ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 4,07 Mb.
səhifə8/39
tarix14.06.2018
ölçüsü4,07 Mb.
#48866
1   ...   4   5   6   7   8   9   10   11   ...   39

ON BEŞİNCİ KƏRAMƏT

«HALBUKİ FƏRYAD ET: YA ƏBUL-FƏZL ABBAS(Ə)! ÖZÜN DADIMA YETİŞ!»



Cənab Qənbər Əli Səram höccətül-islam seyyid Möhsün Əhmədi Sədəhiyə belə yazır:
«Cümə günü idi. Atamın piy düzəltmə fabrikinə bir neçə işçi aparırdım. O gün başqa günlərdən seçilirdi.

O günün başqa günlərlə fərqi bu idi ki, başqa günlərdə ikinci oğlum mənimlə birlikdə olurdu, amma o günü mənimlə yox idi. Atam da başqa günlər mənimlə olardı, lakin o gün yorğun olduğundan o da mənimlə gəlməmişdi. Həyat yoldaşıma tapşırdım ki, əgər bu gün evə gəlməsəm məni gözləməyin.

İşçiləri fabrikə yola salıb qayıtdım. Qayıdan vaxtı güzgüyə baxdım ki, gördüyüm maşınlar mənim yolu keçməyimə mane olmasınlar. Birdən hiss etdim ki, maşın ixtiyarımdan çıxıb. Hərəkət edərək maşınla birlikdə su ilə dolu olan kanala düşdüm. Düşdükdən sonra fikirləşirdim ki, nə edim?

Bir neçə dəqiqədən sonra yadıma düşdü ki, bir az da olsa üzməyi bacarıram. Sonra maşının qapısına baxdım, istədim qapını açıb maşından düşəm. Qapıya güc vurdum, amma açılmadı. Əlim və başımla qapını döyməyə başladım. Lakin, suyun tə`siri imkan vermirdi ki, qapı açılsın!.

Qış ayı idi. havalar soyumuşdu. Ona görə də maşına minəndə şüşələri yuxarı qaldırmışdım. Nə qədər çalışdımsa, maşının şüşələri aşağı getmədi. Su da yavaş-yavaş maşının qapısı arasından içəri dolurdu. Maşınım kiçik həcmli (jiquli markalı) yük maşını idi. Maşının içi su ilə dolmuşdu. Maşın suyun içində təmiz itmişdi. Daha yavaş-yavaş ümidim hər yerdən üzülmüşdü. Ölümü öz gözlərimlə görməyə başladım. Oturacağın arxasından qalxıb oturdum. Kəlmeyi-şəhadətimi və «İnna lillahi və inna iləyhi raciun» ayəsini dedim. Suda olan insanın cəsədi suyun tə`sirindən şişir. Belə olan halda insanı maşının arxasından çıxartmaq çətin olur. Başqa tərəfdən bu fikirdə idim ki, həyat yoldaşıma demişdim «yolumu gözləmə» (o vaxtı həyat yoldaşım hamilə idi). O nə vaxta kimi mənim ardımca gəzəcək? Digər tərəfdən xoşhal idim ki, atam və oğlum mənimlə birlikdə maşında olmayıblar. Yoxsa onlar da mənim kimi giriftar olardılar. Bu fikirdə ikən ölümü gözləyirdim. Birdən hansısa bir qüvvə məni yerimdən qaldırdı. Bu halda var gücümlə «Ya Əbul-Fəzl Abbas!» deyib fəryad çəkərək qapıya əl atdım. Əlim qapıya dəyən kimi dəstəyə güc verməmiş qapı öz-özünə açıldı. Maşından çıxıb kanalın kənarına qədər üzdüm. Həyacandan yuxarı qalxa bilməyib suyun kənarında durdum. Ona görə də kanalın qırağı ilə çəkilmiş su borusundan yapışıb yuxarı qalxdım.

İndi diqqət edin, o qədər suyun içində mənim öz qüdrətim çata bilərdimi ki, özüm qapını açım? Əgər belədirsə bəs niyə görə əvvəlcə nə qədər əlləşdimsə faydası olmadı, qapı açılmadı. Amma, özünə and olsun, elə ki, həzrət Əbul-Fəzl Abbasın (əleyhissalam) adını çəkdim nicat qapısı öz-özünə üzümə açıldı. Aydındır ki, həzrət Əbul-Fəzl Abbas (əleyhissalam) Allaha yaxşı bəndəlik etdiyinə görə Allah ona «Hacətləri qəbul edən» ləqəbini bağışlamışdır.»


ON ALTINCI KƏRAMƏT

«QƏMƏRİ BƏNİ HAŞİMƏ BEL BAĞLAMAQLA QIZIM ŞƏFA TAPDI.»



Cənab Şeyx Əhməd Mütəvəssili Arani cənab Məhəmməd Qaiminin başına gələn iki əhvalatı bizə yazıb:
1. O, söyləyir: Kərbəlada mənzilimiz elə yerdə idi ki, hər gün həzrət Əbul-Fəzl Abbasın (əleyhissalam) hərəminin müqabilindən keçirdim. Adətimiz həmişə hərəmin müqabilində dayanıb o Həzrətə salam vermək idi. Günlərin birində ailəmlə birlikdə gecə vaxtı evə qayıdırdım. O həzrətə salam verdim. Seyyidə xanım, həyat yoldaşıma dedim sən də salam ver. Hətta, kiçik qızıma da dedim ki, salam ver. Uşaq da salam verdi. Biz evə gəldik.

Sühb tezdən adətim üzrə mağazama yola düşdüm. Çox çəkmədi ki, həyat yoldaşım ağlaya-ağlaya mağazaya gəldi və dedi: Qızımız Maidə kor olub. Fəryada yetiş! Tələsik və narahatçılıqla evə gəldim. Gördüm kiçik qızım şkafın güzgüsünü üstünə aşırmış və üz-gözü al-qanın içindədir. Şüşənin qırıntıları uşağın gözlərinə dolmuşdu. Uşağın əlindən tutub hərəmin müqabilinə gətirib dedim: Ey mənim ağam! Salamın cavabı budurmu? (Çaşdığımdan bilmədim nə deyim?) Budur kəramətin?

Pullu oduğuma görə mütəxəssis həkimlərdən birinə müraciət etdim. Dedim, fulankəs!

Hər nə qədər pul istəyirsən verəcəm, qızımı sağalt! O, qızı diqqətlə müayinədən keçirdi. Sonra dedi: «Hər iki gözü sağlamdır. Ümumiyyətlə gözlərində heç bir şüşə qırıntısı müşahidə edilmir.» Təəccübləndim və dedim: Necə? Yə`ni o gözlər. Buyurdu: Bəli!

Xülasə, nə dərman yazdı, nə də bir nüsxə. Evə tərəf qayıtdım. Yolda pak hərəmin müqabilindən keçəndə dayandım.Ağlaya-ağlaya dedim: Mənim ağam! Bağışla! Cəsarət etmişəm! Hirsli olmuşam!

Bəli, həzrət Əbul-Fəzl Abbasın (əleyhissalam) kəramətində qızım korluqdan şəfa tapdı.


ON YEDDİNCİ KƏRAMƏT

HƏZRƏT ƏBUL-FƏZL ABBASI ŞƏFİ QƏRAR VERDİM!


Cənab Qaimi belə nəql edir:

2. Mənim oğlum olmurdu. Bu cəhətdən çox narahat idim. Kərbəlada dükanımın kənarında seyyid Əhməd adlı şəxsin dükanı vardı. İndi onun həyatda olması barədə heç bir mə`lumatım yoxdur. Əgər haqq dünyasındadırsa, Allah ona rəhmət eləsin. Bir-birimizlə dost idik. Seyyid Əhmədin şiddətli bel ağrısı var idi. Həkimlər rədd cavabı vermişdilər. Bir gün ona dedim:

Seyyid! yaxşı olar ki, gedək Kufəyə həzrət Müslim ibni Əqili ziyarət edək. Mən səndən ötrü dua edim şəfaət olasan. Sən də məndən ötrü dua et, Allah mənə oğul payı versin. Onun adını Meysəm qoyaram. İmam Hüseyn (əleyhissalam) və həzrət Əbul-Fəzl Abbası (əleyhissalam) şəfi qərar verək, o bunu qəbul edər.

Kufəyə getmək günü gəlib çatdı. Ailə-uşağı Kufəyə nə məqsədlə getməyimdən hali etdim. Nəcəfə çatanda Seyyid Əhməd dedi: Ağa Əmirəl-mö`mininin (əleyhissalam) hərəminə gedək. Dedim: Bizim işimiz həzrət Müslim ibi Əqil ilədir. Əvvəlcə ora gedək, qayıdanda ağanın hərəminə dönərik. Həzrət Müslim ibni Əqilin hərəminə daxil olduq. Ziyarətdən sonra xüsusi halda ona ərz etdim: Ağacan! Seyyid Əhməd siz seyyidlərin nəslindəndir. Razı olmayın ki, xəstə olsun. Seyyid Əhməd də öz növbəsində dua ilə məşğul idi. Kərbəlaya qayıtdıqdan bir həftə sonra xanımım seyyid qızı bir yuxu gördü. O, yuxunu belə nəql edirdi: Yuxu aləmində Həzrət Əbul-Fəzl Abbasın (əleyhissalam) pak hərəminə daxil oldum. Gördüm sağ və soldan qiblə tərəfə kimi hərəmin səhnəsində kişilər səf çəkib. Hamı ədəblə durublar. İki səfin arasından keçid yeri var. Mən cərgənin birinin qarşısında dayandım. Birdən hərəmdən bir nəfər çölə çıxıb dedi: Ağa Əbul-Fəzl Abbas(əleyhissalam) gəlir. Bütün diqqətimi qapıya yönəltdim. Bir də gördüm ki, Həzrət çölə çıxdı. Mübarək əlində kiçik kağız vardı. Mənə tərəf baxdı. Tünd səslə buyurdu: İstədiyin oğlanı götür və kişilərin qarşısından kənara çəkil. Qabağa gəldim. Kağızı alıb yuxudan oyandım.»

Bir müddət sonra Allah mənə oğul payı verdi və adını Meysəm qoydum.


Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə