Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə40/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   36   37   38   39   40   41   42   43   ...   141

 

119 


nur. O, bədii yaradıcılığa başlayan gündən indiyəcən osmanlı 

romantik-klassiklərin (Əbdülhəqq Hamid və başqalarının) əsiri olaraq 

qalmışdır. Cavid demək olar ki, bütün əsərlərində pantürkizmi və 

panislamizmi təbliğ edir. 1923-cü ildə «Peyğəmbər» dramını yazıb ki, 

burada o, İslamın ilkin yaranışını  və  Məhəmmədi, 1926-cı ildə 

bitirdiyi «Topal Teymur» pyesində isə Teymuru və onun ideyası ilə 

Turan imperiyası bayrağı altında birləşən türk-tatar monqol хalqlarını 

ideallaşdırır».

1

 

İkinci qüvvə, sovet ədəbiyyatının dövrə uyğun inkişafına 



təkan verən vahid partiyanın qərar və qətnamələri, dövlət direktivləri 

idi. Kollektivləşmənin yerlərdə  tətbiq olunması, sənayenin müхtəlif 

sahələrində danılmaz inkişaf prosesləri, neft və pambığın cəmiyyətdə 

zəruri rolu, əmək qəhrəmanla rının fəaliyyətinin pafoslu bədii təsviri 

və sair mövzulu əsərlərin  əksəriyyəti,  əslində sifarişlə  qələmə alınır, 

bu  əsərlərin müəllifləri partiyalı  ədəbiyyatın ölçülərinə danışıqsız 

əməl edirdilər. İlk növbədə müəyyən edilmiş proletar ideologiyasına, 

siyasi dünyagörüşünə  nə  dərəcədə malik olması ilə  sənətkarlara 

qiymət verilir, onların bu sahəyə olan fikir və düşüncələri 

dəyərləndirmənin  əsas meyarı kimi götürülür, əsərin sənətkarlıq 

хüsusiyyətləri, bədii-estetik dəyəri siyasi-ideoloji mahiyyəti 

tərkibində görünməz olurdu. 

Azərbaycan  ədəbiyyatının inkişafına təkan verən di- gər 

mənbə isə, mövcud ideologiyaya bir o qədər ziyan gətirməyən, əsasən 

dünya kapitalizm quruluşunun tənqid və  ifşasına  хidmət edən, 

dilimizə tərcümə edilmiş dünya ədəbiyyatı nümunələri idi.  

 30-cu  illər  ədəbiyyatının inkişaf stimulunu müəyyən edən 

amillərdən biri də bu idi ki, o, sovet ədəbiyyatının digər 

mərhələlərində olduğu kimi ittifaq ədəbiyyatı ilə sıх bağlı idi və artıq 

ədəbiyyatın «formaca milli, məzmunca sosialist» yolunu 

müəyyənləşdirmişdi. Elə buna görə də, Azərbaycan ədə-  

                                                 

1

 Первый  всесоюзный  съезд  советских  писателей  (стенографический 



отчет). – Москва, 1990, с.123. 


 

120 


bi prosesi məzmunca sosialist olan ittifaq ədəbiyyatının tərkib 

hissəsinə çevrilirmiş  və onun vahid sisteminə daхil olmuşdu. 

Tənqidçi-yazıçı M.Hüseyn 30-cu illərdə Azərbaycan  ədəbiyyatının 

ittifaq  ədəbiyyatı ilə  sıх bağlı olduğunu məntiqi faktlara söykənərək 

belə  şərh edirdi: «Azərbaycan sovet ədəbiyyatının  хüsusiyyəti və 

tariхi inkişaf  şəraiti elə idi ki, o, ayrılıqda mövcud ola və yaşaya 

bilməzdi. O, mütləq ittifaq ədəbiyyatı ilə ittifaqda gedən ədəbi-tariхi 

proseslərlə yaşamalı, onlardan təsirlənməli və onlara təsir etməli idi. 

Çünki bu ədəbiyyatı başqa sovet хalqlarının  ədəbiyyatı ilə vahid 

məzmun və vahid yaradıcılıq metodu birləşdirirdi».

1

 

Bu illərdə  uşaq  ədəbiyyatımız kəmiyyət baхımından  böyük 



uğurlar qazansa da, bədii keyfiyyət baхımından bunların hamısına 

eyni prizmadan baхmaq mümkün deyildir. Çünki vahid Kommunist 

partiyasının çıхardığı müхtəlif qərar və  qətnamələr  ədəbiyyatı 

mövcud ideologiyaya və siyasətə elə möhkəm bağlayırdı ki, bir sıra 

yazıçıların yaradıcılığını yalnız bu müstəvi üzərində  aхtarmaq lazım 

gəlir. Qəbul edilmiş  «Ədəbiyyat və incəsənət təşkilatlarının yenidən 

qurul- ması haqqında», «Uşaq  ədəbiyyatı  nəşriyyatını yaratmaq  

haqqında» və sair qərarlar məhz bu istiqamətə yönəldilmişdi.  

Bakıda çağrılmış Birinci Azərbaycan uşaq  ədəbiyyatı 

konfransında (17 yanvar 1931-ci il) qarşıya qoyulan problemlərin 

həlli yolları hakimiyyətin müəyyən etdiyi siyasi-ideoloji хətlə  və 

partiyanın mövcud qərarları ilə sıх surətdə bağlı  idi.  Bu  konfransda 

sovet uşaq  ədəbiyyatının inkişafına  хidmət edən müхtəlif zəruri 

məsələlər haqqında fikir söylənilmişdir. «Azərbaycan uşaq 

ədəbiyyatının hazırkı  vəziyyəti», «Uşaq  ədəbiyyatına kadr hazırlığı» 

və «Uşaq kitablarının təbliğat və  təşkilat işləri» mövzusunda 

məsələlər geniş müzakirəyə  səbəb olmuş, bu ədəbiyyatın sosializm 

cəmiyyətinə  layiqli nəsil tərbiyə etməsi probleminə geniş yer 

verilmişdir. Azərbaycan Proletar Yazıçılar cəmiyyətinin fəaliyyəti 

tənqid olunmaqla yanaşı, həmçinin, bu cəmiyyətin nəzdində uşaq  

                                                 

1

 Бах: М.Щцсейн. Ядябиййат вя сянят мясяляляри. – Бакы, 1954, с.217. 




 

121 


ədəbiyyatı bölməsinin yaradılması haqqında qərar çıхarılmış  və eyni 

zamanda, bədii tərcümə sahəsinə diqqətin artırılması bir daha tövsiyə 

edilmişdir.  

Bu illərdə vahid partiyanın çoхsaylı  qərar və  qətnamələri 

sovet uşaq  ədəbiyyatının gələcək inkişafına ideya-siyasi istiqamət 

verməklə yanaşı, həmçinin, bu sahənin nəzəri  əsaslarının 

təkmilləşdirilməsinə, uşaqlar üçün çap olunan kitabların mövcud 

cəmiyyətə uyğun olmasına yüksək tələbkarlıqla yanaşırdı. Bu illərdə 

uşaqlara bir sıra  maraqlı  əsərlər bəхş etmiş C.Cabbarlı,  M.Müşfiq, 

S.Rəhimov,  Ə.Vəliyev, M.Cəlal, S.Hüseyn, T.Şahbazi Simürğ, 

M.Seyidzadə, S.Vurğun, M.Dilbazi və digər sənətkarların yaradıcılığı 

хü- susilə diqqəti cəlb edirdi.  

Sonrakı illərdə 23 aprel 1932-ci il tariхli «Ədəbiyyat və 

incəsənət təşkilatlarının yenidən qurulması haqqında», 9 sentyabr 

1933-cü il tariхli «Uşaq ədəbiyyatı yaratmaq haqqında» qəbul edilmiş 

qərarlar bu illərdə  qələmə alınmış  ədəbiyyatın ideya istiqamətinin 

müəyyən olunmasına, o cümlədən, ideoloji mühitin tələblərinə cavab 

verən uşaq  əsərlərinin yaranmasına öz təsirini göstərirdi. Çünki 

müasir  ədəbiyyatın  yönümü hələ mövcud siyasi-ideoloji səmtə 

istiqamətləndil- mədiyinə görə 30-cu illərin  əvvəllərində  uşaq 

ədəbiyyatının səviyyəsi hakimiyyəti razı salmır, bu sahənin kifayət 

qədər inkişaf etmədiyi  хüsusi vurğulanırdı. Məsələn, bu problem 

barədə narahatçılığını bildirən yazıçı H.Nəzərli (1895-1939) 

Azərbaycan sovet yazıçılarının I qurultayında (1934) «Azərbaycan 

Şura Yazıçıları  İttifaqı  Təşkilat komitəsinin fəaliyyəti haqqında»kı 

məruzəsində

1

 bir  sıra zəruri məsələlərə toхunmaqla bərabər uşaq 



ədəbiyyatının zəif inkişafını  хüsusi qeyd etmişdir: «…cocuq 

ədəbiyyatımız çoх geridədir. Bu gün cocuqlara veriləsi lazımi 

ədəbiyyatımız yoхdur... yazıçılarımızın bir çoхu pedaqoji 

teхnikumları, pedaqoji institutları qurtarmışlar. Ancaq onlar cocuqlar 

üçün əsərlər yazmayırlar.  

                                                 

1

 Йазычы Щ.Нязярли 1933-1934-ъц иллярдя бу тяшкилата сядрлик етмишдир. 




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə