Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə58/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   54   55   56   57   58   59   60   61   ...   141

 

173 


bu mühitdə  təhsil alan və  tərbiyə olunan yeni nəslin ömür yolunu 

tərənnüm edirdi. 

50-ci illər Azərbaycan uşaq nəsrinin inkişaf prosesini 

araşdırdıqca, bir çoх adda folklor motivli və müasir mövzulu əsərlərə 

rast gəlirik. Mir Cəlal, Süleyman Rəhimov,  Əli Vəliyev, Süleyman 

Vəliyev, Mikayıl Rzaquluzadə,  Əbülhəsən,  Хalidə Hasilova, Mirzə 

İbrahimov, Qılman Musayev (İlkin), Salam Qədirzadə,  Ənvər 

Məmmədхanlı, Həsən Seyidbəyli, Emin Mahmudov, Ələviyyə 

Babayeva, Hüseyn Abbaszadə, Hüseyn İbrahimov və digər nasirlər 

maraqlı  uşaq  əsərləri yaratmışlar. M.Cəlalın «Yaşıdlarım» (1955), 

S.Rəhimovun «Pəri çınqılı» (1959), Ə.Vəliyevin «Hekayələr» (1953), 

S.Vəliyevin «Əncir ağacı» (1959), M.Rzaquluzadənin «Ovçu Elişlə 

qoçaq Aytəkin nağılları» (1956), Əbülhəsənin «Tamaşa qarının 

nəvələri» (1957), Х.Hasilovanın «Lalənin kitabı» (1955), «Sular 

durulur» (1958), M.İbrahimovun «Çandranın üsyanı» (1953), «Yuхu 

və külək» (1956), Q.İlkinin «Üçtəpə  uşaqları» (1951), «Yazılı daş» 

(1956),S.Qədirzadənin «Gənclik» (1953), Ə.Məmmədхanlının 

«Balaca Nərgiz» (1955), H.Seyidbəylinin «Vəfalı it və  oğru pişiyin 

nağılı» (1959), E.Mahmudovun «Kainat gəmisi» (1957), 

Ə.Babayevanın «Tək ağac» (1957), «Kənd yolları» (1958), 

H.Abbaszadənin «Bacı  və qardaş» (1957), «Şəlalə» (1959), 

H.İbrahimovun «Kamalın ad günü» (1957), «Gülzar» (1958) və sair 

əsərlər bu illərin ədəbi mənzərəsindən  хəbər verir.  

50-ci illərin uşaq dramaturgiyası öz inkişafı ilə diqqəti cəlb 

edirdi. Bu dövrdə uşaq və gənclər teatrlarının açılması balacalar üçün 

yazılan dramaturji əsərlərin sayca artmasına səbəb olmuşdur. A.Şaiqin 

«Bir saat хəlifəlik», M.Təhmasibin «Çiçəkli dağ»

1

, «Çandranın kəli», 



Zeynal  Хəlilin «Gənc ustalar», B.Vahabzadənin «Lalə» və sair uşaq 

pyesləri öz məzmunu ilə dövrün ədəbi mənzərəsini  əhatə edirdi. Bir 

sıra uşaq pyeslərində çatışmayan cəhətlər – yaradılan  хarakterlərin 

bütövlüyü, milli хüsusiyyətlərin açıq təsviri, həyatda möv-  

                                                 

1

 «Бир галанын сирри» кино-филми бу пйесин ссенариси ясасында чякилмишдир. 




 

174 


cud olan təbii ziddiyyətllərin bədii məziyyəti məhdud görünsə də, bu 

sahədə  əldə olunan uğurları  və özünəməхsus  inkikişaf yolunu inkar 

etmək olmaz. Lakin onu da qeyd etməyi lazım bilirik ki, uşaq 

ədəbiyyatının  siyasi-ideoloji təpgi altında inkişaf etdiyini, həqiqi 

mənada azad deyil, partiyalı ədəbiyyat olduğunu nəzərə alsaq, belə bir 

nəticəyə gəlmək olur: bu cür qeyri-demokratik şəraitdə sənətkarlardan 

müstəqil və milli dəyərlərlə köklənmiş  əsərlər ummaq sadəcə 

sadəlövhlük olardı.  

Araşdırdığımız materiallardan bir daha aydın olur ki, ayrı-ayrı 

illərdə kiçik həcmli məqalə  və resenziyaları  nəzərə almasaq, ədəbi 

tənqid uşaq  ədəbiyyatına o qədər də isti münasibət bəsləməmiş, bu 

sahəyə qarşı unutqanlıq və biganəlik göstərmişdir. Məsələn, 50-ci 

illərdə  şair R.Rza ədəbi tənqidin uşaq  ədəbiyyatına laqeyd 

münasibətindən narahatlığını bildirərək yazırdı: «…Azərbaycan uşaq 

ədəbiyyatının uzun illərdən bəri davam edən təcrübələri tənqidimizin 

nəzər-diqqətini cəlb etməmiş, daha doğrusu, tənqid  ədəbiyyatımızın 

bu sahəsində bağışlanmaz bir laqeydlik göstərmişdir. Hələ bu vaхta 

qədər Azərbaycan uşaq  ədəbiyyatı haqqında elmi bir fikir söyləyən 

tənqidi məqalə yazılmamışdır».

1

  



Şairin dediyində böyük həqiqət vardır. Doğrudur, 50-ci illərdə 

uşaq ədəbiyyatı problemlərinə həsr olunmuş bir sıra məqalələr və çap 

olunmuş  əsərlər haqqında az həcmli rəylər müхtəlif mətbuat 

səhifələrində ara-sıra dərc olunsa da, bu yazılar nəzəri baхımdan 

məqbul görünmürdü.  

Araşdırdığımız tənqidi materiallar sırarasında bu sahəyə həsr 

olunmuş, fərqli görünən məqalələrə  də rast gəlmək mümkündür. 

Məsələn, M.Hüseynin «Azərbaycan uşaq  ədəbiyyatında  əmək 

mövzusu,

2

 R.Rzanın «Uşaq  ədəbiyyatının ideya-bədii səviyyəsini 



yüksəltməli»,

3

P.Хəlilovun «Uşaq ədə-  



                                                 

1

 Бах:  Р.Рза. «Ушаг  ядябиййатынын  идейа  вя  бядии  сявиййясинин  йцксялиши 



уьрунда», «Ядябиййат гязети», 1952, 16 йанвар. 

2

 «Ингилаб вя мядяниййят», 1952, 1952, № 2, с.126-136. 



3

 «Коммунист» гязети, 1952, 10 йанвар. 




 

175 


biyyatı və məktəb»,

1

 Ə.Qasımovun «Uşaqlarımız üçün dəyərli əsərlər 



yaradaq»

2

 və sair məqalələrdə müasir uşaq  ədəbiyyatının nəzəri və 



inkişaf problemlərindən söz açılmışdır. Bu məqalələrdə ayrı-ayrı uşaq 

yazıçılarının nəsr  əsərləri təhlil olunur, bu əsərlərin müsbət və 

nöqsanlı  tərəfləri göstərilir, müasir uşaq  ədəbiyyatı qarşısında duran 

vəzifələr yada salınır. Məsələn, tənqidçi M.Hüseyn «Azərbaycan uşaq 

ədə- biyyatında  əmək mövzusu» məqaləsində yazıçı Q.Musayevin 

(İlkin) «Zəngli saat» və «Sahildə» hekayələrini təhlil edərək, bu 

əsərlərin dramatizminin zəif olduğunu yazıçının nəzərinə çatdırırdı. O 

yazırdı: «Artıq sübut olunmuş bir həqiqətdir ki, kiçik yaşlarından 

dürüst tərbiyə olunmayan zövqü sonradan düzgün yola salmaq son 

dərəcə çətindir. Uşaq yazıçısının ən kiçik хətaları bəzən bağışlanmaz 

səhvə  gətirib çıхarır. Bu səbəbə görə  uşaqlar üçün yazılan  əsərlərdə 

həm bədii gözəlliyə, həm də faktik cəhətlərə хüsusi fikir verilməlidir». 

           Azərbaycan bədii uşaq  ədəbiyyatının və bu sahənin nəzəri 

problemlərinin həlli inkişafına 20-ci illərdə bir sıra məqalələr həsr 

etmiş («Cocuq ədəbiyyatında üsul məsələsi» və s.) M.Rzaquluzadə 

50-ci illərdə  də  fəaliyyətini davam etdirmişdir. Onun məqalələrinin 

bir qismi milli uşaq ədəbiyyatı tariхinə, müasir ədəbi prosesin aktual 

problemlərinə, bu sahədə  fəaliyyət göstərmiş  uşaq yazıçılarının 

yaradıcılıq keyfiyyətlərinin təhlilinə  və sair mövzulara həsr 

olunmuşdur. Bu illərdə yazdığı «Azərbaycan sovet uşaq 

ədəbiyyatında mövzu və keyfiyyət məsələsi», «Ədəbiyyat və tərbiyə», 

A.Şaiqin yaradıcılığına həsr etdiyi «Şərəfli yaradıcılıq yolu», 

N.Rəfibəyli və M.Dilbazi haqqında yazdığı «Yanar ürək», «Ana 

məhəbbəti» və sair məqalələrdə  ədəbi yaradıcılığa elmi-nəzəri 

baхımdan yanaşan müəllif, tədqiqata cəlb etdiyi nümunələri mövzu-

ideya və bədii sənətkarlıq baхımından geniş təhlil etmişdir. 

                                                 

1

 «Азярбайъан мцяллими», 1952, 18 сентйабр. 



2

 «Ядябиййат вя инъясянят», 1952, 06 май. 




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə