ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 4,07 Mb.
səhifə17/39
tarix14.06.2018
ölçüsü4,07 Mb.
#48866
1   ...   13   14   15   16   17   18   19   20   ...   39

QIRX DOQQUZUNCU KƏRAMƏT

«MƏNİM AĞAM, GÖRMÜRSƏNMİ? EŞİTMİRSƏNMİ?»


Ayətullah mərhum hacı şeyx Abbas Əli İslami yazır:

1.Mərhum hacı seyyid Məhəmməd Ərəb neçə illər həzrət Əbul-Fəzl Abbas ibni Əlinin (əleyhissalam) hərəmində xidmətçi olumuşdur. Bir gün ondan soruşdum: Xidmət etdiyin dövrlərdə o həzrətdən kəramətlər müşahidə etmisənmi? Seyyid buyurdu:

Əlbəttə! O həzrətin «Kəramət evi» olması heç də əsassız deyil. Mən çoxlu kəramətlər görmüşəm. Mən öz gördüklərimdən sizə nəql edirəm:

Günlərin birində xidmətçilərlə birlikdə pak hərəmin eyvanında oturmuşduq. Söhbətə məşqul idik. Birdən ərəb bir kişi səhnəyə gəlib o Həzrətə belə ərz etdi:

Mənim ağam! Məgər görmürsənmi? Məgər eşitmirsənmi?....

Mən yaxına gedib onun əhvalını öyrənmək istədim. Amma o mənim sinəmə əlini basıb zirehə tərəf getdi. Əlini zirehin içinə uzadıb ərz etdi:

Əlinin oğlu! Mallarımı səndən istəyirəm! Bir az keçməmiş əlini geri çəkdi. Əlində balaca kisədə nə isə var idi. Onun içi Osmanlı lirəsi ilə dolu idi. Fəryad edir:

Allaha and olsun ki, bu Babul-həvaicin kəramətindəndir!

Bu hadisənin nə olduğunu soruşdum. Dedi: Səudi çöllüklərində yaşayan köçərilərdənəm. Nəcəfə ziyarətə gələn vaxtı mallarım oğurlanmışdı. Nəcəfdən Kərbəlaya qədər «Babul-həvaicdən» şəfaət istəyirdim. Allaha çox şükür ki, məqsudimə çatdım.


ƏLLİNCİ KƏRAMƏT

MƏN BU UŞAĞI İSTƏMİRƏM!


2. İkinci xatirə balaca kor və əlil qız barəsindədir. Biz hadisəni gözümüzlə görürdük. Qızın anası onu arabasına qoyub pak hərəmə gətirmişdi. Balaca qız uşağını zirehin müqabilində yerə qoyub ərz etdi:

«Mən bu uşağı istəmirəm!»

Bu sözü deyib, qayıtdı. Səhnənin ortasına çatmamışdı ki, qız şəfa tapdı. Mən qızın anasını çağırıb dedim:

Gəl qızını da özünlə apar!

Ərəb qadın qayıdıb qızını sağlam gördükdə Həzrətə belə ərz etdi: «Mənim mövlam! Allah sənə yaxşı mükafat versin.»

Bəli, həzrət Əbul-Fəzl Abbas (əleyhissalam) «Babul-həvaicdir». Ondan istifadə edin.


ƏLLİ BİRİNCİ KƏRAMƏT

EY ƏCƏBA! BUDUR KƏRAMƏTİN MƏ`NAS! BUDUR «BABÜL-HƏVAİC» MƏQAMI!


Aşağıdakı kəraməti dostlarımdan yazıb.

Cənab Məhəmməd Əli Hüseyn oğlu, Kərbəla sakini:
«Övladlarımdan biri (Möhsün adlı) anadan olduqda vəziyyəti yaxşı deyildi. Müalicəsindən ötrü iki ay həkimlərə müraciət etdim. Lakin heç bir tə`siri olmadı. Günü-gündən vəziyyəti ağırlaşır və bədəni də arıqlayırdı. Nəhayət, günlərin birində günortadan sonra idi. Mərhum atam dükana gəlib mülayimcəsinə buyurdu: «Dükanı bağla evə gedək.» Mən təəccüblə ondan soruşdum: Axşama hələ çox var. Nəyə görə tələsirsən? Nəhayət, atamın israrı ilə dükanı bağlayıb evə yola düşdük. Yol arasında atam özünə məxsus aram və mülayim nəsihəti ilə söhbətə başladı. Ehsas etdim ki, bəlkə də övladımın başına nə isə xoşagəlməz bir iş gəlməlidir. Atam mənə təsəlli üçün bütün bunları nəql edirdi.

Mənzilə çatdıq. Mən otağa daxil olub xoşagəlməz vəziyyətlə rastlaşdım. Övladım Möhsün qibləyə tərəf uzanmışdı. Başının üstündə bir cild Qur`ani-Kərim vardı. Anası, nənəsi və başqa qohumların gözləri yaşlı idi. Bu uşaqdan əvvəl mən Həsən adlı bir yaşlı uşaq da itirmişdim. Onun dağı hələ də sinəmdən çəkilməmişdi. Çox narahat olmuşdum. Birdən ixtiyarsız olaraq otaqdan çölə çıxdım. Müqəddəs məkana, yə`ni «Babul-həvaic» həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) hərəminə yola düşdüm. İçəri girib pak zirehdən möhkəm yapışdım. Xahiş halında ona ərz etdim:



Ya vəcihən indəllah işfə li indəllah, fi şifai vələdi. Ya babəl həvaic. Ya Əbəlfəzl vəl-kərəm vəl-cud. La turəddini xaibən ya səyyidi!.»

Sonra yenə də sözlərimi və xahişimi təkrarladım. Övladıma şəfa istəyirdim. Həzrətin hərəmində divanələr kimi o tərəf bu tərəfə qaçırdım. Bu səhnə yarım saata qədər davam etdi. Sonra hərəmdən çıxıb mənzilimə tərəf gəldim. Evə yaxınlaşanda qardaşımla rastlaşdım. Məni görcək dedi:

Qardaş harda idin?

Dedim: Həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) hərəminə getmişdim.

Qardaşım gülərüzlə dedi:

Sənə müjdə olsun ki, uşağın sağaldı. Onun xəstəliyi aradan getdi. Heç narahatçılığa dəyməz!

Mən uşağımı ölüm halında qoyub getdiyimə görə fikirləşdim ki, qardaşım məni sakit etməkdən ötrü bunu söyləyir. Amma evə daxil olan kimi atam məni qucaqlayıb dedi: Oğlum hardaydın? Dedim: Həzrət Əbul-Fəzl Abbasın (əleyhissalam)hərəmində idim. Dedi: Xoş sənin halına ki, övladının şəfaətini ondan aldın. Sonra atam mənim üzümdən öpüb birlikdə uşaq olan otağa daxil olduq. Oğlumun nənəsi də gülərüzlə mənə dedi: Oğlum özündə heç bir şübhəyə yer vermə. Oğlunun kəsaləti aradan getdi. İndi yatıb, yuxudadır.

Oğluma yaxınlaşanda onun üzünə baxdım. Bir neçə saat bundan əvvəl rəngi saralmış uşağın eyni açılmışdı. Anasından uşağın halını soruşdum. Dedi: Sən burdan getdikdən bir az sonra gördüm uşağım dərindən nəfəs aldı. Gözlərini açıb təbəssümlə bizlərə baxdı. Elə ki, yaxşılaşdığını gördüm ona süd verdim. İndi də yuxudadır.

Mən sevindiyimdən övladıma heyran qalmışdım. Öz-özümə dedim: Ya Əcaba! Budur kəramətin mə`nası! Budur «Babul-həvaic» həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) məqamı!

Biz hamılıqla Allaha şükür etdik. Ondan sonra gündən-günə övladımın vəziyyəti yaxşılaşdı və tamam sağaldı.

Vəlhəmdu lillahi rəbbil aləmin. Vəssəlam!
Nöhə

Mən fəda canuva qardaş nə yaradur bədənün?

Batmısan qanuva qardaş nə yaradur bədənün?

◊◊ ◊◊ ◊◊ ◊◊



Dilə gəl ey yarali bircə danış Zeynəbilən!

Məni bu şəhrə gətirdün sən axı zillətilən!

Bağlayıblar qolumi indi mənim zəncirilən

Qurbanam canuva qardaş nə yaradur bədənün.

◊◊ ◊◊ ◊◊ ◊◊ ◊◊ ◊◊



Şimri qoli bağlı çəkibdir bu biyabənə bizi

Mindiribdir baş açıq naqeyi üryanə bizi

Gəzdirir zillət ilə zülm ilə həyanə bizi

Bax bu evladuva qardaş nə yaradur bədənün.

◊◊ ◊◊ ◊◊ ◊◊ ◊◊ ◊◊



Kəsilib başi bədəndən məni bir yaduva sal

Ölürəm Şami rəvan qollaruvi boynuma sal

Ağlayır xırda Səkinə bacuvi yaduva sal

Nəzər et bacuva qardaş nə yaradur bədənün.

◊◊ ◊◊ ◊◊ ◊◊ ◊◊ ◊◊



Yoxdi çarəm ayırıblar səni məndən gedirəm

Əl çəkim mən necə qardaş bu cahandan gedirəm

Ayırıb Əkbəri Qasim bu cahandan gedirəm

Salmırsan yaduva qardaş nə yaradur bədənün.

◊◊ ◊◊ ◊◊ ◊◊ ◊◊ ◊◊



Sən deyirdün məgər evladi Peyğəmbər balası

Vurulub peykərüvə nizevu xəncər yarasi

Baş açıqdır bu Əli Əkbərin ağlar anası

Çatmadun kamuva qardaş nə yaradur bədənün.

◊◊ ◊◊ ◊◊ ◊◊ ◊◊ ◊◊



Mən Hüsen aşiqiyəm ağlayıram sübhi məsa

Deyərəm nohə canım belə movlaya fəda

Raci məhşərdə əzadaruva ver əbri cəza

Batmısan qanuva qardaş nə yaradur bədənün.

Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə