ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 4,07 Mb.
səhifə32/39
tarix14.06.2018
ölçüsü4,07 Mb.
#48866
1   ...   28   29   30   31   32   33   34   35   ...   39

YÜZ ALTINCI KƏRAMƏT

«ONUN SAĞALMASINA HEÇ BİR ÜMİD YOX İDİ!»


1995-ci ildə Hacı Salihi adlı bir şəxs bildirir ki, qəlbimin damarları tutulduğuna görə çətin və ağır bir cərrahiyyə əməlinə hazırlaşırdım. Həzrət Əbul Fəzl Abbasa(əleyhissalam) dua etdm. Həkimlər mənim sağalmayacağımın hökmünü vermişdilər. Onlar cərrahiyyə əməlinin də müvəffəq olmamasını bilirdilər. Lakin, yaxın qohumlarının israrına görə onu cərrahiyyə əməlinə aparırdılar. Bir gün sonra həkimlər xəstəni tamamilə sağlam şəkildə görürlər. Hamısı bildirirlər ki, bu iş yalnız mö`cüzə vasitəsilə ola bilər.

Hacı Salihi indi fabriklərdən birində işləyir. Hər il həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) adına ehsan verir.


YÜZ YEDDİNCİ KƏRAMƏT

«EHTİYAC ƏLİNİ ÜMMUL BƏNİNİN ÖVLADINA UZAT!»


3. 1994-cü ildə Haciyə xanım əlində iki əsa vasitəsilə uzun müddət xərçəng xəstəliyindən əzab çəkib sürünürdü. Bizim əzadarlıq hey`ətinə müraciət etdi. Həzrət Ümmül Bənin övladına (əleyhissalam) ehtiyac əlini uzatdı. O, bizim hey`ətin başçısına xahiş etdi ki, məddahlara və rövzəxanlara xahiş edin ki, Allaha xatir həzrət Əbul Fəzl Abbasdan(əleyhissalam) şəfa istəsinlər. Onun xahişi qəbul olundu.

Sonrkı həftə həmin qadın əlində heç bir əsa olmadan cümə günü bizim hey`ətə müraciət etdi. Əlində şirni qutusu var idi. Hədsiz sevinclə dedi ki, Həzrətdən şəfa aldım! Bu iş bizim hamımızın sevincinə səbəb oldu.


YÜZ SƏKKİZİNCİ KƏRAMƏT

«HƏZRƏTDƏN NAÜMİD OLMAMAQDAN ÖTRÜ SEL KİMİ GÖZ YAŞI LAZIMDIR.»


4. 1998-ci ildə Məşhəddən müəllimlərdən biri zəng etdi ki, əsgərliydə olan oğlu Tehranda xəstəxanadadır. O, hər iki böyrəklərini əldən verib bihuş halında qalmışdır. Nə qədər ki, dünyasını dəyişməyib gəlin görün!

Ata həmin gün hərəkət etdi. Sübh tezdən Tehrana çatdı. Dostlardan birinin mənzilinə dəyib dərhal xəstəxanaya yola düşdü. Oğlunu bihuş halda müşahidə etdi. Ağlar və narahat halda dostunun mənzilinə qayıtdı. Dostu ona bildirir ki, sabah sübh «Ənsarul Abbas» adına hey`ət dua məclisi keçirəcək. Bu vaxta kimi çoxları həzrət Əbul Fəzl Abbasdan(əleyhissalam) şəfa almışdır. Sən də bu dua məclisində iştirak et. Ata sübh tezdən mərasim keçirilən yerə gedir. Həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) ələmini gördükdə göz yaşlarını saxlaya bilmir. Ağadan xahiş edib yalvarır ki, onu naümüd etməyib oğluna şəfa versin.

Həmin gün axşamüstü xəstəxanaya gəlir. Tam təəccüblə oğlunu öz yataq taxtı üzərində sağlam şəkildə oturduğunu görür. Onu qucağına alıb halını soruşanda əsgər oğlu cavab verir:

Bu gün heç bir şeyi hiss etmədiyim halda birdən yaşıl bir parlaq nur gördüm. Göydən iki göy rəngdə nur aşağı enirdi. Hər an mənə yaxınlaşırdı. Elə ki, nur tamamilə mənə yaxınlaşdı. Hər ikisi xurmaya bənzər kimi mənim bədənimdən böürəklərimə daxil oldular. Dərhal huşa gəldim və əhvalımın yaxşı olduğunu müşahidə etdim. İndi heç bir narahatçılığım yoxdur.

Bir həftə sonra ata-oğul bizim əzadarlıq hey`ətinə gəlib hadisəni mikrafonla əhaliyə e`lan etdilər.

YÜZ DOQQUZUNCU KƏRAMƏT

«BU AĞA ƏBUL FƏZL ABBASDIR!. SƏNƏ ŞƏFA VERMƏYƏ GƏLİB.»


Xanım Fatimə Rüstəmpurun 1998-ci ildə həzrət Əbul Fəzl Abbas (əleyhissalam)vasitəsilə şəfa tapmağım aşağıdakı kimidir:

Xəstənin adı: Xanım Fatimə Rüstəmpur.

Yaşadığı yer: Kerman şəhəri, Mütəhhəri parkı, Seyyid şühəda küçəsi-12. Hazırlıq institunun cənub tərəfi: 14. Cənab Nəzərinin mənzili.

Xəstəlik müddəti: 5 ay.

Həkimə müraciəti: 1998-ci il.

Xəstəliyi: Xərçəng.

Müalicə həkimi: Doktor Mənsuri «Xərçəng xəstəliyi üzrə mütəxəssis.

Hadisəni xanımın övladı xanım Təyyibə Nəzəri nəql edir:

48 yaşlı anam əvvəllər sağlam idi. Təxminən beş ay bundan əvvəl mənə elə gəldi ki, anamda xəstəlik vardır. Əllərində və qoltuğunun altında olan ağrılarından şikayətlənirdi. Bu işin böyüməsini gördükdə həkimə müraciət etdik. Həkim bizi analiz otaqlarına yolladı. Analizin cavabından sonra qərara alındı ki, cərrahiyyə əməli ilə bu şişi götürmək lazımdır. Cərrahiyyə zamanı mə`lum oldu ki, bu götürüləsi şiş deyildir. Artıq şiş boyun hissəsinə də təcavüz etmişdi. Boyun və sinə tərəfdən şişin əsərləri görünürdü. Heç bir əməliyyat etmədən kəsilən yeri tikib anamı evə göndərdilər.

Allahdan başqa hər yerdən ümüdümüz üzülmüşdü. Qəlblər yalnız Allahı nəzərə alırdı. Anamın əllərinin ağrısı şiddətlənəndə kimyəvi keyitmə dərmanından ötrü həkim Mənsuriyə müraciət etdim. O, dedi:

Allahın köməyi ilə dərman verməyə başlayaq. Ancaq sağalmağa heç bir ümüd yoxdur. Sağ qalmayacaq.

Hamımız narahat idik. Hərə bir söz deyirdi. Həkim evdə müalicə üçün bir həftəlik nüsxə yazdı. Tapşırdı ki, sonradan xəstəxanaya müraciət edərsiniz!

Bu arada anamın qonşularından biri yuxuda görür ki, həzrət Əbul Fəzl Abbas(əleyhissalam) adından su paylayan bir nəfər bir dəstə qoyun otarmaqla məşğuldur. Xanım Rüstəmpur (anam) sağlam halda qoyunların böyüyündən birini tutub su paylanan evin qabağında qurban kəsir. Sonra ziyarət oxumaqla məşğul olur. Bu yuxudan sonra biz bacı-qardaş qərara aldıq ki, bir qurbanlıq aparıb ziyarətgahda kəsib ehsan verək. Üçüncü gün Kermandan, imam Rza (əleyhissalam)-ın nəvələrindən birinin ziyarətgaha hərəktə gəldik. Axşama iki saat qalmış İmamzadə ziyarətgahına çatdıq. Orada əvvəlcə on dörd Mə`suma(əleyhimussalam) dua oxuduq. Sonra aşura ziyarəti oxuduq daha sonra bir qoyun qurbanlıq kəsib Kermana qayıtdıq.

Anam yorulub saat səkkizdə yuxuya getdi. Yuxuda görür ki, şəhid oğlu ilə bir nəfər üzü niqablı böyük şəxsiyyət otağa daxil olurlar. Oğlu deyir: Ana! Bu ağa «Həzrət Əbul Fəzl Abbasdır(əleyhissalam). Sənə şəfa verməyə gəlib. Bu vaxt hiss etdim ki, ağa əlini şişin üzərinə vurdu. Buyurdu: Sənin xəstəliyin yoxdur! Sağalmısan! Qalx!

Uşaqlar nəql edirlər: Axır vaxtlarda yerdən başqalarının köməyi ilə güclə qalxan anam, ağlar halda sür`ətlə yuxudan oyanıb oturdu və dedi:

Ağa Əbul Fəzl Abbas (əleyhissalam) burda idi. Mənə şəfa verdi. Baxıb gördük ki, şişdən heç bir əsər-əlamət yoxdur. Həkimlərə də müraciət etdik. Keçmiş xəstəlikdən əlamət yox idi.


YÜZ ONUNCU KƏRAMƏT

«QULAĞIMA OXŞAMA SƏSİ GƏLDİ!»


Höccətul-islam vəl-müslimin Hacı-şeyx Barat Əli Xudayi Ərdəbili yazır:

1. Mərhum Kərbəlayi Əhəd nəql edir: Mən 8‒9 yaşımda Kərbəlanın «Salikin» adlı yolu tərəfdə qoyun otarırdım. Karvan başçılarının avazlı səsləri mənim ruhumu Kərbəla tərəfə çəkirdi. Kərbəla ziyarətini həddən artıq istəyirdim.

Bir gün gördüm ki, karivan dəstləri dalbadal hərəkətdədirlər. Adətə görə, hər karivanın bir başçısı və hər birinin əlində isə həzrət Əbul Fəzl Abbas(əleyhissalam) adına ələmləri olardı. Qışlağın təzə gəlmiş əhalisi ələmin dalınca müşayət edib göz yaşlarını saxlaya bilmirdilər. Bir az gedib sonra qayıdırdılar. Mən də inəkləri və qoyunları kəndə tərəf ötürüb ələmin ardınca getdim. Amma ,başqaları kimi bir azdan qayıtdım. Bu o vaxtımda idi ki, anamın qucağından bir anda olsun belə ayrı düşməyimə razı deyildim.

Bəli! Bundan sonra qərara aldım ki, piyada Kərbəlaya gedən karivanlarla yola düşüm və onlara xidmət göstərim. Bununla da Nəcəf-Əşrəfə və başqa imamların(əleyhimussalam)-ın da ziyarətinə gedə bildim.

Yol boyu mən həmişə piyada olardım. Günün yandırıcı istisi bizə dəydiyinə görə qədəmlərimizi tez-tez atırdıq. Karivandan dala qalmaq təhlükəsini həmişə nəzərə alırdım. Əgər karivandan geri qalsan qaçaqçılıqla məşğul olan təhlükəli ərəblərin əlində əsir olmaq qorxusu vardı. Tez və sür`ətlə hərəkətin, o cümlədən yeməyimin münasib olmaması səbəb oldu ki, yol arasında zəhərləndim. Yoldaşlarım məni qusmaq və qarın ağrısı olan vəziyyətimdə bir mənzilə əziyyətlə çatdırdılar. Halım həddən artıq xarab olduğuna görə məni karvansaraların birində qoyub qəlbi yanıq halda vətənə tərəf hərəkət etdilər. İndi bihuş halda karvansaranın bir tərəfində qalmışdım. Nə yeməyim var, nə də suyum. Əslində hər an Əzrailin gəlməsini gözləyirdim. Huşsuzluğum günortadan səhər sübhə kimi çəkdi. Sübh özümə gəldim. Uşaq çağlarım idi. Qəriblik hiss edib göz yaşı axıtmağa başladım. Gileyli halda Nəcəfi-Əşrəf şahı həzrət Əli (əleyhissalam)-a və Kərbəla Sərdarına(əleyhissalam) belə xitab etdim:

Ya Əmirəl-mö`minin! Ya Qəməri bəni Haşim! Sizin eşqiniz məni vadar etdi ki, ata-anamdan, qardaşımdan və bütün qohumlarımdan ayrılıb sizə tərəf gələm. İndi bu çöllükdə və bu karvansaranın bir guşəsində ölüm halındayam. Hamıdan əvvəl anamın gözləri mənim intizarımdadır. Əgər mən belə halda ölsəm və adsız, əlamətsiz dünyadan getsəm, onun qəlbinin yarası heç vaxt getməyəcək. Qonaq qəbul etməklik ədəbindən uzaqdır ki, onlar gəlib məni biyabanda belə halətdə görsünlər!

Sonra qüdrətsizlik və zəifliyin şiddətindən giley dilimi bağlayıb bihuş halda uzandım. Həmin halda xoş bir avaz qulağıma gəldi. Deyirdi:

«Kərbəlayi Əhəd!»

Gözümü açıb başımın üstündə böyük bir atlını gördüm. Mənə buyurdu: Nəyə görə burda qalmısan? Zəif halətimlə dedim: «Ağa! Ölürəm!»

Elə sandım ki, tanış zəvvarlardan biridir. Mənim ölüm xəbərimi anama sən çatdırarsan. Atlı əyilib yəhər üstə olan halda mənim əlimdən tutub möhkəm sıxdı. Bununla sanki mənə təzədən ruh verildi. Sonra buyurdu:

Karvan heç də burdan uzaqda deyil, qalx onlara çataq!

Hərəkətinin keyfiyyətini başa düşmədim. Lakin çox çəkmədi ki, yorğunluq məndən yox oldu. Təzədən mənə güc-qüvvə gəldi. Özümü bulaq kənarında oturmuş dostlarımın yanında gördüm. Dostlarım məni görən kimi şövq və sevincdən ağlamağa başladılar. Necə gəlməyimi soruşdular. Mən də bütün əhvalatı onlara nəql etdim.

Mənə elə gəlirdi ki, karivandan ayrıldığım bir gündən çox deyildi. Amma onlar iki gündən çox ayrıldığımı deyirdilər. Əlamətlər də onların dediyini təsdiq edirdi. Çünki, mən İraq torpağında torpağa düşmüşdüm. Onlara isə İranın Həmədan şəhərində birləşmişdim. Ondan sonra yaxşılaşmaqdan ötrü yavaş-yavaş hərəkət edirdim. Məni növbə ilə ata mindirdilər. İcazə vermədilər ki, bir addım da piyada yol gedim. Nəhayət, sağ-salamat və sağlam ata-anama təhvil verdilər. Təəccüblü əhvalatı da qohumlarıma nəql etdilər.

Ondan sonra qarşıya çıxan bütün çətinliklərimdə həzrət Əbul Fəzl Abbası(əleyhissalam) köməyə çağırırdım və o da kömək olurdu.



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə