ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 4,07 Mb.
səhifə30/39
tarix14.06.2018
ölçüsü4,07 Mb.
#48866
1   ...   26   27   28   29   30   31   32   33   ...   39

DOXSAN ALTINCI KƏRAMƏT

«QIZIM ŞƏFA TAPDI!»


Qızım Məryəm Gülüstani barəsində həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) kəramətini müşahidə etmişəm. Hadisə belə olub:

3. İki yaşında olarkən ayaq ağrılarından şikayətlənib nalə çəkirdi. Nəhayət, onu həkimin yanına apardım. Qızım o qədər ağrı hiss edirdi ki, heç kəs cür`ət edib ayağına əl vura bilmirdi. Həkim onun ayaqlarını müayinə etdikdən sonra dedi:

Ayaqlarının şəkli çəkilməlidir. Şəkli çəkəndə gördük ki, uşağın ayağının sümükləri ayağın ucundan tutmuş topuğuna qədər iynə ucu kimi kök atıb və bu xırda sümüklər ətə batıb uşağa əziyyət verir.

Həkim buyurdu:

Ayağın ətini kəsib sümüyü çölə çıxartmalı (üstünü açmalı) və sümük köklərini qaşıyıb təmizləməliyik. Lakin uşağın yaşının azlığına görə bu əməliyyatı etmək olmaz.

Uşağı şiddətli ağrı içində qaldırıb həzrət Əbul Fəzl Abbas(əleyhissalam) adına «su paylanan» evə apardıq. Qapının ağzında bir nəfər oturub möhür-təsbeh satırdı. Ondan xahiş etdim ki, sandığını kənara çəksin. Onun altından bir az torpaq götürüb uşağın ayağına sürtüb evə gəldik. Bu halda da başa düşdüm ki, uşaq daha ayaqlarından şikayət etmir və Allahın rəhmətinə görə həzrət Əbul Fəzl Abbas(əleyhissalam) bərəkəti ilə qızım şəfa tapıb. Onunla da qızımda bu dərddən əsər-əlamət qalmadı.


DOXSAN YEDDİNCİ KƏRAMƏT

«BUNLARDAN KİM SAQQALINI QIRXIB?!»


Qum elm ocağının tələbəsi cənab Mənzur Hüseyn İlqari pakistanlı yazır:
Pakistanın «Sənd» şəhərinin zindan rəisi Qumda həzrət Mə`sumənin(salamullahi əleyha) hərəmində oturmuşdu. O, Pakistanda ədalətli, imanlı və tanınmış şəxslərdən idi. Bir çox mö`minləri dövlət zindanlarından azad etmişdi. O, öz şəhərində Ayətullah Şeyx Qulam Məhdi Nəcəfi və Ayətullah Seyyid Səmər Həsən Zeydidən dərslər almışdı. Mənə belə bir hadisəni nəql etdi:

1971-ci ildə həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) hərəmində oturub ziyarət və dua oxumaqla məşqul idim. O vaxt mən saqqalımı qırxdırmışdım. Birdən çöhrəsi nurani, uca boylu və əzəmətli bir şəxs mənim müqabilimdə dayandı. Mən onunla danışmağa cür`ət etmədim. Nəhayət, mənə dedi:

«Ey Mənzur Hüseyn! İman kəlməsini dilinə gətir.»

Mən iman kəlməsini dilimdə cari etdim.

Sonra məndən soruşdu:

«Kim sənə deyib ki, iman gətirməkdən ötrü bu kəlmələri deməlisən?» Cavab verdim: Həzrət Məhəmməd (səlləllahu əleyhi və alehi və səlləm). Soruşdu:

«De görüm Əmirəl-mö`minin Əli (əleyhissalam)-ın və imam Hüseyn (əleyhissalam) və bu hərəmin sahibi həzrət Əbul-Fəzl Abbasa(əleyhissalam)-ın vilayətinə iman gətirmisənmi?»

Dedim: Əlhəmdulillah! Bəli!

Dedi: «Bunlardan hansı biri saqqalını qırxıb?»

Mən cavab vermədim. Çox peşiman oldum. O, nurani şəxs zirehə tərəf getdi və gözdən itdi.


DOXSAN SƏKKİZİNCİ KƏRAMƏT

«EY XIRDA MƏŞQİN SAHİBİ! MÜŞKÜLÜMÜ HƏLL ET!»


Cənab şair və məddah Məhəmməd Əllamə bir neçə kəramət yazıb:

1.Kərbəlaya ziyarətə getmişdim. Həzrət imam Hüseyn (əleyhissalam)-ın hərəminin qapısının ağzında durmuşdum. Birdən ucadan ərəblərdən birinin səsini eşitdim. Divanə bir qızın arabada olduğunu gördüm. Qohumları onun ətrafını tutmuşdular. O, fəryad çəkib bütün ətrafındakıları pərişan edirdi. Bu hadisədən bir neçə gün keçmişdi, gördüm ki, onu həzrət imam Hüseyn (əleyhissalam)-ın hərəmindən həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) hərəminə aparırlar. Bir gün gördüm ki, həzrət Əbul Fəzl Abbas(əleyhissalam) hərəmində cəmiyyət toplaşıb.

Soruşdum: Nə xəbərdir?

Dostlar dedilər:

Qızın atası çox zəhmətlə qızın zirehin yanında otuzdurubmuş. Özü də həzrətə dua edirmiş. Qarışıqda gedib gördük ki, atası xüsusi ərəb adəti ilə Həzrətə dua edir. Hər dəfə Əbul Fəzl Abbasın(əleyhissalam) bə`zi ad və kunyələrini çağırırdı. Bə`zən deyirdi:

Ey Zeynəbin qardaşı! Və ya: Ey Hüseynin Ələmdarı! Ey xırda su məşqinin sahibi! Mənim müşkilimi həll et!

Birdən qız oturduğu yerdən qalxıb dedi: Ata can mənə ziyarəti Abbas oxu! Bununla da qız şəfa tapır.

DOXSAN DOQQUZUNCU KƏRAMƏT

«ALLAHDAN SƏNƏ ŞƏFA İSTƏDİM!»


2. Dostlardan biri nəql edir:

Məhərrəmin doqquzuncu günü rövzə oxumaqdan ötrü Tehranın «Bu Əli» adlı xəsətəxanasına getdim. Gördüm ki, cavanlar vəziyyətləri ağır halda yataqlarının üstünə qara bayraq vurmuş, əzadarlıq etməyə qüdrətləri yoxdur. Cavanlardan biri məni səsləyib buyurdu:

Qardaş! Mən də cavanam. Arzu edirdim ki, bütün cavanlar kimi həzrət Əbul Fəzl Abbasdan(əleyhissalam) ötrü əzadarlıq edim!........

Doqquzuncu və aşura günü keçdi. 40-cı günü bazarda növhə oxuyurdum. Cavanlardan biri yaxşı sinə vururdu. Məni görüb yaxın gəldi və dedi:

Məni tanıyırsınızmı?

Dedim: Xeyr!

Cavab verdi: Yadınızdadırmı tasua günü mənim yatağımın başına gəlmişdin? Gecə siz getdikdən sonra həzrət Əbul Fəzl Abbas (əleyhissalam) sanki gözümə göründü və mənə buyurdu: Dur!

Dedim: Taqətim yoxdur!

Dedi: Allahdan səndən ötrü şəfa istəmişəm!

Allaha çox şükür ki, şəfa hasil oldu.


YÜZÜNCÜ KƏRAMƏT

«XIRDA QƏBİR İDİ!»


3. Mən Təbriz vaizlərindən biri mərhum şeyx Əli Əkbər ilə birlikdə günortadan sonra həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) hərəmində mənbərdə söhbətə getmişəm. Söhbətə çoxlu zəvvar gəlirdi. Günlərin birində xidmətçilərdən biri mənə dedi:

Hərəmin kiliddarı səni çağırır. Getdim. Soruşdu:

Bir şey istəyirsən?

Buyurdum: Xeyr! Əgər israr edirsənsə hörmət göstərib məni hərəmin zirzəmisinə aparın. Orada həzrətin pak qəbrini yaxından ziyarət edim. Bir gün sonra iki nəfər dostların köməyi ilə zirzəmiyə getməyə icazə aldıq. Qüsl edib getməyə hazırlaşanda iranlı bir şəxs (Mazandaran əhli) gəlib Allaha and verdirdi ki, hara gedirsə onu da özümlə aparım.

Nəhayət, Əlqəmənin yanından keçib həzrətin zirzəmidə olan əsl qəbrinə gəldik. Xırda bir qəbir idi. Dedim:

Əbul Fəzl Abbas (əleyhissalam)-a o qədd-qamətlə bu xırda qəbir nədir? Sonradan yadıma düşdü ki, axı imam Zeynülabidin (əleyhissalam) o Həzrətin tikə-tikə olmuş bədənini cəm edib dəfn etmişdir!!!



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə