqa çayında payızda və yazda kürü tökən növləri 
mövcuddur. Kürü tökmə dövrü yazda – aprelin sonundan iyun ayına qədər 
sürətli axında və çınqıllıqda suyun temperaturu 7-10°C-dən 20°C-ə qədər ol-
duqda – baş verir. Kürüsü yapışqanlı 1,9-2 mm diametrdə olur. İnkubasiya 
dövrü dörd-beş sutka davam edir. Rüşeymlərin sarılıq kisəsi temperaturdan 
asılı olaraq 6-10 sutka ərzində sovrulur. 
Cökə balığı onurğasızlarla,  əsasən suda olan ağacların üzərindəki 
həşəratların sürfələri ilə qidalanır. Qidasına xironomid sürfələri də daxildir.
Təbiətdə cökə balığının nərə  və uzunburunla qarışığına – hibridlərinə 
rast gəlmək olur. Volqada nərə ilə hibridinə daha tez-tez; uzunburun ilə hib-
ridi isə Volqada, Donda, Dunayda olur. Ob və Yenisey çaylarında Sibir nərəsi 
və Sibir uzunburunu ilə (“dəlicəotu”) qarışıqları yaxşı tanınır. Volqada süni 
mayalanma yolu ilə davamlı hibridləri - nərə x cökə və cökə x nərə - alınmış-
dır. Bester adlanan bölgə cökə hibridi Azov dənizinə və bəzi su anbarlarında 
məskunlaşdırılmışlar. 
Müasir dövrdə Dnepr, Don, Kuban, Ural, Sura, yuxarı və orta Kama çay-
larında cökənin sayı kəskin şəkildə aşağı düşdüyünə görə, həmin hövzələrdə 
bu balıq qorunan növə çevrilmişdir.


Q.M.Palatnikov, R.Y.Qasımov
40
NƏRƏKİMİLƏR FƏSİLƏSİNDƏN 
OLAN BALIQLAR PLANETİMİZİN 
SU HÖVZƏLƏRİNDƏ
Xəzər dənizi hövzəsində məskunlaşan nərəkimilər fəsiləsindən olan ba-
lıqların təqdim etdiyimiz altı növündən başqa, hal-hazırda Acipenserifor-
mes dəstəsinə aid edilən ən azı daha 18 növü də müəyyən edilmişdir. Bunlar 
nərəkimilər fəsiləsinin nümayəndələri (Acipenseridae) və kürəkburunlardır 
(Polyodontidae). 
Adriatik nərəsi (Acipenser Naccaril Bonaparte, 1836) – az təsadüf edilən və 
az öyrənilmiş növdür. 
Çox da böyük nərə deyil: müstəsna hallarda uzunluğu 2 m, çəkisi 25 kq-a 
çatsa da, adətən xeyli kiçik olur. 
Rus nərəsinə A. gueldenstaedti çox yaxındır və ola bilsin ki, onun bir qədər 
dəyişmiş növdaxili formasıdır. Sonuncudan çoxlu sayda qəlsəmə dişcikləri 
ilə fərqlənir: onun 30-35 dişciyi, rus nərəsinin isə qəlsəməsində adətən 30-dan 
az dişcik olur. Adriatik nərəsinin 10-14 kürək pulcuğu, 32-42 yan pulcuğu, 
8-11 qarın pulcuğu olur. Kürək üzgəcində 36-48, anal üzgəcində isə 24-31mil 
sümüyü olur. Bədəninin rəngi bozumtul-qəhvəyidən demək olar ki, qaraya 
qədər dəyişir, qarın hissəsi ağımtıldır. 
Miqrasiya edən növdür. Çoxalma məqsədilə şimali İtaliyanın, Yuqoslavi-
yanın və Albaniyanın: Po, Adidce, Brenta, Liventsa, Tsetina və digər çayları-
na daxil olur. Dənizdə sahillərə yaxın yerlərdə 10-40 m dərinliklərdə adətən 
çayların ağzında üzür. İtaliyanın çaylarına ilin ilk aylarında daxil olur, şirin 
sularda oktyabra qədər qalır. Kürü tökmə dövrü fevral-mart aylarındadır. 
Artımı, çoxalması, məhsuldarlığı, kürüsünün inkişafı, qidalanması və biolo-
giyasının digər tərəfl əri öyrənilməmişdir. 
Sayının az olmasına görə, bu nərə balığının təsərrüfat baxımından 
əhəmiyyəti yoxdur. Onun sayı barədə  məlumat yoxdur. Hal-hazırda onun 
süni yetişdirilməsi cəhdləri həyata keçirilir. 
Amur nərəsi (A.schrenckii) – Amur çayı hövzəsi. 
Çox işlənilən adı: buryat dilində – kilimı, Çin dilində - tsilifu.


Yüklə 38,66 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə