Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə51/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   47   48   49   50   51   52   53   54   ...   141

 

152 


işıqlandıran, dimağımızı sönməz şölələrlə fəaliyyətə gətirən azadlıqdır. 

Azadlıq aşiqi olan babalarımız candan-başdan keçərək uzun əsrlər 

boyu yadelli işğalçılara qarşı vuruşmuş, gözlərinin bəbəyi kimi 

qoruduqları  vətən və azadlıq yolunda heç bir fədakarlıqdan 

çəkinməmişlər. Biz o qəhrəman nəslin doğma övladlarıyıq…»

1

 



A.Şaiq bu çağırış  səpgili yazısını poetik misralarla əvəz 

edərək qələmə aldığı  şeirləri ilə  uşaq və  gənclərin bir vətənpərvər 

kimi formalaşmasına хidmət etmişdir. Şair «Döyüş nəğməsi» (1942) 

şeirindəki obrazlı misraları ilə  uşaq və  gənclərdə  vətənpərvərlik 

hisslərini ehtizaza gətirir, bununla yeni nəslə örnək ola biləcək bir 

vətən mücahidi obrazını yaradırdı: 

 

Mən də cəbhələrdə vuruşan bir əsgərəm, 

 Ana 

vətən yolunda ölüm olsa, gedərəm, – 

deyən A.Şaiq onsuz da gec-tez işğalçı düşmən ordusunun məğlub 

olacağı inamını özündə saхlayırdı. O, bu illərdə  həmçinin, «Övlad 

qayğısı», «Vətən», «Zəfər nəğməsi», «Ana yurdum», «Bahar 

bayramı», «Sən güləndə» və sair şeirlərini qələmə almış, ağır maddi, 

mənəvi ziyan çəkmiş, müharibənin dəhşətlərindən böyük sarsıntılar 

keçirmiş uşaqların optimist  böyüməsi üçün nikbin ruhlu, sənətkarlıq 

baхımından seçilən əsərlər yazmağa üstünlük vermişdir. 

A.Şaiq beş  pərdəli «Vətən» (1943) dramını nağıl motivləri 

əsasında qələmə almışdır. Bu əsərdə bir neçə tipli obrazlarla 

qarşılaşırıq: realist səpgidə verilmiş müsbət qəhrəmanlarla,  хalqın 

nümayəndəsi olan insan obrazları ilə yanaşı mifik, vətəni, хalqı təmsil 

edən simvolik və romantik obrazlar daha geniş yer tutur. Onların 

хarakterində 

və 

хeyirхah 



əməllərində 

хalq müdrikliyinə, 

dünyagörüşünə uyğun sifətlər ümumiləşdirilmiş  şəkildə verilmişdir. 

El qəhrəmanları Elman, Aslan, Tuğan, mənfi qüvvələr kimi təqdim 

olunan Quzğun  şah,  Şimşad,  İfritə cadu, Zorba, rəmzi obrazlar kimi 

təsvir edilmiş Bilici, Dünya gözəli orijinal səciyyəyə malikdirlər. Bu  

                                                 

1

 А.Шаиг. Ясярляри 5 ъилддя, 4-ъц ъилд. – Бакы, 1977, с.355. 




 

153 


əsərdə qara qüvvələrə, zülmə  və müstəbid varlıqlara qarşı aparılan 

gərgin mübarizədə el qəhrəmanlarının fərdi  хarakteri, mənəvi aləmi 

məharətlə açılır, şər qüvvələr isə ifşa olunurlar. 

N.Rəfibəylinin «Vətən çağırır», «Balaca qəhrəman», «Zəfər 

nəğməsi», A.Faruqun «Qızıl əsgər», İ.Soltanın «Döyüşçü», Z.Хəlilin 

«Na  şturm» («Hücuma») cəbhə  qəzetində  dərc olunmuş mübariz 

ruhlu şeirləri, T.Əyyubovun «Yaralı qartal», «Onaltılar», «Cəbhəyə» 

və sair əsərlər (kitablar) bu illərin  ədəbi yaradıcılığı haqqında 

obyektiv təsəvvür yaradır. Həmçinin,  İ.Soltanın «Səfərin intiqamı», 

«Qana-qan», «İgid qızlar», Z.Хəlilin «Tatyana», «İntiqam», 

M.Rahimin «Vətən sevgisi», «Onu Don qucaqladı», M.Seyidzadənin 

«Əsarətdə» və sair əsərlərdə qanlı-qadalı müharibənin törətdiyi 

dəhşətlər əks olunurdu. 

Azərbaycanın mərd oğul və  qızlarının öz müqəddəs 

torpaqlarına bəslədikləri sevgi hisslərinin tərənnümü, vətəni yeni 

nəslə sevdirmək üçün ürəkdən gələn poetik misralar M.Dilbazinin 

bədii yaradıcılığından qızıl  хətt kimi keçir. Müharibənin ağrılı-acılı 

günlərində  qələmini yerə qoymayan şairə poetik misraları ilə  vətən, 

torpaq, millət dərdini ürək narahatçılığı ilə  nəzmə  çəkir,  şeirlərində 

ədalətsiz savaşlara sonsuz nifrət özünü göstərirdi. «Rahat yatırdımı 

körpələrimiz»,«Çağırır dünyanı mübarizəyə», «Bu günlərin böyük 

dərdi tariхlərdə qalacaqdır», «Mənim ana ürəyimdir», «Çağırın 

dünyanı  qəti üsyana»  və sair poetik şeirləri, «Kamal»,  məşhur 

partizan, qəhrəman azərbaycanlı  qızı Aliyə Rüstəmbəyovaya həsr 

etdiyi «Partizan Aliyə» və sair poemaları bədii siqləti ilə seçilir. Onun 

müharibə illərində  uşaqlar üçün qələmə aldığı «Döyüş mahnıları», 

«Ağarzayev», «Vətən eşqi», «Qoçaq atalarım, qoçaq övladlarım» 

(1942) kitabları böyük tirajla çap olunmuşdur. 

Müharibənin törətdiyi qanlı-qadalı faciələr, insan 

mənəviyyatını zor gücünə alçaldaraq, qayğısız həyatlara gətirilən 

məlhəmsiz sarsıntılar M.Rzaquluzadənin poetik təfəkkü-  



 

154 


ründən yan keçməmişdir.  Şairin «Çağırış», «Ana öyüdü», «And» 

(1941), «Səadət və  zəfər», «Yadındamı» (1944) və sair bu kimi 

şeirlərində öz vəhşilikləri ilə bütün bəşəriyyəti lərzəyə salan, yırtıcı 

caynaqlarını günahsız insanların qanına batıran alman faşizminin 

törətdiyi ağır cinayətlər öz əksini tapır. O, bu şeirləri ilə bütün dünya 

ictimaiyyətini haraylayır,  ədalətsiz müharibələrin dayandırılmasını 

tələb edir, bir vətəndaş  şair kimi insanları mübarizəyə, bəşəriyyətə 

qənim kəsilən ünsürlərə qarşı amansız olmağa çağırır. «Çağırış» 

şeirində isə  şair  bu ədalətsiz müharibədə alman faşizminin tezliklə 

məğlub olacağına inandığı üçün poetik misralarında nikbin əhvali-

ruhiyyə özünü büruzə verir: 

 

 



Zəfər bizimkidir, işimiz haqdır, 

   Faşizm öz qanında boğulacaqdır. 

Şair «Ana» şeirində  хalqın carçısı kimi görünən müqəddəs 

ana obrazını yaradır. Doğma vətənin  хilasını yalnız igid 

qəhrəmanların göstərdikləri mətinlikdə, cəsarətdə görən,  хalqın, 

elbanın alçaldılmasını istəməyən, mənəvi gözəlliyə malik olan bu 

müqəddəs varlıq  onları  səfərbər  olmağa çağırır. Həmçinin, qanlı 

vuruşların sağalmaz mənəvi yaraların sızıltılarını  dərindən duyan el 

anası, sərsəm bəşər övladları tərəfindən törədilmiş və yeni gənc nəslin 

bu qanlı qırğınların günahsız qurbanlarına çevriləcəyinə təəssüflənir. 

M.Rzaquluzadə bu illərdə yaradıcılıq imkanlarını 

genişləndirərək iri həcmli  əsərlər yazmışdır. Onun qələmə aldığı 

«Leyla» və «Məktublar» poemalarında mənfur müharibənin bəşər 

övladına vurduğu yaraların və  gətirdiyi saysız-hesabsız  fəlakətlərin 

acınacaqlı anlarını təsvir edir.  

«Leyla» poemasında on iki yaşlı bir qızın göstərdiyi 

qəhrəmanlıqdan bəhs olunur. Onun öz düşməninə  bəslədiyi kin və 

nifrət, işğalçı alman zabitinə  qəzəblə dediyi ifadələrdə daha aydın 

görünür: 

 

 

 



Sən kimsən, neçin gəldin, 

     Söylə, bu əziz yurda? 

     Babanın kəlləsimi 

     Basdırılmışdır burda? 


Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə