GeçMİŞİ, bugüNÜ ve geleceğİ



Yüklə 8,38 Mb.
Pdf görüntüsü
səhifə366/368
tarix11.04.2018
ölçüsü8,38 Mb.
#37823
1   ...   360   361   362   363   364   365   366   367   368

Nizami MƏMMƏDZADƏ 

U L U S L A R A R A S I   S E M P O Z Y U M  

“AZERBAYCANŞİNASLIK: GEÇMİŞİ, BUGÜNÜ VE GELECEĞİ” 

(Dil, Folklor, Edebiyat, Sanat, Tarih) 

 

çatdırmaq  istəyən  yazıçı  və  jurnalistlərimizin  Azərbaycan  dilində  yazıb-



yaratmaq cəhdi idi. Bu addımlar o dövr üçün ən müsbət addımlar idi. Yazıçı 

və jurnalistlərimizin müxtəlif qəzetlərdə çıxışları və Azərbaycandilli mətbuat 

yaratmaq üçün atdıqları müsbət addımlar onu göstərirdi ki, nəhayət, xalq öz 

dilində  yazılan  müstəqil  qəzeti  görəcək.  Və  doğrudan  da  belə  bir  qəzet 

yarandı. Biz Milli mətbuatımızın yarandığı günü 1875-ci ildən qeyd edirik. 

Bu dövr görkəmli maarifpərvər, jurnalist, publisist Həsən bəy Zərdabinin adı 

ilə  bağlıdır.  H.  B.  Zərdabi  1875-ci  ildə  Azərbaycan  dilində  qəzet  nəşr 

etdirmək üçün icazə aldı. O, bu icazə üçün düz yeddi il mübarizə apardı və 

nəhayət,  istəyinə  nail  ola  bildi.  Həsən  bəyin  bu  istəyini  millət  alqışlarla, 

böyük  arzularla  qarşıladı,  ziyalılar  onun  bu  istəyinə  dəstək  oldular,  güc, 

qüvvə  və    biliklərini  səfərbər  edərək  Həsən  bəyə  dəstək  oldular.  Qəzetdə 

bütün problemlərdən cəsarətlə söhbət açıldı. Lakin təəssüf edirik ki, Həsən 

bəyin bu arzuları iki ildən sonra puç oldu və qəzetin cəmi 56 nömrəsi işıq 

üzü gördü. Çar hökuməti bu vətənpərvər insanın milli mətbuatımızın inkişafı 

yolunda  açdığı  ilk  qapını  bağladı.  Həsən  bəy  Zərdabi  haqqında  oxuculara 

məlumat vermək istəyirik. Həsən bəy Zərdabi (Həsən bəy Məlikov) (28 iyun 

1837,  Zərdab,  Göyçay  qəzası  -  28  noyabr  1907,  Bakı)  —   Azərbaycanın 

görkəmli  ziyalısı, Moskva  Universitetini namizədlik diplomu  ilə  bitirən  ilk 

müsəlman  məzun,  Azərbaycanın  ilk  universitet  təhsilli  alim  və  müəllimi, 

İslam  dünyasının  ilk  təbiətşünas  alimi,  Bakı  Gimnaziyasının  ilk  müsəlman 

müəllimi (1869), təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində islam 

xeyriyyəçilik hərəkatının banisi ("Cəmiyyəti-Xeyriyyə",1872), 1873-cü ildə 

öz  şagirdləri  ilə  birlikdə  Bakıda  Azərbaycan  dilində  ilk  teatr  tamaşası 

göstərən  mədəniyyət  xadimi,  ilk  turkdilli  qəzetin  –  "Əkinçi"nin  naşiri, 

Azərbaycan mətbuatının banisi (1875-ci il iyul ayının 22-si), Azərbaycanda 

ilk  qızlar  gimnaziyasının  açılmasının  təşəbbüskarı, təşkilatçısı,  Azərbaycan 

müəllimlərinin I qurultayının təşkilatçısı və qurultayın sədri (1906) olub. 

Qeyd edək ki, Həsən bəy Zərdabi ilk təhsilini mollaxanada alıb, sonra 

Şamaxı  şəhər  məktəbində  oxuyub,  orta  təhsilini  isə  Tiflisdə  tamamlayıb. 

1861-ci  ildə  Moskva  Universitetinə  imtahansız  daxil  olub,  dörd  il  sonra 

həmin universitetin təbiyyət-riyaziyyat fakültəsini bitirib. 

Ali təhsil ocağında oxuduğu müddətdə tələbələr arasında xüsusi olaraq 

seçildiyinə görə fakültəni əla qiymətlərlə başa vurduqdan sonra elmi iş üçün 

universitetdə  saxlanılıb,  lakin  vətəninə  olan  sonsuz  məhəbbəti,  xalqına, 

millətinə  xidmət  etmək  arzusu  onu  Azərbaycana  çəkib  gətirib.  Bir  müddət 

Tiflisdə qulluq edəndən sonra Qubada məhkəmədə işləyib, daha sonra 1869-

cu  ildə  Bakıya  gələrək  burada  rusca  orta  məktəbdə  təbiətdən  dərs  deməyə 

başlayıb.  O,  mütərəqqi  fikirlərinə  görə  dəfələrlə  təqib  edildiyindən 

müəllimlikdən əl çəkib, xalqı üçün geniş məzmunlu mədəni tədbirlər həyata 

keçirmək uğrunda fəaliyyətə başlayıb. 

 Ana  dilində  qəzetə  böyük  ehtiyac  olduğunu  dərk  edən  Həsən  bəy 

Zərdabi qəzet çap etmək üçün hökumətə müraciət edib. Bununla əlaqədar o 

İstanbuldan  hürufat  gətirib  və  nəhayət,  xeyli  zəhmətdən,  əzab-əziyyətdən 

Sayfa 838 / 847




GÜRCÜSTANDA AZƏRBAYCAN DİLLİ MƏTBUATIN  TARİXİNDƏN 

U L U S L A R A R A S I   S E M P O Z Y U M  

“AZERBAYCANŞİNASLIK: GEÇMİŞİ, BUGÜNÜ VE GELECEĞİ” 

(Dil, Folklor, Edebiyat, Sanat, Tarih) 

 

sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan 



dilində  "Əkinçi"  qəzetinin  nəşrinə  müvəffəq  olub.  Bu  qəzetlə  Azərbaycan 

milli mətbuatının əsası qoyulub. 1877-ci ilin sentyabrın 29-a qədər "Əkinçi" 

ayda iki dəfə 300-400 tirajla nəşr olunub. Bu illər ərzində qəzetin 56 nömrəsi 

işıq  üzü görüb.  Bütün təzyiqlərə  baxmayaraq,  o  dövrdə  Cənubi  Qafqazda  

ziyalılarımız  oyanmışdı.  Onlar  yeni  mətbuat,  söz  demək  üçün  Tiflisdə 

fəaliyyət  göstərməyə  başladılar.  Tiflis  o  dövr  üçün  ən  sərfəli  və  coğrafi 

nöqteyi-nəzərdən  bizim  yazarları  təmin  edən  bir  şəhər  idi.  Tiflis  elə  bir 

coğrafi məkanda yerləşirdi ki, bu şəhərdə o dövrdə mədəniyyət, incəsənət və 

ədəbiyyat  və  milli  mətbuat  üçün  imkan  və  istənilən  şərait  vardı.  Tiflis 

Qafqazın beşiyi sayılırdı. Bu şəhərdə müxtəlif dillərdə məktəblər açılır, teatr 

və  mətbəələr  yaradılır,  milli  mətbuat  nümunələri  olan  qəzetlər  və  kitablar 

nəşr  olunurdu.  Bu  dövrdə,  yəni  1879-cu  ildə  Hacı  Səid  Ünsizadənin 

rəhbərliyi  ilə  yeni  bir  qəzet-“ ZİYA” qəzeti  nəşr  olundu.  Bu  müsbət  hadisə 

iki  ildən  sonra  baş  verdi.  “ZİYA” (1879-1880)  qəzetinin  də  ömrü çox  az 

olub. Qəzet sonra “Z iyayi-Qafqaziyyə” (1880-1884) adı ilə nəşr olundu və 

bu  illərdə  “Z İYA” qəzetinin  76,  “Z iyayi-Qafqaziyyə”nin  isə  107  nömrəsi 

çıxıb. 

Tiflisdə  daha  sonra  1883-1891-ci  illərdə  Cəlal  Ünsizadə  tərəfindən 



siyasətdən bəhs edən “ Kəşkül” adlı jurnal da nəşr olunub. Jurnalın cəmi 11 

nömrəsi çıxıb. Cəlal Ünsizadə Səid Ünsizadənin qardaşı idi və sözsüz ki, onu 

bu  jurnalı  nəşr  etməyə  qardaşı  sövq  edib  və  ona  hər  cür  kömək  göstərib. 

Cəlal Ünsizadə o dövrün ziyalılarını, maarifsevər insanlarını sonralar qəzet 

kimi  çıxan  “ Kəşkül”ün ətrafına  toplaya  bilib.  Qəzetdə  istər  rus,  istərsə  də, 

gürcü və  azərbaycanlı  elm  xadimləri,  yazıçılar  və  jurnalistlər  çıxış  etməyə 

başladılar  və  dövrün  qabaqcıl  ideyalarını  yaymaq  üçün  bu  qəzetin 

səhifələrində müxtəlif mövzularda tez-tez çıxış etməyə başladılar. “ Kəşkül” 

H. B. Zərdabi, S. Ə. Şirvani, F.B. Köçərli, S. M. Qənizadə, R. Axundov, S. 

Vəlibəyov,  G.  Kəngərli  və  digər  azərbaycanlı  ziyalıların  yaradıcılığından 

nümunələri, onların qələmə aldığı müxtəlif mövzularda məqalələri dərc edib, 

siyasi  həyatı  xarakterizə  edib,    məşhur  insanları  təbliğ  edib,  onların 

mütərəqqi ideyalarını cəsarətlə yayıb. 

 “K əşkül”dən  sonra  Tiflisdə  1903-cü ildə  Məmmədağa  Şahtaxtlının 

təşəbbüsü  və  maliyyə  dəstəyi  ilə  “Şərqi-rus”  qəzeti  çıxmağa  başlayıb  və 

qəzetin  yaradıcı heyətinin işgüzarlığı sayəsində bir ildən sonra həmin qəzet 

gündəlik nəşr edilib. “Əkinçi” qəzeti kimi “Şərqi-rus” qəzeti də Azərbaycan 

mətbuatında  cəmiyyətin  alqışlarla  qarşıladığı  və  o  dövrdə  ictimai  fikrin 

inkişafında əsas yerlərdən birini tutub. “Şərqi-rus” qəzeti ilk türk qəzeti kimi 

istedadlı qələm sahiblərini ətrafına toplamağı bacarır. M. Şahtaxtlı istedadlı 

jurnalist olmaqla bərabər, mahir redaktor idi,  sözün qədrini bilən yazar idi. 

Məhz bu istedadına  görə də o, qəzetin mənalı və mükəmməl çıxmağı üçün 

dövrün  qabaqcıl  ziyalılarını  və  qələm  sahiblərini  öz  ətarfına  yığa  bilib. 

Həmin dövrdə çətinliklə və mübarizələrlə nəşr olunan qəzeti cəmiyyət sevib. 

O  dövrdə  çar  üsul-idarəsi  milli  mətbuatın  cəmiyyət  içində  qazandığı 

Sayfa 839 / 847




Yüklə 8,38 Mb.

Dostları ilə paylaş:
1   ...   360   361   362   363   364   365   366   367   368




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə