Frans kafka məHKƏMƏ BİRİNCİ FƏSİL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/53
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49795
1   ...   41   42   43   44   45   46   47   48   ...   53

K. dəstəkdən elə bərk çəkdi ki, Leni ufuldayıb əlini geri çəkdi və onun arxasınca içəri girməyə 
cəsarət etmədi, K. isə qapını içəridən açarla bağladı. 
– Sizi çoxdan gözləyirəm, – deyə vəkil çarpayıda uzanaraq şam işığında oxuduğu kağızı 
tumbanın üstünə qoydu, eynəyini taxaraq K.-nı kəskin nəzərlərlə süzdü. K. üzr istəmək 
əvəzinə dedi: 
– İndi gedirəm... 
Vəkil üzrxahlıq olmadığına görə K.-nın dediklərinə fikir vermədi: 
– Gələn dəfə də belə gec gəlsəniz, qəbul etməyəcəm. 
– Elə bu niyyətlə gəlmişəm... 
Vəkil sualedici nəzərlərlə ona baxdı: 
– Oturun, – dedi. 
– Siz istədiyinizə görə otururam, – deyən K. kreslolardan birini tumbaya yaxın çəkib oturdu. 
– Mənə elə gəldi ki, qapını açarla bağladınız. 
– Bəli, Leniyə görə bağladım. – İndi heç kəsə yazığı gəlmirdi. 
– Yenə də sizə girişmişdi? 
– Girişmişdi? 
– Bəli, – vəkil güldü, öskürək onu boğdu, hər şey keçib gedəndən sonra yenə güldü. – Yəqin 
özünüz də hiss eləmiş olarsınız ki, adama yaman girişir. – vəkil bu sözləri deyib əlini K.-nın 
tumbaya söykədiyi əlinə toxundurdu, K. tez əlini geri çəkdi. – Yaxşı ki ona çox fikir 
vermirsiniz, – K.-nın susduğunu görən vəkil sözünə davam etdi, – yoxsa mən özüm bəlkə də 
sizdən üzr istəməli olacaqdım. Yeri gəlmişkən, bu qəribəliyini ona çoxdan bağışlamışam və 
əgər qapını içəridən bağlamasaydınız, bu haqda danışmazdım. Əslində, bu qəribəlik haqqında 
heç bu qədər danışmalı deyildim, ancaq mənə elə pərt halda baxırsınız ki, danışmalıyam: bu 
qəribəlik ondan ibarətdir ki, müttəhimlərin çoxu Leninin xoşuna gəlir. Hamısına vurulur, 
hamısını sevir və yeri gəmişkən, deyəsən, hamı tərəfindən də sevilir. Sonra da məni 
əyləndirmək üçün – əlbəttə, icazə verəndə – onlardan danışır. Mən bunların heç birinə sizin 
kimi təəccüblənmirəm. Doğrudan da, bir az diqqətlə baxanda, onlar çox vaxt gözəl görünür. 
Yeri gəlmişkən, çox qəribə, müəyyən mənada da təbii bir olaydır. Əlbəttə, ittiham olunmaqla 
adamın zahiri görkəmində elə bir aydın, nəzərəçarpacaq dəyişiklik yaranmır. Burda başqa 
məhkəmə işlərindən fərqli olaraq, müttəhimlərin çoxu öz adi həyat tərzini davam etdirir, əgər 
yaxşı vəkilləri varsa, bütün işləri boyunlarına götürürlərsə, onda məhkəmə onların işlərinə 
mane olmur. Ancaq bununla belə, təcrübəli adamlar böyük bir dəstənin içindən müttəhimləri 
bircə-bircə seçə bilir. Soruşacaqsınız ki, nədən bilirlər? Cavabım sizi təmin etməyəcək. 
Müttəhimlər onların arasında ən gözəlləri olurlar. Onları gözəlləşdirən günahları ola bilməz, 
çünki – mən indi, ən azı, vəkil kimi danışmalıyam – hamısı cünahkar deyil və onları 
gözəlləşdirən aldıqları layiqli cəza da deyil, çünki hamısı cəzalandırılmır, deməli, belə çıxır 


ki, bunun sirri onların barəsində qaldırılan işdədir. Yeri gəlmişkən, bu gözəllərin arasında 
daha çox gözəl olanlar da var. Ancaq hamısı gözəldir, hətta Blokun özü də... O iyrənc 
soxulcan da... 
Vəkil danışıb qurtaranda, K. artıq hər şeyə hazır idi, hətta onun son sözlərini başını 
tərpətməklə təsdiqlədi, sanki bununla özünün o vaxtdan gəldiyi bir fikri təsdiqləyirdi ki, vəkil 
həmişə olduğu kimi yenə də işə heç bir dəxli olmayan ümumi şeylərdən danışaraq onu azdırır, 
K.-nın məhkəməsilə bağlı konkret hansı işlərin görüldüyünü deməkdən yayınır. Yəqin vəkil 
də hiss eləmişdi ki, K. bu dəfə həmişəkindən çox narazıdır və buna görə susdu, özü dilə 
gəlmək üçün K.-ya şərait yaratdı, onun dinmədiyini görüb soruşdu: 
– Bu gün gəlməkdə nəsə bir niyyətiniz var? 
– Var, deyə K. vəkili daha yaxşı görmək üçün əlini şamın qarşısına tutdu, – gəldim deyəm ki, 
sizin vəkilliyinizdən imtina edirəm. 
– Sizi düz başa düşdüm? – Vəkil yatağında bir az dikələrək bir əlini yastığa dayadı.  
– Mənə elə gəlir, düz başa düşdünüz... – K. kresloda elə dimdik oturmuşdu ki, sanki marıta 
yatmışdı. 
– Olsun... Biz bu planı da müzakirə edə bilərik. 
– Bu, artıq plan deyil! 
– Ola bilər... Ancaq biz gərək tələsməyək. 
“Biz” sözünü işlətməklə sanki ondan əl çəkmək niyyətində olmadığını, əgər vəkili 
olmayacaqsa, ən azı, məsləhətçisi kimi qalmaq niyyətində olduğunu demək istədi. 
– Burda tələsiklik yoxdur, – K. yavaş-yavaş yerindən durub kreslonun arxasına keçdi, – yaxşı-
yaxşı götür-qoy edilib... Bəlkə də həddən artıq götür-qoy olunub... Qərar qətidir! 
– Elə isə icazə verin sizə bir neçə söz deyim... – Vəkil tük yorğanı kənara çəkərək çarpayının 
kənarında oturdu. Çılpaq, ağ tük basmış qıçları soyuqdan titrəyirdi. K.-dan xahiş etdi ki, 
divanın üstündəki örtüyü ona versin. K. örtüyü gətirib ona uzatdı və dedi: 
– Siz boş yerə özünüzü soyuğa verirsiniz. 
– Boş yerə deyil! – deyə vəkil yorğana büründü, örtüyü də ayağının üstünə saldı. – Əminiz 
dostumdur, özünüz də bu vaxt ərzində mənim üçün doğma oldunuz. Mən bunu açıq etiraf 
edirəm. Özü də utanmıram... 
Qocanın bu riqqətli sözləri K.-nın xoşuna gəlmədi, indi gərək ona geniş izahat verəydi, 
halbuki bunu heç istəmirdi və bundan əlavə də, çaş-baş qalırdı, ancaq onu da dəqiq bilirdi ki, 
bu sözlər onu qərarından döndərə bilməz. 
– Bu xoş sözlərə görə təşəkkür edirəm, – dedi, – özüm də bilirəm ki, imkanınız daxilində, 
mənim üçün çox çalışdınız, mənim üçün xeyirli hesab elədiyiniz bütün işləri gördünüz . 


Ancaq mən son anda belə qərara gəldim ki, bunlar kifayət etmir. Əlbəttə, mən heç vaxt sizin 
kimi yaşlı, təcrübəli bir adamı bu qərarın doğruluğuna inandırmağa çalışmayacam. Əgər nə 
vaxtsa buna qeyri-ixtiyari çalışmısamsa, məni bağışlayın, ancaq məsələ, özünüzün də dediyi 
kimi, kifayət qədər ciddidir və mənim fikrimcə, məhkəməyə indiyə qədər olduğundan çox 
müdaxilə etmək lazımdır. 
– Sizi başa düşürəm... Ancaq səbirsizsiniz... 
– Səbirsiz deyiləm! – K. bir qədər əsəbiləşdi, bundan sonra dediyi sözlərə çox da fikir 
vermədi. – Axı, əmimlə birinci dəfə buraya gələndə dediniz ki, mən bu məhkəməyə ciddi 
yanaşmıram, necə deyərlər, kimsə zorla yadıma salmasa, onu tamamilə unuduram. Onda 
əmim dedi ki, siz mütləq mənim vəkilim olmalısınız, mən də onun xətrini xoş eləmək üçün 
buna razılıq verdim. Gözləmək olardı ki, işim əvvəlkinə nisbətən yüngülləşəcək, axı vəkili 
ona görə tutursan ki, məhkəmənin yükündən bir az azad olasan. Ancaq bunun əksi alındı! 
Əvvəllər belə deyildi, yalnız siz mənə vəkillik eləməyə başlayandan sonra məhkəmə sarıdan 
narahatçılığım artdı. Tək olanda, məhkəməm üçün heç bir iş görməsəm də, elə bir narahatçılıq 
keçirmirdim, ancaq indi əksinə, vəkilim oldu və hər şey də buna hesablanmışdı ki, nəsə bir 
irəliləyiş olacaq, bütün vaxtı gərginlik içində sizin işə qarışacağınızı gözlədim, ancaq 
qarışmadınız. Düzdür, məhkəmə barədə sizdən elə məlumatlar aldım ki, bunları başqasından 
ala bilməzdim, ancaq məhkəmənin məni gizli-gizli, yavaş-yavaş öz caynağına keçirdiyi bir 
anda bunlar kifayət etmir.  
K. kreslonu bir az özündən aralayaraq əli pencəyinin cibində vəkilin qabağında dimdik 
dayanmışdı. Vəkil isə sakitcə, astadan dedi: 
– Təcrübə göstərir ki, məhkəmənin müəyyən mərhələsində eyni şeylər baş verir. Çoxlu 
müştərim məhkəmənin təxminən eyni mərhələsində sizin kimi qarşımda dayanıb eyni sözləri 
deyiblər. 
– Deməli, o müştərilər də mənim kimi haqlı imişlər. Sizin bu sözləriniz məni yolumdan 
döndərə bilməz! 
– Mən bu sözlərlə sizi yolunuzdan döndərmək istəmirdim, yalnız onu demək istəyirdim ki, o 
birilərə nisbətən sizdən daha yaxşı mühakimə qabiliyyəti gözləyirdim, çünki məhkəmə 
sistemi, mənim ordakı fəaliyyətim barədə o biri müştərilərə demədiklərimi sizə demişdim. 
İndi görürəm ki, bütün bunlara baxmayaraq, mənə etibar eləmirsiniz. Bununla da işimi çətinə 
salırsınız... 
Gör vəkil onun qarşısında özünü necə alçaldırdı! Axı öz peşəsinin şərəfini məhz indi qorumalı 
idi! Görəsən niyə belə eləyirdi? Hiss olunurdu ki, işi çoxdur, üstəlik də varlıdır, işin birini 
itirməsi, müştərilərindən birinin əldən çıxması ona bu qədər təsir etməməli idi. Bundan əlavə 
də, xəstəhal idi, gərək özü bu işdən imtina edəydi. Ancaq yenə də K.-dan əl çəkmək istəmirdi! 
Axı niyə? Bəlkə əmisinə görə? Yoxsa K.-nın məhkəməsində nəsə bir qeyri-adilik görür, burda 
uğur qazanacağına ümid edərək özünü K.-ya, ya da elə – bu da istisna deyildi – məhkəmədəki 
dostlarına göstərmək istəyirdi? K. onu sınayıcı nəzərlərlə nə qədər süzsə də, üz-gözündən heç 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə