Fish book son indd


Nərəkimilər – dinozavrların həməsrləri



Yüklə 38,66 Kb.
Pdf görüntüsü
səhifə9/49
tarix30.12.2017
ölçüsü38,66 Kb.
#18814
1   ...   5   6   7   8   9   10   11   12   ...   49

Nərəkimilər – dinozavrların həməsrləri
29
Nərə balığının Volqa çayında kürü tökdüyü dövrdə suyun tərkibində oksige-
nin miqdarı 10,1-8,2 mq/l-dən az olmamalıdır. Nərəkimilər fəsiləsindən olan 
başqa balıqlar kimi, nərə balığının da rüşeyminin və cavan fərdlərinin inkişa-
fına mənfi  təsir göstərə bilən amillərdən digərləri isə çayların sənaye çirkab 
suları, neft  və digər maddələrlə çirklənməsidir. İnkişaf edən kürü üçün çayın 
dibinə cökən neft  xüsusi təhlükə törədir. 
Xəzər dənizində nərə balığı erkən yaşlarında onurğasızlarla, yaşa dolduqca 
isə molyusk və balıqlarla (xulbalıq, siyənək, kilkə) qidalanmağa başlayır. 
Təbiətdə  nərə balığı bölgə, uzunburun, qaya balığı, çökə balığı ilə 
cütləmələr nəticəsində hibridlər əmələ gətirir. Süni mayalanma yolu ilə isə 
nərə x cökə, cökə x nərə, nərə x bölgə, bölgə x nərə hibridləri alınmışdır. 
Antropogen amillərin bu növə təsiri
çay məcralarında nizamlama işləri;

brakonyer ovu;

su mühitinin çirklənməsi.

Xəzər dənizində nərə balığının populyasiyası uzun dövr ərzində - 1931-
1940-cı  və 1951-1962 illərdə  dəfələrlə intensiv ovlanmaya məruz qalmış-
dır. 1962- 1981-ci illər  ərzində çaylarda ovlanma dövründə  Xəzər-Volqa 
hövzəsində nərə balığının tutulma intensivliyi aşağı səviyyədə olmuşdur. Bu 
populyasiyanın miqdarından və biokütləsindən tam istifadə edilməmişdir. 
1981-ci ildə yeni ovlanma qaydalarının təşkili ilə ovların intensivliyi xeyli 
artdı ki, bunun da nəticəsində kürü tökən populyasiyanın sayı və biokütləsi, 
həmçinin təbii  şəraitdə çoxalmağa gələn fərdlərin sayı azalmağa başladı. 
70-80-ci illərdə Ural-Xəzər hövzəsində ovlanmanın yüksək intensivliyi də 
bu balığın sayının azalmasına təsir göstərmişdir. Su qovşaqlarının tikintisi 
şəraitində 50-ci illərin ortalarında başlamış süni bərpa bu növün qorunması 
istiqamətində görülmüş kompensasiya tədbirləri hesab edilə bilər.
90-cı illərin əvvəllərindən başlayaraq dənizdə və çaylarda bu balığın sa-
yının azalmasının əsas amili qeyri-qanuni, brakonyer ovlanma olmuşdur.
RUS NƏRƏSİ növü beynəlxalq Qırmızı Kitaba daxil edilmişdir. 


Q.M.Palatnikov, R.Y.Qasımov
30
Fars nərəsi – Acipenser guldenstadti persicus Borodin, 1897
Qohum formaları: Acipenser cinsindən olan digər növlər
Çox işlənilən adı: rusca – persidskiy osetr; azərbaycanca – nərə; ingiliscə - 
persian sturgeon
Fars nərəsi əsasən Xəzər dənizinin mərkəzi və cənub hissələrində isti su-
larda məskunlaşmışdır. 
Rus nərəsindən fərqli olaraq Fars nərəsinin bədəni daha uzun forma-
da və maviyə çalan rəngdədir. Onun başı daha uzunsov olaraq bədəninin 
17,6%-ni təşkil edir, üzü və gözünün ardı daha genişdir. Üzü özünəməxsus 
quruluşa malikdir: yandan görünüşdə o açıq-aşkar aşağı əyilmiş və nisbətən 
qısa və ucu biz, amma rus nərəsinin üzünə nisbətən daha böyükdür. İran 
nərəsi rus nərəsindən həmçinin daha qalın və iri bədəni ilə  fərqlənir. Yan-
lardakı pulcuq sıralarından yuxarıda iri sümük lövhəciklər qaydasız şəkildə 
səpələnmişdir.Yan sıralarda radial uclu 20-24 pulcuq, qarın sıralarında isə 
7-14 pulcuq yerləşir. 
İran nərəsinin uzunluğu 2 m-ə çatır.
Qiymətli ov növüdür. Azərbaycanın sularında  ən yüksək ov səviyyəsi 
1936-cı ildə 1940 ton olmuşdur. 50-ci illərin  əvvəllərində bu rəqəm 630 
tona, 60-cı illərdə isə 310 tona qədər azalmışdır. İran sularında 50-ci illərin 
əvvəllərində bu balıqdan 250 ton, 60-cı illərin əvvəllərində isə 920 ton ovlan-
mışdır. 
Qidalanmaq, kürü tökmək məqsədilə  və kürü tökmədən sonra miqra-
siya edir. Kürü tökmək üçün əsas etibarilə Kür çayına, nisbətən az Volqa-
ya və Urala, Dağıstan çaylarına (Samur, Terek), Azərbaycanın sahil çayları-
na (Lənkəran, Astara), İranda Sefi drud çayına daxil olur. Gündüz və gecə 
vaxtları daha fəal qidalanır.  İran nərəsi üçün xarakterik xüsusiyyətlərdən 
biri mövsümə uyğun qidasının tərkibini dəyişməsidir. Yazda əsas qidası 
xərçəngkimilər, balıqlar və aterindən ibarət olur.


Nərəkimilər – dinozavrların həməsrləri
31
Kür çayındakı kürü tökmə yerləri Varvara su anbarı  bəndindən yuxa-
rı zonada Pirazı  kəndinə  qədər olan hissədə, Araz çayında Bəhrəmtəpə 
bəndindən 10 km aşağıda yerləşir. Kürün məcrasında nizamlama (su qov-
şaqlarının tikilməsi) işlərinə qədər əsas kürü tökmə yerləri Mingəçevir şəhəri 
yaxınlığında (çayın mənsəbindən 660 km məsafədə), Arazda isə Qaradonlu 
kəndi yaxınlığında (çayın mənsəbindən 330 km məsafədə) yerləşmişdir. 
Kür çayında çoxalma yerlərinə aprelin ikinci yarısından sentyabrın 
ortalarına qədər olan dövrdə,  ən çox avqustda yaxınlaşır. Fars nərəsinin 
törəməsinin eff ektivliyi abiotik faktorlardan – hidroloji rejimdən və suyun 
temperaturundan asılıdır.
Fars nərəsi də öz inkişafında nərəkimilər fəsiləsindən olan başqa balıq-
ların keçdiyi mərhələləri keçir: rüşeym, sürfəyə  qədər forma, sürfə, körpə, 
cavan və yetkin fərd.
İnkubasiya dövrünün uzunluğu rus nərəsində olduğu kimidir. Emb-
rional dövründə  və embrionaldan sonrakı inkişafın ilk mərhələlərində 
Fars nərəsinin törəmələrini rus nərəsinin törəmələrindən demək olar ki, 
fərqləndirmək mümkün olmur. Rüşeym halında inkişaf 2-10 sutka davam 
edir. Kürüdən çıxdıqdan sonra fəal qidalanmaya keçmə 9 gün çəkir. Sürfəyə 
qədər fərdlər 17-18 mm uzunluğa çatdıqda xarici mühitdə olan qidalarla qi-
dalanmaya başlayır. Cavan balıq cinsi yetkinliyə çatdıqdan sonra yetkin fərd 
hesab olunur. Kür çayında Fars nərəsinin erkəkləri 7-8 yaşlarında, dişiləri isə 
10-11 yaşlarında cinsi yetkinliyə çatırlar. 
Son illər ovlanan Fars nərəsinin miqdarı  kəskin  şəkildə azalmaqdadır. 
Belə ki, əgər 80-ci illərdə bu balıq Volqada ovlanan bütün balıqların 4,0%-ni 
təşkil edirdisə, 2000-ci ildə həmin göstərici cəmi 0,03 % olmuşdur. Ural çayın-
da bu balıqdan 5% ovlanmışdı. İran sahilləri yaxınlığında aparılan ovlarda 
kürü tökən populyasiyanın sayı  kəskin azalır və  nəticədə  təbii çoxalmanın 
miqdarı da azalır. 
Fars nərəsinin populyasiya sayının azalmasının əsas səbəbləri antropo-
gen faktorlar çay vadilərinin nizamlanması, kürü tökmə yerlərinin məhv 
edilməsi, Xəzər dənizi hövzəsinin uzun illərdən bəri davam edən və art-
maqda olan çirklənməsidir. Bu nərənin sayının azalmasının digər səbəbi də 
Xəzərin İran zonasında aparılan dəniz ovu olmuşdur. 


Yüklə 38,66 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə