Frans Kafka “Çevrilmə” Plan



Yüklə 384,13 Kb.
səhifə3/4
tarix29.04.2022
ölçüsü384,13 Kb.
#86207
1   2   3   4
Aydan Hümbətova Sosial pedaqogika

Cənab Zamza - Qreqorun atasıdır. Çevrilməsindən sonra ailəyə maddi dəstək ola bilmək üçün işə geri dönmək məcburiyyətində qalır. Oğluna qarşı münasibəti sərtdir. Çevrilmiş Qreqor iyrənmək və hətta qorxuyla baxır. Bbir neçə dəfə Qreqora hücum edir. Qreqor insan olarda belə atası onu daha çox ailə üçün əlir mənbəyi olaraq görürdü. Qreeqorun atasıyıa olan münasibəti Kafkanın atasıyıa olan münasibəti əsasında modelləşib. Yadlanma burada olduqca aydın görünür.

  • Xanım Zamza - Qreqorun anasıdır. O, itaətkar arvad olaraq təsvir olunur. Qreqor üçün həmişə narahatlıq və həyəcan içindədir. Başlanğıcda Qreqorun çevrilməsi qarşısında şok olur. Amma yenə də otağına getmək istəyir. Ancaq bu onun üçün asan olur. Analıq instinki və oğluna duyduğu sevgisi ilə oğluna duyduğu iyrənmə arasında mübaribə başlayır.



    Çevrilmə əsərinin” təhlili

    "Çevrilmə” povestinə gəlincə, onu oxumayan, oxuyub sevməyən az adam tapılar. Bu bir novelladır, ən qəribə, ən gözlənilməz hisslər doğurmağa qadirdir. Məsələn, Qoqolun mayor Kovalyovu bir sabah burnunun olmadığını aşkar edir, lakin bu, oxucunu Qreqor Zamzanın yatağında böcəyə çevrilməsi qədər təsirləndirmir. "Çevrilmə”də adi məişət qayğıları ilə bir arada həm fantasmoqorizm, həm absurdizm, həm ekzistensializm elementləri mövcuddur. İstər-istəməz süjetə heyran olursan, qəmlənir, həyəcan keçirir, təəssüflənirsən... Bu qədər hissi bir arada toplaya bildiyi üçün müəllifin önündə yalnız baş əymək olar.



     Kafkanın arzusu – ona qədər heç kimin yazmadığı yeni üslubda yaza bilmək idi və o, buna nail olmuşdur.
    Qreqorun böcəyə çevrilməsi metaforik olaraq düşünülmüşdür. Şərtidir. Bu, əslində, elə bir faciədir ki, hər bir insanın başına gələ bilər. Soruşa bilərsiniz, necə?
    Böcəyə çevrilməsi Qreqor Zamzanın gərəksiz, lazımsız bir məxluqa dönməsinə səbəb olur. Bu vəziyyəti adi həyatda qəfil beyin qanaması, ürək infarktı və ya yol qəzası üzündən şikəst olması, bəlkə də, ömürlük əlil arabasında qalmağa məhkum olması ilə müqayisə edə bilərik. Belə bir halda, o insan özünü necə hiss edəcək, əzizlərinin, sevdiklərinin həmin şəxsə münasibəti necə dəyişəcək – bilmək olmaz.
    qeyd edim ki, bir insan kimi, məhkum olduğu durğun həyatdan çıxış yolu tapa bilməyən Qreqor, bir böcək kimi, öz vəziyyətini, eləcə də ətrafda baş verənləri daha dəqiq qiymətləndirə və anlaya bilir. O, hətta bu məşəqqətdən çıxış yolu belə tapır.
    Qreqorun böcəyə çevrilməsi – bir tərəfdən onun heçə çevrilməsi, bir insan kimi yox olması deməkdirsə də, digər tərəfdən onu mənəvi zənginləşməsinə, boşluqdan çıxmasına səbəbdir. O, öz məsum ölümü ilə hətta bəraət qazanmış olur.
     Kafkanın, XX əsrin əvvəllərindəki insani simasını itirmiş total bürokratizmi, Avropada cəmiyyət mexanizminin çürüklüyünü bu dərəcədə aydın təsvir etmək üslubu bizi heyran etməyə bilmir.
     Kafkanın yazıçı kimi qəribəliklərindən biri də odur ki, o, heyvan obrazları ilə insan arasında dəqiq sərhəd çəkmir. Kafkanın düşüncəsinə görə, insan heyvana, heyvan insana çevrilə bilər. Böcək də – Qreqor Zamza – müəllifin zoomorf obrazlarından biridir, bu sıradan: çaqqallar – "Çaqqallar və ərəblər” – , it – "Bir itin araşdırmaları”, at – "Kənd həkimi” və s...

    Sözün düzü, əsəri ilk dəfə oxuduğum zaman bu kiçik həcmə bu dərəcədə dərin mənanın, bu dərəcədə ədəbi yükün, leksik-qrammatik çaların yüklənə biləcəyini gözləmirdim.

    Düşünün, bir səhər yuxudan oyanırsınız. Hər şeyin yenə bir öncəki gün olduğu kimi, standart davam edəcəyindən əminsiniz, amma birdən nələrinsə qaydasında olmadığının fərqinə varırsınız. Sizi narahat edən bir şey var. Oyandıqdan sonra yataqdan qalxmaq istəyirsiniz, amma bunu bacarmırsınız. Nə baş verdiyini anlamaq üçün ətrafa, öz bədəninizə göz gəzdirirsiniz. Elə bu vaxt gördüyünüz mənzərə qarşısında təəcübdən az qalır huşunuzu itirəsiniz! Yataqda uzanan, sizin bədəniniz deyil, bu, nəhəng bir ev böcəyidir!

    Kafka’nın sistem içərisində kölələşən, davamlı olaraq bəzi məsuliyyətləri yerinə yetirməyi istənilən, bu məsuliyyətləri yerinə yetirmədikdə isə cəmiyyət tərəfindən kənara atılan insanın rəsmini çəkdiyi bu möhtəşəm hekayəsini sizlərə anlatmağa çalışacam.



    Çevriliş Kafka’nın 1912-ci ildə 3-4 gündə bitirməyi nəzərdə tutduğu, “qorxunc” olaraq adlandırdığı bir hekayədir. Kitab başlar-başlamaz birbaşa mövzuya girir. Gregor Samsa(böcəyimiz) bir səhər oyanır və özünü bir böcək olaraq görür. Yataqdan dura bilmədiyi üçün səhər yeməyi süfrəsinə də gedə bilmir. Bir müddət sonra ailə üzvləri “harda qaldın, gəl çıx artıq!” deməyə başlayırlar. Gregor yerindən tərpənə bilmir. Qapını kilidləmə alışqanlığı ilk dəfə işə yarayır. Otağa heç kim girə bilmir və bu ona bir az zaman qazandırır. İşə gedə bilmədiyi üçün müdürü evə gəlir və səbəbini sorğulayır. “Çalışqan və düzgün bir işçimiz idi, görəsən bu gün niyə gecikdi? Heç belə etməzdi, işindən başqa bir şey düşünməzdi. Necə oldu ki, belə bir nizamsızlıq, belə bir məsuliyyətsizlik etdi?”

    Əgər bu sistemdə kiçik bir insan olmaya ara versəniz, kiçik bir böcək olarsınız və ailəniz daxil heç kim sizi sevməz, istəməz və tiksinər. Bəs həyat doğrudanmı belə sərtdir? Hər kəs, ən yaxınlarımız belə bu qədər iki üzlü ola bilərlərmi? Öz axarıyla işləyən nizamdan bir neçə günlüyünə çıxdığımız zaman hər şeyin rəngi dəyişəcək, rəftarlar dəyişəcək, sevgi, hörmət gedəcəkmi? Yəqin, bunu öyrənməyin bir yolu var: ara vermək ya da durmaq. Bəlkə də o zaman bəzilərinin gözündə yox edilməyi lazım gələn bir böcəyə çevrilərik. Kitab cəmi 127 səhifə olmasına baxmayaraq, içərisindəkilər 127 səhifədən çox daha artıqdır.



    Kafka, ilk dəfə kitab nəşr olunacağı zaman nəşriyyata məktubda bunları yazır: “Kitabın üz qabığında əsla bir böcək çəkilməməlidir!” Bunun insanların baxış bucaqlarını dəyişəcəyini qeyd edir. Amma nədənsə nəşr olunan bir çox kitabda bu göz ardı edilib. Kafka’nın istədiyi kitab, üzərində ailə üzvləri və müdürün olduğu, qapının göründüyü bir üz qabığıdır. Belə bir böyük əsərdə bu məqam necə heçə sayılıb görəsən? Yazarın istəyinə hörmət edilsəydi, daha xoş olardı.

    Nəhayət mənim ən çox maraqlandığım hissə. Kafkanın əsərlərinin sonu məchul olur. Məncə, onun yaradıcılığını fərqli edən səbəb də budur. Bu əsərin sonu da biraz mənə məchul qaldı. Amma düşünürəm ki, Kafka bunu əsəri oxuyanın öz təxəyyülünə buraxıb. Yəni hər kəs öz təxəyyülündə bir son xəyal edir, onun memarı olur...




    Yüklə 384,13 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə