ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 4,07 Mb.
səhifə31/39
tarix14.06.2018
ölçüsü4,07 Mb.
#48866
1   ...   27   28   29   30   31   32   33   34   ...   39

YÜZ BİRİNCİ KƏRAMƏT

«ÖLMÜŞ UŞAQ DİRİLDİ!»


Cənab höccətul-islam vəl-müslümin seyyid Hüseyn Hüseyni Tehrani yazır:

Dostlardan biri nəql edir: Həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) hərəmində ziyarətlə məşğul idim. Köçəri ərəblərdən birinin iplə bağlı bir şeyi pak zirehin yanına qoymağını müşahidə etdim. Sonra özü çəkilib kənarda oturdu. Daha sonra bir kişi ilə qadın xüsusi libasla gəlib iplə bağlı qutunun başı üstə durdular. Mübarək zirehdən tutub şiddətlə təkan verib ərəbcə nə isə dedilər:

Bir neçə andan sonra qutu tərpənməyə başladı. İplər qırıldı və təəccüblə gördük ki, qutunun içindən 10-12 yaşlı bir uşaq çıxdı.

Bu hadisəni müşahidə edənlər təəccüblə əvvəlcə qutunu gətirən birinci kişidən hadisənin əsl sirrini soruşdular. O dedi:

Ərəbin köçəri qəbilə başçılarından olan bu kişi və qadının uşaqları olmurdu. Qəbilə başçılığı onların adətinə görə irsi olur. Bir müddət sonra Allah onlara bir oğlan uşağı əta edir. Lakin, bir müddətdən sonra uşaq xəstələnir. Nə qədər müalicə edirlərsə faydası olmur. Təkcə yolu bunda görürlər ki, uşağı həzrətin hərəminə gətisinlər. İki günlük yol arasında uşaqdan göz olmağı (onların xadimi olduğuma görə) mənə tapşırmışdılar. Yol arasında uşağın vəziyyəti ağırlaşdı və dünyasını dəyişdi. Onu bu qutuya qoyub ağzını da bağladım. Lakin ata-anasının qəlbləri qırılmamaqdan ötrü hadisəni onlara xəbər vermədim. Əslində iki gün idi ki, onların uşaqları ölmüşdü. Siz öz gözünüzlə gördünüz ki, həzrət Əbul Fəzl Abbas (əleyhissalam) bərəkətindən Allah çıxmış ruhu necə təzədən bədənə qaytardı və uşaq tam sağlam oldu. Bu vaxt uşağın ata-anası qərara alırlar ki, onu Kərbəlada olan böyük alimlərdən birinin yanına aparsınlar.

Şeyx oğlandan soruşdu: Nə gördün?

Cavab verdi: Mən ölmüşdüm. Ata-anam həzrət Əbul Fəzl Abbasa(əleyhissalam) dua etdikdə, Ruh mələyi məni göydə yaxşı və gözəl bir otağın qapısının ağzına aparıb dayanmışdı. İki qolları bədənində olmayan bir ağa bizə yaxınlaşdı. Mələk o ağadan hacət istədi. Ağa otağın içinə daxil oldu. Otağın içində cəlal və əzəmətlə oturmuş bir nəfər iar idi ki, dizinin üstündə iki oğlan uşağı oturmuşdu.

Qəməri bəni Haşim(əleyhissalam) onlara dedi:

Bu işi də yola verin.

Cavabında buyurdular: İş qurtarmışdır!

Həzrət Əbul Fəzl Abbas (əleyhissalam) cavabında buyurdu:

Əgər belədirsə buyurun ki, «Babul həvaic» ləqəbini mənim üstümdən götürsünlər. Mən «Babul həvaic» olmasam əhali naümid qayıtsın! Gördüm oturan ağa əlini qaldırıb dua etdi. Həzrət razı və sevincək halda bizə tərəf gəldi. Mənim yanımda olan mələyə buyurdu: Onun ruhunu bədəninə qaytarın!

Bununla da mən həyata qayıtdım!

YÜZ İKİNCİ KƏRAMƏT

«ÖVLADIMA HƏZRƏT ƏBUL FƏZL ABBAS(Ə) ŞƏFA VERDİ!»


Ayətullah hacı seyyid Hüseyn Musəvi Kermani yazır:

Uşağım xəstlənmişdi. Hansı həkimə aparırdımsa kor bağırsağının kəsiləcəyini tə`yin edirdilər. Doğrusu həkimlərin analizinə arxayın olmadım. Uşağı Tehrana həkimə apardım. Həkim analiz verilməsini tə`kid etdi. Üç gündən sonra analizin cavabı veriləcəkdi.

Analizin cavabını səhəri gün alacağdım. Gecə gözümə yuxu getmədi. Fikirləşirdim ki, əgər uşaq cərrahiyyə olunsa nə edəcəm? Çox həyacanlı idim. Gecə yarıdan sonra yerimdən qalxıb dəstəmaz aldım. Namaz qılmağa başladım. Sübh namazına yaxın qəlbimdə dedim:

Nəyə görə Həzrət Əbul Fəzl Abbasa(əleyhissalam) nəzr etməyim? Ağlamağa başladım. Dedim:

İlahi! On dörd Mə`sum (əleyhimussalam)-a, həzrət Əbul Fəzl Abbasa (əleyhissalam) xatir bu uşağa şəfa ver!

. Bundan əlavə həzrət Əbul Fəzl Abbasa(əleyhissalam) bir qoyun qurban nəzir etdim. Səhəri analizin cavabı dalınca getdim. Cavabı alıb həkimə apardım. Həkim baxdıqdan sonra buyurdu: Analizdə kor bağırsaqdan əsər-əlamət görünmür. Uşağınız tamamilə sağlamdır. Az yediyinə görə zəifləmişdir. Öz-özümə dedim: Budur həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) Allah dərgahında hörməti. Allahummə səlli əla Mühəmmədin və ali Mühəmməd!


YÜZ ÜÇÜNÜCÜ KƏRAMƏT

«Şİ`Ə BİR CAVAN QAÇIR!»


Höccətul-islam seyyid Şəhriyar Riza Abidi Pakistani nəql edir:

Hindistanda cavan bir şi`ə ilə sünni arasında mübahisə düşür. Cavan şi`ə polisi görüb qaçır və bu polis onun ardınca düşür. Cavanın evini polis tanıdığına görə evə kimi onun ardınca gəlir. Oğlan mənzilə girib stolun altında gizlənir. Oğlanın anası və bacıları həzrət Əbul Fəzl Abbasa(əleyhissalam) dua oxumağa başlayırlar. Polis evə girəndə hər tərəfi axtarır. Hətta, oğlan olan stolun da altına baxır, amma oğlandan əsər-əlamət tapmayıb çıxıb gedir.


YÜZ DÖRDÜNCÜ KƏRAMƏT

«HƏZRƏT ƏBUL FƏZLİN(Ə) KƏRAMƏTİNDƏN DÜKANA HEÇ BİR ZƏRƏR DƏYMİR.»


Tehrandan «Ənsarul Əbbas» hey`ətinin başçısı Hacı Hüseyn yazır:

Hacı Həsən, bizim hey`ətin həzrət Əbul Fəzl Abbas (əleyhissalam) adına ələmini saxlayır. Bazarda bir dükanı var. Bir müddət əvvəl bazarda yanğın olur. Belə ki, bazarda onun ətrafında olan dükanların hamısı yanır. Amma onun dükanına heç bir şey olmur. Səhəri hamı bazarda bu mənzərəni təəccüblə müşahidə edir. Bundan başqa bütün dükanlar yanmışdı. Həzrətin kəramətindən dükan amanda qalmışdı.


YÜZ BEŞİNCİ KƏRAMƏT

«SƏN NƏ İŞ GÖRÜRSƏN?»


2. Bir il bundan əvvəl xanımlardan birinin mə`dəsində xərçəng şişi əmələ gəlmişdi. Günü-gündən arıqlayıb zəifləyirdi. Həkim müayinə və aparat yoxlanışından sonra qərara alındı ki, cərrahiyyə əməli olunsun. O, cərrahiyyədən bir gün əvvəl həzrət Əbul Fəzl Abbas (əleyhissalam) ələmini öpdükdən sonra izhar edir:

Ağa can! Siz, şi`ə olmayanlara belə şəfa verirsiniz. Mən ki, sizin dostlarınızdanam, məni naümid etməyin!

Səhəri sübh hiss edir ki, vəziyyəti yaxşıdır. Xəstəxanaya müraciət etdikdə həkim onun vəziyyətinin dəyişdiyini hiss edib təzədən müayinə etmək qərarına gəlir. Mə`dəsinin şəklini çəkir. Təəccüblə görür ki, dünənki şişdən əsər-əlamət yoxdur. Şiş bir dəfəlik aradan getmişdi. Soruşur:

Nə iş görmüsən?

Xəstə cavab verir: Həqiqi həkimə müraciət etdim və şəfa tapdım. O həkim qəməri, bəni Haşim Həzrət Əbul Fəzl Abbasdır (əleyhissalam).


Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə