Fish book son indd


Nərəkimilər – dinozavrların həməsrləri



Yüklə 38,66 Kb.
Pdf görüntüsü
səhifə8/49
tarix30.12.2017
ölçüsü38,66 Kb.
#18814
1   ...   4   5   6   7   8   9   10   11   ...   49

Nərəkimilər – dinozavrların həməsrləri
25
               BİLİRSİNİZMİ ...              
Hal-hazırda bölgə adlandırdığı-
mız 15-300 kq çəkisində olan balıqla-
rı XIX əsrdə Ural kazakları - belyak, 
Volqa balıqçıları – belyujyatnik, balıq 
sənayeçiləri isə – polumernıye (tam 
böyüməmiş) adlandırırdılar. 
Antik dövrlərdə Don çayında tu-
tulan hər altı bölgədən birinin uzun-
luğu 4 metrdən çox, orta əsrlərdə isə 
Orta Volqada hər beş bölgədən birinin 
uzunluğu 4-6 metr olmuşdur. XVIII 
əsrdə akademik S.Q.Qmelinin yanın-
da cəmi iki saat ərzində hər biri 655-
820 kq olan 500 bölgə tutulmuşdu. 
XX  əsrdə isə 600 kq-dan çox çəkisi 
olan bölgə ovlanması barədə  cəmi 
iyirmiyə yaxın məlumat mövcuddur.
Həştərxanda ölkəşünaslıq muze-
yin də altı metr yarım uzunluğunda 
bölgə müqəvvası var. Bu balıq səkkiz 
il  əvvəl Həştərxan yaxınlığında ov-
lanmış və çəkisi də 1840 kq olmuşdur. 
Bu  şah-balığı ölkəşünaslıq muzeyi 
... brakonyerlərdən almışdır. Onlar 
həmin balığın kürüsünü çıxarıb və 
ətini haraya qoyduqları barədə telefon-
la anonim şəkildə məlumat vermişlər. 
Alimlərin  fi krincə, balığın qarnında 
250 kq kürü ola bilərdi. 


Q.M.Palatnikov, R.Y.Qasımov
26
Volqa çayında su qovşaqlarının və miqrasiya yollarının bağlanması təbii 
çoxalma nəticəsində bu balığın təbii yolla çoxalmasına mane olmuşdur. Bölgə 
demək olar ki, özünün bütün kürü tökmə yerlərini itirmişdir. Hal-hazırda bu 
balığın 90%-dən çox hissəsi balıq zavodlarında yalnız süni şəraitdə çoxaldılır. 
Həddən çox ov, brakonyerlik, çayların və  Xəzər dənizinin çirklənməsi 
bölgənin populyasiyanın kəskin şəkildə azalmasına səbəb olub. Hal-hazırda 
(2001-ci ildən) bölgənin ovlanması qadağan edilsə də, istər Xəzərdə onların qi-
dalanma yerlərində, istərsə də çaylarda bu balığın böyük hissəsi brakonyerlər 
tərəfi ndən tutulur.
NƏRƏKİMİLƏR CİNSİ – ACIPENSER
Bütövlükdə bu gün Acipenser-in 16 növü məlumdur ki, onlardan da 
bəziləri məhv olma təhlükəsi qarşısındadır. Bu balıqların 5 növü Xəzər 
dənizində məskunlaşmışdır. 
Xəzər dənizində ən qiymətli və fərdlərinin sayına görə ən çox olan  nərə 
balığı – rus nərəsidir. 
Rus nərəsi – 
Acipenser gueldenstaedtii
 Brandt, 1833
Sistematik vəziyyəti:
 Tip: Chordata
 Sinif: Osteichthyes
 
Dəstə: 
Acipenseriformes Berq, 1940
 
Fəsilə: 
Acipenseridae Bionaparte, 1832
 Cins: 
Acipenser Linnaeus, 1758
 Növü: 
Acipenser gueldenstaedtii Brandt, 1833
Latın adı rus təbiətşünası İ.A.Qoldenştedtin şərəfi nə verilmişdir.
Çox işlədilən adı: rusca – russkiy osetr, azərbaycanca - nərə, rus nərəsi
İranda – xaviari rusi, tas, ingiliscə - russian sturgeon
Qohum formaları:  İran nərəsi – Acipenser persicus Borodin; Atlantika 
nərəsi – Acipenser sturio Linnaeous; Sibir nərəsi – Acipenser baeri Brandt; Bay-
kal nərəsi - Acipenser baeri n.baikalensis A.Nikolskiy; Amur nərəsi – Acipenser 


Nərəkimilər – dinozavrların həməsrləri
27
schrencki Brandt; Saxalin nərəsi – Acipenser medirostris Ayres; Adriatik nərəsi 
–  Acipenser naccari Bonaparte; Çin nərəsi – Acipenser sinensis Gray, Acipenser 
dabrianus Dumeril; Yapon nərəsi – Acipenserkukuchii Tanaka; yastıüzlü nərə - 
Acipenser brevirostris Le Seuer; ağ  nərə - Acipenser transmontanus Richardson
göl nərəsi – Acipenser fulvescens Rafi nesque
Mənşəyi.  Nərəkimilər fəsiləsindən olan bütün balıqlarda olduğu kimi 
nərə balığınin da mənşəyi barədə vahid bir fi kir yoxdur. Bəzi ixtioloqların 
fi krinə görə, Acipenser cinsi də Polyodon və Scaphirhyncus kimi Şimali Amerika 
(Missisipi çayı) ərazisində yaranmışdır. Digər tədqiqatçıların nöqteyi-nəzəri 
isə belədir ki, nərəkimilər fəsiləsindən olan balıqlar mərkəzi Asiyada Tetis 
dənizi hövzəsində yaranmışdır. 
Rus nərəsi
Yayıldığı ərazi. Ponto-Xəzər hövzəsi endemikidir. Xəzər dənizində, Azov 
dənizində və Qara dənizdə məskunlaşmışdır. 
Miqrasiya edən və oturaq (daim eyni şəraitdə yaşayan) formaları mövcud-
dur. Miqrasiya edən formasının payızda və yazda kürü tökən irqləri var. Volqa-
da, Kamada və çox güman ki, Uralda oturaq (daim çayda yaşayan) formalarına 
rast gəlinir. Sayına görə Xəzər, mənşəyinə görə Volqa sürüləri daha çoxdur. 
Azov-Qara dəniz hövzələrində bu nərə ayrı-ayrı sürülər şəklində yaşayır: 
Qara dəniz-Qafqaz (Rion), Qara dəniz-Ukrayna (Dnepr) və Azov sürüləri. 
Kürü tökmək üçün nərələrin  əsas hissəsi Xəzər dənizindən Volqaya, 
nisbətən az Urala, lap az miqdarda Terek, Sulak, Samur və Kür çaylarına 
daxil olur. Bu nərə balığı İran sahilləri ilə Sefi drud, çox az hallarda Qorqan, 
Babul və digər çaylardan daxil olur. 
Azərbaycan sahillərində  əsas kürü tökmə yeri Kür çayıdır. Bu balığın 
Volqa çayı boyu Tverdən yuxarıya qədər, Dneprlə Kiyevdən yuxarıya qədər, 
Kür boyunca isə Tbilisiyə qədər qalxdığı vaxtlar olub. 


Q.M.Palatnikov, R.Y.Qasımov
28
O, Qara dənizdən Dunaya, Dneprə, nisbətən az miqdarda Rioni, Mzım-
tu, Psou və başqa çaylara daxil olur. 
Azov dənizindən kürü tökmək üçün Dona, tək-tək nümunələri isə Ku-
ban çayına daxil olur; son illər bu nərənin (o cümlədən bölgə) Kubana daxil 
olması halları artır. 
Volqa nərəsi erkəkləri 10 yaşından, dişiləri isə 13 yaşından cinsi yetkinliyə 
çatmırlar. Kür nərəsinin cinsi yetkinlik dövrü 13-14 yaşlar, dişi balıqlarda isə 
19-30 yaşlarına təsadüf edir. 
Azov nərəsi; erkəkləri 8-9 yaşlarında, dişiləri isə 10-14 yaşlarında cinsi 
yetkinliyə çatırlar; Dnepr nərəsi 11 yaşından tez cinsi yetkinliyə çatmır.
Nərə balıqlarının ən çox məlum olan yaşı 48, ən çox uzunluğu 230 sm, 
çəkisi 80 kq və hətt a 120 kq olur. 
Ovlanan  Volqa nərəsinin orta çəkisi 12-16 kq-dır. 1960-cı ildə Volqa 
nərəsinin orta çəkisi 14,5 kq, 1962-ci ildə isə Volqa çayında kürü tökməyə 
gedən nərə balığının erkəklərinin orta çəkisi 11,7 kq, dişilərin isə 21,3 kq ol-
muşdur. 
Ovlanan Kür nərəsinin orta çəkisi 22-24 kq, Azov nərəsinin çəkisi isə 15 
kq-a yaxındır. 
Rus nərəsinin nəsl vermə qabiliyyəti 84 - 837 min kürü, orta hesabla isə 
250-350 min kürüdür.
Nərəkimilər fəsiləsindən olan başqa balıqlar kimi rus nərəsinin də inki-
şaf mərhələləri belədir: rüşeym, sürfəyə qədər forma, sürfə, körpə, cavan və 
yetkin fərd. Nərənin rüşeyminin inkişafında 5 ardıcıl dövr müəyyən edilmiş-
dir: mayalanma, blastula, qastrulyasiya, qastrulyasiyanın sonundan ürəyin 
döyünməyə başladığı vaxta qədər və ürəyin döyünməyə başlamasından 
kürüdən çıxana qədər. Sürfədən əvvəl inkişaf dövrü rüşeymin kürüdən çıx-
ması ilə başlayır və aktiv ekzogen qidalanmaya keçmə ilə başa çatır. Nərə 
balığının sürfələrinin bütün yan və qarın pulcuqları  əmələ  gəlmiş, quyruq 
üzgəcinin pərləri boyunca şüalar olur; qısa dairəvi üzləri başın uzunluğunun 
50%-dən az hissəsini təşkil etdikdə, orta bığları üzün kənarına qədər çatdıq-
da cavan balıq hesab olunurlar. Cinsi yetkinlik yaşına çatmış cavan balıq artıq 
yetkin balıqlara aid edilir. 
Nərə balığının normal inkişaf etməsi üçün su mühitində müəyyən amp-
litud daxilində əlverişli şəraitlərin: temperatur və oksigen rejimlərinin, mü-
hitin reaksiyası, axarlı olması, çirklənmə  və  yırtıcıların olmaması lazımdır. 
Oksigenin suda miqdarı kifayət qədər olmadıqda və onun konsentrasiyası 
5-6 mq/l qədər azaldıqda, rüşeymlərin inkişafında ləngimə müşahidə edilir. 


Yüklə 38,66 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə