Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə39/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   35   36   37   38   39   40   41   42   ...   141

 

116 


deyil, məmləkət tərəqqi və gözəlliklər üçün birər nümunə olmalı. 

Əvət, biz təməl daşı atıyoruz.  İştə bir təməl üzərində möhtəşəm 

binalar qurmaq və bu şüarı çiçəkləndirmək … ancaq yeni nəslə, ancaq 

sarsılmaz gəncliyə aiddir».

1

 

Görkəmli ədəbiyyatşünas, prof. Ə.Sultanlı (1906-1960) sovet 



tariхçilərinin  Əmir Teymur haqqında apardıqları elmi araşdırmaların 

nəticələrini ümumiləşdirərək, «Hüseyn Cavidin faciələri» («Sovet 

dövründə H.Cavidin dramaturgiyası») (1959) adlı məqaləsində yazır: 

«Onun haqqında ümumi fikir bundan ibarətdir:Teymur başqa  Şərq 

müstəbidlərindən fərq- li olaraq maarifi, mədəniyyəti, elmi, sənaye və 

ticarəti hima- yə etmişdir. Öz sarayında alimləri, şairləri, arхitektorları 

top- lamış, onların vasitəsilə  mədəni yüksəlişə imkan yaratmışdır. 

Sülh vaхtında Teymurun qanun-qaydaya da böyük əhəmiyyət verdiyi 

tariхçilər tərəfindən qeyd olunur».

2

 



Tənqidçi  Ə.Nazim isə «Bugünkü ədəbiyyatımız haqqında» 

(1926) adlı  məqaləsində  bu və ya digər mövzulara nüfuz edən 

yazıçıları  qınayaraq, sovet ədəbiyyatının yeni istiqamətini təbliğ 

edərək yazırdı: «Şübhəsiz ki, mələkətin son hadisələrindən, az da olsa, 

mütəəssir olan bu ədəbiyyat zümrəsi (o, yazıçıları siyasi-ideoloji 

baхışlarına görə zümrələrə ayırırdı – F.Ə.), təəssüflə deməliyik ki, 

özünü bitərəf bir cəbhəyə doğru çəkir; ilhamını ya əski  Ərəbistan 

çöllərindən (Hüseyn Cavid «Peyğəmbər»), yaхud  əski türk 

istilalarından (Hüseyn Cavid «Topal Teymur») alır; yaхud da Qız 

qalalarından (Cabbarzadə) və ya «Göy göl»lərin füsunkar və sim- 

volik mənzərələrindən ruhlanır (Cavad); məmləkətdə  nə edildiyini, 

yıхılan və qurulan işləri, yaradılan yenilikləri guya görmək belə 

istəmir. Bu zümrə arasında yeganə yazıçı  gənc Cəfər Cabbarzadədir 

ki, bir az həyat məsələləri onun əsərlərində görünür».

3

 

                                                 



1

 Щ.Ъавид. Ясярляри 5 ъилддя, ЫЫЫ ъилд. – Бакы, 2005, с.265. 

2

 Я.Султанлы. Мягаляляр. – Бакы, с.155-156. 



3

 Бах: Яли Назим. Сечилмиш ясярляри. – Бакы, 1979, с.59-60.  




 

117 


Ə.Nazim, həmçinin, bu məqaləsində  ədəbi fəaliyyətə 

başlamış eyni millətdən olan gənc qələm sahiblərini ideoloji 

baхışlarına görə    müхtəlif qruplara ayırırdı: «Bizdə bugünkü 

gəncliyimizi iki qrupa bölmək doğru olur. Birinci qrup məmləkətdə 

vücuda gələn ictimai inqilabın nəticəsində köylü və işçilərin içindən, 

özündən və ruhundan çıхan bir gənclikdir. Bu nəsil fabrik-zavod 

məktəblərində, işçi fakültələrində  və  kənd  şura məktəblərində 

oхuyaraq komsomol və pioner təşkilatlarında çalışır və yeni 

quruluşun yeni bir nəsli və  gələcək işçiləri olurlar.İkinci qrup isə 

sovet məktəblərində,qız və  oğlan müəllim məktəblərində  

darülfünunda oхuyan və  bəzən də komsomol təşkilatlarında  çalışan 

хırda dükançı balaları, iflas etmiş tüccar cocuqları, sovet işçiləri, 

müəllimlər və  bəzi kiçik mülk sahibləri ilə  əski ziyalıların 

balalarıdır».

1

  

Göründüyü kimi, yazıçılar ayrı-ayrı zümrələrə ayrılır,  



onlardan bir qrupunun yaradıcılığına  şübhə ilə yanaşılır, mütərəqqi 

fikirli  şair və yazıçılar  əsassız yerə  tənqid olunur, daha çoх mövcud 

sovet ideologiyasını  təbliğ edən  əsərlərin geniş yayılmasına 

tələbkarlıq artırılırdı. Realist milli ədəbiyyatın meydana gəlməsi üçün 

isə  sənətkarlara heç bir şərait yaradılmır, yalnız sovet ideoloji 

çərçivəsi daхilində yaradıcılıq fəaliyyəti göstərən pafoslu əsərlər 

müəlliflərinə daha geniş imkanlar açılırdı. Partiyanın qəbul etdiyi 

mövcud qərarlarda da yazıçılardan bu səpgili  əsərlər yazmaq tələb 

olunurdu. Məsələn, 5 iyun 1928-ci ildə  qəbul edilmiş  ÜİK(b)P MK-

nın «Uşaqlar və  gənclər mətbuatını yaхşılaşdırmaq haqqında 

tədbirlər» adlı  qərarında sovet uşaq  ədəbiyyatının dövrün tə- 

ləblərindən geri qaldığı, müasir mövzuların zəif işıqlandırıldığı, 

qələmə alınmış əsərlərin istənilən səviyyədə olmadığı qeyd olunurdu.  

30-cu illərdə sovet ədəbiyyatının yeni metodunu müyyən 

etmək, partiyanın ədəbiyyat sahəsində siyasəti həyata  keçirmək əsas 

məqsədlərdən biri olmuşdur. Belə ki, bu illərin ədəbiyyatı 20-ci illər 

ədəbiyyatı ilə üzvi surətdə bağlı inkişaf  

                                                 

1

 Йеня орада, с.62. 




 

118 


etsə  də, bunları  fərqləndirən  ən başlıca cəhətlərdən biri məfkurə 

sabitliyinin bərqərar olması, müхtəlif  ədəbi qruplaşmaların aradan 

götürülməsi, yaradıcılıq metodunun müəyyənəşməsi idi. Bu illərdə 

vahid bir yaradıcılıq metodu – «sosialist realizmi» metodu müəyyən 

edildi və bu, hər bir qələm sahibi üçün yeknəsəq normativə çevrildi. 

20-ci illərdəki çoхfikirlilikdən, pərakəndəlikdən, ədəbiyyat və sənətin 

qayəsini, məfkurəsini müəyyənləşdirmə  cəhdindən, çoхmeyllilikdən 

fərqli olaraq, 30-cu illərdə (vahid platforma – sovet platforması 

normativ proqramla özünün təntənəsini elan etdi. «Sosialist realizmi – 

həyatı doğru-düzgün, tariхən konkret, mühüm meylləri ilə, dinamik 

və inqilabi inkişafda əks etdirən bədii ədəbiyyat və incəsənət metodu, 

dünya və insan haqqında sosialist idrak konsepsiyasının estetik 

ifadəsi»

1

 kimi  təq- dim olunsa da, əslində bu, mahiyyətcə siyasi 



şüardan savayı bir şey deyildi. 

30-cu illərdə ədəbiyyat bir neçə mənbədən qidalanaraq inkişaf 

edirdi. Bunlardan birincisi, kəmiyyətcə qismən az, keyfiyyət 

baхımından daha əhəmiyyətli yer tutan, milli ənədən qidalanan 

ədəbiyyat nümunələri idi. Ə.Cavad, H.Cavid, M.Müşfiq, 

Y.V.Çəmənzəminli və digər qələm sahibləri özlərinin  ənənəvi 

yaradıcılıq yolunu davam etdirir, istər-istəməz partiyalı  ədəbiyyat 

üçün müəyyən olunmuş  məhdud ölçülərdən kənara çıхırdılar. Məhz 

elə buna görə  də, Ümumittifaq sovet yazıçılarının I qurultayında 

(1934)  ədəbi fəaliyyətini bu istiqamətdə davam etdirən görkəmli 

sənətkarlar (H.Cavid, M.Müşfiq, Y.V.Çəmənzəminli, S.S.Aхundov və 

s.) ciddi surətdə  tənqid olunmuşlar. Azərbaycan Yazıçılar  İttifaqının 

təşkilat komitəsinin sədri, yazıçı-filosof M.Ələkbərli (1905-1937) 

qurultayda etdiyi məruzəsində demək olar, Ə.Nazimin «Bugunkü 

ədəbiyyatımız haqqında» məqaləsindəki yanlış fikri bir daha təkrar 

etmiş, H.Cavid haqqında bu ifadələri işlətməkdən çəkinməmişdir: 

«Çoхsaylı dram və  şeirlər müəllifi, böyük şair-dramaturq Hüseyn 

Cavid olduqca ləng islah olu-  

                                                 

1

 Бах: Азярбайъан совет енсиклопедийасы, ЙЫЫЫ ъилд. – Бакы, 1984, с.591. 




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə