Fish book son indd


Nərəkimilər – dinozavrların həməsrləri



Yüklə 38,66 Kb.
Pdf görüntüsü
səhifə23/49
tarix30.12.2017
ölçüsü38,66 Kb.
#18814
1   ...   19   20   21   22   23   24   25   26   ...   49

Nərəkimilər – dinozavrların həməsrləri
73
 Biomüxtəlifl ik Yer kürəsində bütün biogeokimyəvi, iqlimlə  əlaqəli və 
digər proseslərin həyata keçirilməsində tənzimləmə funksiyasını yerinə ye-
tirir. Hər bir növ, nə  qədər  əhəmiyyətsiz görünməsindən asılı olmayaraq, 
təkcə “doğma” lokal ekosistemin deyil, həm də ümumilikdə bütün Biosferin 
sabitliyinin təmin edilməsinə öz töhfəsini verir. Biomüxtəlifl iyin qorunması 
bəşəriyyətin Sabit inkişafının ayrılmaz hissəsidir. 
“Sabit inkişaf” ifadəsi dedikdə, cəmiyyətin müasir dövrün mühüm 
tələblərini gələcək nəsillərin öz ehtiyaclarını ödəmək imkanlarına ziyan vur-
madan təmin edən inkişafı nəzərdə tutulur.
Bu gün isə  Xəzərin nərəkimilərini itirməklə biz özümüzü də, gələcək 
nəsillərimizi də olduqca qiymətli zülal qidasından məhrum edir, milyon illər 
ərzində formalaşmış nərəkimilərin unikal genofondunu və beləliklə genetik 
müxtəlifl iyi itiririk.
ONLARI NECƏ XİLAS ETMƏLİ?
Nə vaxtsa Yerin şimal yarımkürəsinin bütün çay və  dənizlərində 
nərəkimilər fəsiləsindən olan balıqlar məskunlaşmışdılar. Hələ keçən  əsrin 
ortalarında Almaniyanın Hamburq şəhərində nərə balıqları bazarı var idi ki, 
hər il həmin bazarda yaxınlıqdakı Elba çayından tutulmuş 4-5 min ədəd yet-
kin balıq satılırdı. XX əsrin birinci yarısında dünya üzrə tutulan nərəkimilər 
fəsiləsindən olan balıqların 70%-i, ikinci yarısında isə 90%-i Xəzər dənizinin 
payına düşürdü. Bu balıqların ovlanma həcminin azalması, XX əsrin 
əvvəllərində 400 min sentner, 1970-ci ildə 250 min sentner və 1999-cu ildə 9 
min sentner olması Xəzər dənizi hövzəsində onların məruz qaldığı fəlakətin 
rəqəmlərlə ifadəsidir. 
Avropa və Amerikada əhalinin sıx yaşadığı  ərazilərdə  nərəkimilər 
fəsiləsindən olan balıqların vəhşicəsinə ovlanması onların sayının xeyli azal-
masına səbəb oldu.
Bu balıqların kürü tökmək məqsədilə böyük çaylar boyunca üzüyuxa-
rı miqrasiyasının qarşısını kəsən elektrik stansiyaları üçün bəndlərin inşası 
onların çoxalmasına ciddi zərbə vurdu və sayının azalmasına səbəb oldu. 
Kür və Volqa çaylarında su elektrik stansiyaları bəndlərinin tikilməsi balıq-
ların bu çayların yuxarı hissələrində yerləşən kürü tökmə yerlərinə yolunu 
kəsdi. Bu ziyanı aradan qaldırmaq məqsədi ilə ilk dəfə SSRİ-də, daha dəqiq 
desək, Azərbaycanda Kür çayının sahilində Eksperimental nərə balıqla-
rı çoxaldan zavod tikildi. Bu zavodda A.N.Derjavinin, N.L.Qerbilskinin və 


Q.M.Palatnikov, R.Y.Qasımov
74
R.Y.Qasımovun rəhbərliyi altında nərəkimilər fəsiləsindən cavan balıqların 
süni çoxalmasının elmi əsaslandırılmış üsulları  işlənib hazırlandı. Sonralar 
belə zavodlar Volqada, Donda, Kubanda, eləcə də, İran və Amerikada tikil-
di. Bu zavodlarda damazlıq balıqların tutulması, onlardan kürü və maya 
alınması, kürünün inkubasiyası, sürfələrin saxlanılması və cavan balıqların 
yetişdirilməsi həyata keçirilir. 
Damazlıq balıqların sinxron kürü tökməsinə nail olmaq üçün onlara ase-
tonlaşdırılmış hipofi z inyeksiyası vurulur. İnyeksiyadan sonra balıqları sabit 
temperaturda və ya artan temperatur rejimində saxlayırlar. Dişinin hazırlıq 
anı (kürünün ovulyasiyası) balığın qarnını sıxmaqla müəyyən edilir. 
KÜRÜNÜN ALINMASI. Nərəkimilər fəsiləsindən olan dişi balıqların 
cinsi sistemlərinin anatomik quruluşu, alabalıq və karp balıqlarında olduğu 
kimi, yetişmiş kürünü süzüb tökməyə imkan vermir. Buna görə də, kürünün 
bədəndən çıxarılması üçün balığın qarnında kəsik açılır və kürü oradan gö-
türülür. Bu prosesdə balıq xüsusi dəzgaha yerləşdirilib saxlanılır.  Əvvəllər 
isə belə əməliyyatdan sonra balığı emal etmək məqsədilə balıq kombinatına 
emal üçün göndərirdilər. 
Hal-hazırda S.B.Poduşka tərəfi ndən hazırlanmış üsula əsasən kürü ilk 
mərhələdə süzülməklə götürülür, sonra isə qarın nahiyəsində yumurtalıq 
yollarından birinin arxa hissəsindən kəsik açılır və kürü asanlıqla oradan gö-
türülür.
Yumurtalıqlar nazik yarımşəff af  pərdədən ibarət olduğu üçün onun 
üzərində kəsik açılması qanaxmaya səbəb olmur. Yara cüzi olur və tezliklə 
bitişir. Belə  əməliyyatdan sonra balıqların sağ qalması ehtimalı 100%-ə ya-
xındır. 
Kürünün mayalanması üçün sperma kateter vasitəsilə ən azı üç erkəkdən 
götürülüb şüşə qaba yığılır. 
Sperma su ilə duruldulur və 1 kq kürüyə 10 ml. sperma əlavə edilməklə 
qarışdırılır. 
KÜRÜNÜN İNKUBATORDA YETİŞDİRİLMƏSİ. Kürünün inkubasiyası 
və cavan balıqların yetişdirilməsi üçün xüsusi inkubasiya aparatları hazır-
lanmış və istifadə edilir. Az həcmdə kürü inkubasiya edildikdə, Veys və ya 
Zamanovun aparatlarından istifadə edilir. İnkubasiya üçün suyun optimal 
temperaturu nərə balığının növündən asılı olaraq 13-18º C hüdudlarında ol-
malıdır. 
İnkubasiyanın ikinci günündən etibarən Ç. Məmmədovun üsulu ilə 
bir gündən bir kürünün saproleqnioza qarşı profi laktik işlənilməsi həyata 


Nərəkimilər – dinozavrların həməsrləri
75
keçirilir. Kürülərdən çıxmış sürfələr  əvvəlcədən hazırlanmış hovuzlarda 
yerləşdirilir. 
SÜRFƏLƏRİN İNKİŞAFI. Nərəkimilər fəsiləsindən olan balıq embrion-
larının böyük sarı kisəsi, qeyri-mütənasib böyük başları  və  zəif inkişaf et-
miş daxili orqanları olur. Gözlər yalnız piqment ləkələri ilə tanınır. Sürfələrin 
hərəkəti daha çox çömçəquyruqluların hərəkətinə oxşayır. Sürfələr işığa re-
aksiya verir, dərinlikdə hərəkət edir və suyun dibinə enərək çox vaxt orada 
sürü əmələ gətirirlər. 
Təxminən 7 gün ərzində sürfələr sarı kisədən alınan enerji hesabına in-
kişaf edir, bundan sonra isə  tədricən xaricdən qidalanmağa başlayırlar. Bu 
mərhələdə onların qidası xırda su orqanizmlərindən ibarət olur. Canlı yem 
olmadıqda, sürfələr suyun dibinə enir və orada yığılmış maddələri yeməklə, 
onların tərkibindəki müəyyən mikroorqanizm və orqanik maddələrin 
hissəcikləri ilə qidalanır. 
Nərə balığı sürfələrinin yerləşdirilməsi üçün 15-20 sm dərinliyində su 
tutan və yüngülcə axını olan nisbətən uzun (4 metrə qədər), ensiz (0,5-0,8 m) 
novlardan istifadə edilir. Sürfələrin böyüdülməsi üçün, həmçinin dairəvi və 
kvadrat formalı hovuzlardan da istifadə etmək olar. 
Sürfələr üzməyi yaxşı bacarmır və su axını onları suyun çıxış yerlərindəki 
torlara sıxa bilər. Sürfələr  ən kiçik dəliklərdən belə novlardan çıxa bilirlər. 
Buna görə  də, suyun hovuzlardan çıxdığı yerlərdə sürfələri tutmaq üçün 
vasitələr qoyulur.
2,5 sm uzunluğuna çatdıqda, sürfələr su dibində yaşayan yem 
orqanizmləri hesabına öz rasionlarını genişləndirməyə başlayırlar. 
3,5-4 sm uzunluğuna çatdıqda, nərə balıqları artıq xarici təsirlərə qarşı 
dözümlü və möhkəm olurlar. Onları hövuzlara yerləşdirib xırdalanmış hazır 
yemlə qidalandırmağa başlamaq olar. Cökə, Sibir nərəsi, bölgə, bester, qa-
şıqburun balıqları heç bir çətinlik olmadan xırdalanmış yemə keçirlər. Başqa 
növlər isə süni qidalanmaya çətinliklə keçirlər. 
SATIŞ ÜÇÜN BALIQ YETİŞDİRİLMƏSİ. Bir qədər böyüdülmüş cavan ba-
lıq ya birbaşa damazlıq balıqların çıxarıldıqları çaya, ya da sonrakı kökəltmə 
yerləri olan estuariyə buraxılır. Bu texnologiya sayəsində SSRİ-də bir çox illər 
boyu nərəkimilər fəsiləsindən olan balıqların ovlanan növlərinin kökünün 
kəsilməsinin qarşısını almaq mümkün olmuşdu. Hal-hazırda Azərbaycanda 
4 nərə balığı zavodu fəaliyyət göstərir. 
Bundan əlavə nərə populyasiyalarının qorunmasına yönəlmiş bir sira qa-
nunlar qəbul edilmişdir:


Yüklə 38,66 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə