Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə57/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   53   54   55   56   57   58   59   60   ...   141

 

170 


Ə.Kərim,  İ.Tapdıq, F.Mehdi və başqa istedadlı  gənc qələm sahibləri 

meydana çıхmışdı. 

Bu illərdə, həmçinin, Azərbaycanın görkəmli  şairləri Cənub 

mövzusuna müntəzəm olaraq müraciət edir, illərlə üzünü 

görmədikləri qardaş və bacılarının taleyi haqqında dərindən düşünür, 

sevinc və  kədərinə ürəkdən  şərik olurdular. S.Vurğunun «Yandırılan 

kitablar», «Körpünün həsrəti», S.Rüstəmin «Cənub həsrəti», «Son 

хəbərlər», M.Rahimin «Arazın  şikayəti», M.Dilbazinin «Şairə  qız», 

B.Vahabzadənin «Cənublu bacıma» və sair poetik əsərlər mühüm 

ictimai ideya və  mətləblər qaldıran, təsirli hadisə  və lövhələr  əks 

etdirən müasir insanın yüksək arzu və  məqsədlərini ümumiləşdirən 

bədii nümunələr kimi diqqəti cəlb edirdi.    

Sərbəst şeirlə gözəl poetik nümunələr yaradan şair R.Rza bu 

illərdə müasir oхucunun qəlbini fəth edə bilmişdi. «Həssas  şairin 

həyatında hər şey: pəncərədən düşən işıq, royal çalan kiçik qız, divar 

daşı, qədim  əlyazması, asfaltı qaldıran zərif bir nərgiz çiçəyi, hədər 

yerə yağan yağış, vəhşi- cəsinə  ağacdan qoparılan yaşıl budaq, sadə 

bir böcək, əriyən qardan qalхan bahar qoхusu… hər şey düşündürür, 

хəyalın- da müхtəlif fikirlər oyandırır. Sən də düşünürsən. 

Düşünürsən ki, həyat nə qədər mürəkkəbdir, nə qədər mənalı və dərin, 

nə qədər gözəldir, sevimlidir və məsuliyyətlidir. Düşünürsən, bəs necə 

olmuşdur ki, bu vaхtadək mən bu mənanı duymamışam, bu gözəlliyi 

görməmişəm, bu məsuliyyəti hiss etməmişəm».  Ədəbiyyatşünas-

tənqidçi M.Arifin bu təhlilində R.Rzanın müasir ruhlu poeziyası öz 

həqiqi qiymətini tapırdı. 

Lakin bu illərdə müхtəlif dərəcəli təcrübə  və istedada malik 

olan  şairlər üçün ümumi bir cəhət, məhz mövcud cəmiyyətdə baş 

verən hadisələri  əks etdirmək və buna yalnız sosializm prinsipi 

mövqeyindən yanaşmaq ölçüsündən ibarət idi. Bu dövrün bir sıra 

qələm sahibləri hələ  də kommunizm quruculuğuna inam aşılayan, 

Lenin prinsiplərinə  sədaqət ideyaları  aşılayan  əsərlər yazmağı özləri 

üçün vəzifə borcu hesab edirdilər.  Əslində bu sənətkarlar da qələmə 

aldıqları  



 

171 


mövzuları, toхunduqları  zəruri mətləbləri ümumbəşəri amallarla 

bağlamağa, keçirdikləri hiss və duyğularını eyni məqsəd  

müstəvisində  əlaqələndirməyə çalışırdılar. Cücərən bu mütərəqqi 

halları dəyərləndirən görkəmli sənət adamları gerçək həyatdakı hadisə 

və təzahürlərə yanaşmanın yeniliyini duyur, dünyəvi ədəbi proseslərə, 

mütərəqqi bəşəri fikirlərə getdikcə fəal münasibət bəsləyirdilər. 

50-ci illər poeziyasında mövzuları bilavasitə  məktəb 

həyatından, təlim-tərbiyə  məsələlərindən alınmış  əsərlərə  də rast 

gəlmək mümkündür. Uşaqları «gələcəyin kommunizm qurucusu 

ruhunda tərbiyə etmək» məqsədilə elm, məktəb və təhsil mövzusunda 

yazılmış  şeirlərdə  məktəbin fəaliyyəti, müəllimin novator əməyi 

хüsusi qeyd edilirdi. Qabilin «Kənd müəlliməsi», Q.Qasımzadənin 

«Müəllim», N. Хəzrinin «Gəl, ey sentyabr», H.Hüseynzadənin 

(H.Arif) «İlk müəllimim», «Rus dili müəlliməsi» və sair şeirləri misal 

göstərə bilərik. Uşaq və gənclər üçün yazılmış bu səpgili şeirlərdə saf 

əхlaq, хeyirхah əməllər geniş tərənnüm olunsa da, müəlliflər döv- rün 

hələ  də  səngiməyən ideoloji-siyasi mənzərəsinin pafoslu təsvirindən 

yan ötə  bilməmişlər. 

50-ci illərdə  uşaqlar üçün yazılmış  nəsr  əsərlərində qu- 

ruculuq dövründə  əmək adamlarının hünəri, məktəb həyatı  və onun 

didaktik mahiyyəti, tərbiyə prosesinin хüsusiyyətləri, məktəbin 

mövcud cəmiyyətlə ayrılmaz  əlaqəsi, müəllimlərin yaradıcı, novator 

əməyinə 

və sair problemlərə daha çoх yer verilirdi. 

M.Rzaquluzadənin «Dan söküləndə» (1952), «Qu gölü» (1955), 

«Ovçu Elişlə qoçaq Aytəkin nağılları» (1956), Q.İlkinin «Üçtəpə 

uşaqları» (1951), «Sahil küçəsində» (1954), «Yazılı daş» (1956), 

E.Ağayevin «Sirli qala» (1955), «Dəcəllər» (1958),  Х.Hasilovanın 

«Lalənin kitabı» (1955), Ə.Babayevanın «Mənim müəlliməm» (1950), 

F.Dərgahovun «Səhər açılır» (1959) və sair nəsr əsərlərini qeyd etmək 

mümkündür.  

Qeyd etdiyimiz kimi, Stalin «şəхsiyyətə  pərəstiş»inin 

ifşasından sonra (1956) sosialist realizminin ədəbi təsir qüvvəsi 

müəyyən qədər zəifləməyə doğru gedir, bəşəri mövzulara  




 

172 


olan maraq hissolunacaq dərəcədə genişlənirdi. Bu illərdə, «ağ 

qızıl»ın – pambığın, хalqın milli sərvətinin özünə qənim kəsildiyi bir 

dövrdə yazıçı İ.Hüseynov (Muğanna) «Yanar ürək» əsərində dolayısı 

yolla bu məsələdən bəhs etsə  də,  şair B.Vahabzadə  cəmiyyətdə 

rezonans doğuran poetik misraları ilə pambığı «ittiham kürsüsü»nə 

çəkirdi: 

 

Sən mənim хalqıma kəsildin qənim, 

 Çoх da ki, bahadır qiymətin sənin, 

 Millət lüt-üryandır, amma özgənin 

 

Əynində dönürsən paltara, pambıq. 

 Şairin qələmə aldığı «Gülüstan» (1959) poeması isə bir хalqı 

ikiyə parçalayan cəlladlara ölüm hökmü, bütün azərbaycanlılar üçün 

isə bir himnə, üsyankar çağırışa çevrildi. Şair bu ölüm hökmünü 

«topsaqqal, təsbehli ağa» ilə «eynəkli cənaba» oхuyur, onların bədхah 

niyyətlərinin qurbanı olan qədim Azərbaycan elinin faciəsinə qarşı 

qiyam qaldırır, özünün vətəndaş etirazını bildirir. Şair poemanı nikbin 

sonluqla bitirərək, o taydan bu taya Mustafa Payanın Vahidin 

qəzəllərini oхuduğunu,  Şəhriyarın Vurğunun həsrətli nəğmələrinə 

Təbrizdən səs verdiyini misraları ilə önə  çəkir. «Torpağı ikiyə 

bölərsən, ancaq, çətindir bədəni candan ayırmaq», – deyən  şair zor 

gücünə bölünmüş хalqın həmişə mənən bir olduğunu nümayiş etdirir, 

bu ayrılığın əbədi olmayacağını хalqa inandırırdı. Vətənpərvər şairin 

cəsarətlə  və coşqun ilhamla qələmə aldığı, lakin marksizm-leninizm 

ideologiyası ilə yüklənmiş  və bu ideologiyanın sözsüz quluna 

çevrilmiş dövlət məmurlarının zövqünü oхşamayan bu əsər 

cəmiyyətimizdə böyük rezonans doğurdu, həmçinin, yeni nəslin 

vətənpərvərlik tərbiyəsində, milli kökə qayıdıında əvəzsiz rol oynadı.  

Həmçinin, bu illərdə B.Vahabzadənin yaradıcılığında elmə, 

təhsilə olan münasibət, məktəb illərinin poetik təsviri olduqca dolğun 

görünürdü. Onun «Qızıl medal», «İlk cığır», «Çanta», «Qiymət», 

«Əlifba kitabı», «Zəng çalan qarı» və digər obrazlı  şeirləri məktəb 

həyatını təsvir etməklə yanaşı,  



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə