ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 4,07 Mb.
səhifə29/39
tarix14.06.2018
ölçüsü4,07 Mb.
#48866
1   ...   25   26   27   28   29   30   31   32   ...   39

DOXSAN İKİNCİ KƏRAMƏT

«BU İŞ 25 DƏFƏ TƏKRAR OLDU!»


Həzrət Ayətullah seyyid Məhəmməd Əli Ruhani Qumi izhar edir:

Mərhum atam buyurur:

Günlərin birində həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) pak hərəmində idim. Əlində bir miqdar pul olan bir kişi içəri girib həmin pulları zirehin içinə atmaq istədi.

Xidmətçilərdən biri gəlib israrla pulun ağanın adı ilə ona verilməsini tələb etdi. O isə cavab verir ki, mən nəzr etmişəm ki, pulu zirehin içinə özüm atım. Heç cür razılaşmadılar. Axırda kişi xidmətçiyə dedi:

Mən pula bir ip bağlayacağam. Əvvəl mənim nəzirim əda olsun, sonra özün çəkib ordan çıxardarsan.

Xidmətçi bu fikri qəbul edir. Pul sahibi pulu ipə bağlayıb zirehin içinə atır. Sonra xidmətçi nə qədər dartırsa pul geri çəkilmir və ilişib qalır.

Atam əlavə edir: Bu iş 25 dəfə təkrar oldu. Hər dəfə ipi çəkdilərsə ilişib qaldı. Nəhayət, xadim dedi: Ya Qəməri bəni Haşim! Pul sizindir, lakin ip isə bizim. Heç olmasa ipi bizə ver. Bu halda pul zirehin içində qalır, ipi isə dartıb çıxarırlar!


DOXSAN ÜÇÜNCÜ KƏRAMƏT

«ƏSSƏLAMU ƏLƏYKƏ YA ƏBUL FƏZL ABBAS!»


Höccətul-islam vəl-müslümin hacı seyyid Əli Mirhadi yazır:

Son iki ildə İran İslam cümhuriyyətindən olan dostlarımla birlikdə Loristan şəhərinin çöllükdə yaşayanların içinə səfərə getmişdim. Bu səfərdə böyük nazirlərdən biri bizə yol göstərirdi. Mən doğurdan da bu köçəri həyat sürənləri Əhli-Beyt (əleyhissalam)-a ən böyük məhəbbət bəsləyənlərdən gördüm. Amma, nazirlərdən biri bu tayfanın həzrət Əbul Fəzl Abbasa(əleyhissalam) olan xüsusi məhəbbətlərini belə şərh etdi:

Günlərin birində köçərilərdən biri bizim evə gəlib xahiş etdi ki, mənim dilimdən Əmirəl-mö`minin (əleyhissalam)-a və həzrət Əbul Fəzl Abbasa(əleyhissalam) bir ərizə yazım.

Dedim:


Mənim bu işi görməyə cür`ətim yoxdur. O gedib məktubu başqasına yazdırır. Ərizənin mövzusu bu idi:

Ya Əmirəl-mö`minin! Mən istəyirdim ki, oğlum əsgərliyə getməsin. Bundan ötrü övladın həzrət Əbul Fəzl Abbasa (əleyhissalam) bir qoyun nəzir etdim. Lakin faydası olmadı. Oğlumu əsgərliyə apardılar. (Onun sözü belə olur) Nəyə görə həzrət Əbul Fəzl Abbas(əleyhissalam) mənim nəzrimi qəbul etməyib və mənim oğlumu əsgərliyə aparıblar.

Məktub yazıldı. Dedim:

İndi bu məktubu həzrət Əli (əleyhissalam)-a necə göndərəcəksən?

Dedi:

Çayın suyuna atsam həzrətin əlinə yetişər. Həmin işi görür. Bir aydan sonra oğlu əsgərlikdən azad olub evə qayıtdı!


DOXSAN ALTINCI KƏRAMƏT

«BİR BAŞA SU PAYLANAN EVƏ GETDİM!»


Cənab siqətul-islam hacı seyyid Məhəmməd Baqir Gülüstani şəhid oğlu barəsində ,həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) kəraməti haqqında yazır:

1.1957-ci ildə Nəcəfül-Əşrəfdə Allah mənə bir oğul payı əta etdi. Adını Məhəmməd Hüseyn qoydum. O vaxt Həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) pak hərəminin yanında su paylanan bir ev var idi. Həmçinin, hərəmin ətrafında çoxlu adamlar vardı. Hər tərəf ziyarətə gələnlərlə dolu idi. Müxtəlif hey`ətlər dəstə-dəstə hərəmə daxil olub əzadarlıq edirdilər. Mən oğlumun anadan olduğu üçüncü günü su paylanan evdə məşğul idim. Böyük qardaşım mərhum höccətul-islam hacı seyyid Cə`fər Gülüstani su paylanan evə gəlib dedi: Nə oturmusan oğlun əldən gedir?!

Dedim: Nəyə görə?

Cavab verdi:

Bu uşaq üç gecə-gündüzdür ki, sidiyə getməyib ağlayır.

Qardaşımla birlikdə evə yola düşdüm. Uşağı götürüb Kürəvi adlı tanınmış həkimin yanına apardım. Həkim dedi:

Bu uşağın sidik yolu anadan gəlmə yoxdur. Mən cərrahiyyə əməlini yerinə yetirə bilmərəm. Uşağı tez bu gecə Bağdada çatdırmasan tələf ola bilər.

Ordan çıxıb Nəcəfdəki həkim Şövkətin yanına girdim. O da həmin sözləri təkrar etdi. Ondan sonra üçüncü həkim tanışım cərrah, Xəlil Cəlilinin yanına tələsdim. O da öz növbəsində uşağın, yalnız Bağdadda cərrahiyyə əməliyyatı olunmasını tə`kid etdi.

Məhərrəmin yeddinci gecəsi idi. Həzrət Əbul Fəzl Abbas(əleyhissalam) adına su paylanan evin qapısı həzrət Əli (əleyhissalam)-ın hərəminə tərəf açılırdı. Daha başqa yerə getmədim. Həkim Xəlil Cəlilin yanından bir başa Əbul Fəzl Abbas (əleyhissalam) adına su paylanan evə gəldim. Oranın suyundan bir neçə damcı uşağın ağzına sürtdüm. Həzrət Əbul Fəzl Abbas (əleyhissalam) adına yaşıl rəngli bir parça nəzir gətirmişdilər. Onu götürüb uşağın qundağına doladım. Həzrətə xitabən dedim:

Ya Əbul Fəzl Abbas! Bilirsiniz ki, sidq ürəklə xidmət edirəm. Bu uşağın şəfasını sizdən istəyirəm!

Sonra evə gedib gözlədik. Sübh azanında anam məni yuxudan oyatdı. Dedim nə olub? Uşaq öldümü? Cavab verdi ki:

Uşaq oynayır!.

Gedib gördüm ki, sidik yolu artıq açılmışdır. Allaha şükür, həzrət ƏbulFəzlin (əleyhissalam) adına olan sudan bir damcı içdikdən sonra uşağın gündən-günə halı yaxşılaşdı. Heç bir narahatçılığı olmadı. Nəhayət, 1982-ci ildə bir il, onbir ay cəbhə bölgəsində vuruşduqdan sonra şəhadət şərabını içdi.

DOXSAN BEŞİNCİ KƏRAMƏT

«ŞİŞDƏN BİR ƏSƏR DƏ QALMADI.»



Aşağıdakı kəramət şəhid Seyyid Nasir Gülüstanidə göründü:

2. 1961-ci ildə Allah mənə başqa bir oğul da verdi. Adını seyyid Nasir qoydum. Uşaq üç aylığına çatanda sinəsinin iki tərəfində qoz boyda iki şiş əmələ gəldi. Həkimlərə müraciət etdik. Həkim müayinədən sonra dedi:

Bu şişdir. Cərrahiyyə olunmaqdan başqa çarəsi yoxdur. Amma, uşağın yaşı çox az olduğuna görə və cərrahiyyə əməliyyatına taqəti olmadığına görə bir neçə il gözləyin sonra əməl olunsun.

Uşağı götürüb aşura günü su paylanan evə apardım. O yerin torpağından götürüb həzrət Əbul Fəzl Abbasdan(əleyhissalam) şəfa almaq niyyəti ilə sinəsinə sürtdük. Bir neçə gündən sona gördük ki, uşağın sinəsində bu iki şişdən əsər-əlamət qalmayıb. Bu uşağım da 1986-cı ildə şəhidlik məqamına yetişib.




Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə