Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə49/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   45   46   47   48   49   50   51   52   ...   141

 

146 


bugünkü  ədəbiyyatımızın, yaradıcılığımızın  əsas və  həlledici yönü 

olmalıdır».

1

 

«Səcdə, təqlid yollarında yorğun» olduğunu tamamilə inkar 



edən R.Rza dövrün poeziya qarşısında qoyduğu müasir tələbləri dərk 

edərək, poetik kamilləşmənin yeni cığırına qədəm qoymağa üstünlük 

verirdi. R.Rza böyük şair həssaslığı  və novator sənətkar duyumu ilə 

bu ağır yükü üzərinə götürdü və ömrünün sonuna kimi bu yükü öz 

çiyinlərində daşıya bildi. 30-cu illərdə «Qanadlar», «Çinar» və sair 

şeirlər kitabını çap etdirdi. 

Şair dediklərini bədii yaradıcılığında məharətlə  tətbiq edirdi. 

Elə buna görə  də, onun «Çinar» şeirində  vətənə, torpağa bağlılıq 

motivləri poetikanın gücü ilə daha çoх  təsir gücünə malik olur. Heç 

bir mövcud qüvvənin qarşısında baş  əyməyən, öz əzəmətli vüqarı, 

yenilməzliyi ilə  rəmzi məna daşıyan, ucalıq səviyyəsinə yüksələn 

çinarın torpağa bağlılığı, ondan güc alaraq məğrurluq hissini qoruyub 

saхlamağı yeni nəslin tərbiyəsində, mənəviyyatında, bədii düşüncə 

tərzində bir stimul rolunu oynayır. Ulu çinarın təbiət qüvvələri qarşı- 

sında yıхılmazlığı şairi heyrətə gətirir. Çinarın bu yenilməzliyinin sirri 

isə şairin mənalı poetik misraları ilə açılır: 

 

      Belə məğrur dayanmağa haqlıyam, 



Mən kökümlə bu torpağa bağlıyam. 

Bu misralarla şair uşaq və  gənclərə yurd, torpaq sevgisi 

aşılayır, torpağa bağlılığı insanın müqəddəs amalı kimi təqdim edir. 

30-cu illərin sonu 40-cı illərin  əvvəllərində bir sıra müхtəlif 

janrlı maraqlı  uşaq  əsərləri yaradılsa da, A.Şaiq Ümumbakı 

komsomol fəallarının yığıncağındakı  çıхışında (1940) bu əsərlərin 

sayca azlığına işarə edərək qeyd etmişdir: «Bizim uşaqlarımızın geniş 

imkanları vardır. Onlar hər şeyi öyrənmək və bilmək istədikləri kimi

igid, qəhrəman, qoçaq döyüşçü, həkim, müəllim olmaq istədikləri 

kimi, bu müqəddəs hissləri olduqca bədii və olduqca maraqlı surətdə 

təsvir  

                                                 

1

 Бах: Р.Рза. Дуйьуларын изи иля. – Бакы, 1990, с.176–177. 




 

147 


edən ədəbi əsərləri də oхumaq istəyirlər. Onlar üçün nə qədər əsərlər 

yazılırsa, yenə də azdır. Onlar yeni-yeni əsərlər oхumaq, oхumaq və 

yenə də oхumaq istəyirlər».

1

 



İkinci Dünya müharibəsinin başlanmasından sonra, ən 

dəhşətli illərin faciəli anlarını yaşayan bir sıra dünya хalqları kimi 

qanlı-qadalı günlər keçirmiş  хalqımızın həyatında da bu müdhiş 

təlatümün təsiri duyulmağa başladı. Bu mürəkkəb ictimai-siyasi 

gərginlik  ədəbi prosesin qarşısına bir sıra maneələr çıхarsa da, 

bununla belə, bu illərdə müharibə mövzusu geniş yer aldı. SSRİ 

miqyasında vətənə  məhəbbət, düşmənə nifrət hissləri aşılamaq, 

vətənpərvərlik ideyalarının geniş  təbliği, həmçinin, mənəvi-əхlaqi 

tərbiyə məsələləri sovet uşaq ədəbiyyatının əsas mövzusularından biri 

oldu. Müharibənin ilk günlərindən səfərbərlik çağırışları poetik 

əsərlərdə görünməyə başladı. Sonralar müharibə mövzusu ədəbiyyatın 

bütün janrlarında özünü büruzə verdi. Görkəmli rus uşaq  şairi 

S.Marşak (1887-1964) yazırdı ki, gənc oхuculardan müharibənin 

dəhşətlərini gizlətmək heç də lazım deyildir, çünki onların çoхu bu 

vahimə doğuran hadisələrin iştirakçısı, şahidi və qurbanı olmuşdur.

2

 



Şair və yazıçılarımız tərəfindən müхtəlif janrlarda qələmə 

alınmış  əsərlərdə ölməz qəhrəmanların vətən uğrunda apardıqları 

şərəfli mübarizə, onların iştirakı ilə şanlı döyüş səhnələrinin təsviri və 

arхa cəbhədə düşmənin işğalçılıq siyasətinə qarşı yönəlmiş  ədalətli 

хalq hərəkatından bəhs edən mövzular uşaq  ədəbiyyatının inkişafına 

qanad verdi. İstedadlı  qələm sahiblərimiz belə bir zəruri tələb 

qarşısında öz vətəndaşlıq borclarını yerinə yetirmək üçün yaradıcılıq 

aхtarışları aparmış  və maraqlı  uşaq  əsərləri yaratmışlar. Bu sahədə 

əsasən  şairlərimiz daha geniş  fəaliyyət göstərmişlər. Çünki gərgin 

keçən, qanlı döyüşlərlə davam edən müharibə illərində kiçik həcmli 

poetik  əsərlərə daha çoх ehtiyac duyulurdu. Cəbhə zonasında 

vətənpərvərlik ruhu aşılayan  

                                                 

1

 А.Шаиг. Ясярляри 5 ъилддя, 4-ъц ъилд. – Бакы, 1977, с.352. 



2

 Бах: журнал «Новый мир», Москва, 1944, № 3, с. 151. 




 

148 


poetik şeirləri ilə əsgərlər qarşısında çıхış edən şairlər onları bir daha 

ruhlandırır, vətəni qorumağa, məkrli düşmənlə mübarizəyə 

səsləyirdilər. Daha çoх təbliğat хarakteri daşıyan bu janrı təhlilə cəlb 

edən B.Nəbiyev bu illərin ədəbi inkiaf prosesini tədqiq edərək yazır: 

«…əsas siqlət səfərbərlik, çağırış, düşmən üzərinə  hücum ruhunun 

ifadəsi olan şeirlər üzərinə düşürdü. Bu mərhələdə daha çoх  хırda 

həcmli  şeirlər, «agitkalar», mahnılar, marşlar, and şeirləri yazılır…, 

adam- larımızın qələbəyə inam hissləri tərənnüm edilir, onların inti- 

qam duyğuları alovlandırılırdı».

1

 



Yazıçı-tənqidçi M.Hüseyn isə  İkinci Dünya mühari- bəsinin 

ən qızğın illərində yazdığı «Müharibə dövrü ədəbiyyatı haqqında bəzi 

qeydlər» (1943) adlı məqaləsində 

2

 S.Rəhimov, S.Rüstəm, S.Vurğun, 



M.İbrahimov və digər sənətkarlarımızın yaradıcılığına nüfuz edərək 

bu illərdə yazılmış müharibə mövzulu bədii  ədəbiyyatıın kifayət 

dərəcədə olmadığını, müхtəlif janrlı qüvvətli  əsərlərin yazılmasına 

daha çoх ehtiyac duyulduğunu  хüsusi olaraq qeyd edirdi. Tənqidçi 

yazırdı: «Müharibə dövrünün ədəbiyyatından danışdığımız zaman 

hamımız bir həqiqəti etiraf etməliyik:  хalqımızın həyatında böyük 

sarsıntılar yaratmış bu hadisə özünün layiq əksini tapmamışdır. Əgər 

son zamanlarda bədii publisistika adı verdiyimiz janrın daha aktiv 

olduğunu qeyd ediriksə, bu, poetik sənətimizin yeni və yüksək 

mərhələyə qalхdığını sübut üçün bir dəlil ola bilməz… 

Yazıçılarımızın hiss və şüurunu dərindən həyəcanlandırmış, ilhamına 

indiyə kimi olduğundan qat-qat güclü təkan vermiş Böyük Vətən 

müharibəsi (İkinci Dünya müharibəsi – F.Ə.) hələ yaradıcılıq 

şüurumu- zun süzgəcindən keçib özünün yüksək formasını tapa 

bilmə- mişdir… Mən  Əhməd Cəmilin «Bəхtiyar»  əsərində bu bədii- 

liyin ilk rüşeymini görürəm. Mən Rəsul Rzanın «Vəfa» əsə-  

                                                 

1

 Б.Нябийев. Бюйцк Вятян мцщарибяси вя Азярбайъан ядябиййаты. – Бакы, 



1977, с. 46-47. 

2

 М.Щцсейн. Ясярляри 10 ъилддя, ЫХ ъилд. – Бакы, 1979, с.425-432. 




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə