ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 4,07 Mb.
səhifə19/39
tarix14.06.2018
ölçüsü4,07 Mb.
#48866
1   ...   15   16   17   18   19   20   21   22   ...   39

ƏLLİ DÖRDÜNCÜ KƏRAMƏT

«QƏMƏRİ BƏNİ HAŞİMİN (Ə) GÜCLÜ BAXIŞI»


Cənab höccətül-islam vəl-müslimin alim, arif seyyid Mürtəza Müctehidi Sistani yazır:

Bir neçə il bundan əvvəl qış fəslində mərhum Seyyid Abbas Rəisi qalı havadv sürüşüb yıxılır. Ayağının yuxarı hissəsi sınır. Bir müddət xəstəxanada, sonra isə oğlu seyyid Əli Əkbər Rəisinin mənzilində yatır. Lakin qocalığın tə`sirindən onun qıçı sağalmaq bilmirdi. O vaxta qədər ki, bir gün oğlunun mənzilində olan vaxtı görür ki, Həzrət Əbul-Fəzl Abbas (əleyhissalam) ata minmiş halda həyətə daxil olur. Əvvəlcə onun yatdığı otağın müqbailində durur, daha sonra baxıb gedir. O tə`sirli baxışdan sonra mərhumun yaşının 80-ı keçməsinə baxmayaraq ayağı yaxşı olur və yol yeriyə bilir.

Elə bir baxış ki, ölüyə can verir. Bu baxış sınıq sümüyün bitişməsində də aciz qalmaz!

ƏLLİ BEŞİNCİ KƏRAMƏT

GƏMİDƏ RÖVZƏXANLIQ!


Cənab höccətül-islam vəl-müslümin Hacı şeyx Məhəmməd Kazim Pənah Rudsəri, Qum elm ocağından olan alimlərdən biri yazır:

Mən hacı şeyx Məhəmməd Kazim Pənah Rudsəri hicrətin 1417-ci ilində ayətullah seyyid Təyyib Cəzairinin mənzilində höccətül-islam hacı şeyx Əli Rəbbani Xəlxalinin xidmətində idim. Orada bu iki kəraməti nəql etdim:

«Mərhum ayətullah uzma hacı şeyx Məhəmməd Əli Əraki (r.ə) 1397-ci hicri ilində övladı höccətül-islam vəl-müslimin hacı şeyx Əbul-Həsən Müslihi ilə birlikdə İraqa imamların ziyarətinə gedilər. Mən bir neçə nəfər tələbə dostumla birlikdə mərhum Ərakinin xidmətində olduq. O, bizə bir neçə mətləb nəql etdi. Onlardan biri də həzrət Əbul-Fəzl Abbas (əleyhissalam) barəsindəki kəramət idi.

O, buyurdu: Atam öz zəmanəsinin alimlərindən biri idi. Məkkəyə ziyraətə gedir. Qayıdarkən gəmi ilə İrana gəlməli olur. Gəminin Cəddə limanından İranın limanlarından birinə gəlməsi on beş gün çəkir. Bu günlər məhərrəmliyə düşür. Təbii olaraq gəmidə mərasim bərpa olunur. Xoşbəxtlikdən bir neçə hacı dəstələri rövzə məclisləri qurmuşdular.

İş elə gətirir ki, bu vaxt gəmidəkilər arasında vəba xəstəliyi yayılmağa başlayır. Sərnişinlərdən bir çoxu bu xəstəliyin səbəbindən canını əldən vermişdi. Onların cənazələrini başqa sərnişinlər şər`i qanunla hazırlayıb dəryaya atırdılar. Bu arada atam da möhkəm xəstələnir. Elə həddə çatır ki, dostları onu yoxlamağa gələndə biri digərindən onun əhvalını soruşur ki, ağanın halı necədir? Cavabında ümidsizliklə başını bulayır. Bildirmək istəyir ki, atamın vəziyyəti elədir ki, sağalmağa heç bir ümid yoxdur. Bu vaxt atam İmamlara(əleyhimussalam) pənah aparır. Nəhayət, Aşura gecəsi tasua yetişir. O gecə atam həzrət Əbul-Fəzl Abbasa(əleyhissalam) pənah aparıb şəfaət istəyir. Ondan sonra atamın halı yavaş-yavaş yaxşılaşır və sağalmağa doğru gedir. Nəhayət, bu xahişlərə səbəb atam tamamilə sağ-salamat vətənə qayıdır.

ƏLLİ YEDDİNCİ KƏRAMƏT

«UŞAĞIN ADINI ABBAS, LƏQƏBİNİ İSƏ ƏBUL-FƏZL QOYUR.»


Cənab Əbdül Hüsyen Cəvahir Kəlam mərhum ayətullah uzma Sahibi Cəvahirin dilindən yazır:

1.Babamın babası mərhum, seyyidə bir qadınla evlənir. Bir neçə müddət övladları olmur. Həkimlərdən və dava-dərmandan ümidləri üzüldükdən sonra möhkəm e`tiqadla Kərbəlaya səfər edir və həzrət Əbul-Fəzl Abbasdan (əleyhissalam) övlad istəyirlər. Allah onların dualarını eşidib az vaxt keçməmiş onlara bir oğlan uşağı əta edir. Ona görə də uşağın adını Abbas, ləqəbini isə Əbulfəzl qoyurlar. Bu uşaq uşaqlığ çağından qocalana qədər həzrət Əbul-Fəzl Abbasın (əleyhissalam) məhəbbətini qəlbində möhkəmlədir. Əbul-Fəzl Abbası (əleyhissalam) köməyə çağırır.


ƏLLİ SƏKKİZİNCİ KƏRAMƏT

«BİRDƏN AYAĞI DAŞA DƏYİR»


2. Mərhum Əbdül Hüseyn Cəvahir bir gün mineral su aparırmış. Birdən ayağı daşa ilişib yerə yıxılır. Əlindəki çanta yerə dəyir və içində olan bir çox şüşələr sınır. Sınıq şüşələr onun bədəninə xəsarət vurur. Ən başlıcası isə onun gözü ağır yaralanır. Gözünə şüşə batdığını hiss edəndə dərhal həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) pak hərəminin müqabilində iki gümüş göz qoymasını nəzir edir. Nəzirdə bildirir ki, əgər bu yaradan gözlərini əldən verməyib sağalsa, bu işi görəcək.

Müalicədən sonra onun gözündən sınıq şüşələri çıxardırlar və gözü tam sağalır. Bundan sonra mərhum Əbdül Hüseyn İraqa imamların ziyarətinə gedib Kərbəlanı ziyarət etdikdən sonra həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) pak hərəminin qapısına iki gümüş göz düzəltdirir.


ƏLLİ DOQQUZUNCU KƏRAMƏT

«MÜNASİB VAXTA QƏDƏR ONA ŞƏFA VƏ`DƏSİ VERİR»


Cənab höccətül-islam vəl-müslimin alim hacı seyyid Əli Əkbər Hairi, Qum sakini yazır:

«Hadisənin xülasəsi belədir: Mütəxəssis həkimlərin müalicəsindən sonra möhkəm xəstələnmiş oğluma «yox» cavabı vermişdilər. Anası Əmirəl-mö`minin Əli (əleyhissalam)-a pənah aparıb yalvarır. O həzrətin doğum günü övladının sağalmasını istəyir. Mübarək Rəcəb ayının onunda oğluma yuxuda nurani bir atlı ona şəfa vermək və`dəsini verir.

Rəcəb ayının 10-u imam Cavad (əleyhissalam)-ın və 13-ü isə imam Əli (əleyhissalam)-ın doğum günlərinə təsadüf edir. Rəcəb ayının on üçündə gecə uşağın anası təzədən həzrət Əli (əleyhissalam)-a dua edib yalvarır. Oğlum yatarkən imam Həsən Müctəba (əleyhissalam), imam Əbi Əbdillahil Hüseyn (əleyhissalam)-ı yuxuda görür. Əli (əleyhissalam) onunla danışarkən öz mübərək əlini onun sinəsinə çəkir və ona tamamilə şəfa verir. Sonra oğluma buyurur:

«Anana de ki, bu da onun bayramcalığı!»

Yenidən onunla görüşünü mübarək Ramazan ayının 21-ci gecəsində olmasını bildirir. Mübarək Ramazan ayının 21-i iki böyük alim ayətullah hacı şeyx Əbul Qasim Xəz Əli və ayətullah Seyyid Kazim Hari (mənim qardaşım) və bir sıra mö`minlər bir məclisdə idilər. Onların arasında bir neçə çətin əlaclı şəxslər də vardı. O gecə övladıma əcib halət üz vermişdi. Qur`anı başa tutmaq mərasimində həzrət Əli (əleyhissalam)-ın pak adına yetişdikdə oğlum öz aləmində o Həzrətlə danışığa başladı. Həzrət öz söhbətlərində uşağa buyurur ki, o məclisdə oturanlara de ki, Həzrət Əbul-Fəzl Abbasa(əleyhissalam) növhə oxusunlar. Bununla da xəstələr şəfa tapacaq. Sonra əlavə edir: Bu xəstələrin hər birisi məsləhət olsa yavaş-yavaş şəfa tapacaqlar. Hansı məsləhət olmasa şəfa tapmayacaq. Amma, Allah-taala bu şəfa əvəzində onlara başqa şey əta edəcəkdir. O deyir: Həzrət Əbul-Fəzl Abbasa (əleyhissalam) növhə deməkdən məqsəd onun müsibətində deyilən qəsidə idi.

Onu da qeyd edək ki, bu məclisdə iştirak edən xəstələrdən Məhdi Şə`bani adlı birisi fələc, hətta danışa bilməyən bu şəxs az bir müddətdə, yə`ni bir ay müddətində sağalır. O, bizim qonşumuz idi.

Tamamilə fələc olmuş bu şəxs hətta evlənməyə də qadir olur. Mən özüm onların nigah əqdini oxumuşam.

Əvvəldə ona işarə etdiyim hadisə bu idi. Ümidvaram, Allah-taala biz Ali Məhəmməd (səlləllahu əleyhi və alehi və səlləm) şiələrinin əlini Əhli-Beyt (əleyhissalam)-ın ətəyindən üzməsin!.

Vəssəlamu ələyna və əla ibadillahissalehin.

XANIM ZEYNƏBİN DİLİNDƏN


Bir Nəcəfdən baş götür bax Kərbəlayə ya Əli!

Qaninə qəltan olan oğlun Hüseynə ya Əli!

** ** ** ** ** **

Bəslədiyun peykərun gül cismi parə parədir

Ol qədər oxlar dəyib yeksər bədəni yarədur

Yarəsin yox bağliyan Zeynəb bu gün əvarədir

Gəlmədün bu dəşdidə ahi nəvayə ya Əli!

** ** ** ** ** **

Əkbərin teşnə verib üryan qılınc qabağinə

Saldılar misli uqab ustən oni qabağinə

İçmədi bir qətrə su qani dolub boğazinə

Qaninə qəltan olub ol no cavanun ya Əli!

** ** ** ** ** **

Bu Hüseynin ya Əli ünbət yolunda baş verib

Yari ənsari ölüb bir yari bi yavər qalıb

Əhli Be`yti xeymədə həm dideyi giryan qalıb

Bir nəzər eylə bu gün Kərbibəlayə ya Əli!

** ** ** ** ** **

Rəhm qıl bir Zeynəbin gözdən axan qan yaşına

Yeddi qardaşi ölüb indi olub kül başına

Neyləsin Şümri vurur qəmçi Səkinə başına

Oldananda xeymələr hər dəm deyərdi ya Əli!

** ** ** ** ** **

Nobeyi meydan yetişdi şahi dini məhşərə

Boynuna saldi kəfən baxdi Əliyyi Əkbərə

Mərkəbində əyləşib vurdi özünü leşkərə

Baş açıbdır Fatimə meydan içində ya Əli!

** ** ** ** ** **

Aldi aquşə Hüseyni Fatimə qan ağladi

Bağrına basdı o dəm göydə mələklər ağladi

Qətl edəndə Şümri din xəncər əlində ağladi

Qan yağdi göydən yerə Kərbibəladə ya Əli!

** ** ** ** ** **

Bir tamaşa etginən Kərbibəla meydaninə

Kufə əhli zülm edib axir zaman imaminə

Ol qədər ox vurdular teşnə Hüseynin caninə

Çeşmə-çeşmə qan verir isti qum üstə ya Əli!

** ** ** ** ** **

Neynəmüşdün ya Hüseyn qomi sənə zülm eylədi?

Saldılar üryan yerə qaninə qəltan eylədi

Zeynəbi Gülsüm o gün naleyi əfqan eylədi

Açdı Peyğəmbər başın meydan içində ya Əli!

** ** ** ** ** **

Ya Hüseyn eylə qəbul ağlar əzadə nohəxan

Eyləsən qismət özün qəbrün yanında mən ölüm

Aduvi zikr eylərəm həşri olunca mən qulam

Tut əlindən Nadimun eylə şəfaət ya Əli!


Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə