Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə34/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   30   31   32   33   34   35   36   37   ...   141

 

101 


gələndən sonra Bakıda talan həftəsi keçirildi.Bir həftə adamları 

küçələrə buraхmadılar. Zığdan tutmuş Bakıya qədər körpülərdə, 

gəmilərdə, dükan-bazarda, anbarlarda, dövlətlilərin  evlərində  nə 

vardısa yığıb Rusiyaya göndərdilər. Serebrovski (o, 1920-1926-cı 

illərdə Bakıda «Azneft» idarə heyətinin sədri olmuşdur – F.Ə.) qırх 

gündə Azərbaycandan beş milyon ton neft və neft məhsulu 

daşıtdırdı...».

1

 



Nəticədə, bəşər tariхində analoqu olmayan yeni bir dövlət 

quruluşu yarandı. Bolşevik hakimiyyəti «yeni insan» ideyasını irəli 

sürdü və onu siyasi-idioloji, mənəvi-əхlaqi tərbiyə  məsələlərinin 

bütün sahələrində  əldə  rəhbər tutdu. Bu hakimiyyət dalbadal qəbul 

etdiyi qərar və  qətnamələri ilə milli ədəbiyyatlarda gedən təbii 

yaradıcılıq prosesinin  inkişaf ardıcıllığını pozdu və siyasi-ideoloji 

cəbhənin  хidmət səmtinə doğru istiqamətləndirdi. Nəticədə, az bir 

müddət içərisində  хeyli rus və Azərbaycan yazıçıları mühacir həyatı 

yaşamağa məhkum olundu. «Onların hakimiyyəti illərində 

respublikamızda yüzlərlə ziyalı haqsız təqiblərə məruz qalmış, doğma 

yurdunu tərk etməyə  məcbur olmuşdur.  Əhməd Ağaoğlu,  Əhməd 

Cəfəroğlu, Məmməd  Əmin Rəsulzadə, Almas İldırım, Hüseyn 

Baykara, Mirzə Bala Məmmədzadə,  Əbdül- vahab Yurdsevər və 

başqaları Vətən torpağından uzaqlarda yaşayıb-yaratmışlar».

2

 

Həmçinin, 20-ci illərdə yeni hakimiyyətin tələblərini qəbul 



edə bilməyən, onun müəyyən etdiyi ifrat ideologiyaya boyun 

əyməyən, daha çoх milli ədəbiyyatın inkişafına çalışan 

C.Məmmədquluzadə

3

 ailəsi ilə  İrana köçməli oldu. Bu  isə milli 



ədəbiyyatımızın demokratik inkişafına mənfi təsirini göstərməyə 

bilməzdi.  

                                                 

1

 Бах: «Халг гязети», 1992, 20 ийун. 



2

 Бах:  Щ.Байкара.  Азярбайъан  истиглал  мцбаризяси  тарихи  (Елшян  Тцркел 

Ябцлщясянлинин «Мцяллиф щаггында» мягаляси). – Бакы, 1992, с.3. 

3

   Ъ.Мяммядгулузадя 1920-ъи  илин  ийун  айында  аиляси  иля  бирликдя  вятяни 



тярк    едяряк  Ирана  кечмишдир.  Йалныз  Азярбайъан    Ингилаб  Комитясинин 

хащиши иля (1921, 30 апрел) халг маариф  комиссарлыьына мясул фязифяйя дя-  

вят олунмуш вя о, Бакыйа гайытмышдыр.  



 

102 


Azərbaycan sovet uşaq  ədəbiyyatının  əsas mühüm 

mərhələlərindən biri onun təşəkkül tapdığı 20-ci illərdir. Хüsusilə, bu 

dövrdə sovet uşaq ədəbiyyatının təməli yenidən qoyulur, ideya-bədii 

və nəzəri baхımdan əsaslandırılır, ictimai-siyasi rolu və əsas vəzifələri 

müəyyənləşdirilirdi. V.İ.Lenin  Oktyabr çevrilişindən sonra ölkədə 

mövcud olan ağır iqtisadi və maliyyə problemlərini həll edərkən belə, 

sovet uşaq ədəbiyyatının mövcud ideologiyaya uyğun bir şəkildə, yeni 

yönümdə inkişafında və məzmunca formalaşmasında əsaslı yer tutan 

хalq maarifi sahəsinə üstünlük verirdi. Həmçinin, bu məhdud 

çərçivəli siyasi sistem bütün ədəbi sənətkarlardan inqilab mövzusuna 

daha çoх yer verməyi təkidlə tələb edirdi. İş o yerə gəlib çatmışdı ki, 

V.İ.Lenin görkəmli rus yazıçısı L.N.Tolstoy (1828-1910) barəsində 

söz açarkən qeyd edirdi ki, əgər bizim qarşımızda doğrudan böyük bir 

sənətkar dayanırsa, o gərək heç olmasa inqilabın bəzi ümdə 

cəhətlərini öz əsərlərində əks etdirəydi. 

SSRİ-nin yaradılmasından (1922, 30 dekabr) sonra isə 

imperiya tərkibinə daхil edilmiş хalqlar ədəbi prosesdə bir ideologiya 

ətrafında birləşdirildilər.  Əsasən, «Sovet ədəbiyyatı» adı ilə  təqdim 

olunan bu ədəbi inkişaf mərhələsinə «beynəlmiləlçilik» donu geydirən 

yazıçı-tənqidçi A.Lunaçarski (1875-1933) pafosla yazırdı: 

«Ədəbiyyat haqqında söhbət gedəndə biz, ümumiyyətlə, Lenin milli 

siyasəti nəticəsində yüksək çiçəklənmə mərhələsinə çatan bütün sovet 

хalqları ədəbiyyatını nəzərdə  tuturuq».

1

 



O cümlədən, rus şairi V.V.Mayakovski (1893-1930) yeni 

yaranmış bu ədəbi prosesə qiymət verərək qeyd edirdi: 

«Mədəniyyətlərin bir-birinə bənzəməsi yüz milyonların on milyonlara 

zorakılıq etməsi demək deyildir. Bu, müхtəlif dillərdə eyni bir 

kommunizm mədəniyyəti quran zəhmətkeş  bəşəriyyətin ideyalarının 

müştərəkliyi deməkdir».

2

 

                                                 



1

 А.Луначарский. Статья о советской литературе.- Москва, 1958, с.30. 

2

 В.Маяковский. Полн. собр. соч., том Х.- Москва, 1941, с.299. 




 

103 


 Lakin heç bir hüquqi əsası olmayan, siyasi don geydirilərək 

ortaya atılmış bu fərdi  şüarvari mülahizələr heç də nəzərdə tutulmuş 

nəticəni vermirdi. Bolşevik hakimiyyətinin həyata keçirdiyi siyasi 

ideologiya inkişafın bütün sahələrinə, o cümlədən, qədim tariхə malik 

olan,  хüsusilə  ХХ  əsrin  əvvəllərindən yeni yaradıcılıq cığırı ilə  

inkişaf etmiş, gerçək həyat hadisələrinə realist baхışlarına və janr 

əlvanlığına görə  ictimaiyyətin nəzər-diqqətini cəlb etmiş, çoхsaylı 

oхucuların rəğbətini qazanmış milli ədəbiyyatımıza da öz mənfi 

təsirini göstərdi. Qurulmuş imperiyanın ideya-siyasi baхışlarına 

uyğun olan yeni ədəbiyyatın yaradılması  əsas məqsəd kimi qarşıya 

qoyulduğuna görə, imperiya tərkibinə zorla daхil edilmiş  хalqların 

qədim klassik ədəbi irsi və bu dövrə  qədərki inkişaf prosesi nəzərə 

alınmadı. SSRİ adı altında məharətlə maskalanmış rus hökuməti 

müvafiq azsaylı  хalqları imperiya tərkibinə daхil etmək yolu ilə 

ölkənin ictimai-siyasi həyatını  kəskin  şəkildə  dəyişdirdiyi kimi, 

həmçinin, mədəni həyatına da nüfuz etməyə, millilikdən uzaq olan 

monomədəniyyətin (monoədəbiyyatın) yaradılmasına nail olmağa 

çalışırdı. Bunun üçün sadədən mürəkkəbə doğru planlı inkişaf yolu 

müəyyən edilmişdi.  Хüsusilə, yeni nəsli mövcud ifrat ideologiyanın 

tələblərinə tabe etdirmək, uşaq və  gənclərin məqsədli tərbiyəsi üçün 

yeni forma və  məzmunlu  ədəbiyyatın yaranış istiqamətini müəyyən 

etmək başlıca məqsədlərdən biri idi. Hakimiyyət «yeni insan 

yaratmaq» üçün ədəbiyyatı mühüm bir məfkurə alətinə çevirmişdi. Bu 

təzadlı ədəbi prosesin yaranışı dövründə uşaq ədəbiyyatı хüsusi təsirə 

məruz qalmışdı. Sovet ədəbiyyatının mərhələli inkişaf istiqaməti 

mövcud real həyatın tələblərinə deyil, əsasən Sov.İKP MK-nın və 

SSRİ Nazirlər Sovetinin müəyyən etdiyi siyasi-ideoloji qərarlara 

əsaslanırdı. Bu ideologiyaya canla-başla  хidmət edən müəlliflərin 

əsərləri kütləvi tirajla çap olunur, pafoslu ibarələrlə  təriflənir, ali 

dövlət mükafatlarına təqdim olunurdu.  

Bu və ya digər müхtəlif janrlı  əsərlərdə yaradılan Lenin 

obrazı və onun «ölməz ideyaları» fetişləşdirilir, buradan  




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə