ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 4,07 Mb.
səhifə15/39
tarix14.06.2018
ölçüsü4,07 Mb.
#48866
1   ...   11   12   13   14   15   16   17   18   ...   39

QIRX İKİNCİ KƏRAMƏT

«BİRDƏN BAĞLI QAPI ÖZ-ÖZÜNƏ AÇILDI»


Möhtərəm Əbul Həsən Şərifi İranın Kərəc şəhərindən göndərdiyi məktubda yazır:

Möhtərəm Şeyx Əli Rəbbani Xəlxaliyə salam ərz edirəm. Dahi Qum elm ocağının ustadı, ayətullah hacı şeyx Əbul Fəzl Xonsarinin hüzuruna yetişib sizin kitabınızın 1-ci cildini ona təqdim etmək mənə qismət oldu. O, sizin zəhmətinizi qiymətləndirdikdən sonra belə buyurdu:

Nənəm, ayətullah hacı şeyx Əbu Turab Kəlardəştinin həyat yoldaşı idi. Nənəm nəql edir ki, sənin ananı dünyaya gətirməyə yaxın vaxtlarda mama dalınca gedir və mama ilə birlikdə mənzilə qayıdarkən gecə yarı olur. Küçə qapısı bağlanmış idi. O vaxtlar gecələr qapını bağlayıb sübhə kimi heç cür açmazlarmış. Nənəmin vəziyyəti xarablaşır. Heç bir yol tapa bilmir. Həzrət Əbul-Fəzl Abbasa(əleyhissalam) pənah gətirib and verir və əhd edir ki, əgər bu uşaq sağlam dünyaya gəlsə onun adını «Əbəlfəz» qoyacağam. Ona nökər qərar verərəm. Birdən bağlı qapı öz-özünə açılır və nənəm özünü evə çatdıra bilir. Uşaq salamatçılıqla dünyaya gəlir. Cənab Şərifi hadisəni nəql etdikdən sonra yazır: O cür də oldu. Övladına «Əbəlfəz» adını qoyur. Bu gün həmin şəxs o adın bərəkətindən elm və bilik aləmində ən yüksək mərtəbəyə çatmışdır.

QIRX ÜÇÜNCÜ KƏRAMƏT

«HƏZRƏT ƏBUL-FƏZL ABBASI(Ə) ÇAĞIRMAQLA ŞƏXSİ MƏNZİL SAHİBİ OLDUM».


Cənab Cavad Şərifi Kərəcdən yazır:

«Bir neçə il idi ki, özüm ailəmlə birlikdə Qumda yaşamaq həsrətində idik. Lakin buna imkanım yox idi. O vaxta qədər ki, atamın məsləhəti ilə Əbul Fəzl Abbası(əleyhissalam) çağırıb 133 dəfə xüsusi dua oxumaqla bu işi davam etdirdim. Bu işlərin bərəkətindən Kərəcdən müqəddəs Qum şəhərinə köçmək şəraitim düzəldi. İndi iki ildir ki, Qum şəhərinin «Zənbilabad» xiyabanında məskun olmuşam. Allaha şükr edirəm ki, mənim Əbul Fəzl Abbasa(əleyhissalam) xatir işlərimi sahmana saldı.


QIRX DÖRDÜNCÜ KƏRAMƏT

«NAQİS UŞAĞA ŞƏFAƏT VERİLDİ».


Seyyid Ətaullah Şəms Dövlətabadi yazır:

Alimlərdən biri hacət almaqdan ötrü on gecə Əmirəl-mö`minin Əli (əleyhissalam)-ın pak hərəmində qalır. Lakin bir nəticə almır. Sonra həzrət imam Hüseyn (əleyhissalam)-ın hərəmində on gecə qalır. Yenə də nəticə almır.

Həmçinin həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) hərəmində on gecə qalmalı olur. Burda da məqsədinə çata bilmir. Həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) hərəmində qaldığı günlərin sonuncusunda görür ki, bir qadın ziyarətgaha daxil oldu. Çolaq bir uşağı zirehin yanına atıb dedi: «Ya Əbul Fəzl Abbas! Mən sizdən övlad istəmişdim. İndi Allah mənə bir naqis övlad verib. Mən buradan getməyəcəyəm. O vaxta qədər ki, mö`cüzə edəsən və mənim naqis uşağımı sağlam edəsən! Birdən hay-küy qopdu. Dedilər naqis uşaq sağlam oldu. Qadın uşağı qucağına alıb çölə çıxdı.

Bunu görən alim çox kədərləndi. Zirehin kənarına gəlib dedi: «Ya Əbul-Fəzl Abbas! Bir gör mən bir aydır atanın, qardaşının və sənin yanında hacət istəyirəm, lakin hacətim qəbul olmayıb. Amma köçəri ərəb qadın gələn kimi birbaşa hacətini verdin.»

Bir neçə an sonra alim zirehin yanında yuxuya gedir. Röya aləmində Həzrət ona deyir: Hər kəs öz mə`rifətinə görə hacət istəyir. Və Allah hər kəsə səlah bilsə onun hacətin qəbul edir. O qadın bizə aşina olduğu qədər hacətin verdik. Amma hesabı başqadır. Biz sənə lütf nəzəri ilə baxırıq. Və sizin salahınızı bunda görürük! (Kəramat Hüseyniyyə, səh.156).

QIRX BEŞİNCİ KƏRAMƏT

«HƏKİM DEDİ Kİ, ÖVLADININ HƏR İKİ AYAĞI ŞİL OLUB».


Cənab Məhdi Hüseyn yazır:

Təxminən 32 il əvvəl idi. Mənim yeddi yaşım olardı. O vaxt Kərbəlada yaşayırdım. Günlərin birində günortadan sonra yatmışdım. Birdən anam məni səslədi: Məhdi, yuxudan oyan!

Mən yuxudan oyanan zaman ayaqlarımı hiss etmirdim və hərəkətdən düşmüşdü.

Dedim: Ana, yeriyə bilmirəm. Anam təəccüblə soruşdu: Necə? Yeriyə bilmirsən? Tez bir maşın tapıb məni doktora apardı. Həkim müayinədən sonra dedi: Övladının hər iki ayağı şil olmuşdur. Onu tez Bağdada çatdırmalısan. Anam məni başqa bir həkimin yanına apardı. Bu həkim də əvvəlki həkimin sözlərini təkrar etdi.

Anam gözləri yaşlı halda məni tələsik Həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) hərəminə apardı və müqəddəs zirehə yapışdırıb yalvarmağa başladı.

Anam razi-niyaz və ağlamaqla məşğul olarkən mən bir anlığa yuxuya getdim. Yuxuda hiss etdim ki, bir bağdayam. Nurani bir şəxs mənə tərəf gəldi. Mənə yetişəndə dedi:

Nəyə görə anan bu qədər narahat olub ağlayır?

Dedim: Ağa! Anamın ağlamağının səbəbi budur ki, mənim hər iki ayağım şil olmuşdur.

Dedi: Dur! Ananın yanına get. Qoyma daha ağlasın. Sənin ayağında bir şey yoxdur.

Dedim: Ağa! Yeriyə bilmirəm.

Ağa əlimdən yapışdı. Maraqlısı budur ki, mənim ağaya dediyim sözləri camaat eşidirmiş. Ayağa duran kimi sevinc qopdu. Əhali üstümə düşüb təbərrük üçün libasımı cırıb götürməyə başladılar. Anam naçar qalıb məni çadrasına bükdü. Sonra pak hərəmdən çölə çıxdıq. Anam mənə bir dəst təzə libas alıb geyindirdi. Sonra məni əvvəlki iki həkimin yanına apardı. Hər iki həkim heyrətdən təəccübdə qalmışdılar. Həzrət Əbul-Fəzl Abbasın (əleyhissalam)kəramətinə yə`qinlik edirdilər. Hər iki həkim mənə qiymətli hədiyyə veridilər. Onu da qeyd edim ki, mən evin sonuncu və oğlan uşağı idim.

Əssəlam Ələykum ya Əbul-Fəzl Abbas və rəhmətullahi və bərəkatuh!


QIRX ALTINCI KƏRAMƏT

«EY DÜŞMƏNƏ QƏZƏBLİ!»


Seyyid Cəlil Məhdi Dezfuli hekayəni mərhum ayətullahül uzma Xoyinin hüzurunda mərhum ayətullah uzma Qumiyə nəql edir:

Günlərin birində Əmirəl-mö`minin həzrət Əli (əleyhissalam)-ın hərəmində baş tərəfdə oturmuşdum. Gördüm bir dəstə ərəb «icazə» duasını oxumadan hərəmə girdi və zirehin dövrəsində cəm oldular. Sonra başqa bir dəstə ərəb icazəsiz daxil olaraq onların yanında səf çəkdilər. Birinci gələnlər dururlar. İkinci dəstədə bir qadın da var idi. O, hərəmə daxil olmamışdı. İki qapı arasında durub ərz etdi: Ey Əmirəl-mö`minin! Məni ağa çıxart!

Mən bunları görən kimi bildim ki, nə isə bir iş var. Hadisədən xəbərdar olmaqdan ötrü onların yanına getdim. Qadının sözü qurtarandan sonra ikinci dəstədən bir nəfər birinci dəstədən olan cavan oğlana üzünü tutub dedi:

«De ki, Əli ibni Əbi Talibin həqqinə and olsun mənim bu işdən xəbərim yoxdur!»

Cavan oğlan qabağa yeridi və zirehin daxilindəki pak qəbrə işarə edib dedi:

«Əli ibni Əbi Talib (əleyhissalam) haqqına and olsun............»

Amma sözü bitməmiş öz yerindən yuxarı, yə`ni, zirehin lap yuxarı qurtaracağına qədər qalxdı, sonra isə oradan kürəyi üstə möhkəm yerə çırpıldı. Belə ki, bədəninin sümükləri çilik-çilik oldu. Tezliklə can verən hala düşdü. Yanındakılar onu götürüb çölə çıxardılar. Hərəmdən çıxmamış canını tapşırdı.

Bu kəraməti görməklə orada olanlardan fəryad qopdu. Hadisəni səbəbini soruşdum. Dedilər ki, həlak olan cavan bu qadının həyat yoldaşı idi. Bir neçə vaxt imiş ki, onu incidirmiş. O qadın küsüb atası evinə gedir. Bu hadisədən bir müddət keçir. Bir gün əri onu səhrada xəlvətdə görür. Ondan cinsi əlaqədə olmaq xahişini edir. Qadın razılıq vermir, üzür gətirir ki, ola bilsin hamilə olar və bu da onun rüsvayçılığına səbəb olar. Çünki, qadın hələ də atası evində qalırmış. Cavan söz verir və and içir ki, bu gecə bir nəfər göndərib onunla barışmaq xahişini edəcək və onu öz evinə qaytaracaq. Ərəblərdə adətdir ki, əgər birisi sülh etməkdən ötrü xahiş etsə onun sözünü rədd etməzlər. Ona görə də qadın arxayın olub özünü kişinin ixtiyarında qoyur. İş elə gətirir ki, qadın hamilə olur. O kişi öz arzusuna çatdıqdan sonra verdiyi sözünə e`tina etmir və qadının ardınca heç kimi göndərmir. Bir müddət keçir və hamiləlik əlaməti qadında zahir olur. Atası soruşur bu nə işdir ki, səndə müşahidə olunur? Qadın əhvalatı atasına olduğu kimi nəql edir. Atası cavab verir ki, bu iddianı qəbul etmək olmaz. Əgər ərin təsdiq etsə qəbuldur. Atası qızının ərinin yanına gedir və əhvalatı ondan soruşur. Amma keçmiş kürəkəni bunu inkar edir.

Atası qızına deyir: Mənim səni öldürməkdən başqa çarəm yoxdur. Əgər sənin sözün haqqdırsa, bu ölümünün günahı ərinin boynuna düşəcək. Qadın ölüm hökmünün qəti olduğunu bildikdə deyir: Heç olmasa ərimə and verdirəydin. Əgər and içərsə, mən ölüm üçün hazıram.

O kişi və qadın Nəcəf və Kərbəla çöllüyündə yaşayan köçərilərdəndir. Mənzilləri Nəcəfin dörd fərsəxliyində Kərbəlanın isə səkkiz fərsəxliyindədir. Qadın və kişi tərəfdən dəstələr cəm olur. Kərbəlaya həzrət Əbul-Fəzl Abbasın (əleyhissalam)hərəmində and içməkdən ötrü hərəkətə gəlirlər. Mənzildən çıxırlar. Yoldan bir qədərini getdikdən sonra qadının gözü həzrət Əli ibni Əbu Talibin hərəminə sataşır. Onlara ərz edir: Əmirəl-mö`minin Əli ibni Əbi Talib (əleyhissalam) həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) atasıdır. Zəhmət olmasa Nəcəfə tərəf gedin. Qadının xahişini qəbul edib Nəcəfə gəldilər. Hadisənin isə əvvəldə gördüyünüz kimi aqibəti necə olur.



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə