ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ


ƏBUL FƏZL ABBASLA(Ə) ŞÜMRİN (LƏ`NƏTULLAH) DEYİŞMƏSİ



Yüklə 4,07 Mb.
səhifə16/39
tarix14.06.2018
ölçüsü4,07 Mb.
#48866
1   ...   12   13   14   15   16   17   18   19   ...   39

ƏBUL FƏZL ABBASLA(Ə) ŞÜMRİN (LƏ`NƏTULLAH) DEYİŞMƏSİ


Şümrün sözləri:

Ey mahi Bəni Haşim, ey şiri jəyan Əbbas!

Gülzari imamətdə bir sərvi rəvan Əbbas!

* ◊ * ◊ * ◊ * ◊ *



Fərzəndi yədullahi, nəqdi əsədullahi

Sərnənci surullahi aləmdə nəzirin yox

Vallahi və billahi ey kəşdi rəşadətə

Sultani cahan Əbbas!

* ◊ * ◊ * ◊ * ◊ * Sən gövhəri yektasən, hər fənnidə ə`lasən



Movlalara movlasən, bu dəşdidə movlasən

Tiqindir əsa əldə ,sobani dəyan Əbbas!

* ◊ * ◊ * ◊ * ◊ *



Ey sərvərnə Mavər, ey şiri qəzənfərfər

Hər dərdə üzün güldü, həm dildə sözün şəkkr

Gəlsə qəzəbin cuşə, rkani zəmin titrər

Ey mehri-məhəbbətdə, bir nuri bəyan Əbbas!

* ◊ * ◊ * ◊ * ◊ *



Bu rəşdi rəşadətdə, bu rəzmi sucayətdə

Bu miri məhəbbətdə, bu hüsni şucaətdə

Bu hüsni lətafətdə, asari sucayətdə

Vallahi Yezid eylər, qurban sənə can Əbbas!

* ◊ * ◊ * ◊ * ◊ * ◊



Vallahi Yəzid eylər, haqqında sənin ehsan

Əmrində olar hər yan, həm məmləkəti İran

Kəşmiri, Səmərqədi, Gilani zəmin Tehran

Etmə özüni nahəq, oxlara nişan Əbbas!

* ◊ * ◊ * ◊ * ◊ * ◊



Altında qızıl səndəl, hökmündə hami millət

Gey qəsri zərəndidə, ər ləhzədə bir xələt

İran ilə turanə, l hökmi rəvan Əbbas!

Həzrəti Əbulfəzl(ə):
Ey zulmi sitmkani ,səd seyrəti dövrani

Xənnas xəbisin nəfsi, bu zadeyi Şeytani

Ey səxdi dili bədxu, bu firqəti udvani

Bir zərrəcə yox səndə ,Vallahi həya ey Şümr!

* ◊ * ◊ * ◊ * ◊ * ◊



Ey Şümri xəta pişə ,saldın məni təşvişə

Etdin mənə bir təklif, gətdin qəzəbin cuşə

Versəydi əgər izni, Zəhrayi ciyər quşə

Ki, sizləri eylərdim bir mərrə fəna ey Şümr.

* ◊ * ◊ * ◊ * ◊ * ◊

Mən bu Şaha qəm xarəm, həm yari mədəd karəm

Əbbasi Ələmdarəm, bu ərsədə sərdarəm

Dərgahi bu movladə ,bir əbdi xiridarəm

Min canım ola verrəm bu Şaha fəda ey Şümr.

* ◊ * ◊ * ◊ * ◊ *



Ol zadeyi sufyanə ,həm zadeyi mərcanə

Hər ləhzədə min lə`nət, siz kimi müsəlmanə

Səddahi olub sizdə, iman evi viranə

Bu zülmi sitəmkanə Vallahi rəva ey Şümr.

* ◊ * ◊ * ◊ * ◊ * Bu yerlərə sərvərdir ,həm ərşə buləngərdir



Movcud olan əşyayə, xurşudi minəvvərdir

Fərzəndi Əlidir bu, dilbəndi Peyəmbərdi

Nuri dili Zəhradi, bu nuri Xuda ey Şümr.

QIRX YEDDİNCİ KƏRAMƏT

«BİR VAXT MÜXTƏLİF BƏLALARA DÜÇAR OLMUŞDUM.»


Qum elm ocağının böyük alimlərindən biri adının çəkilməsini istəmədən buyurur:

«Bir vaxtlar müxtəlif bəlalara düçar olmuşdum. İmam Rza (əleyhissalam)-ın ziyarətindən ötrü anasız qalan uşaqlarımı da götürüb Məşhəddə özümə layiq olmayan bir mehmanxanada yer aldım. Mübarək Ramazan ayı yetişdi. Təxminən iki ay yarım 8-ci imamın ziyarətini davam etdirdim. Qur`an oxuyub, həzrətdən müxtəlif yollarla hacətimi istəyirdim. Çox nigaran idim. O rəhmət dəryasında hacətimin qəbul olunmasında heç bir işarə hiss etməmişdim. Bə`zi duaları o qədər təkrar oxumuşdum ki, əzbərdən bilirdim. İki aydan sonra birdən yuxudan ayıldım və hiss etdim ki, bütün bu duaları dalbadal əzbərdən düzürəm. Dilimdə əzbər olan dua bu idi:



«Ya kaşifən kurəbi ənil vəchil Hüseyn (əleyhissalam) İkşif kurəbi bi həqqi əxikəl Hüseyn!».

Məşhəddən Quma gəldim. Moizəyə qulaq asmaq üçün alimlərdən birinin evinə getmişdim. Bir nəfər mö`min alim minbərdə moizə edərkən belə söylədi: Hər kəs bu duanı 133 dəfə təkrar etsə hacəti qəbul olmuş olar. Məclisdə duanı əzbər bildiyim üçün belə də etdim. Bütün hacətlərim qəbul oldu. İşlərim öz yoluna düşdü və giriftarçılıqdan qurtardım. Bu vaxta qədər bu duadan kömək alıram. Öz adımı qeyd etmirəm, amma hadisə dediyim kimidir. Ümidvaram ki, əziz qardaşlarım öz pənah yerlərini tapsınlar!

Əssəlam Ələykum və rəhmətullahi və bərəkatuh.

QIRX SƏKKİZİNCİ KƏRAMƏT

«YA ƏBUL-FƏZL ABBAS(Ə), O KƏSİLMİŞ UZUN QOLLARINI!....»


Höccətül-islam vəl-müslimin Hacı şeyx Əhməd Xudayi Zəncani yazır:

(İslam inqilabından əvvəlki illərin birində) Yayın isti və uzun günlərindən biri idi. Bir neçə nəfər jandarm kəndimizin kəndxudası olan rus mühacirin evinə tərəf getdilər. Əhalinin gözü jandarmalara düşən kimi şivən-nalə hər tərəfdən qalxdı. Xüsusilə, əsgərlik yaşına düşən kiçik yaşlı uşaqları olanlar çox narahat olurlar. Bilirdilər ki, bunlar fəqir və əliboş camaatın cibini əsgərlik bəhanəsi ilə soymağa gəliblər.

Çox keçəmdi kəndin carçısı qalın və qorxulu səsi ilə vəziyyəti əhalinin nəzərinə çatdırır: «Nə qədər bacarırsızsa cavan uşaqlarınızı əsgərlik üçün göndərin gəlsin.» Sonra əlavə edir: «Əgər qaçan və gizlənən olsa belə və belə edəcəyik». O biri tərəfdən kəndxudanın dəllalları işə başladılar. Tanıdıqları və münasib adamları görüb hər birindən uşaqlarının əsgərlikdən müəyyən müddət qalmaq və yaxud bağışlanmaq üçün müəyyən məbləğ pul və qoyun almağa başlayırlar.

Mənim qardaşlarımdan birinin əsgərlik yaşı keçmişdi, indi də əsgər getməli idi. Mərhum atam rüşvət əhli deyildi. Həmin gecənin sabahı əsgərlər Təbrizin Bəsməng düşərgəsinə getməli idilər. Atam, qardaşıma belə dedi: Oğlum! Mən nə rüşvət əhliyəm, nə də ki, bu qədər pulum var. Get! Allah amanında! Ya e`zam olarsan, ya da qayıdarsan.

Sübh tezdən qardaşım ailəmizin ağlaşma səsi müşayəti ilə, xüsusilə anamın və başqa qohumlarımızın narahatçılıqları içində əsgərlərin bölməsinə yola düşdü. Yaxşı yadımda deyil. Həmin günün axşam çağısı, yaxud sabahısı, e`zam olmayanlar Bəsmənc məntəqəsindən kəndə qayıtdılar. Qardaşım onların arasında yox idi. Mə`lum idi ki, e`zam olunmuşdu. Şam namazının vaxtı yetişmişdi. Anam başa düşür ki, oğulunu əsgərliyə ötürüblər. Bu xəbəri eşitcək anamın nə etdiyi yadımda deyil. Lakin bu səhnəni heç vaxt unutmaram.

Namazdan sonra anam qibləyə oturduğu yerdə namaz çadrasının ətəyindən tutan halda qiblə tərəfə əl uzadıb xalis niyyətlə dedi:

«Ya Əbul-Fəzl Abbas! O qələm olmuş uzun qollarını uzat mənim balamı qaytar!»

Bu sözü dedikdən sonra ağlamağa başladı. O bu cümləni bir neçə dəfə təkrar etdi və dedi: «Ya Əbul-Fəzl Abbas! Mən uşağımı səndən istəyirəm.» Üç gün keçmişdi. Bu üç gündə anamın işi-gücü ancaq ağlamaq idi. Həmişə öz-özünə bu cümləni təkrar edirdi. Bəlkə də həzrət Əbul-Fəzl Abbas(əleyhissalam) üçün nəzir etmişdi.

Üç gündən sonra gecə yarı gözümüz önündə qardaşım içəri girdi. Anam sevincindən ağlamağa başladı. Dedi: Gördünüz uşağımı həzrət Əbul-Fəzl Abbasdan(əleyhissalam) aldım. Həzrət uşağımı zalimlərin əlindən aldı!

Qardaşımdan soruşdum: Nəyə görə qayıtdın? Nə oldu ki, qayıtdın? Dedi: Bizi Urmiyyə düşərgəsinə apardılar. Bir azdan sonra əsgər paltarı geyindik. Tə`lim meydanına apardılar. Bir nəfər zabit gəlib bizi sıraya düzüb saymağa başladı. Sayıb qurtarandan sonra dedi:

Bir nəfər artıqdır.

Sonra qədəm vura-vura hamını nəzərdən keçirməyə başladı. Mənə çatanda əlini mənim çiynimə qoyub dedi:

«Çıx çölə!» Mən sıradan ayrıldım. Sonra məni idarəsinə apardı. Sənədlərimi gətizdirdi. Bir məktub yazıb mənə verdi, birini isə sənədlərin üstünə qoydu. Mənə belə dedi:

Sən həmişəlik əsgərlikdən azadsan. Bu da sənin azad olmaq kağızın. Get salamatçılıqla!

Əsgərliyin müşkilatını bilənlərə aydındır ki, hansı oyunlardan sonra azad olurlar. Mənim işim lap mö`cüzəyə oxşayırdı.

Bəli, bu cavanın harayına anasının pak niyyətli nalələri və həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) kəraməti yetişdi.




Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə