Fish book son indd


Q.M.Palatnikov, R.Y.Qasımov



Yüklə 38,66 Kb.
Pdf görüntüsü
səhifə15/49
tarix30.12.2017
ölçüsü38,66 Kb.
#18814
1   ...   11   12   13   14   15   16   17   18   ...   49

Q.M.Palatnikov, R.Y.Qasımov
48
qrupa yaxınlaşan kimi başlayır. Mayalanmış yumurtalar çınqıl daşlara və 
digər bərk substratlara yapışır. 5-51 kq çəkiyə malik olan dişi balıqlarda nəsl 
vermə qabiliyyəti çox fərqli – 50 mindən 667 min kürü dənəsinə qədər – olur. 
Kürülərin diametri 2,7-3,1 mm-dir. Kürülər 5-8 sutka ərzində inkişaf edirlər. 
Bu nərə balığının qidalanma yeri göl və çayların 10-15 m-dən dərin olma-
yan sahil zonalarıdır. Qidası kiçik sudibi orqanizmlərdən - molyusklardan, 
zəlilərdən, həşərat sürfələrindən, xərçəngkimilərdən və digər onurğasızlar-
dan, daha az sayda da balıqlardan ibarətdir.
Keçmişdə göl nərəsinin ovlanma baxımından  əhəmiyyəti Amerikan 
nərə sinin  birlikdə götürülmüş digər iki (uzunburun və yastıburun) növü-
nün əhəmiyyətindən daha çox idi. Bu balıqdan 1880-ci ildə Miçiqan gölündə 
1536 ton, 1893-cü ildə Vuds (Kanada) gölündə isə 640 ton ovlanmışdı. 1951-ci 
ildə nərənin məskunlaşdığı bütün ərazilərdən 152 ton göl nərəsi ovlanmışdı. 
Göl nərəsinin sayının XX əsrdə kəskin azalmasına intensiv ovlanma, brakon-
yerlik, və su hövzələrinin çirklənməsi səbəb olmuşdur. Hal-hazırda bu balı-
ğın ovu yalnız cinsi yetkinliyə çatmış  fərdlərin tutulmasına icazə verən ov 
həddinin müəyyən edilməsi ilə məhdudlaşdırılır. Süni yetişdirilmə cəhdləri 
də edilir.  
Saxalin nərəsi (A.mikadoyayılma yerləri - Sakit okean, Yapon dənizi
Saxalin nərəsi Acipenser medirostris
Çox az təsadüf edilən, az öyrənilmiş növdür və məhv olmaq təhlükəsi 
(I kateqoriya) qarşısındadır. SSRİ  və RSFSR-in Qırmızı Kitablarına daxil 
edilmişdir. Görünür, yayıldığı yerlərdə sayının təbii surətdə az olması onun 
üçün xarakterik haldır. Uzunluğu 2 metrdən artıq, çəkisi isə 60 kq-dan çox 
olur. Belində 8-10, yan tərəfi ndə 26-31, qarın hissəsində isə 6-8 pulcuğu var. 
Belindəki üzgəcdə 36-40 mil sümüyü, anal üzgəcdə 25-29 mil sümüyü var. 
Qəlsəmə dişciklərinin sayı 18-20-dir. Belinin zeytun rəngində olmasına görə, 
ona həm də “yaşıl nərə” deyilir. 


Nərəkimilər – dinozavrların həməsrləri
49
Sakit okeanın şimal hissəsində Amerika və Asiya sahillərində yayılmışdır. 
Amerika sahillərində San-Fransiskodan Kolumbiya çayına qədər rast gəlmək 
olar. Asiya sahilləri boyunca Yapon dənizi sularında Xokkaydodan Vonsana-
ya (Koreya) qədər məskunlaşmışdır. Rusiya sularında Koreya sərhədindən 
Amur limanına qədər, Amur və Saxalinin ayrı-ayrı çaylarında rast gəlmək 
olar. Berinq dənizindəki Olyutor körfəzində ovlanması qeydə alınmışdır. 
Keçici balıqdır, kürü tökmək üçün kiçik və sürətli çaylar boyunca azca 
yuxarı qalxır. Uzaq Şərqdə ən çox nərə balığı Tatar körfəzinə tökülən Tumnin 
çayına daxil olur. Yazlıq və payızlıq formalarının olduğu güman edilir. Yazlıq 
növü buzlaq mövsümündən sonra may-iyun aylarında, payızlıq növü isə pa-
yızda sentyabr-oktyabr aylarında Tumnin çayına daxil olur və çayda qışlayır. 
Bu balıq iyunda-iyulun birinci yarısında kürü tökür. Cavan balıqlar ilk 4-5 
il ərzində şirin sularda yaşayır, bioloji baxımdan başqa nərəkimilərin cavan 
balıqlarından kəskin fərqlənir. Az hərəkətli olmaqla, vaxtın çox hissəsini su 
dibində keçirir. Buna səbəb cavan balıqların vaxtından əvvəl dənizə, yüksək 
dərəcəli duzlu sulara çıxmasının qarşısının alınması üçün mühüm növ adap-
tasiyası hesab oluna bilər.
Cinsi yetkinliyə gec çatırlar – erkəklər 8-10 kq çəkidə 10 yaşında, dişilər 
isə böyük ölçülərdə 2-3 il gec cinsi yetkinliyə çatırlar. Hər il kürü tökmür: 
kürü tökmə dövrləri arasındakı fasilə orta hesabla erkəklərdə 4 il, dişilərdə 
isə 5 il olur. 
Saxalin nərəsi amur və digər növ nərələrdən geri qalmayaraq tez 
böyüməsi ilə fərqlənir. 18 yaşında çəkisi 25 kq olur. 
1986-1987-ci illərdə Saxalin nərəsinin süni şəraitdə yetişdirilməsinə 
cəhdlər edilmişdir. Tumnində bir neçə ədəd yetkin damazlıq balıq (4 dişi və 2 
erkək) tutmaq və onlardan kürü almaq mümkün olmuşdu. Kürüsü çox iridir 
və çəkisi 25-34 mq-dır və ölçülərinə görə bölgə balığı kürüsünə yaxındır. Su-
yun temperaturu 10-14º C olduqda, kürünün inkişafı 11 sutka davam etmiş-
dir. Təəssüf ki, bu yolla alınmış bütün balıqlar məhv olmuşdur. 
Təbiətdə bu balıqların sayı haqqında məlumat yoxdur. Görünür, əsas 
məhdudlaşdırıcı faktor kürü tökmə yerlərinin çox az olmasıdır. Bu nərə ba-
lığının ovlanması qadağan edilmişdir, lakin brakonyerlər tərəfi ndən ovlanır. 
Bu nadir balığın sayının artırılmasına yönəlmiş əsas tədbirlər onların kürü 
tökdükləri çayların qorunmasının gücləndirilməsi, eləcə  də süni şəraitdə 
yetişdirilməsi işlərinin davam etdirilməsindən ibarətdir. 
Sibir nərəsi (A.baerii) yayılma yerləri -  Ob çayı ilə Kolıma çayı arasında 
yerləşən Sibir çaylarında, Baykal gölündə məskunlaşmışdır. 


Q.M.Palatnikov, R.Y.Qasımov
50
Obun İrtış və Yenisey  hövzələrindən başqa, bu balıqlara şərqə tərəf Ko-
lımaya qədər və Baykal gölündə rast gəlmək olar. 
Sibir nərəsi cökə balığından yan pullarının az olması ilə ( 50-yə qədər), 
daha yaxın olduğu rus nərəsindən qəlsəmələrində yelpik şəkilli dişciklərin  
və daha iti uclu burnu ilə asanlıqla fərqlənir. Bununla belə, cökə balığında 
olduğu kimi, bu növ balıqların burunları da çox fərqli olur. Eyni ərazidə siv-
riburun fərdlə yanaşı, yastıburun fərdlərə də rast gəlmək mümkündür.  
Müxtəlif hövzələrdə bu balıqların ölçüləri bir birindən fərqlənir. Ob və 
Baykalda 180-200 kq, Yeniseydə 100 kq-a , Lenada 60 kq-a qədər çəkidə nərə 
balıqlarına rast gəlmək olur. Ovluq Ob nərəsinin çəkisi orta hesabla 15-16 kq, 
Yenisey nərəsinin 4-6 kq, Lena nərəsinin isə 2-3 kq olduqda icazə verilir. 
Sibir nərəsi yarımkeçici balıqdır. Onun qida yeri Sibir çaylarının mənsəb 
hissələridir, çoxalma məqsədilə isə  həmin çaylar boyunca kilometrlərlə- 
Ob çayı ilə Novosibirsk SES-ə  qədər 2500 km, Yenisey ilə 1500 km, Lena 
ilə 500-700 km yuxarı qalxır. Bu miqrasiya bir ildən artıq davam edir və qış 
fəslində həmin çaylardakı çökəklərdə qışlama vaxtı dayanır. Həmin balığın 
miqrasiya edən növündən başqa  əksər çaylarda oturaq dəstələri də möv-
cuddur. Müşahidələrə  əsasən kürü tökmə yerlərinə qalxan bu növ yetkin 
nərələr bozumtul, oturaq nərələr isə boz-qəhvəyi rəngdə olur. Bu iki for-
madakı rəng fərqlərinə Amur nərəsində də rast gəlinir. Sibir nərəsi çox sərt 
mühitdə məskunlaşır, rus nərəsinə nisbətən daha gec böyüyür və yetkinləşir 
– erkəklər 15-18 yaşlarından tez olmayaraq, dişilər isə 18-20 yaşlarında. 
Nisbətən erkən yetkinliyə çatan Lena nərəsidir; bu balıq çox kiçik “cökə” 
ölçülərinə (uzunluğu təxminən 70 sm və çəkisi 1,5-2 kq) malik olmaqla cinsi 
yetkinliyə erkən (erkəklər 11-13 yaşlarında, dişilər isə 13-15 yaşlarında) çatır. 
Sibir nərəsi min illər bundan əvvəl güman ki, Yenisey hövzəsindən aşağı 
Anqara vasitəsilə Baykala daxil olmuş və burada unikal göl-çay formasını 
əmələ gətirmişdir. Həmin növ bu gölün sahil zonalarında qidalanır (150-200 
m) və çoxalma üçün çayın iri qollarına (Selenqaya, Barquzinə, Yuxarı Anqa-


Yüklə 38,66 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə