ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ


HƏZRƏT ƏBÜLFƏZL ABBASIN(Ə) ŞİYƏLƏRƏ OLAN KƏRAMƏTLƏRİ (135 DƏFƏ)



Yüklə 4,07 Mb.
səhifə2/39
tarix14.06.2018
ölçüsü4,07 Mb.
#48866
1   2   3   4   5   6   7   8   9   ...   39

HƏZRƏT ƏBÜLFƏZL ABBASIN(Ə) ŞİYƏLƏRƏ OLAN KƏRAMƏTLƏRİ (135 DƏFƏ)



GİRİŞ

Əvvəlcədən qeyd etdiyimiz kimi bütün bu kəramətlər dünyanın müxtəlif şəhərlərindən kitabın müəllifinə məktub vasitəsi ilə göndərilmişdir.

Qısa da olsa bəri başdan qeyd etməliyik ki, Allah yanında uca məqamı olanlara müstəqil şəkildə təvəssül etmək şəriətdə haram və günah sayılır. Bizim Allah yanında uca məqamlı insanlara müraciət etməkdən məqsədimiz əsl niyyətimizi Allahdan istədiyimizə görədir. Başqa sözlə desək, biz özümüzün Allah dərgahında layiqincə məqamımız olmadığına görə Qur`ani-Kərimin Maidə surəsinin 35-ci ayəsinə əsasən:

«Ey iman gətirənlər! Allahdan qorxun. Ona [Onun rəhmətinə lütfünə qovuşmaq üçün] yol axtarın...» (Maidə‒35).

Allah yanında uca məqamı olanları, Allahla özümüz arasında vasitə (yol) qərar veririk. Bu iş şəriətdə heç də qadağan deyil, bəlkə də ən çox xoşagələn işlərdəndir və günahkar şəxsin duasının daha tez qəbul olmasına səbəb olur. Ümidvarıq ki, Allah-taala qiyamətin günündə oğul-uşağın və mal-dövlətin fayda verməyəcəyi bir gündə bizləri belə uca məqamlı övliyaların şəfaətindən uzaq etməsin! İlahi! Amin!



BİRİNCİ KƏRAMƏT

BU BƏRƏKƏT HƏZRƏT ƏBÜLFƏZL ABBASA (Ə) XATİR OLDU!


Hörmətli alim Fazil Fərzanə və höccətül islam vəl-müslimin hacı seyyid Məhəmməd Cəlam yazırlar:

Hicri qəməri tarixi ilə 1356-cı ildə Rəcəb ayının 14-də İraqda «Bə`s» partiyasının nümayəndələri Nəcəfül-əşrəf elmi mərkəzinə hücum etdilər. Bir dəstə tələbələri tutdular. Bir neçə ay əziyyətdən və əzabdan sonra bizi Nəcəfdə və Bağdadda bu partiya ilə müxalifət etməyimiz ünvanı ilə ölüm hökmünə mə`ruz qoydular. Biz hökm e`lan olunan gecə mən və şeyx Hüseyn Həlimi (Səudiyyə Ərəbistanından idi) Fatimeyi Zəhra (s.ə) və həzrət Əbülfəzl Abbası (ə) Allah dərgahına and verirdik və o gecə həzrət Əbülfəzl Abbas (ə) barəsində roza oxuduq. Bizdən (iki nəfərdən) başqa heç kəsin ağlına belə iş gəlməmişdi. O gecənin səhəri sübh tezdən mö`cüzə olaraq əmr gəldi ki, mən və şeyx Hüseyn Həlimi azad olunurlar. Bu iş həzrət Fatimeyi Zəhra (s.ə) və Babul həvaic Əbülfəzl Abbasın bərəkətindən idi.

Bizimlə həbs edilmiş digər tələbələri isə həmin il zil qə`də ayının 18-də e`dam etdilər. Allah onların hamısına rəhmət eləsin və cinayətkarlardan onların qisasını alsın!

Get Əbülfəz bu Hüseynə səni qurban elədim,


Get Əbülfəz bu Hüseynə səni qurban elədim,

Bəslədim sərvi qəddün azimi meydan elədim!

* * * * * * * * * BuHüseyn sifdi Nəbidir sən ona rəsmi qulam

Sənə rayət budu şahən şahi dövranı imam

Budur aləmlər içində səbəbi nəzmi-nizam

Bu Hüseynə səni mən xadimi dövran elədim.

* * * * * * * * * *

Mümkün olduqca gətir abi sərin xeymələrə

Ta ola bəlkə təsəlli hərəmi teşnələrə

Xidmət eylə nə qədər vardı canun nəcmlərə

Səni səqqayi Hüseyn höccəti Sübhan elədin.

* * * * * * * * * * * *

Əkbər üstə qənədün sərginən ey sərvi rəvan

Cəddünə oxşari var Hüsnüdə çox vardı nişan

Cən sənin can bu dilarami Hüsen teşnə ləban

Səni bu nəsli Əbul-Qasimə qurban elədim.

* * * * * * * * * * * *

Nadima eylə təvəccöh zübdeyi nasə müdam

Yazginən qisseyi dil sözünü qıl tasə müdam

Müşkül əmründə yapış daməni Əbbasə müdam

Ta şikayət eləmə ömrümü viran elədim.

İKİNCİ KƏRAMƏT

HƏZRƏT FATİMEYİ-MƏ`SUMƏYƏ(S) TƏVƏSSÜL VƏ ONUN MÜŞKÜLÜNÜ HƏZRƏT ƏBÜLFƏZL ABBAS (Ə)-A HƏVALƏ ETMƏSİ!


Höccətül-islam vəl-müslimin Hacı şeyx Abbas Şeyxür-rəis Kermani 1376-cı il \4\31\ mənim xahişimə cavab olaraq aşağıdakı məzmundabelə bir məktub yazmışdır:

«Təxminən hicri qəməri ili ilə 1332-ci ildə öz atamın və möhtərəm ustadlarımın yanında dini elmləri oxuyan tələbə idim. İranın Kerman şəhərində təhsil almaqla məşğul idim. Birdən «sinəmin sağ tərəfində döş qəfəsimin altında» şiddətli ağrı hiss etdim. Müalicədən ötrü bir neçə həkimə müraciət etdim. Amma bütün təcrübələr, yoxlamalar və müalicələrin heç birisi xəstəliyimin əsl dərmanını və narahatçılığımı tapa bilmədi.

Bətnimdə «tumur» və ya «on iki barmaq» xəstəliyinin olması ehtimalı ilə həkimlər az bir gümanla zəmanət verməklə cərrahiyyə əməliyyatını başlamağı təklif edirdilər. Hərə bir nəzəriyyə verirdi, ağrının şiddəti və narahatçılıq o qədər çox idi ki, arzu edirdim ki, bir saatda olsa məni rahat buraxsınlar. O vaxtlar 24 yaşım olardı. Təhsilimi təkmilləşdirməkdən ötrü Məhəmməd Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) övladlarından olub orada dəfn olunan müqəddəs «Qum» şəhərinə gəldim. Bu şəhərdə özümə ev kirayə etdim. Təbii olaraq xəstəliyimin müalicəsi davam edirdi. Bütün bunlarla yanaşı dua və təvəssüldən qafil deyildim. O vaxta qədər ki, günlərin birində həzrəti Fatimeyi-Mə`sumənin (s.ə) dua edib, Allah dərgahından onun məqamına xatir şəfa tapmağımı dilədim. Həmin gecə yuxu aləmində gördüm ki, bir nəfər qırmızı tüklü qoyunu mənə göstərib buyurdu:

Həzrət Əbülfəzl Abbasa (ə) qurban kəsməkdən ötrü nəzr elə ki, tezliklə şəfa tapasan!.

Sonra mənə xitabən buyurdu:



«Demə ki, yuxu görürəm». -Bu cümləni üç dəfə təkrar etdi. (İşarə olunurdu ki, e`tinasızlıq etmə.)

Ayılan kimi necə ki, yuxuda əmr olunmuşdu o cür də nəzr etdim. Bu vaxta qədər belə yuxu görməməyimlə bərabər heç nəzr etməyin və onun tə`sirindən də xəbərim yox idi. Çünki bu hadisədən az bir vaxt sonra bütün narahatçılığım aradan getdi.

Təsadüfən həmin günlərdə o il məhərrəm ayında imam Hüseyn (əleyhissalam) məclisində istifadə etməkdən ötrü Tikdər kəndində az qoyun var idi. Etdiyim nəzirə əsasən, xahiş etdim ki, nəzr etdiyim nişanədə qoyun tapsınlar. Əgər qırmızı tüklü olsa daha yaxşı olardı. Maraqlıdır ki, yuxumda gördüyüm həmin rəngdə qoyunu mənim üçün aldılar. 35 tümənə həmin qoyunu alıb həzrət Əbulfəzl Abbas (əleyhissalam)-ın niyyəti ilə qurban kəsdim. Doğrudur ki, nəzr etmək əmri yalnız o illə bağlı idi, amma həzrət Fatimeyi Mə`sumənin (s.ə) və Əbülfəzl Abbas (əleyhissalam) bərəkətindən hər il Babul-həvaic» adına «rövzə» məclisi qurur, 40 ilə yaxındır ki, onların hörmətini saxlayıram. Bununla da Allah dərgahında onlara yaxın olmağa çalışıram.


Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə