Frans kafka məHKƏMƏ BİRİNCİ FƏSİL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/53
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49795
1   ...   42   43   44   45   46   47   48   49   ...   53

nə oxuya bilmədi. Adama elə gəlirdi ki, vəkil qəsdlə üzünün ifadəsini gizlədir ki, sözlərinin 
təsirini öyrənsin. Və K.-nın susmasını əlverişli fürsət hesab edərək yenidən sözə başladı: 
– Yəqin görmüş olarsınız, mənim böyük bir dəftərxanam var, ancaq orda heç kəsi işlətmirəm. 
Əvvəllər başqa cür idi, onda mənə bir neçə hüquqşünas kömək edirdi, indi isə tək işləyirəm. 
Bu, bir tərəfdən iş təcrübəmin dəyişməsilə bağlıdır, belə ki, son vaxtlar yalnız sizin iş kimi 
işləri götürürəm, digər tərəfdən də bu cür işlərə daha yaxşı bələd olmuşam, öyrənmişəm. 
Fikirləşdim ki, əgər müştərilərim, eləcə də boynuma götürdüyüm vəzifə qarşısında pis 
vəziyyətə düşmək istəmirəmsə, onda bu işi başqasına etibar etmək olmaz. Bütün işləri öz 
boynuma götürməyim də axırda öz təbii nəticəsini verdi: demək olar ki, işlərin çoxundan 
imtina etdim, yalnız ürəyimcə olanları saxladım. Qalanları da... Böyür-başda nə qədər desən 
alçaq var, mən tulladığım qır-qırıntıları göydəcə qapırlar. Üstəlik də gərginlikdən 
xəstələndim. Bütün bunlara baxmayaraq, qərarımdan peşman deyiləm, ola bilsin, gördüyüm 
işlərin çoxundan imtina etməli idim, ancaq məlum oldu ki, özümü bütünlüklə boynuma 
götürdüyüm işə həsr etməyim vacib imiş və qazandığım uğur da bunun mükafatı oldu. Nə 
vaxtsa yazıların birində adi işlərə vəkillik etməklə belə işlərə vəkillik etməyin fərqi barədə 
gözəl bir fikir oxumuşam. Orda yazılmışdı: birinci halda vəkil öz müştərisini tükdən də nazik 
bir iplə məhkəmənin hökmünə qədər aparır, ikinci halda isə çiyninə alıb düşürtmədən hökm 
oxunana qədər, hələ ondan o yana da aparır. Doğrudan da elədir... Ancaq bayaq söyləyəndə 
ki, gördüyüm böyük işlərin heç vaxt peşmançılığını çəkməmişəm, düz demirdim. Məsələn, 
sizin kimi başqaları da onun qədrini bilməyəndə, demək olar ki, peşmançılıq çəkirəm... 
Vəkilin bu cür danışmağı K.-nı inandırmaq əvəzinə daha da hövsələdən çıxardı. Dediyi 
sözlərin ahəngindən hiss elədi ki, təslim olsa, onu nə gözləyə bilər: yenə o təsəllilər, 
vəkalətnamə üzərində işin uğurla davam etdirilməsi, məhkəmə məmurlarının ona 
münasibətinin yaxşılaşması və əlbəttə, qarşıya şıxan böyük çətinliklər... Sözün qısası, K.-nı 
yenə də yalançı ümidlərlə çaşdırmaq, qeyri-müəyyən hədə-qorxularla incitmək üçün o məlum 
iyrənc nağıllar... Bütün bunlara qəti şəkildə son qoymaq lazım idi və ona görə də dedi: 
-Vəkillikdə qalsanız, mənim işimlə bağlı nələri edəcəksiniz? 
Vəkil hətta bu sualdakı təhqiramiz ahəngə də dözərək cavab verdi: 
– İndiyəcən elədiklərimi davam etdirəcəm. 
– Belə də bilirdim... Əlavə sözə ehtiyac yoxdur. 
– Mən yenə də sizi başa salmağa çalışacam... – Vəkil elə danışırdı ki, sanki K.-nı 
həyəcanlandıran bütün bu işlər müştərisinin deyil, onun öz başına gəlib. – Mənə elə gəlir ki, 
hüquqi cəhətdən göstərdiyim köməkləri düzgün qiyməyətləndirə bilmədiyiniz, özünüzü belə 
aparmağınız, müttəhim olmağınıza baxmayaraq, sizinlə yaxşı rəftar edilməsinin, daha 
doğrusu, işinizə süni şəkildə başdansovdu yanaşılmasının nəticəsidir. Başdansovdu 
yanaşmanın da öz səbəbi var: çox vaxt qandalda olmaq azadlıqda olmaqdan qat-qat yaxşıdır. 
Ancaq mən indi sizə başqa müttəhimlərlə necə rəftar olunduğunu göstərərəm, özünüz nəticə 
çıxararsınız. Daha doğrusu, indi Bloku bura çağıracam, qapını açın, özünüz də tumbanın 
yanında oturun! 


– Məmnuniyyətlə, – deyə K. vəkilin istədiklərini elədi. Öyrənməyə həmişə hazır idi! Ancaq 
özünü hər təsadüfə qarşı sığortalamaq üçün, yenə də soruşdu: 
– Vəkilliyinizdən imtina etdiyimi nəzərə almısınız? 
– Bəli, ancaq siz elə bu gün qərarınızı dəyişə bilərsiniz, – deyə vəkil təzədən yerinə girdi, 
yorğanı çənəsinə qədər çəkdi, üzünü divara çevirdi. Sonra zəngi çaldı. 
Zəngin səslənməsi ilə Leninin qapıda görünməsi bir oldu, baxışları ilə burda nə baş verdiyini 
öyrənmək istədi. K.-nın sakitcə vəkilin çarpayısının yanında oturması onu sakitləşdirdi. Qız 
K.-nın diqqətlə ona baxdığını görüb təbəssümlə başını tərpətdi. 
Vəkilin səsi eşidildi: 
– Bloku bura gətir! 
Leni gedib onu gətirmək əvəzinə qapıya yaxınlaşaraq qışqırdı: 
– Blok, vəkilin yanına! – Və sonra da vəkil hələ də üzü divara olduğu üçün ona fikir 
vermədiyini görüb, səssiz addımlarla K.-nın oturduğu kreslonun arxasına keçdi. Bundan sonra 
ona rahatlıq vermədi, gah başını kreslonun söykənəcəyindən irəli uzatdı, gah da əlləri ilə 
ehtiyatla, nəvazişlə onun saçlarını, yanaqlarını sığalladı. K. axırda ona mane olmaq üçün bir 
əlindən yapışdı, qız onu onu çıxarmağa çalışdı, ancaq alınmadığını görüb sakitləşdi. 
Blok qızın səsini eşidən kimi qapıya gəldi, ancaq çatan kimi dayandı, deyəsən fikirləşdi ki, 
içəri girsin, ya girməsin. Qaşlarını dartaraq başını aşağı əydi, sanki “Vəkilin yanına” – 
əmrinin bir də təkrar olunmasını gözlədi. K. istəsə, onu içəri keçməyə ürəkləndirərdi, ancaq 
qərara almışdı ki, bu evdə yalnız vəkillə deyil, hamı ilə biryolluq qurtarsın və buna görə də 
yerindən qımıldanmadı. Leni də susurdu. Blok hiss etdi ki, ən azı, onu burdan qovan 
olmayacaq və ayaqlarının ucunda içəri girdi. Üz-gözündən gərginlik yağırdı, əllərini 
arxasında çarpazlamışdı. Qapını da açıq qoydu ki, birdən geri qayıdası olar. O, K.-ya tərəf 
baxmırdı, gözlərini yorğana zilləmişdi, onun altında uzanıb divara qısılmış vəkil isə 
görünmürdü. Birdən onun səsi eşidildi: 
– Blok gəldi? 
Bu sual çarpayıdan xeyli aralıda dayanmış Blokun sinəsinə, sonra da kürəklərinə sanki bir 
yumruq kimi dəydi, o səndələdi, ikiqat olaraq dedi: 
– Mənə görə qulluğunuz?! 
– Nə istəyirsən? Gəlişin yerinə düşmür. 
– Məni çağırtdırmayıbsınız? – Blok bu sualı sanki vəkilə deyil, özünə verdi və əllərini 
qaldıraraq getməyə hazırlaşdı. 
– Çağırtdırmışam! – Vəkilin səsi eşidildi. – Buna baxmayaraq, gəlişin yerinə düşmür. – bir az 
fasilə verib əlavə etdi: – Sənin gəlişin heç vaxt yerinə düşmür. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə