ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 4,07 Mb.
səhifə12/39
tarix14.06.2018
ölçüsü4,07 Mb.
#48866
1   ...   8   9   10   11   12   13   14   15   ...   39

OTUZUNCU KƏRAMƏT

«YAŞIL İPİ BİLƏNGİNDƏN AÇMA!»


Höccətül-islam Xətib Fərzanə və hacı seyyid Hüseyn Mö`təmidi Kaşani, Ne`mətullah Əşhəri Qumsəri oğlu Möhsindən belə nəql edirlər:

Əsgərliyimin son vaxtında Tehran dəmir yol vağzalına gətirilmişdik. Mənim ora çatmağım İraq əsirlərinin və yaralılarının qatarla gətirilməsi gününə təsadüf etmişdir.

Ordan bir əsiri xaric etdilər. Biləklərinə yaşıl ip bağlamışdı. Onunla müsahibə apardılar. Müsahibə arasında ondan soruşdular: Bilənginizdə yaşıl ip bağlamaqda seyyidsinizmi? Xeyr ‒ deyə cavab verdi.

Bir neçə gün bundan əvvəl Səddamın əmrilə məni zorla iranlılara qarşı döyüşə aparırdılar. Döyüşə yola düşməmişdən əvvəl anam məni həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) hərəminə apardı. Oranın xidmətçilərindən birindən yaşıl rəngli ip alıb bir ucunu mənim qoluma digər ucunu həzrət Əbul-Fəzl Abbasın (əleyhissalam) zirehinə bağlayıb ağlamağa başladı. Ağlaya-ağlaya həzrətə and verib dedi: Bu uşağımı zorla cəbhyə aparmaq istəyirlər. Mən onun yaralanmasından və əsir olmağından qorxmuram. Amma, istəmirəm ki, öldürsünlər. Ya Əbul-Fəzl Abbas! Buna bir nəzər sal! Uşağımın başına nə gəlirsə gəlsin, lakin ölməsin, mənim yanıma qayıtsın. Sonra mənə dedi: İpi qolundan açma. Mən həzrət Əbul-Fəzl Abbasdan(əleyhissalam) istəmişəm ki, səni mənə qaytarsın. Cəbhəyə gələndə bir neçə nəfərlə iranlılara hücum etdik. İranlılar bizi mühasirəyə aldılar. Çox çətin vəziyyətdə idik. Dörd tərəfdən atəşə tutulmuşduq. Dostlarımdan bir neçəsi yanımdaca öldülər. Lakin mən əllərimi başıma qoyub həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) köməyi ilə iranlılara təslim oldum və sağ qaldım.


OTUZ BİRİNCİ KƏRAMƏT

«BABA MƏNİ YERƏ QOY»


Höccətül-islam vəl-müslimin seyyid Əhməd Qazəvi mərhum ayətullah hacı şeyx Məhəmməd İbrahim Nəcəfi Brucerdinin dilindən belə nəql edir:

İraqda olan vaxtda bir dəstə dostlarımızla birlikdə həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) pak hərəmində oturmuşduq. Birdən bir ərəbin səhnəyə daxil oduğunu gördük. O, 6 ya 7 yaşlı oğlan uşağını qolları üstə aparırdı. Bizə belə gəldi ki, uşaq keçinmişdi. Uşağın atası pak zirehə müraciət edib dedi: Ey Abbas ibni Əli (əleyhissalam)! Əgər Allahdan uşağıma şəfa almasan səndən atan Əli (əleyhissalam)-a səndən şikayət edəcəyəm.

Bu səhnəni görəndə istədik ona deyək ki, əgər hacətin varsa O həzrətlə ədəblə söhbət etməlisən. Belə bir böyük şəxsiyyətə sizin xitabınız və sözləriniz yaraşmaz. Fikrimiz sona yetməmiş gördük ki, uşaq gözlərini açdı. Atasına dedi: Ata məni yerə qoy! Bu səhnəni görməklə hamımızın halı dəyişdi və öz gözlərimizlə gördük ki, uşaq şəfa tapdı

OTUZ İKİNCİ KƏRAMƏT

«HƏZRƏT ƏBUL-FƏZL ABBASIN(Ə) HƏRƏMİNİN GÖYƏRÇİNLƏRİNDƏN BİRİ»


Höccətül-islam vəl-müslimin hacı seyyid Rəsul Məcidi nəql edir:

İsfahanda «Gəzali» mağazasının satıcısı cənab Ağa Riza Kermani mənə nəql etdi:

10 ya 12 yaşlı uşaq idim. Gördüm ki, uşaqlardan biri həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) pak hərəminin göyərçinlərindən birini tutdu. Göyərçinin quyruğu yolundu və uçdu. Uşaq göyərçinin əlində qalmış quyruğunu göyə atdı. Göyərçinin quyrğu havada uçub öz əsl yerinə yapışdı. Bu da həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) kəramətindən biri idi.

OTUZ ÜÇÜNCÜ KƏRAMƏT

«BABACAN! MƏGƏR SƏNİN AĞAN «BABUL-HƏVAİC» DEYİL?»


Cənab Əli Səfəvi Kaşani cənab Harunidən nəql edir:

Məhərrəm ayında (aşura günü) dəstələrin birinin su paylayanı dövr edib uşaqlara su verirdi. O, nəql edir ki:

Allah mənə bir oğlan uşağı vermişdi. On bir il şil oldu. Tasua gecəsi idi. Evdən çölə çıxmaq istəyirdim, su məşqi də sinəmin üstündə idi. Birdən gördüm ki, oğlum məni səsləyir: Baba! Hara gedirsən? Dedim: Oğlum bu gecə tasuadır. Mən öz dəstəmizdə su paylayanam. Gərək gedib uşaqlara su paylayam. Uşaq dedi: Babacan! Bütün bu ömrüm ərzində bir dəfə də olsa məni özünlə əzadarlığa aparmamısan. Baba! Məgər «Babul-həvaic» sənin ağan deyil? Bu gecə məni özünlə dəstənizə apar və Allahdan həzrət Əbul-Fəzl Abbasa(əleyhissalam) xatir mənə şəfaət istə!.

Çox pərişan oldum. Su məşkini bir tərəfimə, əziz şikəst oğlumu isə başqa tərəfimə alıb evdən çölə çıxdım. Əzadarlıq edən dəstəmiz hərəkət etməyə başlayanda dəstənin müqabilində durub dedim: Uşaqlar dayanın! Bu gecə oğlum mənə bir söz deyib ki, bu sözlə qəlbimi yandırıb. Əgər bu gecə «Babul-həvaic» uşağıma şəfaət verdisə verdi, yoxsa sabah gəlib meydanın ortasında su məşkini para-para edəcəm və həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) su paylayan vəzifəsini kənara qoyacağam.» Bu sözü deyəndən sonra dəstə hərəkətə gəldi.

Gecə yarı idi. Əzadarlıq tamam olmuşdu. Gördüm uşaqdan bir xəbər yoxdur. Çox pərişan və halım dəyişmiş idi. Öz-özümə dedim: Xudaya! Bu nə söz idi ki, mənim dilimə gəldi? Bəlkə onlar özləri istəyir ki, mənim oğlumu belə görsünlər. Bəlkə Allahın məsləhəti beləimiş. Öz-özümə dedim: Daha bir söz idi dedim. Əgər qəbul olmasa sabah su məşkini parça-parça edəcəm. Evə gəldim. Otağın birində oturmuşdum. Həm mən ağlayırdım, həm də oğlum. Çox ağladım. Birdən oğlum fəryad etdi: Baba bəsdir! Dur ayağa baba, baba! Əgər qəlbini yandırmışamsa məni bağışla baba, baba! Allah nə istəsə mən də razıyam baba!

Mən otağdan çölə çıxdım. Gedib qarşı otaqda oturdum. Lakin, aram ola bilərəmmi? Dayanmadan ağlayırdım. O vaxta qədər ki, gözlərimi yuxu tutdu. Bu vaxt oğlumun səsi məni yuxudan ayıltdı:

Babacan! Gəl!Ağan kömək etdi! Baba gəl! Əbul-Fəzl Abbas(əleyhissalam) mənə şəfa verdi! Baba!!!!!!

Gəlib qapını açdım. Gördüm ayaqları on bir il şil olan oğlum yeriyə-yeriyə mənə tərəf gəlir. Dedim:

Əzizim nə olub?

Fəryad çəkdi: Baba elə ki, sən otaqdan çölə çıxdın, mən ağlayırdım. Birdən gördüm ki, otaq işıqlandı. Bu zaman bir nəfər mənim yanımda durub mənə belə deyir:

«Dur ayağa!»

Dedim: Mən dura bilmirəm!

Dedi: «Bir dəfə de ki: Ya Əbul-Fəzl Abbas! Sonra dur.»

Baba! Bir dəfə dedim: Ya Əbul-Fəzl Abbas! Və durdum. Babacan görürsən ağan səni naümid etmədi. Mənə şəfa verdi!

Oğlumu qaldırıb qucağıma aldım və evdən çölə çıxdım. Uca səslə fəryad etdim:

Ey əziz əzadarçılar! Gəlin görün! Həzrət Əbul-Fəzl Abbas(əleyhissalam) vəfasız deyil! Uşağıma şəfa verdi!
Qolsuz yaralı yıxıtdılar atdan məni qardaş!

Qolsuz yaralı yıxıtdılar atdan məni qardaş!

Müştaqəm edəm bir də ziyarət səni qardaş!
Dad eyləmərəm özgəni çün dadi rəsim var

Əzbərdü mənə dildə adun ta nəfəsim var

Yox özgə həvəs dildə fəqət bir həvəsim var

Görməkdi məramım bu ölən dəm səni qardaş!

* * * * * * * * * * *

Çun kasə ləbaləb doludu qan ilə gözlər

Bu qanlı gözüm həsrət ilə sağ solu gözlər

Gəl qoyma gözü yolda amandır məni qardaş
Ey vəchi Xuda, vəchi nədir vəchi yubandın

Gördün kəsilən əllərimi yoxsa dayandın

Hərçənd məni yıxdılar sən candan usandın

Leyk axarıram vəchi həqqi zulməni qardaş!

* * * * * * * * * * *

Hər can verəni sən edəsən qardaş hidayət

Təslim edər öz canını cananına rahət

Ey sayeyi həqq başıma sal zilli inayət

Qoy ucala qardaşıvın şivəni qardaş

* * * * * * * * * * *

Su məşqini dörd min ox atan etdi bəhanə

Başdan başa oldu bədənim tirə nişanə

Məşk oxlanıb əşkim su kimi oldi rəvanə

Qəmgin məni xoşund elədi duş məni qardaş
Gəl sil gözümün qanını əl yoxdu silim mən

Fikrim budu təşrifi şahən şahi bulum mən

Ta məqdəmi şahən şaha qurban kəsilim mən

Olsun başımın nizə başı məsgəni qardaş


Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə