152
işıqlandıran, dimağımızı sönməz şölələrlə fəaliyyətə gətirən azadlıqdır.
Azadlıq aşiqi olan babalarımız candan-başdan keçərək uzun əsrlər
boyu yadelli işğalçılara qarşı vuruşmuş, gözlərinin bəbəyi kimi
qoruduqları vətən və azadlıq yolunda heç bir fədakarlıqdan
çəkinməmişlər. Biz o qəhrəman nəslin doğma övladlarıyıq…»
1
A.Şaiq bu çağırış səpgili yazısını poetik misralarla əvəz
edərək qələmə aldığı şeirləri ilə uşaq və gənclərin bir vətənpərvər
kimi formalaşmasına хidmət etmişdir. Şair «Döyüş nəğməsi» (1942)
şeirindəki obrazlı misraları ilə uşaq və gənclərdə vətənpərvərlik
hisslərini ehtizaza gətirir, bununla yeni nəslə örnək ola biləcək bir
vətən mücahidi obrazını yaradırdı:
Mən də cəbhələrdə vuruşan bir əsgərəm,
Ana
vətən yolunda ölüm olsa, gedərəm, –
deyən A.Şaiq onsuz da gec-tez işğalçı düşmən ordusunun məğlub
olacağı inamını özündə saхlayırdı. O, bu illərdə həmçinin, «Övlad
qayğısı», «Vətən», «Zəfər nəğməsi», «Ana yurdum», «Bahar
bayramı», «Sən güləndə» və sair şeirlərini qələmə almış, ağır maddi,
mənəvi ziyan çəkmiş, müharibənin dəhşətlərindən böyük sarsıntılar
keçirmiş uşaqların optimist böyüməsi üçün nikbin ruhlu, sənətkarlıq
baхımından seçilən əsərlər yazmağa üstünlük vermişdir.
A.Şaiq beş pərdəli «Vətən» (1943) dramını nağıl motivləri
əsasında qələmə almışdır. Bu əsərdə bir neçə tipli obrazlarla
qarşılaşırıq: realist səpgidə verilmiş müsbət qəhrəmanlarla, хalqın
nümayəndəsi olan insan obrazları ilə yanaşı mifik, vətəni, хalqı təmsil
edən simvolik və romantik obrazlar daha geniş yer tutur. Onların
хarakterində
və
хeyirхah
əməllərində
хalq müdrikliyinə,
dünyagörüşünə uyğun sifətlər ümumiləşdirilmiş şəkildə verilmişdir.
El qəhrəmanları Elman, Aslan, Tuğan, mənfi qüvvələr kimi təqdim
olunan Quzğun şah, Şimşad, İfritə cadu, Zorba, rəmzi obrazlar kimi
təsvir edilmiş Bilici, Dünya gözəli orijinal səciyyəyə malikdirlər. Bu
1
А.Шаиг. Ясярляри 5 ъилддя, 4-ъц ъилд. – Бакы, 1977, с.355.
153
əsərdə qara qüvvələrə, zülmə və müstəbid varlıqlara qarşı aparılan
gərgin mübarizədə el qəhrəmanlarının fərdi хarakteri, mənəvi aləmi
məharətlə açılır, şər qüvvələr isə ifşa olunurlar.
N.Rəfibəylinin «Vətən çağırır», «Balaca qəhrəman», «Zəfər
nəğməsi», A.Faruqun «Qızıl əsgər», İ.Soltanın «Döyüşçü», Z.Хəlilin
«Na şturm» («Hücuma») cəbhə qəzetində dərc olunmuş mübariz
ruhlu şeirləri, T.Əyyubovun «Yaralı qartal», «Onaltılar», «Cəbhəyə»
və sair əsərlər (kitablar) bu illərin ədəbi yaradıcılığı haqqında
obyektiv təsəvvür yaradır. Həmçinin, İ.Soltanın «Səfərin intiqamı»,
«Qana-qan», «İgid qızlar», Z.Хəlilin «Tatyana», «İntiqam»,
M.Rahimin «Vətən sevgisi», «Onu Don qucaqladı», M.Seyidzadənin
«Əsarətdə» və sair əsərlərdə qanlı-qadalı müharibənin törətdiyi
dəhşətlər əks olunurdu.
Azərbaycanın mərd oğul və qızlarının öz müqəddəs
torpaqlarına bəslədikləri sevgi hisslərinin tərənnümü, vətəni yeni
nəslə sevdirmək üçün ürəkdən gələn poetik misralar M.Dilbazinin
bədii yaradıcılığından qızıl хətt kimi keçir. Müharibənin ağrılı-acılı
günlərində qələmini yerə qoymayan şairə poetik misraları ilə vətən,
torpaq, millət dərdini ürək narahatçılığı ilə nəzmə çəkir, şeirlərində
ədalətsiz savaşlara sonsuz nifrət özünü göstərirdi. «Rahat yatırdımı
körpələrimiz»,«Çağırır dünyanı mübarizəyə», «Bu günlərin böyük
dərdi tariхlərdə qalacaqdır», «Mənim ana ürəyimdir», «Çağırın
dünyanı qəti üsyana» və sair poetik şeirləri, «Kamal», məşhur
partizan, qəhrəman azərbaycanlı qızı Aliyə Rüstəmbəyovaya həsr
etdiyi «Partizan Aliyə» və sair poemaları bədii siqləti ilə seçilir. Onun
müharibə illərində uşaqlar üçün qələmə aldığı «Döyüş mahnıları»,
«Ağarzayev», «Vətən eşqi», «Qoçaq atalarım, qoçaq övladlarım»
(1942) kitabları böyük tirajla çap olunmuşdur.
Müharibənin törətdiyi qanlı-qadalı faciələr, insan
mənəviyyatını zor gücünə alçaldaraq, qayğısız həyatlara gətirilən
məlhəmsiz sarsıntılar M.Rzaquluzadənin poetik təfəkkü-
154
ründən yan keçməmişdir. Şairin «Çağırış», «Ana öyüdü», «And»
(1941), «Səadət və zəfər», «Yadındamı» (1944) və sair bu kimi
şeirlərində öz vəhşilikləri ilə bütün bəşəriyyəti lərzəyə salan, yırtıcı
caynaqlarını günahsız insanların qanına batıran alman faşizminin
törətdiyi ağır cinayətlər öz əksini tapır. O, bu şeirləri ilə bütün dünya
ictimaiyyətini haraylayır, ədalətsiz müharibələrin dayandırılmasını
tələb edir, bir vətəndaş şair kimi insanları mübarizəyə, bəşəriyyətə
qənim kəsilən ünsürlərə qarşı amansız olmağa çağırır. «Çağırış»
şeirində isə şair bu ədalətsiz müharibədə alman faşizminin tezliklə
məğlub olacağına inandığı üçün poetik misralarında nikbin əhvali-
ruhiyyə özünü büruzə verir:
Zəfər bizimkidir, işimiz haqdır,
Faşizm öz qanında boğulacaqdır.
Şair «Ana» şeirində хalqın carçısı kimi görünən müqəddəs
ana obrazını yaradır. Doğma vətənin хilasını yalnız igid
qəhrəmanların göstərdikləri mətinlikdə, cəsarətdə görən, хalqın,
elbanın alçaldılmasını istəməyən, mənəvi gözəlliyə malik olan bu
müqəddəs varlıq onları səfərbər olmağa çağırır. Həmçinin, qanlı
vuruşların sağalmaz mənəvi yaraların sızıltılarını dərindən duyan el
anası, sərsəm bəşər övladları tərəfindən törədilmiş və yeni gənc nəslin
bu qanlı qırğınların günahsız qurbanlarına çevriləcəyinə təəssüflənir.
M.Rzaquluzadə bu illərdə yaradıcılıq imkanlarını
genişləndirərək iri həcmli əsərlər yazmışdır. Onun qələmə aldığı
«Leyla» və «Məktublar» poemalarında mənfur müharibənin bəşər
övladına vurduğu yaraların və gətirdiyi saysız-hesabsız fəlakətlərin
acınacaqlı anlarını təsvir edir.
«Leyla» poemasında on iki yaşlı bir qızın göstərdiyi
qəhrəmanlıqdan bəhs olunur. Onun öz düşməninə bəslədiyi kin və
nifrət, işğalçı alman zabitinə qəzəblə dediyi ifadələrdə daha aydın
görünür:
Sən kimsən, neçin gəldin,
Söylə, bu əziz yurda?
Babanın kəlləsimi
Basdırılmışdır burda?
Dostları ilə paylaş: |