GeçMİŞİ, bugüNÜ ve geleceğİ



Yüklə 8,38 Mb.
Pdf görüntüsü
səhifə367/368
tarix11.04.2018
ölçüsü8,38 Mb.
#37823
1   ...   360   361   362   363   364   365   366   367   368

Nizami MƏMMƏDZADƏ 

U L U S L A R A R A S I   S E M P O Z Y U M  

“AZERBAYCANŞİNASLIK: GEÇMİŞİ, BUGÜNÜ VE GELECEĞİ” 

(Dil, Folklor, Edebiyat, Sanat, Tarih) 

 

nüfuzdan  çox  qorxurdu.  Məhz  buna  görə  də  çar  hökuməti  Tiflis  kimi 



getdikcə  inkişaf  edən,  müxtəlif  mədəniyyətlərin  mərkəzinə  çevrilən  bir 

şəhərdə    milli  mətbuatın  inkişaf  etməsinə  hər  vəchlə  əngəllər  törədib.  Bu 

səbəbdən “Şərqi-rus” 1905-ci ildə bağlanıb. “Şərqi-rus” bağlandıqdan sonra 

onun  mətbəəsini  Cəlil  Məmmədquluzadə  satın  alıb.  Bu  işdə  ona  maddi 

köməkliyi  Tiflisdə  yaşayan  vətənpərvər  bir  insan  olan  Məşədi  Ələsgər 

Bağırov edib və C. Məmmədquluzadəyə bir çox ziyalılar, o cümlədən Ömər 

Faiq Nemanzadə də dəstək olub. Cəlil Məmmədquluzadə mətbəəyə “Q eyrət” 

adı  verib.  Nəhayət,  1906-cı  ildə  Tiflisdə  Cəlil  Məmmədquluzadənin 

rəhbərliyi  ilə  “M olla  Nəsrəddin”  jurnalı  nəşr  olunub.  Onun  əsas 

yaradıcılarından  biri  də  Ömər  Faiq  Nemanzadə  olub.  Jurnalın  ilk  nömrəsi 

aprelin 7-də nəşr edilib. Tez bir zamanda jurnal Qafqazda və digər ölkələrdə 

özünə yüzlərlə oxucu qazanıb. Tiflisdə cəmi 370 nömrəsi çıxan jurnalın nəşri 

1918-ci  ildə  dayandırılıb  və  sonrakı  illərdə  jurnal  digər  ölkələrdə  nəşr 

olunub.  "Molla  Nəsrəddin"  1921-ci  ildə  Təbrizdə,  1922-1931-ci  illərdə 

Bakıda nəşr edilib. Redaktoru və müəllifi Cəlil Məmmədquluzadə olub. 25 il 

ərzində 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) çıxıb. 

Gürcüstanda Sovet hakimiyyəti qurulduqdan dərhal sonra 1921-ci ilin 

martından Tiflisdə Azərbaycan dilində “Kom munist” qəzeti nəşr olunmağa 

başlayıb.  Qəzetin  cəmi  19  nömrəsi  çıxıb.  “ Kommunist”in  redaktoru 

Məmmədəli  Nasir  olub.  Qəzet  Respubluka  Kommunist  Partiyası  Mərkəzi 

Komitəsinin  orqanı  olub.  Qəzet  1922-ci  ilin  yanvarından    Gürcüstan 

Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı kimi “Yeni  fikir” adı ilə 

nəşr  olunub.  “ Kommunist” qəzetinin  16-cı  nömrəsində  xəbər  verilib  ki, 

“Yeni  fikir” aəzetinin birinci nömrəsi çapdan çıxıb. Qəzeti həmin dövrlərdə 

Orta Asiyada,Türkiyədə və İranda oxuyurdular. “Yen i fikir”in səhifələrində 

görkəmli Azərbaycan yazıçıları və şairləri, publisistləri və alimləri  – M. S. 

Ordubadi,  Ə.  Nəzmi,  M.  Müşfiq,  S.  Vurğun,  S.  Rüstəm,  R.  Rza,  R. 

Şahvələd, Ə. Qarabağlı, Ə. Şərif və başqaları tez-tez çıxış edirdilər. Qəzetin 

ilk  redaktoru  H.  Səbri  olub.  Qəzet  Zaqafqaziya  Ölkə  Komitəsinin  orqanı 

olduqdan sonra onun redaktorları  B. Talıblı, D. Rəsulzadə, M. D. Hüseynov, 

Rzaqulu Həsənov (O, həm də “ Molla Nəsrəddin” jurnalının redaktorlarından 

biri olub.) kimi alovlu inqilabçılar olublar. 

1927-ci  ildən  qəzet  "Yeni  kənd"lə  (1927-1938)  əvəz  olunub.  Sonra 

Gürcüstan paytaxtında "İşıqlı yol" (1924) qəzeti, "Dan ulduzu" (1926-1931), 

"Şərq kolxozçusu" (1931), "Qızıl şəfəq" (1926-1930), "Yeni qüvvət" (1930-

1939), "Gənc nəsil" (1939-1941) jurnalları da işıq üzü görüb.1939-cu ildən 

etibarən "Yeni kənd" qəzeti "Sovet Gürcüstanı" adı altında çıxıb. Qəzetə bu 

adı Gürcüstan Mərkəzi İcraiyyə Komitəsinin sədri Filip Maxaradze verib. 

 İndi  Tiflisdə  nəşr  olunan  “Gürcüstan”  qəzetinin  tarixi  məhz  bu 

dövrdən  başlayıb.  1927-ci  ildən  qəzet  “Ye ni  kənd”,  1938-ci  ildən  “Sov et 

Gürcüstanı”  adı  ilə  çıxmağa  başlayıb.  Qəzet  bu  dövrdə  Gürcüstanda 

azərbaycanlılar  yaşayan  bölgələrdə  olan  problemləri  cəsarətlə  qaldırıb. 

Qəzetin  səhifələrində  dərc olunan ailə,  məktəb  və  ictimaiyyət  mövzusunda 

Sayfa 840 / 847




GÜRCÜSTANDA AZƏRBAYCAN DİLLİ MƏTBUATIN  TARİXİNDƏN 

U L U S L A R A R A S I   S E M P O Z Y U M  

“AZERBAYCANŞİNASLIK: GEÇMİŞİ, BUGÜNÜ VE GELECEĞİ” 

(Dil, Folklor, Edebiyat, Sanat, Tarih) 

 

olan  yazılar  müzakirəyə  çevrilib  və  nəinki  Gürcüstanda,  eləcə  də  müttəfiq 



respublikalarda  da  maraqla  qarşılanıb.  Qəzetdə  verilən  “On lar 

Gürcüstandandırlar” rubrikası altında verilən yazılar Gürcüstanda boya-başa 

çatan,  ilk  təhsil  alan  adamlar  haqqında  və  ölkənin  hüdudlarından  kənarda 

yaşayan  və  böyük  nüfuza  malik  elm  adamları,  mədəniyyət  xadimləri, 

istehsalat  qabaqcılları haqqında söhbət  açıb.  Gürcüstanda,  eləcə  də  xaricdə 

yaşayan  soydaşlarımız  bu  qəzeti  sevə-sevə  oxuyublar.  Vaxtilə  qəzetin  50 

minə yaxın abunəçisi olub. Qəzet Sovet hakimiyyəti illərində “Şərəf nişanı” 

ordeni ilə təltif edilib. Hazırda “Sov et Gürcüstanı” qəzeti “Gürcüstan” adı ilə 

nəşr olunur. 

 XX  əsrin  20-ci  illərində  Tiflisdə  Azərbaycan  ədəbi  mühiti  xüsusilə 

inkişaf  edərək,  siyasi,  ictimai  və  ədəbi  mühitə  yeni  yazarlar  və  dahi 

şəxsiyyətlər  bəxş  edib.  Bu  dövrdə  Gürcüstanın  Batumi  şəhərində  "İştirak" 

(1921), "Yeni həyat" (1922-1924), Sarvanda (Marneuli) "Pambıqçı" (1930, 

sonralar  adı  dəyişərək  "Stalin  yolu"  və  "Kommunizm  uğrunda" olmuşdur), 

1965-ci ildən isə "Yeni Marneuli" (sonralar Azərbaycan və gürcü dillərində 

"Kvemo  Kartli"  adı  ilə  çıxıb),  1933-cü  ildə  Başkeçiddə  (Dmanisi) 

"Sosializm  maldarlığı"  (sonralar  "Trialeti"  adı  ilə  Azərbaycan  və  gürcü 

dillərində çıxırıb və 1991-ci ildə qəzetin Azərbaycan şöbəsi bağlanıb), 1935-

ci  ildə  Lüksemburqda  (Bolnisi)  "Al  bayraq" (son  vaxtlar  "Qələbə  bayrağı" 

adı ilə çıxıb; 1990-cı ildə qəzet "Bolnisi" adlandırılıb və bir neçə ay sonra 

Azərbaycan şöbəsi bağlanıb), Qarayazıda (Qardabani) 1931-ci ildə "Stalinçi" 

( sonralar "Samqori" adı ilə Azərbaycan və gürcü dillərində çıxıb), Adıgündə 

"Qızıl  rəncbər"  (1933),  sonra  "Adıgün  kolxozçusu"  (1936),  Axalsıxda 

"Kommunist"  (1930),  sonra  "Qızıl  bayraq"  (1938),  Aspindzada  "Bağban" 

(1933),  sonra  "Sosializm  kəndi"  (1940)  adı  altında  çıxıb.  Qeyd  etdiyimiz 

qəzetlər öz səhifələrində Azərbaycan ədəbiyyatına, azərbaycanlıların sosial-

həyat  tərzinə  xüsusi  yer  verib,  ədəbi-mədəni  mühitdən  yazıb,  ümumilikdə 

götürsək, Borçalı ədəbi qolunun inkişafına böyük töhfələr verib. 

2000-ci illərdən başlayaraq, Gürcüstanda Azərbaycandilli mətbuatımız 

inkişaf  edib.  Hazırda  Gürcüstanda  “Gürcüstan”, “R egionpress”, “Z İYA”, 

“V arlıq”, “Qey rət”, “Günəş”, “Sözün işığı”, “ Təhsil”, “Yeni ləşmiş məktəb”, 

“M aarif”,  “ Müvəkkil”, “Qara yazı” və  digər  Azərbaycandilli  qəzetlər,  eyni 

zamanda  “Qar apapaqlar”, “M eydan”,  “Əhli-Beyt”, “M üctəba” və  bir  çox 

dini jurnallar nəşr olunur. 



 

İstifadə edilmiş ədəbiyyat 

1. Müşfiq Çobanlı "Ziya" dan "Çənlibelə"dək Bakı-2000-ci il. 

2. "Müxbir" dərgisi, 1983-cü il, səh.20. "Respublikanın salnaməsi" ("Sovet 

Gürcüstanı-60" Müəlliflər: Həmid Vəliyev, Nizami Məmmədov.) 

3.  "Gürcüstanın  azərbaycanlı  jurnalistləri"  Tiflis-2015-ci  il.  Müəlliflər: 

Nizami Məmmədzadə, Mahmud Kamaloğlu 

Sayfa 841 / 847



Yüklə 8,38 Mb.

Dostları ilə paylaş:
1   ...   360   361   362   363   364   365   366   367   368




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə