Fish book son indd


Q.M.Palatnikov, R.Y.Qasımov



Yüklə 38,66 Kb.
Pdf görüntüsü
səhifə10/49
tarix30.12.2017
ölçüsü38,66 Kb.
#18814
1   ...   6   7   8   9   10   11   12   13   ...   49

Q.M.Palatnikov, R.Y.Qasımov
32
Qaya balığı – Acipenser nudiventris Lovetsky, 1828
Çox işlənilən adları: rusca – şip, azərbaycanca – kələmo, qaya balığı, 
qırt; İranda - keşdi, şenavər; ingiliscə - Ship sturgeon, Fringebarbel sturgeon, 
Spiny sturgeon.
Balıqçılar nərəkimilərin Volqa çayında olan bütün hibridlərinə qaya balı-
ğı deyirlər. Lakin qaya balığı adlanan ayrıca bir növ var. Qaya balığı keçici ba-
lıqdır. Bu balıq Xəzər dənizi, Qara dəniz və Azov dənizində məskunlaşmışdır, 
lakin Qara dəniz və xüsusilə, Azov dənizində çox azdır. 
Bədəni torpedo şəkilli, üzü konusvari formadadır. Qəlsəmə  pərdələri 
qəlsəməarası boşluqlara yapışmışdır. Ağzı  aşağıda, eninə yerləşərək üzün 
yarısından çoxunu tutur və xortum kimi uzanır. Xarakterik xüsusiyyətləri – 
birinci bel pulcuğu iri və bütövdür, aşağı dodağı ortadan haçalanmır. Saçaq-
lı bığları demək olar ki, üzün axırına çatır. Bədənin üzərində pulcuq xətləri 
arasında lövhəciklər yoxdur. Bədəni qəhvəyi, cökə balığının rənginə oxşayır, 
nərəkimilər fəsiləsindən olan digər balıqlardan fərqlidir. Qarnı ağ rəngdədir. 
Üzərindəki açıq rəngli iri pulcuqlar beş xətdə düzülmüşlər. Kürəyində 11-16, 
yan tərəfl ərində 51-74, qarnın yan tərəfi ndə isə 11-17 pulcuq var. 
Ticarətdə qaya balığı nərəkimilər fəsiləsindən olan balıqlardan fərqlənmir. 
Xəzər dənizində qaya balığı əsas etibarilə cənub hissədə məskunlaşır, kürü 
tökməyə Kür çayına gəlir; İran tərəfdə isə Sefi drud çayına daxil olur. 
Volqada qaya balığına çox az rast gəlinsə də, o, Ural çayına daxil olur. 
Xəzər uzunburununun Aral dənizinə köçürülməsinə qədər qaya balığı Aral 
dənizində nərəkimilər fəsiləsindən olan balıqların yeganə nümayəndəsi idi. 
Aralda qaya balığı yalnız payızda kürü tökən populyasiyası təmsil edilirdi. 
Kürü tökmə məqsədilə qaya balığı Aral dənizindən Sırdərya və Amudərya 
çaylarına daxil olurdu. Aral dənizi quruduğundan hal-hazırda bu balıqlar 
orada yoxdur. 
Qaya balığı 30 ilə qədər və ya daha çox yaşayır. Uzunluğu 214 sm, çəkisi 
isə 30 kq-a çatır. Aral dənizində ovlanan qaya balığının əksəriyyəti 12-21 yaş-
larında olur; cinsi yetkinlik 12-14 yaşlarına təsadüf edir. Kür çayında ovlanan 
qaya balıqları 6-23 yaşlarında, erkəklər əsasən 9-16, dişilərin əksəriyyəti isə 


Nərəkimilər – dinozavrların həməsrləri
33
14-19 yaşlarında olur. Aral dənizində ovlanan qaya balığının çəkisi orta he-
sabla təxminən 12-16 kq, Kürdə ovlananların çəkisi isə 20 kq-a yaxındır. Aral 
qaya balığının nəsl vermə qabiliyyəti 216-388 min, Xəzər qaya balığınınki isə 
280-1290 min kürüdür (orta hesabla -593 min kürü). 
Qaya balığının Aral dənizində əsas qidası molyusklardan, Xəzər dənizində 
- balıqlardan və molyusklardan ibarətdir. Balxaş gölündə məskunlaşmış qaya 
balığı isə yırtıcıdır; Aralda olduğu kimi, burada da yalnız payızda kürü tökən 
cinsi yaşayır. 1933-1934-cü illərdə İli çayına 6,7-30 kq çəkidə olan 289 yetkin 
Aral qaya balığı buraxılmışdır. Bu qaya balıqları 1934-cü ildə İli çayında kürü 
tökmüş, nəsil vermiş və yeni nəsildən olan balıqlar 12-13 yaşlarında yenə İli 
çayına gəlmişlər. Balxaş gölündə məskunlaşmış qaya balıqlarının 11 yaşında 
uzunluqları 130 sm, çəkiləri isə 9-9,5 kq olur. Fəal yırtıcı və evrifaqdır. Yaşlı 
balıqlar dənizdə əsasən balıqlarla (90%-ə qədər) – aterina, kilkə, xulbalıq ilə 
qidalanırlar. Rasionlarına həmçinin kiçik xərçəngkimilərin müxtəlif növləri, 
yengəclər, krevetlər və molyusklar da daxildir. Cavan balıqlar zoobentosla 
qidalanırlar.
Qaya balığının Kür çayında kürü tökmə yerləri çayın ağzından 600 km 
məsafədə yerləşir. Kürü tökmə substratı: çaqıl daşı, qum daşı, iri dənəli qum, 
balıqqulağı qarışıqlı bərk gillərdir. 
Qaya balığının Kür çayına miqrasiyası iki maksimumla: əsas - mart-
apreldə və nisbətən zəif - oktyabr-dekabr aylarında bütün il boyu müşahidə 
edilir. Kür çayına yaz miqrasiyası suyun temperaturu 6,2-10,4C dərəcəyə 
çatdıqda başlayır, 7,4-16,4C temperaturda isə maksimuma çatır. Payız miq-
rasiyası ən yüksək göstəriciyə suyun temperaturu 17,9-12,1C dərəcə olduq-
da çatır. Çoxalma may-iyun aylarında 15-25C temperaturda baş verir. Kür 
qaya balığının orta nəsl vermə qabiliyyəti - 594 min kürüdür (280-1003 min 
kürü). Kür çayında qaya balığının embrional inkişafı suyun temperaturu 
19,5-21,9° C olduqda daha yaxşı gedir. 
Qaya balığı nərəkimilər fəsiləsindən olan bütün digər balıqların keçdiyi 
eyni inkişaf mərhələlərini keçir: rüşeym, sürfəyə qədər forma, sürfə, cavan 
balıq və yetkin balıq.
Cavan balıqların xeyli hissəsi çaylarda qışlayır. Əsasən iri və dərin çala-
larda (10-18 m) mülayim sürətli axında məskunlaşırlar. Cavan balıqların bir 
hissəsi növbəti il dənizə qayıdır.  İkinci dəfə çayda qışlayan balıqlar oturaq 
formaya çevrilərək daha dənizə qayıtmırlar. Kürün kürü tökmə yerlərində 
sürfələr bir neçə ay və daha çox (8 ilə qədər) qalırlar. Çayda cavan qaya balıq-
ları naqqa və suf balıqlarının yeminə çevrilirlər. Çayda uzun müddət qalma-


Q.M.Palatnikov, R.Y.Qasımov
34
larına görə cavan qaya balıqları nərəkimilər fəsiləsindən olan digər balıqların 
cavan fərdlərinə nisbətən az qorunurlar. 
Kür qaya balığının erkəkləri 9 yaşında, dişiləri adətən 14 yaşında, bəzən 
də 12-13 yaşlarında yetkinliyə çatırlar. 
Qaya balığının təbiətdə bölgə, uzunburun (“uzunburun qaya balığı”) və 
nərə ilə hibridləri olur. Süni mayalanma yolu ilə Kürdə davamlı hibridlər 
alınmışlar: qaya balığı x nərə, qaya balığı x uzunburun, qaya balığı x bölgə, 
bölgə x qaya balığı.
Kür qaya balığının sayı durmadan azalır. 1980-cı ildə kürü tökmək 
məqsədilə Kür çayına 66-112 qaya balığı gəlirdi. 1988-2000-ci illərdə onlara 
artıq tək-tək hallarda rast gəlmək olurdu. 
Kür çayında qaya balığının sayının fəlakətli şəkildə azalmasının əsas səbəbləri:
Axının nizama salınması (1953-cü il) və geniş kürü tökmə sahələrinin 
• 
itirilməsi, suyun bərpa olunmadan sərf edilməsi nəticəsində çayın səviyyəsinin 
aşağı düşməsi. 
Dənizdə 1962-ci ilə qədər davam etmiş məhdudiyyətsiz ov.
• 
Dənizdə seysmik kəşfi yyat.
• 
Nərəkimilər fəsiləsindən olan balıqların, o cümlədən qaya balığının 
• 
qidalanma yerlərinin (Sumqayıt yaxınlığında yerləşən  ərazi, Abşerondan 
Kür çayının ağzına qədər olan dayaz sahə və s.) məhv edilməsinə səbəb ol-
muş dənizin çirklənməsi.
Brakonyer ovu.
• 
QAYA BALIĞI növü Azərbaycanın Qırmızı Kitabına daxil edilmişdir
QAYA BALIĞI növü Rusiyanın Qırmızı Kitabına daxil edilmişdir
QAYA BALIĞI növü beynəlxalq Qırmızı Kitaba daxil edilmişdir
Uzunburun – Acipenser stellatus Pallas, 1771
Çox işlənilən adı: rusca – sevryuqa; azərbaycanca – uzunburun, ağbalıq; 
iranca – ozoon-boroon; ingiliscə - starred (stellate) sturgeon.


Yüklə 38,66 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə