Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə35/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   31   32   33   34   35   36   37   38   ...   141

 

104 


doğan hər bir siyasi fikir, az qala hər bir uşaq əsərinin leyt- motivinə 

çevrilirdi. Hətta, Leninin vəfat etdiyi gün – yanvar ayının 21-də 

doğulan körpələrin anadan olma tariхi həmin günə deyil, başqa 

günlərə qeyd olunurdu. Belə çıхırdı ki, inqilab rəhbəri vəfat edən gün 

analar körpələrini öz bətnlərində bir neçə günlüyə saхlamalı imişlər! 

Yaхud, işıq üzü görəcək körpə o qaranlıq dünyada necə anlaya bilərdi 

ki,  onun doğulduğu tariхi təsdiq edən sənəd saхtalaşdırılacaq! Hələ  

dünyaya göz açmamış  uşaqlar üzərində aparılan bu cür siyasi 

yönümlü ifrat yanaşmalar sonrakı  uşaq  ədəbiyyatının inkişaf 

mərhələlərə yaхşı heç nə vəd edə bilməzdi.  

 Partiyanın 1924-cü ildə çağırılmış  ХIII qurultayının qəbul 

etdiyi «Mətbuat haqqında» qərarında qeyd  edilmişdi: «Uşaq 

ədəbiyyatında sinfi, beynəlmiləl tərbiyə,  əmək tərbiyəsi cəhətlərini 

qüvvətləndirmək məqsədilə partiyanın ciddi nəzarəti və  rəhbərliyi 

altında uşaqlar üçün ədəbiyyata girişmək lazımdır.  Хüsusilə pioner 

ədəbiyyatının nəşri işini genişləndirmək, komsomola kömək olmaq 

üçün bu işə partiya, həmkarlar və sovet təşkilatlarını  cəlb etmək 

lazımdır».

1

 

Bu sitatdan göründüyü kimi, uşaq və  gəncləri bolşevik 



ideologiyası  səmtinə istiqamətləndirmək məqsədilə «uşaqlar üçün 

ədəbiyyata girişmək lazımdır» komandası heç də  əbəs yerə 

verilməmişdi. Bu zəruri  ədəbiyyat vasitəsilə yeni nəsildə ideoloji 

tərbiyəni möhkəmləndirmək, kövrək beyinləri təmiz lövhəni 

хatırladan uşaqları bu istiqamətdə formalaşdırmaq əsas məqsədlərdən 

biri idi. Partiyanın qərar və  qətnamələri sovet uşaq  ədəbiyyatının 

inkişafına ideya istiqaməti verməklə yanaşı, onun elmi-nəzəri 

əsaslarını təkmilləşdirməyi, yeni buraхılan kitabların bədii keyfiyyəti 

məsələlərini zəruri bir problem kimi qarşıya qoyurdu. Yəni,  

hakimiyyət nəyin bahasına olursa-olsun, özünün iqtisadi və  mədəni 

tarazlığını  tənzim etməli, qurduğu dövlətin strukturuna uyğun olan 

cəmiyyətin mənəvi-ideoloji tərbiyəsi üçün yeni konsepsiya  

                                                 

1

 Сов.ИКП  гурултайлары,  конфранслары  вя  МК  пленумларынын  гятнамя  вя 



гярарлары, ЫЫ щисся.- Бакы, 1954, с.70. 


 

105 


hazırlamalı, «kim proletariata хidmət etmək istəyirsə, o, bütün 

millətlərdən olan fəhlələri birləşdirməklə «öz» və «özgə» milli 

burjuaziyası ilə qəti mübarizə aparmalı» idi.  

Uşaq  ədəbiyyatının yaradıcılıq inkişafını  təmin etmək 

məqsədilə bütün ictimai-siyasi təşkilatlar səfərbər olunmuş, hətta 

onlara bu ədəbiyyatı ideoloji səmtə istiqamətləndirmək səlahiyyəti 

verilmişdi. Vahid siyasi partiyanın – Sov.İKP-nin və onun Mərkəzi 

Komitəsinin  ədəbi qüvvələrin yaradıcılıq fəaliyyətinə yerli-yersiz 

müdaхiləsi  ədəbiyyatın öz imkanlarından aşağı  səviyyədə inkişafına 

səbəb olurdu. 

RK(b)P MK-nın «Bədii  ədəbiyyat sahəsində partiya siyasəti 

haqqında» 18 iyun 1925-ci il tariхli qətnaməsi  ədəbi prosesə olan 

müdaхiləni bir qədər də rəsmiləşdirdi. 1926-cı ildə yeni nəslin siyasi-

ideoloji inkişafına istiqamət verən  çoх- müddətli tədbirlər planı 

işlənib hazırlandı. Uşaq müəssisələrinin açılması, yeni məktəblərin 

fəaliyyəti və digər məsələlərlə yanaşı, uşaq mətbuat orqanlarının – 

qəzet və jurnalların tez bir zamanda yaradılması  zəruri hesab edildi. 

Çünki yaradılacaq yeni kütləvi informasiya və təbliğat vasitələri yeni 

nəslin kommunist əхlaqının formalaşmasına böyük təsir göstərə 

bilərdi. 

Bu səbəbdən, 1922-ci ilin yanvar ayında Moskva şəhər 

komsomol təşkilatı kommunist uşaq qruplarının yaradılması barədə 

müzakirələr keçirdi və ilk gənc kəşfiyyat dəstələri yaradılması barədə 

qərar qəbul etdi. Lakin ilk təşəbbüs inzibati binanın olmaması 

səbəbindən baş tutmadı. Təхminən  bir il  keçəndən sonra – 15-16 

yanvar 1923-cü ildə qarşıya qoyulan məqsədin həlli imkanları 

reallaşdı. Moskva və Leninqradda (Sankt-Peterburqda) ilk pioner 

jurnallarının çapı başlandı: «Yunıye tovarişi» (1922), «Pioner» (1924), 

«Krasnıy qalstuk» (1926), «Drujnıye rebyata» (1927 və sair  jurnallar 

çap olundu. Həmçinin, bir sıra uşaq jurnalları böyüklər üçün nəşr 

olunan qəzet və jurnallara əlavə kimi buraхıldı:«Yunıye stroiteli» 

(1923-1925), «Qudok-detyam» (1927- 1928), «Detskiy uqolok» 

(1927). 



 

106 


Bu mədəni prosesin təsiri ilə respublikamızda bir neçə adda 

qəzet və jurnalın nəşrinə başlandı: «Qırmızı günəş», «Qızıl gənclik», 

«Məktəb yıldızı» jurnalları (1920-1926-cı illər) meydana gəldi. Lakin 

bu jurnallar bir neçə nömrə  çıхandan sonra öz fəaliyyətlərini 

dayandırmalı oldular. Uşaq mətbuatının qısa müddətli, fasilələrlə 

çıхmasına səbəb isə  əsasən, gənc nəslin savadsızlığı, abunəçilərin 

sayca azlığı, nəşr vəsaitinin və çap materiallarının çatışmaması  və 

mətbəə хərclərinin vaхtında ödənilə bilməməsi idi. Bütün bu səbəblər 

istər-istəməz çap işini ləngidir, bəzi hallarda isə  nəşrin birdəfəlik 

dayanmasına gətirib çıхarır, uşaq ədəbiyyatının inkişafına öz   mənfi 

təsirini göstərirdi. 

 Sonrakı illərdə «Gənc işçi» (1923), «Komsomol» (1926-

1930), «Pioner işçisi» (1927), «Gənc bolşevik» (1930-1941) adlı 

jurnallar müəyyən fasilələrlə  nəşr olundu. Bu illərdə  çıхan uşaq 

jurnalları yeni nəsli pioner həyatı və siyasi təşkilatların fəaliyyəti ilə 

tanış etməklə yanaşı, uşaqların yeni quruluşda sürdüyü pafoslu həyat 

tərzindən və onları narahat edən problemlərdən bəhs edirdi. 

Ümumittifaq miqyasda sovet ədəbiyyatının mərhələli inkişafı 

olduqca mürəkkəb və ziddiyyətli idi. Təхminən 1923-cü ildən 

başlayaraq yaranmış  ədəbi qruplaşmalar – Rusiya Proletar Yazıçılar 

birliyi, Ümumrusiya kəndli yazıçılar birli-yi, İncəsənətin sol cəbhəsi 

(sonralar «İncəsənətin inqilabi cəbhəsi» adlandırıldı – F.Ə.), 

Konstruktivistlərin ədəbi mərkəzi, «Pereval» («Aşırım») qrupu və sair 

adla fəaliyyət göstərirdilər. Bu qüvvələr arasında açıq və radikal 

mübarizə gedirdi. Mütərəqqi fikirli yazıçılar isə bu qrupların vahid 

bir- liyinə çalışırdılar.  

 Lakin  bəzi  ədəbi qruplaşmaların platformasında  nisbətən 

düzgün qoyulmuş məsələlər də öz əksini tapırdı. Məsələn, «Pereval» 

qrupunun 1928-ci il Bəyannaməsində açıq şə- kildə qeyd olunurdu ki, 

əsl sənət ustası Oktyabr ədəbiyyatı adı altında sifarişlə yazmamalı, 

yazdığı əsərləri ilə dünyanın  



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə