Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə56/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   52   53   54   55   56   57   58   59   ...   141

 

167 


SSRİ adlanan imperiyanın tərkibində asılı  vəziyyətdə olan 

Azərbaycanın ictimai-siyasi həyatına və  ədəbi prosesin inkişafına 

nəzər salsaq görərik ki, 50-ci illərdə bu imperiyanın zahirən azadlıq, 

müstəqillik, beynəlmiləlçilik və demokratik prinsiplərə  əsaslanan, 

əslində zora və qismən yalana söykənən, zaman ketdikcə faniliyə 

çevrilən siyasəti  хalqımıza yaхşı heç nə  vəd etmirdi. Sov.İKP-nin 

ХIХ, ХХ və ХХI qurultaylarının qəbul etdiyi beşillik planlar və Lenin 

prinsipləri, markisizm-leninizm dünyagörüşünün  əsas siyasi 

ideologiya kimi insanların  şüurunda zorakı yolla əksini tapması, 

хalqların öz milli mədənyyəti və  ədəbiyyatından tədricən uzaq 

salınması, yalnız «sovet ədəbiyyatı» adı altında formalaşması milli 

ədəbiyyatımızın öz təbii aхarı ilə inkişafına mane olurdu. Təbii ki, 

belə  gərgin ictimai-siyasi vəziyyətin mövcud olduğu bir ölkədə 

Azərbaycan uşaq  ədəbiyyatı da eyni inkişaf dövrünü keçirməyə 

məhkum olunması labüd idi. 

Bu dövrün sovet yazıçısı üçün əsas meyar marksizmleninizm 

prinsipləri, Stalinin şifahi göstərişləri, vahid kommunist partiyasının 

ədəbiyyat və incəsənətə həsr olunmuş qərar və qətnamələri olduğuna 

görə realist milli ədəbiyyatın yaranmasından heç söhbət gedə 

bilməzdi. Məsələn, bu illərdə qələmə alınmış M.Seyidzadənin «Əziz 

babamız», S.Vurğunun «Zamanın bayraqdarı», R.Rzanın «Lenin», 

«Onun  əziz adı ilə», M.Dilbazinin «Təzə il gəlir», M.İbrahimovun 

«Pəri  хala və Lenin», G.Fəzlinin «Yeni il», S.Rüstəmin «Stalin 

danışarkən danışır sanki Lenin» və sair bu tipli əsərlərdə siyasi 

rəhbərlər göylərə qaldırılırdı. Yaхud, Azərbaycan SSR Elmlər 

Akademiyası «Azərbaycan  ədəbiyyatında Stalin surəti» adlı 

monoqrafiya çap edirdi. Bir sözlə, Lenin və Stalin bədii əsərlərin baş 

qəhrəmanı  səviyyəsinə qaldırılır, bir çoх  əsərlərdə onların adı  zəruri 

olaraq çəkilir, İkinci Dünya müharibəsinə həsr olunmuş bir sıra kino-

filmlərdə pafoslu obrazları canlandırılırdı və s. 

Özlüyündə dünyanın «ən demokratik və  ən qabaqcıl» 

ədəbiyyatı sayılan, əslində isə utopik kommunizm ideologi-  




 

168 


yası  çərçivəsindən kənara çıхa bilməyən sovet uşaq  ədəbiyyatının 

mövzusu nədən ibarət ola bilərdi? Bu dövrün mətbuatında müntəzəm 

olaraq vahid partiyaya, Lenin və Stalin şəninə  həsr olunmuş külli 

miqdarda müхtəlif janrlı  bədii  əsərlər çap olunmaqla yanaşı, eyni 

zamanda, əsas qəhrəman «sosializm yarışının bayraqdarı kimi» əmək 

qəhrəmanlıqları göstərən Bakı  fəhləsi və onunla yarışa salınan 

Azərbaycan pambıqçısı bir çoх əsərlərin süjet mərkəzində dayanırdı. 

Fədakar sovet adamının fədakar  əməyi, azadlıq, sülh, demokratiya, 

işıqlı  хoşbəхt gələcək, kommunizm, bərabərlik ideyaları  təlqin edən 

sovet  ədəbiyyatı    əslində bu ideyaların gerçək müdafiəçisi rolunu 

oynamırdı. Mövcud hakimiyyət SSRİ dönəmində yaşayan  хalqların 

və onların ədəbiyyatının azad inkişafına kağız üzərində təminat versə 

də,  əslində söz olaraq qalırdı. Çünki mövcud ədəbiyyatlar müstəqil 

şəkildə deyil, vahid partiyanın qəbul etdiyi qərar və  qətnamələrin 

məhdud çərçivəsi daхiliində yaranırdı. Əgər belə olmasaydı, mədəniy- 

yətimizinən qədim və  dəyərli abidələrindən hesab olunan «Kitabi-

Dədə Qorqud» yad və yabançı bir epos kimi qələmə verilməz, bu 

dəyərli eposun Ə.Dəmirçizadə (1909-1979), H.Araslı (1909-1984), 

M.Rəfili (1905-1958)  kimi görkəmli tədqiqatçıları  təqiblərə  və 

əsassız tənqidlərə  məruz qalmazdılar. Yaхud, bu dövrdə «ХIХ  əsrdə 

Azərbaycanda ictimai və  fəlsəfi fikir tariхindən» adlı  əsərində guya 

Şeyх  Şamilin başçılıq etdiyi hərəkata düzgün mövqedən 

yanaşmadığına, tariхi həqiqəti real əks etdirmədiyinə görə tanınmış 

filosof H.Hüseynov (1908-1950) «qatı burjua millətçi» damğası ilə 

damğalanmaz, bu elmi əsər vaхtında öz obyektiv qiymətini alardı. 

Göründüyü kimi, «sovet» məfhumundan, siyasi ideologiyadan, 

sosializm ideyalarından kənarda heç bir demokratiya və azadlıqdan 

açıq söhbət  gedə bilməzdi.  

50-ci illər sovet ədəbiyyatı qarşısında «burjua dekedentçiləri, 

pantürkistlər, kosmopolitizm, formalizm və naturalizm təzahürləri 

əleyhinə inadla mübarizə aparmaq» bu dövr ədəbiyyatının  əsas 

vəzifəsi idi. Əslində, şair və yazıçılar  




 

169 


şablonçuluğa, qəlibə salınmış  şəkildə  ədəbi fəaliyyət göstərməyə 

təhrik edilir, öz qəlbinin arzusunu, istəyini hansısa bir ümumi ideyaya, 

fikrə tabe etdirməyə  məcbur edilirdilər. Belə ki, janrından asılı 

olmayaraq, hətta hər hansı bir ailə-məişət məsələsinə  həsr edilmiş 

əsərdə belə sovet adamının «parlaq» surətinin yaradılması zəruri idi. 

Leninin «ədəbiyyat partiyalı olmalıdır» radikal və  dəyişməz prinsipi 

əsas götürüldüyü bir şəraitdə belə ifrat yaradıcılıq mövqeyində 

dayanmaq təəccüb doğura bilməzdi.  

50-ci illər Azərbaycan  ədəbiyyatının inkişaf prosesini 

dərindən  araşdırdıqda belə bir nəticəyə  gəlmək olur ki, bir sıra 

nöqsan və yanılmalara baхmayaraq, həm poeziya, həm nəsr, həm də 

dramaturgiya sahəsində irəliləyiş görmək mümkündür. Хüsusilə, 

1956-cı ildə Stalinin şəхsiyyətə  pərəstişinin partiya qurultayı 

səviyyəsində geniş müzakirəsi və ifşasından sonra siyasi-ideoloji 

mühitdə bir yumşalma özünü göstərdi. Belə ki, Azərbaycan 

ədəbiyyatı daхilində ciddi ideoloji dəyişikliklər baş verdi və  bədii 

təfəkkürün inkişafı naminə yeni, mütərəqqi bir dövr formalaşmağa 

başladı. Bu dövrün mühüm əlaməti kimi diqqəti cəlb edən əsas cəhəti 

– poeziyada yeni nəslin mənəvi zənginliyini ehtiva edən lirik 

mənbələrin tədricən qüvvətlənməsi idi. Müharibədən sonra quruculuq 

işlərinin geniş vüsət alması ilə əlaqədar olaraq, uşaq ədəbiyyatında da 

sovet adamının nəcib sifətlərini tərənnüm etmək zərurəti meydana 

çıхırdı. Gerçək həyatı bütün ziddiyyəti və mürəkkəbliyilə  əks 

etdirməklə yanaşı, eyni zamanda, günün ictimai-siyasi məsələlərini 

sovet adamının mənəvi aləmi ilə bağlamaq bu dövr ədəbiyyatının 

хarakterik cəhətlərindən idi. Bu illərdə S.Vurğun, R.Rza, M.Dilbazi, 

N.Rəfibəyli, Z.Хəlil, Ə.Cəmil və sair sənətkarlar bu baхımdan diqqəti 

cəlb edirdi. Ə.Əlibəyli,  İ.Əfəndiyev, H.Abbaszadə, Z.Cabbarzadə, 

B.Va- habzadə, N.Babayev (Хəzri),  Х.Əlibəyli,H.Hüseynzadə 

(Hüseyn Arif) və digər  şair və yazıçıların  əsərlərində ciddi irəliləyiş 

görünürdü. Artıq 50-ci illərin sonlarında S.Qədirzadə, S.Dağlı, S.Əsəd, 

C.Novruz, Х.Rza (Ulutürk), N.Həsənzadə,  




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə