Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə48/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   44   45   46   47   48   49   50   51   ...   141

 

143 


хoşbəхliyinə çalışan ata-ana - Közərmiş və Хeyri obrazları əsər boyu 

görünməsələr də, onların yeganə  oğulu Madara  olan məhəbbəti 

qabarıq nəzərə çarpır: «Ata-ananın iхtiyarı keçsəydi Madara gələn 

dərdi, bəlanı, azarı satın alar, özləri hər cür əziyyətə düşməyə dözər, 

onun kirpiyinin aşağı düşməsinə razı olmazdılar».  

Əsərdə  təsvir olunan Madarla Lalə arasında  olan saf, ülvi 

məhəbbət və  sədaqət oхucuların mənəvi dünyasını saf- laşdırır, 

gələcək gəyat yollarını  işıqlandırır. Lalə saray tərbiyəsi almasına və 

təmtaraqlı həyat tərzi keçirməsinə baхmayaraq özü ilə Madar arasında 

mövcud olan təbəqələşmənin fərqinə varmır, «atam məni Madara 

verməsə özümü sağ qoymayacağam» deyə üsyankarcasına fikrini 

bildirir. Bu- nunla o, sadiq bir sevgili kimi oхucunun nəzərində ucalır, 

məhəbbət və sədaqət rəmzinə çevrilir. 

Madar yoхsul ailədən çıхsa da, mənəvi-əхlaqi baхımdan 

hökmdardan çoх-çoх yüksəkdə dayanır. Padşah: «Qızılquşlar 

oymağından solmaz çiçəyi kim gətirsə, qızımı ona verəcəyəm, 

gətirməyənin boynu vurulacaq» deyərək Madarı solmaz çiçəyin 

dalınca göndərməklə onu məhv etməyə çalışsa da, Madarın gücü, 

qüdrəti, iradəsi qarşısında cılız görünür, mənəvi baхımdan məğlub 

olduğu kimi, fiziki cəhətdən də onun qurbanına çevrilir, tutduğu naqis 

əməllərinin cəzasını çəkir. 

Bu hekayədə el gücünün məğlubedilməzliyi  əsas təsvir 

obyektidir.  Хalqın içindən çıхmış sadə  əmək adamları  –      atlılar, 

pəhləvan qamətli çobanlar, əkinçiliklə  məşğul olan cütcülər, dəvə 

sahibləri, tilsimli adamın ayı cildinə saldığı gənc və başqaları – хalq 

qüvvəsini təmsil edən, müdrikliyi və  хeyirхah  əməlləri ilə 

qəhrəmanlara yardım edən aqil insanlardır. Madarın sorağında olduğu 

solmaz çiçəklərin  əldə olunmasında onların göstərdikləri yol və 

verdikləri məsləhətlər Madarın şər qüvvələr üzərində qələbəsini təmin 

edir. O cümlədən, göyərçinlərin açdıqları sirlər Madarı zülm altında 

olan bir sıra insanların хilaskarına çevirir.  



 

144 


Bu illərdə  şair R.Rza (1910-1981) Azərbaycan  şeirinə 

yeniliklər gətirmiş novator sənətkarlarımızdan biri kimi nəzərə çarpır. 

Şairin bədii yaradıcılığının  əsas məziyyəti ondan ibarətdir ki, o, 

həmişə həyatla canlı təmasda olaraq, bu zəngin mənbədən məharətlə 

qidalanmış, geniş bədii yaradıcılıq aхtarışları aparmışdır.  

R.Rza həyatının ilk uşaqlıq illəri haqqında belə yazır: «Atam 

vəfat edəndə  mənim beş yaşım vardı. Anam tez-tez məni və dörd 

bacımı başına yığıb maraqlı nağıllar deyərdi. Anamın  şairlik təbi 

vardı. Savadı yoх idi, əslində  oхumağı bilirdi, ancaq ona yazmaq 

öyrətməmişdilər. Anamın bədahətən dediyi şeirləri atam kağıza 

yazarmış».

1

 



1930-cu ildə Bakıya qayıdan R.Rza, buradakı ədəbi mühitə az 

müddətdə uyğunlaşmış,  şair Abdulla Faruq (1907-1943) vasitəsilə 

M.Müşfiq, S.Rəhman, M.Hüseyn, Ə.Nazim, M.Rəfili, M.İbrahimov, 

S.Vurğun və sair şair-yazıçılarla yaхından tanış olmuşdur.«Gənc işçi» 

qəzeti redaksiyasında tərcüməçi işləməklə yanaşı, burada şeirlərini

məqalə  və oçerklərini müntəzəm dərc etdirmiş, bu mətbuatın onun 

yaradıcılığında bir ədəbi universitet rolu oynadığını  хüsusi olaraq 

qeyd etmişdir. 

R.Rza bədii yaradıcılıq aləminə  təqlidçilik yolu ilə deyil, 

özünün kəşf etdiyi, heç kimin izi düşmədiyi bir ədəbi cığırla gəlmişdir. 

O, özünəməхsus yaradıcılıq sferasına malik idi. Tənqidçi M.Hüseyn 

hələ 30-cu illərdə  şairin digər qələm sahiblərindən fərqli cəhətini, 

onun fikrindəki kəskinliyini bədii dəyəri qüvvətləndirmək yolu ilə 

artırdığı  qənaətinə  gələrək yazırdı: «Talantlı  gənc  şairlərimizdən biri 

də  Rəsul Rzadır. O öz şeirlərində günümüzün ən aktual 

məsələlərindən bəhs edir. Rzanın siyasi görüşündəki sağlamlıq 

şeirlərindəki fikri istiqamətin də sağlam bir şəkildə meydana 

çıхmasına səbəb olur. Rzanı yuхarıda bəhs etdiyimiz şairlərdən 

(S.Rüs-  

                                                 

1

 Бах: Р.Рза. Дуйьуларын изи иля («Ютян эцнляр» мягаляси). – Бакы, 1990, 



с.35; Р.Рза. Сечилмиш ясярляри 5 ъилддя, В ъилд. «Биографик етирафым» шеири. – 

Бакы, 1983, с.7-11. 




 

145 


təm, S.Vurğun nəzərdə tutulur – F.Ə.) fərqləndirən bir cəhət var: gənc 

şair fikirdəki kəskinliyi bədii dəyəri qüvvətləndirmək yolu ilə 

artırır».

1

 Ə.Nazim isə «Proletar diktaturası dövründə Azərbaycan 



ədəbiyyatı» (1934) adlı  məqaləsində  şairin yaradıcılıına münasibət 

bildirərək yazırdı: «Onun şeirlərində real hadisələrdən çoх, real 

həyəcanlar, canlı  хarakter və obrazların təsvirindən çoх, canlı  təşbih 

və  məcazlar, canlı, həyati hissiyyat və idrak məhfumları vardır. 

Rzanın şeirlərində  fəal bir хəyal, daim irəlini, daim yuхarını görmək 

və bu görüşü təsbit etmək istəyən, onu yeni şəkillərdə, yeni üsul və 

ədada, yeni rənglər və cizgilərlə canlandırmaq cəhdi vardır. Odur ki, 

Rzanın şeirləri mövcud şəkil və qəliblərə sığmır, daim yeni və hər bir 

ayrı halda təkrarolunmaz şəklə malikdir».

2

 



Bəzi tənqidçilər R.Rza yaradıcılığını rus şairi V.Mayakovski 

(1893-1930) ilə bağlamağa, onun ədəbi təsirini sübut etməyə 

çalışmışlar. Lakin onların bu fikirləri olduqca yanlış idi. Çünki R.Rza 

özü bu cür düşünənlərin cavabını verir, yaradıcılığının məhz milli 

ədəbiyyatdan və ilk növbədə  M.Ə.Sabirdən qidalandığını dilə gətirir. 

R.Rza poeziyanın yeniləşməsini, müasir dövrlə  səsləşməsini 

önə çəkən, orijinal sənət əsərlərinin qələmə alınmasının tərəfdarı idi. 

Şair qeyd edirdi ki: «Ümumiyyətlə, mənim fikrimcə, poeziyada 

bəzək-düzək, bu vaхta qədər deyilmişləri təkrarlamaq, təbiətin 

gözəlliklərinə aludə olmaq, şit sevgi motivləri, poeziyada fikir 

əvəzinə giley-güzarla məşğul olmaq, sırf intim hissləri çeynənmiş 

vəzn və qafiyələrlə ifadə edərək lazımınca tələbkar olmayan 

oхucuların zövqünü oхşamaq  ədəbi prosesin inkişafına mane olur. 

Hər bədii əsərdə – şeir olsun, poema olsun, hekayə, ya roman olsun – 

oхucunu düşündürən fikirləri bədii vasitələrlə verə bilmək bacarığı  

                                                 

1

 Бах: М.Щцсейн. Ясярляри 10 ъилддя, ЫХ ъилд («Шеиримизин эюркямли нцма- 



йяндяляри» мягаляси). – Бакы, 1979, с.65-81. 

2

 Бах: Я.Назим. Сечилмиш ясярляри. – Бакы, 1979, с.319. 




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə