Fish book son indd


Nərəkimilər – dinozavrların həməsrləri



Yüklə 38,66 Kb.
Pdf görüntüsü
səhifə16/49
tarix30.12.2017
ölçüsü38,66 Kb.
#18814
1   ...   12   13   14   15   16   17   18   19   ...   49

Nərəkimilər – dinozavrların həməsrləri
51
raya) qalxır. Əsas kürü tökmə çayı Selenqadır ki, o həmin çay boyunca 1000 
km yuxarı qalxır. 
Sibirin çaylarında nərə balığının çoxalması yayda – iyun-iyul aylarında; 
Baykalda isə bir qədər əvvəl – mayın axırı - iyunun əvvəllərində baş verir. 
Müxtəlif su hövzələrində onun tökdüyü kürülərin miqdarı da müxtəlifdir: 
Ob çayında 174 - 420 min, Yenisey çayında 79-250 min, Lena çayında isə 16-
110 min.
Onun qidası müxtəlif su dibi orqanizmlərindən – xironomid, milçək,
 
göl 
milçəkləri sürfələrindən, amfi podlardan, qammaridlərdən, soxulcanlardan, 
molyusklardan, nisbətən az sayda balıqlardan ibarətdir. Qışda buzun altında 
da qidalanmanı davam etdirir. Sibir nərəsi çox dözümlü və böyük potensial 
çoxalma imkanlarına malik olan bir balıqdır. SES (su elektrik stansiyaları) 
nəzdində olan isti sulu təsərrüfatlarda yetişdirilən Lena nərəsi təbii şəraitdə 
olduğundan 7-9 dəfə tez böyüyür. 
Bölgə cinsi (Huso)  buraya yuxarıda təsvir edilmiş bölgədən başqa daha 
bir növ də daxildir:
Kaluqa (böyük Sibir nərəsi) (H.dauricus) yalnız Amur çayının hövzəsində 
məskunlaşmışdır. Dənizdə Amur limanından kənara çıxmır. 
Adi adı: tsinxuan-yuy (Çin dilində)
Kaluqa (böyük Sibir nərəsi) (Huso dauricus)
Şirin sularda məskunlaşmış ən böyük balıqlardan biridir. Uzunluğu 3,7 
metrə, çəkisi 380 kq-a çatır; keçmişdə 5 metrdən uzun olan nümunələri tutul-
muşdur. Adətən kaluqanın çəkisi 50-100 kq-dır. Kaluqanın qeydə alınmış ən 
yaşlı fərdi 55 yaşında olmuşdur. 
Cinsi yetkinliyə 18-22 yaşlarında çatır. 48—55 il yaşayır, uzunluğu 3,7-
5,6 metr, çəkisi isə 382 kq və daha çox olur. Əsasən yazda kürü tökür. Orta 
məhsuldarlığı - 1,5 milyon kürüdür. 


Q.M.Palatnikov, R.Y.Qasımov
52
Kaluqa yırtıcı balıqdır. Artıq birinci ildən başlayaraq kiçik balıqlarla və 
onurğasızlarla, daha iriləri isə həm keta balığı, həm də qızılbalıqla qidalanır. 
Hal-hazırda bu balıqlar arasında kannibalizm halları çoxalmışdır. 
Kürəkburunkimilər Yarımfəsiləsi
(Scaphirhynchinae)
Nərəkimilər fəsiləsinə aid olan kürəkburunkimilər qədim dünya fauna-
sının qalıqlarındandır. Bunu bir tərəfdən onların qədim əjdahaları xatırladan 
qəribə quruluşları, digər tərəfdən isə okean vasitəsilə bir-birindən ayrılmış 
nəhəng qitələr arasında yalnız iki su hövzəsində - Amudərya və Missisipidə 
yaşamaları göstərir. Bu fakt həm də həmin su hövzələrinin nə vaxtsa bir ol-
duqları fərziyyəsini təsdiq edir. 


kburunun 
ba
başı
şı

nın
n al
al
td
td
an

rünüşü
        Kürəkburunkimilər yarımfəsiləsində (Scaphirhynchi-
nae) olduqca özünə məxsus, tərkibində çoxlu miqdarda 
asılı maddələrolan, sürətli su axınında yaşamağa alışmiş 
balıqlar təmsil olunur. Kürəkburunkimilərin gözləri lap 
kiçik, çox zaman dəri ilə demək olar ki, tamamilə örtül-
müş olur. Bu balıqların həyatında görmə qabiliyyəti bö-
yük rol oynamır. Əvəzində mühiti yaxşıhiss etmək üçün 
uzun bığlar və demək olar ki, üzün bütün aşağı hissəsi 
vasitəsilə lamisə hissi çox inkişaf etmişdir. İri sümükdən 
olan pulcuqlar özünəməxsus zireh kimi onları mexaniki 
zədələrdən və axınla birlikdə gələn bərk hissəciklərdən 
qoruyur. Avara bənzər yastı üzi sürətli axında dayanma-
ğa xidmət edir: yuxarıdan hərəkət edən su axını onları 
suyun dibinə sıxır. 
Kürəkburunkimilər yer kürəsinin iki regionunda məskunlaşmışlar: Ame-
rika kürəkburunkimiləri cinsinə (Scaphirhynchinae) Missisipi hövzəsində, ya-
lançı kürəkburunkimilərə isə Amudərya və Sırdərya hövzəsində rast gəlmək 
olar. Orta Asiya kürəkburunkimiləri Amerika kürəkburunkimilərdən daha 
qısa quyruq hissəsi və az inkişaf etmiş üzmə qovuğu ilə fərqlənirlər (Ameri-
ka kürəkburunkimilərində bu, çox inkişaf etmişdir). 
Kürəkburunkimilər cinsi 
(Scaphirhynchinae)
Adi kürəkburun  (S.platorhynchus) – Missisipi və Missuri çaylarında 
məskunlaşmışdır. Uzunluğu 90 sm-dir. Bu balıqlar yaz-yay mövsümündə ço-


Nərəkimilər – dinozavrların həməsrləri
53
xalır, kürü tökmək üçün dibi daşlı çay qollarına daxil olurlar. Əsas etibarilə
həşəratların su sürfələri ilə qidalanırlar. Əvvəllər adi kürəkburun balığı ov-
lanan balıqların mühüm bir hissəsini təşkil edirdi. Hazırda isə onların sayı 
kəskin azalmışdır. 
Ağ kürəkburun  (Scaphirhynchus albus Forbes et Richardson, 1905) 
yayılma yerləri – Missuri çayının aşağı hissəsi.
Ağ kürəkburun Scaphirhynchus albus
Məhv olmaq təhlükəsi qarşısında qalmış çox nadir növdür. TQBİ-nin 
Qırmızı Kitabına I kateqoriya ilə daxil edilmişdir. 
Uzunluğu 1,5 m, çəkisi isə 32 kq-dır. Bədəni bütün nərəkimilərdə olduğu 
kimi beş  cərgə sümük pullarla örtülmüşdür. Burnu avar şəkillidir. Burnun 
aşağı, ağzın ön hissəsində 4 bığ var ki, bunların mərkəzdə olan 2-si bir qədər 
irəli çıxmış  və  qıraqdakı  bığlardan iki dəfə  qısadır. Qarın hissəsində örtük 
yoxdur.
Bu növə Montana, Dakota, Kanzas, Nebraska, İllinoys, Arkanzas, Missuri 
və cənub istiqamətində Luizianaya qədər Missisipi və Missuri çaylarında rast 
gəlmək olar. Kürəkburunkimilərin burada məşkunlaşmış  S.platorchynchus 
növündən fərqli olaraq, bu hövzələrdə  ağ kürəkburuna nəzərə çarpacaq 


Yüklə 38,66 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə