ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 4,07 Mb.
səhifə23/39
tarix14.06.2018
ölçüsü4,07 Mb.
#48866
1   ...   19   20   21   22   23   24   25   26   ...   39

YETMİŞ İKİNCİ KƏRAMƏT

«BURDAN ÇÖLƏ ÇIXIN, YOXSA HAMINIZI ÖLDÜRƏRƏM!»


Höccətul-islam vəl-müslimin Hacı Şeyx Əşrəf Kaşani bizə üç kəramət yazıb:

1.Bəndə həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) kəramətini belə müşahidə etmişəm.

Səkkiz yaşımda ikən valideynlərimlə birlikdə atamın anasından irs qalan evdə yaşayırdıq. Anamın atası Kaşan məntəqəsinin tanınmış rövzəxanlarından idi. Adı seyyid Məhəmməd idi. Onun 6 övladı (4-ü oğul, 2-si qız) vardı. Oğlanlarından ikisi ruhani idi.

Böyük oğlu seyyid Əbul Qasim rövzə oxumaqdan ötrü bir il Semnan məntəqəsinə gedir. Orada bəhailərlə ilə qarşılaşır. Yolunu azmış bu məzhəbin üzvləri onu zəhərləyirlər. O, dəli olmuş halda Kaşana qayıdır. O vaxt mən səkkiz yaşında idim. Gördüm ki, günlərin birində o, evin üstünə çıxıb öz-özünə belə deyir:

«Hamınız çıxın çölə, yoxsa sizləri öldürərəm!»

Üç ilə yaxın bu divanəlik onda davam etdi. Bu vaxtda onun vəziyyəti elə qorxulu idi ki, bütün Kaşan əhalisi ondan qorxub çəkinərdilər. Nəhayət, məcbur olurlar ki, onu zəncirlə bağlasınlar. Sağalmasına da heç kim artıq ümid etmirdi. Üç ildən sonra zövcəsinin həzrət Əbul Fəzl Abbasa(əleyhissalam) pənah aparması ilə şəfa tapdı. Onun təvəssülü hadisəsi belə olub:

Zövcəsinin atası zahid və mö`min bir şəxs imiş. Dünyasın dəyişərkən qızına deyir: Mən kasıb şəxsəm, əlimdə bir şey yoxdur ki, sənə verəm. Amma elə bir gövhər verirəm ki, min dəfə dünya malından üstündür. Nə vaxt biçarə oldun və nicat yolları üzünə bağlansa get qaranlıq bir otağa iki rəkət namaz qıl və bu iki beyt şe`ri oxumağa başla:

Ey mahi bəni Haşim, Xurşidi liqa Əbbas!

Ey nuri dili Heydər, Şəmi şühada Əbbas!
Ba mehnəto dərdi cəm, Mən ru be tu avərdəm!

Dəste məne məhzun gir, əz bəhri Xuda Əbbas!

Tərcüməsi:

Ey bəni Haşimin ayı, Günəşə oxşar Əbbas!

Ey Heydərin qəlbinin nuru, şəhidlərin şəm`i Əbbas!
Dərdli və qəmli halda, sənə üz gətirmişəm!

Mən qəmlinin əlindən tut, Allah xatirinə Ya Əbbas!

Seyyidin divanəliyindən üç il sonra bu vəsiyyət onun zövcəsinin yadına düşür. Aşağı otağa gedir. Heç bir işıq gəlməyən yer tapır. İki rəkət namaz qılıb duanı oxumağa başlayır. Özünün dediyinə əsasən birdən görür ki, qaranlıq otaq işıqlı olur. Başını qaldıranda başının üstündə kəsilmiş bir əlin durduğunu görür. Səs gəlir ki:

Dur get! Biz seyyid Əbul Qasimə şəfa verdik!

Tez qalxıb tələsik çölə çıxır. Seyyidin başının üstünə gəldikdə görür ki, yuxudadır. Halbuki, o vaxta qədər gözlərinə yuxu getmirdi.

Kaşan əhalisi xəbərdar olurlar ki, həzrət Əbul Fəzl Abbas (əleyhissalam) seyyidə şəfa verib. Onlar bir aya yaxın seyyidin görüşünə gəl-get edirlər. İş o yerə çatmışdı ki, onun əlinin suyundan xəstəliyə şəfa kimi aparırdılar. Harada rövzəxanlıq məclisi olurdusa, birinci onu də`vət edirdilər.

Bu müşahidəni biri də cənab Rəbbaninin (kitabın müəllifi) xahişinə görə ona yazdım.


YETMİŞ ÜÇÜNCÜ KƏRAMƏT

«BİR ƏL GƏLİB MƏNİ GÖTÜRDÜ!»


2Həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) başqa kəraməti budur:

Kaşan şəhərində «Möhtəşəm» adlı təzə bir xiyaban açmışdılar. Asfalt çəkməmişdən qabaq yola su tökürdülər. Kaşanda dərinliyi qırx metrə çatan çoxlu quyular var. Məktəb uşaqları səf çəkib xiyabandan keçirdilər. Təsadüfən quyulardan biri uçur və Cavad Əxbari adlı bir uşaq həmin quyunun içinə düşür. Ə`lacsız halda hamı tamaşa edirdi. Maşın gətirib üç gün quyunun torpağını çölə atdılar. Nəhayət, uşağa çatdılar. Gördülər ki, uşaq sağdır. Uşağı quyudan çölə çıxartdılar. Dövrəsini alıb sual-cavab etməyə başladılar. Necə oldu ki, sağ qaldın? Cavab verdi:

Elə ki, quyunun dibinə düşdüm ancaq «Ya Əbul Fəzl Abbas!» deyə çağırdım. Bu vaxt bir əl çıxıb məni quyunun dibində olan taxçanın üstünə qoydu. Dedilər:

Bu neçə günü orda ac necə qaldın?

Dedi: Məndən ötrü süd gətirmişdilər.

Bu aşkar mö`cüzədən sonra Kaşanda bir müddət çırağlar yandı. Hamı uşağın ziyarətinə gəlirdilər.


YETMİŞ DÖRDÜNCÜ KƏRAMƏT

«YA BABUL HƏVAİC! NƏYİM VARDISA ALDILAR!»


3. Bir vaxtlar günortadan sonralar həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) pak hərəmində, sübhlər isə imam Hüseyn (əleyhissalam)-ın mübarək hərəmində mənbərə gedirdim. Həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) hərəminin kiliddarı Seyyid Həsən idi. Mən mənbərdə həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) ziyarəti barədə söhbətə başladım. Günlərin birində mənbərdən düşərkən hərəmdə namaz qılan bir seyyid məni çağırıb dedi:

Bu gün sizin söhbətlərinizi eşitdim. Gördüm, Həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) ziyarətinin fəziləti barəsində söhbət edirdiniz. Amma, mən özüm müşahidə etdiyim əhvalatı sizə nəql edirəm siz də bunu mənbərdən əhaliyə nəql edərsiniz. O əhvalat bu idi:

Kərbəla ətrafından olan çobanlardan birisi bir neçə baş qoyunu bazarda satıb pulunu cibinə qoyub qayıdırmış. Kərbəladan çıxanda oğrular onun yolunu kəsib pulunu zorla alırlar. Kişi yarı yoldan Kərbəlaya qayıdır və həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) hərəminə daxil olur. Həzrətə xitab edərək buyurur:

Ya Babul həvaic! Nəyim varsa aldılar! Səndən başqa mənim pənah yerim yoxdur. Əhali onun ardınca hərəmə daxil oldular. O, çoxlu ağladıqdan sonra əlini zirehin pəncərəsindən içəri salıb bir neçə dəqiqədən sonra dedi:

Ya Əbul Fəzl! Təşəkkür edirəm!

Pakistan camaatı onu dövrəyə alıb soruşurlar ki, əlidəki nədir? O, əlini açır. Görürlər ki, əlləri qızıl pulla doludur. Onlar qızılı pulla kişidən alırlar. Onun əlində bir ədəd qızıl pul qalır. Alverçilər onu da almaq istəyirlər, lakin, kişi cavab verir ki

: Əgər Kərbəlanı da qızılla doldurub mənə verəsiniz həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) kərəmindən olan bu qızılı sizə vermərəm!


Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə