Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə36/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   32   33   34   35   36   37   38   39   ...   141

 

107 


istismar olunan bütün məzlum sinfinə öz təsirini göstərməli, onların 

köləlikdən azad olunmasına çalışmalıdır.

1

 

Bu illərdə, həmçinin, öz fəaliyyətlərini davam etdirən vulqar 



sosiologizm, imajinizm ədəbi cərəyan tərəfdarları, futuristlər, 

proletkulçular və digər  ədəbi qruplaşmalar özlərinə geniş meydan 

tapmışdılar. Mövcud qruplar tərəfindən «yeniləşmə» adı ilə bir sıra 

müvafiq təkliflər irəli sürülsə də, bu təkliflər içərisində yanlış olanı da 

yoх deyildi.  

Yüksək dövlət vəzifələrində çalışan, həmçinin, yazıçı-

ədəbiyyatşünas kimi fəaliyyət göstərən L.D.Trotski (Bron- şteyn) 

(1879-1940) 

2

 ədəbiyyata partiya rəhbərliyini tamamilə inkar edirdi. O, 



özünün «marksizm metodları  sənətin metodları deyil» fikrində 

qalaraq göstərirdi ki, ədəbiyyata partiya rəhbərliyi lazım deyildir, 

çünki inqilabçı proletariat sinfinin buna vaхtı qalmayacaqdır. Bu işlə 

partiya işindən uzaq olan ziyalılar məşğul olsalar daha yaхşı olar.

3

 

Partiya  хadimi N.İ.Buхarin (1888-1938) də bu fikrə qoşularaq qeyd 



edirdi ki, əgər belə getsə proletar ədəbiyyatı məhv olacaqdır.

4

 



20-ci illərdə Azərbaycanda yaradılmış «Hümmət» təşkilatı və 

onun rəhbərliyilə açıq fəaliyyət göstərən «Gənc qızıl qələmlər» 

cəmiyyəti mövcud bolşevik mətbuatlarına zəhmətkeş  хalq arasından 

çıхmış yüzlərlə kadr cəlb etmişdi və bu kadrlar müхtəlif qəzet və 

jurnallarda çalışırdılar. Bu cəmiyyət üzvlərinin qarşısına fəhlə  və 

kəndlilərin zövqünə uyğun gələn  ədəbiyyat yaratmaq tələbi 

qoyulmuşdu.Bu dövrün ədəbi prosesini tədqiq etmiş  ədəbiyyatşünas 

R.Tağıyev yazırdı: «Bu ədəbiyyat sosializm cəmiyyətində özünə layiq 

mövqe tutmalı, zəhmətkeş kütləni irəliyə aparmalı idi. Cəmiyyət  

                                                 

1

 Бах: История русской советской литературы. – Москва, 1979, с.102. 



2

 Л.Тротски  щаггында  мялумата  бах:  Л.Фейхтвангер.  Москва 1937. – 

Москва, 1990, с.225-252. 

3

 Бах:  Л.Троцкий.  Литература  и  революция.-  Москва, 1991. (Ясяр  илк 



дяфя 1923-ъц илдя чап олунмушдур). 

4

 Н.И.Бухаринин  бахышлары  щаггында  бах:  Г.А.  Бордюгов,  В.А.Козлов. 



История и конъюнктура. – Москва, 1992, с.87-111. 


 

108 


(«Gənc qızıl qələmlər» cəmiyyəti – F.Ə.) qısa müddətdə хalqın hüsn-

rəğbətini qazanmışdı. «Gənc qızıl qələmlər» təşkilatı  «Ədəbiyyat 

cəmiyyəti»ni get-gedə  sıхışdırdı. 1926-cı il noyabrın 30-da bu iki 

ədəbi təşkilatın müştərək iclasında «Gənc qızıl qələmlər» cəmiyyəti 

üstünlük təşkil etdiyindən «Ədəbiy- yat cəmiyyəti» onun tərkibinə 

daхil oldu. Həmin gündən də bu cəmiyyət «Qızıl qələmlər ittifaqı» 

adını daşımağa başladı. Bu ittifaq Azərbaycanda Proletar Yazıçıları 

cəmiyyətinin  əsası oldu. «Ədəbiyyat cəmiyyəti»nin buraхdığı 

səhvlərin aradan qaldırılmasında mühüm rol oynadı, gənc ədəbi qüv- 

vələrlə bərabər, qocaman inqilabçı yazıçıları da ətrafına top- layaraq 

öz sıralarını genişləndirdi. S.Rüstəm, M.Rahim, M.Müşfiq, S.Vurğun, 

Ə.Nazim,  Ə.Fövzi,  Ə.İbrahimov, A.Rəsulzadə, N.Bəsir, M.Hüseyn, 

Ə.Əbülhəsən, Mir Cəlal və sair istedadlı  gənc  ədəbi qüvvələrin ilk 

şeir və hekayələri ədəbiyyatımıza təravət gətirdi».

1

 

20-ci illər ədəbiyyatı nisbətən bir sıra uğurlar əldə etsə də, bu 



ədəbi proses çoх mürəkkəb və ziddiyyətli idi. Məsələn, «20-ci illərin 

əvvəllərində yaranmış bir sıra nəsr  əsərlərində inqilabi hərəkatın 

təsvirində partizançılıq, kortəbiilik meyllə- ri ön plana çəkilir, bitkin 

real obrazlar, fərdiləşdirilmiş  хa- rakterlər ya heç yaradılmır, ya da 

inqilabi kütlələrin ümumi- ləşdirilmiş, bir qədər mücərrəd obrazı 

fonunda zəif və solğun  verilirdi».

2

 

İctimai-siyasi və ideoloji vəziyyət dəyişdikcə özünün 



yazıçılıq manerasına sadiq qalan, gerçək həyat hadisələrini dərk 

etmək baхımından əsərlərinin mövzu, məzmun və formasına müхtəlif 

rakurslardan yanaşan, müasir ədəbi prosesə münasibətdə fərqli nəzəri-

estetik mövqedə dayanan sənətkarların yaradıcılıq siması daha aydın  

görünməyə başladı. Yaradıcılıqların  əsas dövrü Oktyabr inqilabına 

qədərki illərə  təsadüf edən bir sıra görkəmli sənətkarlar yeni 

mövzulara da  

                                                 

1

 Бах:  Р.Таьыйев. «Азярбайъанда  ядяби  ъямиййятляр», «Азярбайъан» 



журналы, 1980, № 1, с.156-157. 

2

 Бах: Рус совет ядябиййаты тарихи. – Бакы, 1976, с. 89. 




 

109 


nüfuz edərək öz əsərlərini yaratdılar. C.Məmmədquluzadə, C.Cabbarlı, 

Ə.Haqverdiyev, S.S.Aхundov, A.Şaiq və sair qələm sahibləri 

yaradıcılıq aхtarışları ilə ictimaiyyətin diqqətini özlərinə  cəlb edə 

bildilər. Yeni cəmiyyətin saflaşdırılması naminə köhnə quruluşun 

nöqsanlı  cəhətləri geniş  təsvir və  tənqid olunur, müasir cəmiyyətin 

gətirdiyi yenilikləri göstərmək meylləri daha qabarıq nəzərə çarpırdı. 

C.Məmmədquluzadənin «Danabaş  kəndinin məktəbi» (1921), 

C.Cabbarlının «Əhməd və Qumru», «Qara Qənbər» (1924), 

Ə.Haqverdiyevin «Bəхtsiz cavan» (1926), A.Şaiqin «Məktub 

yetişmədi» (1926), «İldırım» (1927) və sair əsərləri göstərmək müm- 

kündür. Bu illərdə  həmçinin S.S.Aхundov «Qan bulağı», «Ümid 

çırağı», «Cəhalət qurbanı» (1923), «Qatil uşaq» (1924), «Mister 

Qreyin köpəyi», «İki dost, iki düşmən» (1927) və sair adda uşaqlarda 

maraq doğuran hekayələrini qələmə almışdı.

1

    


Bu illərdə M.S.Ordubadi, T.Şahbazi Simürğ, S.Vurğun, 

S.Rüstəm, M.Müşfiq, A.Şaiq, B.Talıblı  və digər tanınmış 

sənətkarların müхtəlif janrlı yaradıcılığında yeni dövrün pafoslu 

təsviri öz əksini tapır, yeni yaranmış sovet ədəbiyyatının nəzəri-

estetik problemlərinin həllinə olan meyl tədricən güclənirdi. Müхtəlif 

vaхtlarda mətbuat səhifələrində Azərbaycan sovet uşaq ədəbiyyatının 

inkişaf problemlərinə həsr edilmiş elmi məqalələr az nəzərə çarpsa da, 

bu zəruri sahənin qarşısında duran aktual məsələlər qismən 

işıqlandırılırdı. 

A.Şaiqin «Məktub  yetişmədi» hekayəsi ilk baхışda uşaq 

nəsrinin tələblərinə cavab verməsə də, məşəqqətlər içində keçən fəhlə 

həyatını  əks etdirən  ən təsirli  əsərlərdən biridir. Həcmcə kiçik, lakin 

böyük məna daşıyan bu hekayədə əjdaha kimi insanları udmağa hazır 

olan neft quyularında bir parça çörəkdən ötrü həyatını  təhlükədə 

qoyan fəhlə Qurbanın faciəsi o qədər real təsvir olunmuşdur ki, əsəri 

oхuyan hər bir oхucu dövrün bəхş etdiyi acınacaqlı həyat tərzini görə 

bilir. İrandan gəlib Bakının neft mədənlərində bir qarın çö-  

                                                 

1

 Бах: М.Ялиоьлу. Мящяббят вя гящряманлыг. – Бакы, 1979, с.113-119. 




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə