ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 4,07 Mb.
səhifə10/39
tarix14.06.2018
ölçüsü4,07 Mb.
#48866
1   ...   6   7   8   9   10   11   12   13   ...   39

İYİRMİ BİRİNCİ KƏRAMƏT

«HƏZRƏT ƏBUL-FƏZL ABBAS(Ə) BUYURDU: DE Kİ, YA SAHİBƏZZAMAN!»



Cənab höccətül islam Məkarimi yazır:

Nəql edirlərki, Şiraz vilayətinin məntəqələrindən birində bir nəfər əmisi ilə birlikdə dərya kənarına balıq tutmağa gedirlər.Təsadüfən bu oğlan suda çimərkən qərq olur.Əmisi qardaşı oğlunun suda boğulub batmasından çox nigaran olur.Birdən onun suyun üzünə çıxmasını görür.Oğlan sahilə tərəf gəlir.Əmisi ondan soruşur:

Necə oldu ki, nicat tapdın?

Oğlan cavabında buyurur:

Qərq olan halda mərsiyələr, (imam Hüseyn (əleyhissalam)-ın müsübəti) yadıma düşdü. Ondan sonra “Ya Əbul Fəzl!-deyə çağırdım.Bir an mənə elə gəldi ki, Həzrət Əbul-Fəzl Abbas(əleyhissalam) yanımdadır.Səs gəldi ki, :Ya Sahibəzzaman! –deyə səslə.

Mən ixtiyarsız olaraq : Ya Sahibəzzaman! –deyə fəryad etdim! Elə bu vaxt kimsə məni sahilə tərəf gətirdi.


İYİRMİ İKİNCİ KƏRAMƏT

QƏBİRDƏ DEDİ: ƏSSƏLAMU ƏLƏYKƏ YA ƏBUL-FƏZL ABBAS(Ə)!»


Cənab höccətul-islam vəl-müslimin hacı şeyx Əbdüllah Mübəlliği Abadi:

1355-ci şəmsi ili idi. Yəzd şəhərinin ruhanilərindən Şeyx Zakiri adlı birisi Bəndər-Abbasa gəlir. Oradan da «Siyahu» adlı bu şəhərin kəndinə e`zam olunur. Məhərrəm ayının 9-da qəlbi xəstəliklə əlaqədar dünyadan köçür. O mərhumun cənazəsini Bəndər-Abbasa göndərirlər. İmamzadələrin birinin qəbirinin yanında torpağa tapşırırlar.

İndi əhvalatın ardını höccətül-islam vəl-müslimin Mübəlliğinin öz dilindən eşidin. O buyurur:

Mən təlqin oxuyarkən mərhum Zakirinin sağ əlini tərpətdim. Birdən gözlərini açdı. Uca səslə çağırdı: «Əssəlamu əleykə ya Əbul-Fəzl Abbas!» Sonra gözlərini yumdu.

Bu təəccüblü hadisədən sonra xoş ətir iyi mənim və orada iştirak edənlərin burnuna gəldi. Ondan sonra oradakılar Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm)) və Mə`sum İmamlara (əleyhimussalam) salavat göndərdilər. Bu idi ki, mən meyyitə təlqin oxuyarkən özüm müşahidə etmişəm.

İYİRMİ ÜÇÜNCÜ KƏRAMƏT

«GET EVİNƏ UŞAĞIN SAĞALDI»


Ayətullah hacı şeyx Məhmud Ğərəvi nəql edir:

Bir gün uşağı xəstələnmiş ərəb, həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) hərəminə gəlib şəfa istəyir. Aləmi rö`yada ona deyirlər: Get evinə uşağın sağalıb». Elə ki, evə gəlir görür ki, həzrət Əbul-Fəzl Abbas (əleyhissalam) uşağa öz kəramətini göstərib.


İYİRMİ DÖRDÜNCÜ KƏRAMƏT

YÜZ DİNAR HƏZRƏT ƏBUL-FƏZL ABBASIN(Ə) HƏVALƏSİDİR»



Siqətül-islam hacı şeyx Əli Rza Gülməhəmmədi Əbhəri Zəncani yazır: (Qum)

.«Kərbəla əhalisindən bir nəfər ərəbi gördüm ki, həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) zirehinin yanında dayanıb o həzrətlə razi-niyaz edirdi. Söyləyir:

Ağacan! Yüz dinar sizdən pul istəyirəm, əgər verirsənsə ver, vermirsənsə həzrət seyyidüşşühəda Hüseyn (ə)-ın hərəminə gedib sizdən o həzrətə şikayət edəcəm! Sonra başını pak zirehə tərəf əyib dedi: Başa düşdüm! Başa düşdüm! Hərəmdən çölə çıxdı. Bazara gedib mağazalardan birinə yaxınlaşır və buyurur: Ağa buyurdu ki, yüz dinar mənə verəsiniz! Mağazaçı cavabında ‒ Ağadan nişanəniz nədir? ‒ deyə soruşur. Ərəb cavab verir: Nişanə budur ki, uşağınız xəstələnmişdi, həzrət Əbul-Fəzl Abbasa (əleyhissalam) nəzr etmişdin onu ver! Mağazaçı ona yüz dinarı verir.

Ravi deyir: Ərəbə dedim: Necə oldu ki, Həzrətlə söhbət etdiniz və istədiyinizi aldınız? Dedi: Dedim ki, əgər pul verməsəniz imam Hüseyn (ə)-a şikayətə gedəcəm. Belə olan halda gördüm Həzrət oturmuş halda zirehin içində zahir oldu və mənə kağız (həvalə) verdi. Mən də onu alıb mağazadan pulu aldım.


Dillərin əzbəri Səqqayi Əbəlfəzlin adı


Dillərin əzbəri Səqqayi Əbəlfəzlin adı

Eşqi çox gəbri nəsarani müsəlman eyləyib

Teşnə aşiqlərə dəryadı Əbəlfəzlin adı

Şiələr qalsın hələ səslər onu ərmənilər

Moridi hörməti tərsandı Əbəlfəzlin adı

Çün özün nökər hesab etdi Hüseyn qardaşına

Odu hər aşiqə mövladı Əbəlfəzlin adı

* * * * * * * * * * *

Möhnəti dadə düşəndə gözüm əşqilə dolar

Gör nə əndazə dilə məqsadi Əbəlfəzlin adı

Mətləyi müstəri mərhum qoy e`lan eləyim

Düşdün ey vaxtı ki, bir dərdə Əbəlfəzli çağır.

* * * * * * * * * * *

Sidq ilə kim tuta damanını dərdin alacaq

Şərti var zaru dil əfsurdə Əbəlfəzli çağır

Şiyənin onnan əlavə görək aya kimi var?

Can verən vaxtidə bəstərdə Əbəlfəzli çağır.

* * * * * * * * * * *

Qapısın vır ağadı heç kəsi naümid eləməz

Çün şəfa yox dəri digərdə Əbəlfəzli çağır

Sənə düxtarilər gər eyləsə aləmdə cavab

Əzmüvü cəzb elə bil pərdə Əbəlfəzli çağır.

* * * * * * * * * * *

Əli boş indiyəcən kim qapısından qayıdıb

Xatirin olmasın az orda Əbəlfəzli çağır

Əymə baş zalimə bihudə kiçiltmə özüvü

Kərbəla xidmətini həzrət Zəhra bəyənib

Olub aləmdə nəzər kərdə Əbəlfəzli çağır.

O kiçildib özün amma, onu Allah bəyənib

Baxma sən bağladılar Kərbübəlanın yolunu



Ona fərq eyləməz hər yerdə Əbəlfəzli çağır.

Yol uzaq olsa da qəlbün yaxın olsun ağama

Tap iradət o cavan mərdə Əbəlfəzli çağır!

* * * * * * * * * * *

Nə rəvadi elə mövlani kəməndə salalar

Gör nələr gəldi o sərdari dilavər başına

Cəm olub halə kimi qövmi sitəmkar başına

Dörd tərəfdən ətrafın alıb daşladılar

Nə deyim gəldi nələr zadu Heydər başına!

İYİRMİ BEŞİNCİ KƏRAMƏT

«OTAQ ƏTİRLİ İDİ VƏ HƏYAT YOLDAŞI AĞLAYIRDI»


Cənab Vəhid Lütfi yazır:

1.Anamın atası (babam) cavan vaxtlarında elm almaqdan və böyük alimlərin dərslərində iştirak etməkdən ötrü Nəcəfi-Əşrəfə yola düşür. Yol üstündə Kərbəlaya gedir və mehmanxanalardan birində qalır. Nənəm dayım və xalam uşaqları ilə birlikdə Kərbəlada qalan müddətdə o vaxt geniş yayılmış xəstəliyə tutulurlar. Gün-gündən halları pisləşir. Nəhayət, nənəm həzrət Əbul-Fəzl Abbasa(əleyhissalam) nəzr edir. Əgər özümün və uşaqlarımın halı yaxşılaşsa qızıldan olan bilərziyini həzrətin zirehinə ataram!

Həmin nəzirdən sonra mehmanxanada yuxu görür. Yuxuda otağın qapısı açılır. Həzrət Əbul-Fəzl Abbas (əleyhissalam) otağa daxil olur. Əlləri biləkdən kəsilmiş halda olur. Nənəm yuxu aləmində ağlayıb həzrətdən soruşur ki, niyə görə əllərin bədənində yoxdur? Həzrət özünü tanıtdırıb buyurur: «Mən Əbul-Fəzl Abbasam». Nənəm özünün və uşaqlarının şəfaət tapmasını həzrətdən istəyir. Həzrət iki mübarək biləklərini nənəmin üzünə sürtür və buyurur: «Bizə etdiyin qolbağı nəzirini hərəmin xuddamına vermə. Onu zirehin içinə at!» Sonra nənəm yuxuda ağlamağa başlayır. O anda babam otağa daxil olur, görür ki, otaqdan xoş ətirli iy gəlir.Həyat yoldaşını isə ağlayan halda görür. Nənəmi yuxudan oyadıb ağlamağının səbəbini soruşur. O, əhvalatı olduğu kimi danışır. Tezliklə anlayırlar ki, nənəmin və uşaqların vəziyyəti yaxşılaşıb. Xəstəlikdən bədənlərində əsər-əlamət yoxdur. Başa düşürlər ki, Allah həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) şəfaətini qəbul etmişdir. Nənəm nəzirini əda edir. Əvvəlcə nə qədər çalışırsa zirehdən qolbağını içəri ata bilmir. Sonradan fikirləşir ki, görəsən qolbağını içəri atsın, yoxsa xuddama versin. Zirehin içərisindən səs eşidir ki, «İçəri at!». Bu dəfə qolbağını zirehin içinə ata bilir.


Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə