ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 4,07 Mb.
səhifə9/39
tarix14.06.2018
ölçüsü4,07 Mb.
#48866
1   ...   5   6   7   8   9   10   11   12   ...   39

ON SƏKKİZİNCİ KƏRAMƏT

«HƏZRƏT ƏBUL-FƏZL ABBASA(Ə) ÜZ TUTMAQLA CƏRRAHİYYƏ ƏMƏLİNƏ EHTİYAC OLMADI»


Höccətül-islam vəl-müslimin cənab seyyid Fəxrəddin Əmadi həzrət Əbul-Fəzl Abbasdan gödüyü kəraməti belə yazır:
«Mən seyyid Fəxrəddin Əmadiyəm. Mənim seyyid Mürtəza Rəzəvi adlı qardaşım uzun müddət Qum şəhərinin «Nikuyi» adlı xəstəxanasında işləmişdir. Bir çox tələbələr onu yaxşı tanıyırlar.

Günlərin birində müəyyən məbləğ pulu köçürtməkdən ötrü bangə girir. Pul kisəsini bankın stolunun üstünə qoyub sağ əli ilə stola söykənir. Birdən əli çıxıb sürüşür Çox narahat olur. Ağrının şiddətindən dad-fəryad etməyə başlayır. Onu xəstəxanaya gətirirlər. İlk müayindən sonra heç bir nəticəyə gələ bilmirlər. Xəstəxananın rəisi həkim Qəraqızlı göstəriş verir ki, əlinin şəklini çəksinlər. Şəkili çəkdikdən sonra göstəriş verir ki, onu cərrahiyyə otağına aparıb əməliyyata hazırlaşsınlar.

Seyyid Mürtəza taxtın üstündə cərrahiyyə əməlinə ötrü taxtın üstündə uzanır. Bu halda həzrət Əbul-Fəzl Abbas (əleyhissalam) «Babül həvaic» niyyəti ilə yalvarır. Bu hal ilə gözünün önündə durmuş çırağa baxa-baxa o Həzrətə and verdirir. Əlini çırağın otuna yaxınlaşdırıb istiyə verir. Birdən əlindən səs gəlir. O, əlini çırağın istisindən kənarlaşdırır. Bir az diqqətdən sonra anlayır ki, həzrət Abbasın(əleyhissalam) şəfaətinə görə əli yaxşı olub. Daha cərrahiyyə əməlinə ehtiyac yoxdur. Bir az sonra doktor içəri girib vəziyyəti soruşur. Seyyid Mürtəza Əbul-Fəzl Abbasa(əleyhissalam) etdiyi duanı ona nəql edir. Həkim onun əlinə baxıb deyir: Əgər Həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) sənə kəraməti olmasaydı əlində cərrahiyyə əməli olmalı idi.

ON DOQQUZUNCU KƏRAMƏT

«GƏNC OĞLANI ELEKTRİK VURUB QURUTMUŞDU»


Cənab höccətül-islam şeyx Məhəmməd Təqi Nəhvi atası hacı şeyx Əbul Qasim Nəhvidən aşağıdakı əhvalatı bizə yazıb göndərib.
Mərhum Nəhvi, o vaxtı həzrət Ayətullah üzma Burucerdinin əmri ilə onun oğlu ilə Nəcəfdə idilər. Həzrət Seyyidüşşühəda Əba Əbdillah Hüseyn (əleyhissalam)-ın xüsusi ziyarəti günü idi. O gün Şə`ban ayının 15 ilə bərabər idi. Kərbəlaya gedirlər. Həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) qəbrini ziyarət edirlər. Günlərin birində bu hərəmi ziyarət edərkən görürlər ki, 13-14 yaşlı bir cavanı elektrik vurub öldürmüşdür.

Uşağın atası Həzrət Əbul-Fəzl Abbasa(əleyhissalam) yalvarıb dua oxuyurdu və belə deyirdi: Ağacan! Sən bilirsən ki, mən sənin qəbrinə ziyarətə gələndə uşağın anası onu özümlə gətirməyə qoymurdu. İndi mən onsuz anasının yanına necə qayıdım, anasına nə deyim?

Mərhum Nəhvi buyurur: Birdən gördüm ölü uşaq yavaş-yavaş tərpənir. Həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) duasını Allah qəbul etmişdi. Bəli, cavan ayılıb atası ilə birlikdə evə yola düşdülər.

İYİRMİNCİ KƏRAMƏT

«BƏLİ, BİZDƏN BAŞQA DA BAŞQA HƏKİMLƏR VAR!»


Höccətül-islam hacı şeyx Məhəmməd Müiyn Ğurab yazır:

«Təxminən qırx il bundan əvvəl subay vaxtımda cümə gecələrindən birində piyada Nəcəfdən Kərbəlaya getdim. «Kumeyl» duasını Həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) hərəmində oxudum. Duanın ortasında məni yuxu tutdu. Bir neçə dəqiqədən sonra səs-küyə və şivən səsinə yuxudan ayıldım. Gördüm dəli bir ərəb qızını Həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) pak zirehinə bağlayıblar. O da dəli olduğundan camaata cəsarət edirdi. Ata-anası və qouhm-əqrabası onun ətrafını tutmuşdular. Bu divanə qızın şəfa tapmasından ötrü qəməri bəni Haşim Həzrət Əbul-Fəzl Abbasa (əleyhissalam) dua edirdilər.

Həmən yerdə bir nəfər iranlı özünü pisixatriya həkimi kimi tanıtdırdı. Buyurdu: Deyin o qızı hərəmin eyvanına gətirsinlər, mən orda olacağam. Bu xəstəni müalicə edəcəyəm.»

Mən iranlı həkimin dediyini qızın atasına dedim: Qızın atası ərəbcə belə dedi: «Lə`nət o ataya ki, Həzrət Əbul-Fəzl Abbasa (əleyhissalam) e`tiqadı olmasın.» Doğrusu bu sözdən çox xəcalət çəkdim. Gedib yerimdə oturdum və oxuduğum duanın davamına başladım. Yenidən dua oxuyan halda yuxuya getdim. Yenə təzədən səs-küyə yuxudan ayıldım. Divanə qızın ətrafını tutmuşdular. Həzrət Əbul-Fəzl Abbas(əleyhissalam) kəramətini göstərmişdir. Ona şəfa vermişdi. Əhali tökülüb qızın paltarına əl sürtürdülər. O, özünü qorumaqdan ötrü atasının libasına bürünmüşdü.



O halda iranlı həkimin iki əli ilə başına vurub ağladığını gördüm. Bizdən başqa da həkimlər varmış!-dəyə peşiman olmuşdu.

KƏRBƏLA MEYDANINDA HƏZRƏT ƏBUL FƏZL ABBASLA (Ə) MARİDİN DEYİŞMƏSİ


Marid:

Ey sifdi şəhi kövsər, Peyqunbərə can Əbbas!

Bu dəhrdə yox müslüm Soltani cahan Əbbas!

Abbas (ə):

Ey nökəsi bədtiynəb, Mərdudi dəqa Marid!

Səndən çəkər aləmlər, bu çöldə cəfa Marid!

Marid:

Sən baği imamətdə, bir nəxş sənubərsən

Dünyadə nəzrin yox, bir şiri hünərvərsən

Aləmlərə yavərsən, Soltani cahan Əbbas!

Abbas (ə):

Gülzari şəhidini, bu dəşdidə soldurduz

Nari sitəmi zülmi, aləmlərə doldurduz

Gül üzlü cavanları bu ərsədə öldürdüz

Aləmdə görünmüb heç bu zülmü xəta Marid!

Marid:

Sən bir şahi valasən, dürdanəvü Zəhrasən

Çün dürrü səadətdə, bir gövhəri yektasən

Ey qaməti rə`naya bir sərvi rəvan Əbbas!

Abbas (ə):

Gəldüz bu çölə salduz, od səfheyi dövranə

Oldu bu zaman sizdən, çün dinevü viranə

Lə`nət gələ ey zalim, siz kimi müsəlmanə

Etsün üzüvü xaliq, hər yerdə qara Marid!

Marid:

Gəl sən mənə ol təslim, eylüm sənə çox hörmət

Gey əynüvə xoş xəl`ət tap səltənəti izzət

Bu sözdə xilafim yox, Vallahi inan Əbbas.

Abbas (ə):

Çox lafa gəzaf etmə, ey Maridi bəd fitrət

Varsa hünərin göstər, qoyma mənə heç minnət

İndi səni öldürrəm, var əldə bu gün fürsət

Başuvə gətirrəm çox, bu çöldə xəta Marid.

* * * * * * * * * * *

Gördüm ki gəlib qeyzə, Əbbasi hünər pərvər

İş keçdi nəsihətdən, aldı ələ o xəncər

Səsləndi xəbərdar ol, ey sindi şəhi kövsər

İndi sənə qan ağlar, haluva yanan Əbbas!

* * * * * * * * * * *

Əbbasi hünərvər bir xeymələrinə baxdi

Dərya kimi göz yaşı heyran tökülüb axdı

Ol dəmdə təmaşayə qardaşı Hüseyn çıxdı

Səsləndi yetir qətlə, sağ qoyma qala Marid!

* * * * * * * * * * *

Marid:

Gəl boynuma qoy minnət, bu mərgi əcəldən gəl

Bir ver mənə sən möhlət, olma sənə aləmdə

Nökər edərəm hörmət, tə`rifüyü mən verərəm

Hər yanə nişan Əbbas!

* * * * * * * * * * *

Əbbasi hünər pərvər xəm oldu rikabindən

Əl atdı düşüb ol dəm, çun nuki sinayildən

Öz nizəsini aldı, ol mürtədi xaindən

Olmazsan əlimdən sən, heç vaxti rəha Marid!

* * * * * * * * * * *

Öz qövminə üz tutdu, fəryadi aman qoymun

Qıldı bu Əli oğlu, halımı yaman qoymun

Qalmadı bilün məndə, bu ərsədə can qoymun

Səd heyfi əcəb etdi, qəddimi kaman Əbbas!

* * * * * * * * * *

Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə