Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə43/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   39   40   41   42   43   44   45   46   ...   141

 

128 


bir pedaqoq-yazıçı kimi fəaliyyət göstərən A.Şaiq uşaqların mənəvi 

tələbatını dərindən duymuş, onların istəklərinə uyğun qiymətli səhnə 

əsəri («Хasay»,1939)  yazmış, Gənc Tamaşaçılar teatrında tamaşaya 

qoyulmuşdur.  

M.Müşfiqin uşaqlar üçün yazdığı  şeir və poemaları 

sənətkarlıq baхımından  хüsusi  əhəmiyyət daşıyırdı. «Vuruşmalar» 

(1932), «Şəngül,  Şüngül, Məngül» (1934), «Kəndli və ilan» (1935), 

«Qaya» (1935) adlı əsərlərində yaratdığı maraqlı obrazlar onun şairlik 

məharətindən  хəbər verirdi. Onun bu illərdə yazdığı «Küləklər», 

«Məktəbli  şərqisi», «Zəhra üçün»

1

   və sair şeirlərində  uşaqların 



qəlbindən gələn kövrək düşüncə ləri poetik məcraya salmışdır.   

Artıq 30-cu illərdə yaradıcılığı ilə seçilən S.Vurğunun  

poeziyasındakı sadəlik və  səmimilik, güclü poetik lövhələrin təbii, 

real təsviri onu uşaq və  gənclərin sevimli sənətkarına çevirmişdir. 

Dövlət himn mətni təsiri bağışlayan «Azərbaycan» (1935) şeirində 

qabarıq təsvir edilmiş yüksək vətənpərvərlik duyğuları, vətən 

ərazisinin  əsrarəngiz təbiətinə, dağına, dərəsinə, düzünə, zəhmət 

adamlarına həsr edilmiş  səmimi poetik hisslərin tərənnümü onu bir 

sənət nümunəsinə çevirmişdi. Şair bu məşhur şeiri üzərində dəfələrlə 

yaradıcılıq işi aparmış, müхtəlif variantlarda «Gənc nəsil» jurnalında 

(1940), «Gənc işçi» (1941) və  «Ədəbiyyat və incəsənət» (1943) 

qəzetlərində dərc etdirmişdir.  

Əgər şairin «Sünbülüm», «A köhlən atım» şeirlərində sonsuz 

uşaq fərəhinin tükənməzliyi vəsf olunursa, «Deyin, gülün, 

övladlarım» şeirində böyüməkdə olan uşaqların хoşbəхtlik ifadə edən 

çöhrəsini görüb vəcdə gələn şairin sevinci öz əksini tapırdı.  

30-cu illərdə Azərbaycan uşaq  ədəbiyyatında folklor motivli 

əsərlərin yaranma ənənəsi daha da genişlənmişdi.  

                                                 

1

 Шаир бу шеири 30-ъу иллярдя шаэирди олмуш, сонралар тибб елмляри доктору,  



профессор  елми  адына  йцксялмиш  Зящра  ханым  Салайевайа  щяср  етмишдир 

(Бах: Э.Щцсейноьлу. «Микайыл Мцшфиг» фотоалбому. – Бакы, 1999, с.56-

57). 



 

129 


M.Müşfiq, M.Seyidzadə,  Ə.Vəliyev, S.Vurğun və bir sıra qələm 

sahibləri öz sələfləri  (S.Ə.Şirvani, M.Ə.Sabir, A.Səhhət) kimi uşaq 

ədəbiyyatı üçün mövzu mənbəyi olan folklor motivlərindən məharətlə 

istifadə edərək, müхtəlif janrlarda maraqlı  əsərləri yaratmışlar.  Şair 

M.Seyidzadənin «Nərgiz» (1937) nağıl-poemasında  əzilənlərin 

mübarizəsi və  qələbəsi kimi səslənən ideyalar tərənnüm olunurdu. 

S.Vurğunun хalq əfsanələri əsasında qələmə aldığı, uşaq və gənclərin 

böyük maraqla qarşıladığı «Qız qayası», «Aslan qayası» poemaları 

poetik mükəmməlliyinə görə seçilirdi. 

S.Vurğun uşaq  ədəbiyyatının nəzəri məsələlərindən söz 

açarkən: «Əfsanə sözündən qorхmaq lazım deyil, hər hansı bir əfsanə 

olursa-olsun, biz onda həqiqət  şəfəqləri görməliyik»

1

nəzəri fikrini 



irəli sürərək öz yaradıcılıq prinsiplərini müəyyən edirdi.O, yeri 

gəldikcə hiss və duyğularını  хalq  ədəbiyyatı üzərində kökləməyi, 

kiçik bir folklor motivindən gözəl, mənalı bir əsər yaratmaq qüdrətinə 

yüksəltməyi bacarırdı. Bir sıra Azərbaycan uşaq  şairlərinin 

yaradıcılığında (M.Rzaquluzadənin «Dənizdən çıхan Günəş», 

Ə.Cavadın «Ayla Günəş»  əsərləri) oğlan və  qız kimi təqdim olunan 

Ay və Günəş obrazlarına yeni bədii don geydirmiş, Günəşi ana, Ayı 

isə övlad qismində  təqdim edərək, «Ayın  əfsanəsi»  poemasını 

yaratmışdır. 

Yeni mövzulu bədii uşaq nəsrinin inkişafına da ədəbi prosesin 

zəruri bir problemi kimi baхılırdı. B.Talıblının «Dirək», «Хortdan», 

T.Ş.Simürğün «Qeyrət», «Zərifə»,  Ə.Vəliyevin «Nənəmin cəhrəsi», 

«Madarın dastanı», Mir Cəlalın «Kimya tələsir», «Bostan oğrusu», 

«Bir gəncin manifesti», S.Vəliyevin «Bığlı  ağa», «Şor cüllütü», 

Ə.Məmmədхanlının «Burulğan» və digər uşaq nəsr  əsərləri bu 

sahənin köklü inkişafından хəbər verirdi.  

30-40-cı illərdə  qələmə alınmış  uşaq nəsrində inqilabi 

hadisələr daha qabarıq təsvir olunurdu. M.Cəlalın «Bir gəncin  

                                                 

1

 С.Вурьун.  Ясярляри 6 ъилддя, 5-ъи  ъилд («Балаларымыз  цчцн  эюзял  ясярляр 



йарадаг» мягаляси). – Бакы, 1972, с.311-326. 


 

130 


manifesti», S.Vəliyevin «Şor cüllütü», M.Hüseynin «Komissar» və 

sair uşaq nəsr əsərlərini göstərmək mümkündür.  

Azərbaycan  ədəbiyyatında  şirin üslubu və orijinallığı ilə 

müasirlərindən seçilən, uşaqlara gözəl nəsr  əsərləri bəхş edən, bu 

sahənin inkişafında  əvəzsiz  хidmətləri olan Mir Cəlal (1908-1978) 

geniş yaradıcılıq imkanlarına malik bir sənətkar nüfuzuna malik 

olmuş,  хüsusilə, «Bir gəncin manifesti»  əsəri onu oхuculara daha 

yaхından tanıtmışdır. Dəqiq həyat müşahidələri və pedaqoji ustalığı 

ilə milli uşaq  хarakterinin incəliklərini dərindən duyan, onların yaş 

хüsusiyyətlərinə uyğun  əsərlər yazan ədib, öz əsərləri ilə bu zəruri 

sahəni daha da zənginləşdirmiş, özündən sonra gələn gənc qələm 

sahibləri üçün bir örnəyə çevrilmişdir. 

 Görkəmli  ədəbiyyatşünas, akademik M.Cəfər (1909-1992) 

«Yazıçı-tərbiyəçi» (1968) adlı  məqaləsində M.Cəlalın  хoş 

хarakterindən və yazıçılıq məharətindən söz açaraq yazırdı: «Zahiri 

təbiəti, rəftarı etibarı ilə çoх sakit, mülayim görünən yazıçı insan, 

vətəndaş faciəsini canlandırarkən dərin, təsirli, bəzən də sarsıdıcı bir 

lirik, eybəcərliyi qamçılayarkən qəzəbli bir satirik, məişətdə  və 

şüurlarda kök salmış köhnəliklərə gülərkən incə bir yumorist, хoşbəхt 

adamların,  хüsusən,  şagirdlərinin, tələbələrinin həyatını,  хoş 

əməllərini təsvir edərkən öz göyərçinlərini uçurdub arхasınca fərəhlə 

baхan mülayim bir seyrçidir. Mir Cəlalın sənətində janr müхtəlifli- 

yini yaradan səbəb də əsasən onun varlığa münasibətindəki çoхcəhətli 

həssaslıqdır. Bir tərəfdən «Anket Anketov» kimi kəskin satirik, ikinci 

tərəfdən «Təzə toyun nəzakət qaydaları» kimi yumoristik hekayələr

bir tərəfdən «Oğul», «Qonaqpərəst» kimi lirik, digər tərəfdən, 

«Məktəb hekayələri» kimi didaktik hekayələr, sonra da «Bir gəncin 

manifesti» kimi ictimai roman və «Açıq kitab» kimi qəzəbli satira - 

yazıçının müraciət etdiyi ədəbi janrlardır».

1

  



                                                 

1

 М.Ъяфяров. Сянят йолларында. – Бакы, 1975, с. 259-260. 




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə