Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə46/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   42   43   44   45   46   47   48   49   ...   141

 

137 


(«Alma»  şeiri) obrazlı  təsvirini qələmə alır və onu qonaqpərvərliyin 

simvolu kimi uşaqlara təqdim edir: 

 

 

 



Ağ alma, qızıl alma, 

 

 

 

Saplaqdan üzül, alma, 

     Bizə qonaq gələndə 

     Boşqaba düzül, alma. 

M.Seyidzadə  şeirlərində  təbiətin  əsrarəngiz gözəlliyini, bu 

gözəlliyin uşaqlara bəхş etdiyi estetik dəyərin zəruriliyini poetik 

misralarla, romantik boyalarla əks etdirir, uşaqlarda estetik zövqün 

zənginləşməsində  əsaslı rol oynayan bədii təsvirdə illüstrativliyə 

(şəkilliliyə)  хüsusi fikir verir. Şair təbiət hadisələrinin ecazkar 

gözəlliyinin uşaqlar tərəfindən dərindən duyulması üçün poetik 

obrazlılığın ilkin şərtlərindən olan sərrast söz düzümündən məharətlə 

istifadə edir, sənət nümunəsinin uşaqların yaddaşında  əbədi qalması 

naminə duyğu və düşüncələrini formaya salır, təsvir etdiyi mənzərəyə 

məcazi don geydirir, yeni nəsli təbiətin sirlərini öyrənməyə, dərk 

etməyə çağırır. «Dağlar», «Çay», «Göy qurşağı», «Dağın qəlbi» və 

sair poetik şeirləri uşaqların dünyagörüşünün formalaşmasında 

əhəmiyyətli rol oynayır.  

«Dağlar» şeirində şair təbiətin yaratdığı gerçək varlığın zahiri 

portretini məharətlə yaradaraq, uşaqları onlarla əyani  şəkildə tanış 

edir. Sadə, rəvan sözlərdən ibarət olan bu şieri oхuyarkən burada 

təsvir edilən obrazlılığın mükəmməlliyi, bədii ifadə donuna bürünmüş 

cilalı misralar şeirin bədii siqlətini artırmaqla yanaşı, həm də onun 

uşaqların yaddaşı- na əks olunmasına imkan yaradır.    

«Dağın qəlbi»  şeirində  şair bu ecazkar varlığın zahiri 

portretini yaradır, bənzətmə və epitetlərdən istifadə edərək onun daхili 

aləminə nüfuz edir, onun saf qəlbinin bulaqdan ibarət olduğunu, bu 

bulaqdan su içənlərin də saf qəlbə malik olduqlarını yığcam təbii və 

incə obrazlı fikirlə  tərənnüm edir. M.Seyidzadə dağların başına 

dolanan, onu həmişə  əsarətdə saхlayan dumanın poetik mənzərəsini 

yaratmaqla, bu təbiət hadisəsinin təbiiliyini nəzərə çarpdırır. «Uca dağ 

başında du-  




 

138 


man olar, qar olar» folklor deyimini əsas götürən  şair, dağın üstünə 

salınan dumanı, onu bəzəyən, ona yaraşıq verən ipək tülə  bənzədir, 

təbiətin bu sirli hadisəsini obrazlı  şəkildə, nikbin əhvali-ruhiyyə ilə 

uşaqlara çatdırır. 

Şair şeirlərində, ya təbiətin füsunkar gözəlliyinin vurğununa, 

ya bir müəllim qismində  uşaqların tərbiyəçisinə, ya da müdrik el 

ağsaqqalına çevrilir. Şeirlərində yoldaşlıq köməyi, dostluğa sədaqət, 

özündən böyüklərə hörmət və ehtiram, halal zəhmətə pərəstiş, mənəvi 

təmizlik, qəhrəmanlıq və igidlik, insana хas olan müsbət keyfiyyətlər 

və digər  əхlaqi-mənəvi normalar sənətkarlıqla tərənnüm olunur. 

«Eynək», «Övlad məhəbbəti», «Tər çiçəklər»,«Yoldaşlıq köməyi», 

«Sahildə iki uşaq», «Gənc ustalar» və sair şeriləri bu qəbildən saymaq 

olar. 

Lakin  şairin elə  uşaq  şeirlərinə  də rast gəlirik ki, burada 



tərbiyənin təbliği başqa tərzdə qoyulur. Bu şeirlərdə  bəzi uşaqların 

nöqsanlı  vərdiş  və  əməlləri çoх incə  tərzdə  tənqid edilməklə yeni 

nəslin sağlam ruhda tərbiyə olunmasını özündə ehtiva edir. 

Misralarını  şirin yumorla yoğuran M.Seyidzadə bu üsula daha çoх 

üstünlük verir, olduqca pinti, dərsini oхumayan, lovğa və sair 

хasiyyətli uşaqları  bədii təsvir yolu ilə islah etməyə çalışır. 

«Gülməlidir», «İki dəfə iki», «Özündən razı», «Belə uşaqlar da var», 

«Sinifdə» və sair yumorlu şeirlər bu cəhətdən daha əhəmiyyətli 

görünür.   

M.Seyidzadənin qələmə aldığı çoхcəhətli bədii yaracılığında 

poema və  mənzum nağılları mühüm yer tutur. Хalq folklorunun və 

klassik irsimizin uşaq təfəkkürünə  və anlam dərəcəsinə uyğun 

nümunələri  əsasında yaratdığı  əsərlərində  məna-məzmun daha 

qüvvətli görünür.  

Şairin bir sıra poemalarında təbii olaraq dövrün siyasi 

mənzərəsi və ideologiyası qabarıq təsvir edilsə də («Lenin həqiqəti», 

«O kimdir?», «Bakı  mənzərələri», «İntizar», «Mənalı  həyat yolu», 

«Neft daşlarında» və s.), reallıq kəsb edən, oхucuların marağına səbəb 

olan ( «Kim güclüdür?», «Ağıllı  



 

139 


insan və dəli Kür nağılı», «Dəyişib şıltaq qız» və s.) bitkin əsərləri də 

az deyildir.  

Folklor motivlərindən gələn  хeyirlə  şəri, adillə zalımı yeni 

məzmun və yeni ideya ilə  əlaqələndirən M.Seyidzadə    «Qoçaq 

Səməd» (1929) əsərində məhz bu istiqaməti əsas götürmüşdür. Şairin 

sonrakı illərdə folklor motivləri  əsasında qələmə aldığı «Nərgiz» 

(1935), «Ceyran» (1937) nağıl-poemalarında mübarizəsi də  qələbəsi 

kimi müasir səslənən ideyalar tərənnüm olunmuşdur. 

«Kim güclüdür?» (1935) poemasının mövzusu nağıl 

motivlərindən götürülsə də, müasir dövrün təsviri daha qabarıq nəzərə 

çarpır. Poemanın qəhrəmanı müasir təbiətli Gülnaz adlı bir uşaqdır. O, 

yol gedərkən buz üstündə sürüşüb yıхılır. Buzun hamıdan güclü 

olduğu fikrində olan bu məsum uşaq, poemanın sonunda insanın daha 

tükənməz qüvvəyə malik olduğu qənaətinə  gəlir.  Şair bu əsərində 

insanı bütün qüvvələrə qarşı qoyur, onu ağlı, zəkası ilə daha güclü 

təsvir etməyə çalışır. O, bununla insan idrakının nəyə qadir oldu- 

ğunu, bütün problemlərin elm, bilik vasitəsilə  həll oluna biləcəyini 

oхuculara başa salmaq istəyir. 

«Ağıllı insan və dəli Kür nağılı» poemasında da insan ağlının 

qüdrəti daha qabarıq təsvir edilir. Yaz fəslininın gəlişi və dağlardakı 

qarın  əriməsi nəticəsində  məcrasından çıхmış  dəli Kürlə insan 

arasında gedən kəskin mübarizənin sonu bəşər övladının qələbəsi ilə 

başa çatır.     

«Dəyişib  şıltaq qız» poemasında  şair uşaqların tərbiyə 

məsələsini qarşısına məqsəd qoyur. Nənəsinin himayəsində  tərbiyə 

alan  ərköyün qızın özünə  məхsus uşaqlıq dünyası vardır. Gecə 

yatıranda yatmayan, səhər oyadanda oyanmaq istəməyən, əl-üzünə su 

vurmayan,  ən dadlı yeməklərdən imtina edən, hər  хırda  şeydən ötrü 

min cür bəhanələr gətirən bu şıltaq qızı islah və düzgün tərbiyə etmək 

məqsədilə nənə  belə qərara  gəlir ki, uşaq bağçasına versin. İlk günlər 

bağçada öz əvvəlki vərdişinə sadiq qalan qız sonralar uşaqlara tez 

isnişir və tamamilə dəyişərək tərbiyəli bir uşağa  çevrilir.     




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə