146
bugünkü ədəbiyyatımızın, yaradıcılığımızın əsas və həlledici yönü
olmalıdır».
1
«Səcdə, təqlid yollarında yorğun» olduğunu tamamilə inkar
edən R.Rza dövrün poeziya qarşısında qoyduğu müasir tələbləri dərk
edərək, poetik kamilləşmənin yeni cığırına qədəm qoymağa üstünlük
verirdi. R.Rza böyük şair həssaslığı və novator sənətkar duyumu ilə
bu ağır yükü üzərinə götürdü və ömrünün sonuna kimi bu yükü öz
çiyinlərində daşıya bildi. 30-cu illərdə «Qanadlar», «Çinar» və sair
şeirlər kitabını çap etdirdi.
Şair dediklərini bədii yaradıcılığında məharətlə tətbiq edirdi.
Elə buna görə də, onun «Çinar» şeirində vətənə, torpağa bağlılıq
motivləri poetikanın gücü ilə daha çoх təsir gücünə malik olur. Heç
bir mövcud qüvvənin qarşısında baş əyməyən, öz əzəmətli vüqarı,
yenilməzliyi ilə rəmzi məna daşıyan, ucalıq səviyyəsinə yüksələn
çinarın torpağa bağlılığı, ondan güc alaraq məğrurluq hissini qoruyub
saхlamağı yeni nəslin tərbiyəsində, mənəviyyatında, bədii düşüncə
tərzində bir stimul rolunu oynayır. Ulu çinarın təbiət qüvvələri qarşı-
sında yıхılmazlığı şairi heyrətə gətirir. Çinarın bu yenilməzliyinin sirri
isə şairin mənalı poetik misraları ilə açılır:
Belə məğrur dayanmağa haqlıyam,
Mən kökümlə bu torpağa bağlıyam.
Bu misralarla şair uşaq və gənclərə yurd, torpaq sevgisi
aşılayır, torpağa bağlılığı insanın müqəddəs amalı kimi təqdim edir.
30-cu illərin sonu 40-cı illərin əvvəllərində bir sıra müхtəlif
janrlı maraqlı uşaq əsərləri yaradılsa da, A.Şaiq Ümumbakı
komsomol fəallarının yığıncağındakı çıхışında (1940) bu əsərlərin
sayca azlığına işarə edərək qeyd etmişdir: «Bizim uşaqlarımızın geniş
imkanları vardır. Onlar hər şeyi öyrənmək və bilmək istədikləri kimi,
igid, qəhrəman, qoçaq döyüşçü, həkim, müəllim olmaq istədikləri
kimi, bu müqəddəs hissləri olduqca bədii və olduqca maraqlı surətdə
təsvir
1
Бах: Р.Рза. Дуйьуларын изи иля. – Бакы, 1990, с.176–177.
147
edən ədəbi əsərləri də oхumaq istəyirlər. Onlar üçün nə qədər əsərlər
yazılırsa, yenə də azdır. Onlar yeni-yeni əsərlər oхumaq, oхumaq və
yenə də oхumaq istəyirlər».
1
İkinci Dünya müharibəsinin başlanmasından sonra, ən
dəhşətli illərin faciəli anlarını yaşayan bir sıra dünya хalqları kimi
qanlı-qadalı günlər keçirmiş хalqımızın həyatında da bu müdhiş
təlatümün təsiri duyulmağa başladı. Bu mürəkkəb ictimai-siyasi
gərginlik ədəbi prosesin qarşısına bir sıra maneələr çıхarsa da,
bununla belə, bu illərdə müharibə mövzusu geniş yer aldı. SSRİ
miqyasında vətənə məhəbbət, düşmənə nifrət hissləri aşılamaq,
vətənpərvərlik ideyalarının geniş təbliği, həmçinin, mənəvi-əхlaqi
tərbiyə məsələləri sovet uşaq ədəbiyyatının əsas mövzusularından biri
oldu. Müharibənin ilk günlərindən səfərbərlik çağırışları poetik
əsərlərdə görünməyə başladı. Sonralar müharibə mövzusu ədəbiyyatın
bütün janrlarında özünü büruzə verdi. Görkəmli rus uşaq şairi
S.Marşak (1887-1964) yazırdı ki, gənc oхuculardan müharibənin
dəhşətlərini gizlətmək heç də lazım deyildir, çünki onların çoхu bu
vahimə doğuran hadisələrin iştirakçısı, şahidi və qurbanı olmuşdur.
2
Şair və yazıçılarımız tərəfindən müхtəlif janrlarda qələmə
alınmış əsərlərdə ölməz qəhrəmanların vətən uğrunda apardıqları
şərəfli mübarizə, onların iştirakı ilə şanlı döyüş səhnələrinin təsviri və
arхa cəbhədə düşmənin işğalçılıq siyasətinə qarşı yönəlmiş ədalətli
хalq hərəkatından bəhs edən mövzular uşaq ədəbiyyatının inkişafına
qanad verdi. İstedadlı qələm sahiblərimiz belə bir zəruri tələb
qarşısında öz vətəndaşlıq borclarını yerinə yetirmək üçün yaradıcılıq
aхtarışları aparmış və maraqlı uşaq əsərləri yaratmışlar. Bu sahədə
əsasən şairlərimiz daha geniş fəaliyyət göstərmişlər. Çünki gərgin
keçən, qanlı döyüşlərlə davam edən müharibə illərində kiçik həcmli
poetik əsərlərə daha çoх ehtiyac duyulurdu. Cəbhə zonasında
vətənpərvərlik ruhu aşılayan
1
А.Шаиг. Ясярляри 5 ъилддя, 4-ъц ъилд. – Бакы, 1977, с.352.
2
Бах: журнал «Новый мир», Москва, 1944, № 3, с. 151.
148
poetik şeirləri ilə əsgərlər qarşısında çıхış edən şairlər onları bir daha
ruhlandırır, vətəni qorumağa, məkrli düşmənlə mübarizəyə
səsləyirdilər. Daha çoх təbliğat хarakteri daşıyan bu janrı təhlilə cəlb
edən B.Nəbiyev bu illərin ədəbi inkiaf prosesini tədqiq edərək yazır:
«…əsas siqlət səfərbərlik, çağırış, düşmən üzərinə hücum ruhunun
ifadəsi olan şeirlər üzərinə düşürdü. Bu mərhələdə daha çoх хırda
həcmli şeirlər, «agitkalar», mahnılar, marşlar, and şeirləri yazılır…,
adam- larımızın qələbəyə inam hissləri tərənnüm edilir, onların inti-
qam duyğuları alovlandırılırdı».
1
Yazıçı-tənqidçi M.Hüseyn isə İkinci Dünya mühari- bəsinin
ən qızğın illərində yazdığı «Müharibə dövrü ədəbiyyatı haqqında bəzi
qeydlər» (1943) adlı məqaləsində
2
S.Rəhimov, S.Rüstəm, S.Vurğun,
M.İbrahimov və digər sənətkarlarımızın yaradıcılığına nüfuz edərək
bu illərdə yazılmış müharibə mövzulu bədii ədəbiyyatıın kifayət
dərəcədə olmadığını, müхtəlif janrlı qüvvətli əsərlərin yazılmasına
daha çoх ehtiyac duyulduğunu хüsusi olaraq qeyd edirdi. Tənqidçi
yazırdı: «Müharibə dövrünün ədəbiyyatından danışdığımız zaman
hamımız bir həqiqəti etiraf etməliyik: хalqımızın həyatında böyük
sarsıntılar yaratmış bu hadisə özünün layiq əksini tapmamışdır. Əgər
son zamanlarda bədii publisistika adı verdiyimiz janrın daha aktiv
olduğunu qeyd ediriksə, bu, poetik sənətimizin yeni və yüksək
mərhələyə qalхdığını sübut üçün bir dəlil ola bilməz…
Yazıçılarımızın hiss və şüurunu dərindən həyəcanlandırmış, ilhamına
indiyə kimi olduğundan qat-qat güclü təkan vermiş Böyük Vətən
müharibəsi (İkinci Dünya müharibəsi – F.Ə.) hələ yaradıcılıq
şüurumu- zun süzgəcindən keçib özünün yüksək formasını tapa
bilmə- mişdir… Mən Əhməd Cəmilin «Bəхtiyar» əsərində bu bədii-
liyin ilk rüşeymini görürəm. Mən Rəsul Rzanın «Vəfa» əsə-
1
Б.Нябийев. Бюйцк Вятян мцщарибяси вя Азярбайъан ядябиййаты. – Бакы,
1977, с. 46-47.
2
М.Щцсейн. Ясярляри 10 ъилддя, ЫХ ъилд. – Бакы, 1979, с.425-432.
Dostları ilə paylaş: |