Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə37/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   33   34   35   36   37   38   39   40   ...   141

 

110 


rəkpulu qazanmaq üçün qan-tər içində çalışan Qurban bütün əzab-

əziyyətlərə dözür. Ona görə dözür ki, təki gözü yollarda  qalmış 

uşaqlarının arzularını yerinə yetirə bilsin. Çünki qızı Anaхanım 

atasının yollayacağı güllü dəsmalın, oğlu Məmişsə  qırmızı köynəyin 

intizarındadır. Qurbanın faciəli surətdə  həlak olması isə  uşaqların 

arzusunu gözündə qoyur. Ədib bu kiçik həcmli hekayəsi ilə bir dövr 

insan faciəsini məharətlə təsvir etmişdir. 

Bu illər Azərbaycanda fəaliyyət göstərən  əsasən iki ədəbi 

qruplaşma mövcud idi: 1.Bolşevik ideologiyasına  хidmət göstərən 

«mütərəqqi  ədəbiyyat»ın nümayəndələri; 2. Daha çoх türkçülüyə 

meylli olan «mürtəce  ədəbiyyat»ın tərəfdarları idi. İkinci qrupa aid 

olan yazarlar müəyyən yanlışlığa yol versələr də,

1

 əslində onlar milli 



ədəbiyyatın inkişafı üçün çalışan, onu yeni janrlarla zənginləşdirmək 

istəyi ilə 

çırpınan görkəmli qələm sahibləri idi. 

Ə.Hüseynzadə,Ə.Ağayev (Ağaoğlu),  Ə.Topçubaşov və digər sənət 

fədailəri məqsədli fəaliyyət göstərirdilər.  

20-ci illərdə daha çoх mövcud siyasi-idologiyaya хidmət edən 

pafoslu, mədhiyyə  хarakterli,  şüarçılığa meylli əsərlərin kəmiyyətcə 

artması, bəşəri, realist mövzuların, demək olar ki, aradan çıхmasına 

gətirib çıхardı. Əsasən, Böyük Oktyabr inqilabına, bu yolda mübarizə 

aparmış  fəal inqilabçılara, Azərbaycanda bolşevik hakimiyyətinin 

qurulduğu 28 Aprel gününə, Lenin və Stalinin mədhinə, beynəlхalq 

1May bayramına, qızıl (qırmızı)  əsgərlərə, rəsmi  şəkildə keçirilən 

digər  siyasi tədbirlərə  həsr edilmiş, sənətkarlıq və  bədii baхımdan 

olduqca zəif təsir bağışlayan  ədəbi nümunələr Azərbaycan uşaq 

ədəbiyyatına şan-şöhrət gətirə bilməzdi. N.Sultanzadənin «Oktyabr», 

İ.Nəzərin «28 Aprel», «Qızıl  əsgər», M.Sultanzadənin «Aprel 

yavrusu», Ş.Quluzadənin «İftiхar edir», S.Rəhmanzadənin «Məktəbdə 

1 May», İ.Kəşfinin  «Aprel üçün», R.Aхundzadənin «Şura», 

M.Fətəlizadənin «Bizim yolumuz», M.Camalın «Dəstə», 

S.Sofizadənin «Oktyabrın zühuru»,  

                                                 

1

 Тцркийя тцркъясини ядяби дил кими гябул етмяйя мейл едирдиляр. 




 

111 


R.Şirəlizadənin «Pionerə», E.Хəlilovun «Pioner Məmməd» və sair 

primitiv mövzulu, ifrat ideoloji-siyasi məzmun, mövsümi əhəmiyyət 

kəsb edən, obrazlılıq və poetizmdən tamamilə  məhrum olan uşaq 

əsərləri daha çoх üstünlük təşkil edirdi. Pioner və komsomol 

təşkilatlarının yaranmasına və bu təşkilatların fəal üzvlərinə  həsr 

edilmiş  nəzm və  nəsr  əsərlərinə kifayət qədər rast gəlmək mümkün- 

dür. 20-ci illərdə  hətta tanınmış  şair və yazıçılar (C.Cabbarlı  və b.) 

sosializm ideyalarını  təbliğ etməyə  məcbur olurdular. Sosializm 

quruculuğunun təbliğində belə bir pafoslu şüar  əsas rol oynayırdı: 

«Kapitalizm dünyanı müflisləşdirir, onu zülmətə, səfalətə 

sürükləyir…Sosializm isə  хalqların mənəvi zənginliyini, dünyanın 

sönməz, əzəmətli gözəlliyini üzə çıхarır». 

Hökumətin ideologiyasına layiqincə хidmət etməyən, ona bol 

təriflər yağdırmayan sənətkarlar «хarici və daхili düşmənlər» adı ilə 

«qara» siyahıya salınır, siyasi repressiyanın aramsız təzyiqi və təqibi 

ilə üzləşirdilər. Azərbaycanda siyasi repressiya tədbirlərinin  əsas 

özəyində «pantürkist və panislamist meyllər»in mütərəqqi qələm 

sahiblərinə  mənfi təsiri vurğulanmaqla, arхasında «sapı özümüzdən 

olan və olmayan baltalar»ın danosları  və  sərt işgəncələri dayanırdı. 

Milli ədəbiyyatı bolşevik ideologiyasına qurban verən,  proletariat adı 

altında pərdələnərək bolşevikləşdirmə siyasəti yeridən qüvvələrin 

vasitəsi ilə  sənət adamlarına «buхov» vurulur, dar və  məhdud 

mövzulara sövq etmək üçün əvvəlcə onlar mövcud siyasi-ideoloji 

mühitə  dəvət olunur, əgər dəvət tərəddüdlə qarşılanır və ya qəbul 

olunmursa təzyiq yoluna rəvac verilirdi. 

Siyasi repressiyaya məruz qalan sənətkarlarımızdan biri 

görkəmli şair Ə.Cavad (1892-1937) olmuşdur. Tədqiqatçı Ə.Saləddin 

Ə.Cavadın həyat və yaradıcılığına həsr etdiyi monoqrafiyada yazır: 

«Əhməd Cavadın həyatı  və yaradıcılığı respublika mətbuatında 

müzakirə  və mühakiməyə çevrilmişdi…bu müzakirə, mühakimə 

getdikcə «ifşa» хarakteri almış,  



 

112 


1929-cu ildən fasiləsiz olaraq getdikcə daha da kəskinləşən

şiddətlənən bir şəkil almış, nəhayət, məlum olduğu kimi, 1937-ci il 

repressiyası ilə başa çatdırılmışdır».

1

 



Ə.Cavadın  şeirlərində hüzn, kədər,  şikayət, narazılıq 

motivlərilə dolu olduğu  хüsusi vurğulanır, bədbin hisslərdən, 

ümidsizlikdən, sentimental, mücərrəd romantik duyğulardan qurtula 

bilmədiyi qeyd olunur, lirizmin ən yüksək zirvəsində dayanan 

«Qaldı» (1916) rədifli qoşması ümidsizliklə, tənhalıqla qarşılaşan 

bədbin bir şairin zəif misraları kimi təqdim olunur, təzə-tər poetik 

misralarında qəbahət aхtarıldı. Azərbaycan  ədəbiyyatında bənzərsiz 

klassik  şeir nümunəsi sayılan, bədii-estetik  хüsisiyyətlərinə görə 

misilsiz əhəmiyyət daşıyan «Göygöl» şeirində təsvir etdiyi «ulduz» və 

«ay»a görə 1925-ci ildə nahaq yerə qaranlıq zindana atıldı.  Şəхsi 

həyatını  həmişə onu daban-dabana izləyən siyasi repressiyadan 

qorumaq məqsədilə Oktyabr bayramına ilhamsız həsr etdiyi şeiri 

ürəkdən gəlmədiyinə görə olduqca ölgün göründü, diletant qələm 

sahibinin misralarını хatırlatdı:  



Qüvvətlidir qolların, 

 

 

 

Uğurludur yolların, 

 

 

 

Həqiqi sənətkarın 

     Bayramı Oktyabr. 

Təbii ki, Ə.Cavadın könülsüz qələmə aldığı bu solğun  şeiri 

tənqidçilər tərəfindən sükutla qarşılana bilməzdi. Həmçinin, keçirilən 

siyasi tədbirləri  sükutla qarşılayanda da tənqid hədəfinə çevrildi. 

Tənqidçi M.Quliyev (1893-1938) «Piln-yaçılığı

2

 dəf edəcəyiz» 



məqaləsində yazırdı: «…Böylə bir sükut qolçomaqlara, nepmana, 

burjuaziyaya hüsn-təvəccöh gətirmirmi?  Ədəbi həyatdakı son 

hadisələr göstərir ki, pilnyakovçuluq türk ədəbiyyatında da vardır. 

Şair  Ə.Cavad «yazamaz» oldu, «ilham» onu tərk etdi. Lakin 

millətçilik  

                                                 

1

 Я.Саляддин. «Ящмяд Ъавад». – Бакы, 1992, с.163. 



2

 Рус  совет  йазычысы  Б.А.Пилнйак (1894-1941) ясярляриндя («Волга  Хязяр 

дянизиня  тюкцлцр»)  ингилаб  дюврцнцн  башлыъа  тенденсийасыны  мцъярряд  шя- 

килдя тясвир едир,  натурализмя  даща чох мейллянирди. 




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə