ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 4,07 Mb.
səhifə34/39
tarix14.06.2018
ölçüsü4,07 Mb.
#48866
1   ...   31   32   33   34   35   36   37   38   39

YÜZ ON DÖRDÜNCÜ KƏRAMƏT

«SƏN AXŞMAÜSTÜ ŞƏFA ALACAQSAN!»


Cənab Abbas Müttəqi atasının şəfa tapmasını belə şərh edir: (Qum şəhəri)

Rzaşahın dövründə 18 yaşım var idi. Çətin bir xəstəliyə düçar oldum. O vaxtlar çox görünmüşdü ki, 8‒10 yaşlarında bu xəstəliyə tutulanlar tərləmirdilər və ölümləri qəti idi. Xəstəliyə tutulduğumdan 12 gün sonra bədənimin tükləri bütünlüklə töküldü. Ölümümə söz yox idi. Bir gün evdə oturmaqdan cana doyub hava almaqdan ötrü mənzildən çölə çıxdım. Divara söykənib dayanmışdım. Bu halda yanımda durub söhbət edən iki nəfəri gördüm. Onlardan biri mənə işarə edib dedi:

Bu kişi Cə`fərin oğlu Əlidir. Ölümünə söz yoxdur.

Bəli, xəstəlik 21 gün çəkmişdi. Mən ölümə yaxınlaşırdım. Anamın dayısı mənim xəstəliyimi eşidib bizə gəlmişdi. Yanımda oturub qulağıma ahəstə dedi: Ancaq de ki: «Ya Əbul Fəzl Abbas!»

Mən də yavaş-yavaş bu sözləri zəmzəmə etməyə başladım. Sonra dayım mənə qoyun nəzir etdi. Dərhal durub gedib bir qoyun aldı. Qoyunu kəsib qonşulara payladılar. Axırda mənə yaxınlaşıb dedi: Sən bu gün axşam üstü həzrət Əbul Fəzl Abbasdan(əleyhissalam) şəfa alacaqsan!

Maraqlı bu idi ki, qoyunu kəsən anda bədənim yavaş-yavaş tərləməyə başlamışdı. Getdikcə vəziyyətim yaxşılaşdı. Nəhayət, qısa müddətdə tamamilə sağaldım. İndi 72 yaşım var və heç bir şeydən şikayətim yoxdur.


YÜZ ON BEŞİNCİ KƏRAMƏT

«BAŞINI QALDIRIB BƏDƏNƏ YAPIŞDIRDI!»


Höccətul-islam vəl-müslimin Hacı-şeyx Həmid Mühaciri nəql edir:
Bəhreyndə əzadarlıq məclisi idi. Bir nəfər Həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) adından çıxış edirdi. Başqa birisi də həzrətin qatili rolunu aparırdı. Tamaşa arasında Qatil rolunu oynayan özü bilmədən qılıncını həzrətin rolunu oynayanın boynuna vurub başını bədənindən ayırır. Bu anda səhnədən bir qadın çıxıb başı bədənə yapışdırır. Ölmüş şəxs təzədən dirilir. Qadın sonradan yoxa çıxır......!

YÜZ ON ALTINCI KƏRAMƏT

«XƏSTƏLƏR OTAĞI»


Hacı Şeyx Məhəmməd Rza Raşidi yazır:

Həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) hərəmində idim. Bir xanımın hərəmdə oruc tutduğunu müşahidə etdim. O, xəstə idi. Böyrək, cigər və xərçəng xəstəliyi vardı. Çox giriftarçılıqlar çəkmişdi. Həkimlər əlac etməkdən əl çəkmişdilər. Hərəmdə xəstələrə aid xüsusi otaq vardı. Xanım bir neçə gün orda dua etdikdən sonra şəfa alıb getdi. Mən onun ardınca gedib adını soruşdum. Buyurdu: Adım Fatimədir. Həzrət Əbul Fəzl Abbas (əleyhissalam)mənə şəfa verdi.


YÜZ ON YEDDİNCİ KƏRAMƏT

«SİZ NƏZRİNZƏ ƏMƏL EDİN!»


Cənab höccətül-islam vəl-müslimin hacı seyyid Cavad Musəvi Xalxali yazır:

Mən 1995-ci ildə çətin bir müşkülə düşmüşdüm. Mənim nəzərimdə bu işin həlli yox idi. Həmin halda həzrət Əbul Fəzl Abbasa(əleyhissalam) dua etməyə başladım. 133 dəfə bu işi təkrar etdim. O müşkül mənim ailəmə də əziyyət verdiyinə görə həzrətə qardaşı Hüseyn (əleyhissalam)-a və qəlbi sınıq bacısı Zeynəbə(salamullahi əleyha) and verdirdim. Qüvvəm çatan qədər də nəzr etdim. Həmin gecə çox ağladıqdan sonra yatdıq. Yuxuda bir nəfər mənə dedi:

Nəzrinzə əməl edin!. Əlhəmdulillah, hacətiniz ağanın əli ilə qəbul oldu!

Sübh yuxudan oyandım. Bir neçə saat keçməmiş müşkülüm həll oldu. Mən də nəzrimi payladım.


YÜZ ON SƏKKİZİNCİ KƏRAMƏT

«HEÇ KƏSƏ DEMƏDİM!»


2. Yenə də xəstəm var idi. Götürüb bir başa Tehrana həkimə apardım. Lakin həkimlər dedilər ki, bu xəstənin əlacı yoxdur. Qəlbi sınıq halda evə qayıtdım. Hadisəni heç kəsə demədim. Gecə yarı yuxudan durub gözləri yaşlı dua oxumağa başladım. Səhəri yenidən həkimin yanına getdim. Bir neçə həkim yığışıb xəstəni müayinə etdikdən sonra dedilər: Sizin xəstənizin heç bir müşkülü yoxdur. Bu dəfə də nəzir-niyazla duam qəbul olmuşdu.

YÜZ ON DOQQUZUNCU KƏRAMƏT

«ƏGƏR UŞAQ SAĞ QALSA ADINI ABBAS QOYACAĞAM!»


Höccətul-islam vəl-müslimin Hacı-şeyx Abbas Mühəqqiq Kaşani yazır:

Mərhum atam höccətul-islam vəl-müslimin Hacı-şeyx Məhəmməd Təqi Mühəqqiq Kaşani mənə nəql edir ki, mənim oğlum sağ qalmırdı. Dörd oğlum olmuş, amma hamısı iki yaşında dünyadan gedirdi. Çox pərişan idim. Axı nəyə görə belə olurdu? Öz-özümə fikirləşirdim ki, mənim oğlum olmayacaqmı? Nəslim kəsiləcəkmi?

Həyat yoldaşım növbəti dəfə hamilə olanda Kərbəlaya ziyarətə getmişdim. Öz niyyətimlə Həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) hərəminə getdim. O həzrətə təvəssül edib dua etdim. Allahdan mənim övladlarımın sağ qalmasını istəməsini xahiş etdim. Həmçinin nəzr etdik ki, əgər uşaq oğlan olsa adını Abbas qoyacağam və ziyarətinə gətirəcəm.

Allahın lütfü ilə ziyarətdən qayıdandan bir həftə sonra uşaq dünyaya gəldi. İndiyə kimi uşaq salamatdır və bundan sonra da inşaallah salamat qalar. Ona görə də adını Abbas qoymuşam. Ondan sonra iki oğul da qismətim oldu. Nəhayət, öz nəzrimə də əməl etdim. Ailəvi şəkildə Kərbəla ziyarətində ola bildik.


YÜZ İYİRMİNCİ KƏRAMƏT

«ƏGƏR RƏHM ETMƏSƏNİZ ATAMA ETDİYİNİZ KÖMƏK NAQİS OLACAQ!».


2. İndi də «Feyziyyə» məktəbində özümün başıma gələn hadisəni nəql edirəm:

Adətən hər il ayətullah uzma Gülpayaqani tərəfindən imam Sadiq (əleyhissalam)-ın şəhadəti münasibəti ilə məclis təşkil olunurdu. Mən də bu məclisdə var idim. Şahın mə`murları həmişəki kimi məclisi dağıtdılar. Sonra qapıları hər tərəfdən bağlayıb içəridə qalanları dəyənəklə vurmağa başladılar. Vəziyyət çox təhlükəli idi. Hər kəsi tuturdularsa canı çıxınca vururdular. Bu halda mən həzrət Əbul Fəzl Abbası(əleyhissalam) köməyə çağırdım. Onların içindən elə şəkildə çıxdım ki, məni görmədilər. Bu hadisə üç dəfə mənim başıma gəlib və mən hər dəfə nicat tapmışam.


YÜZ İYİRMİ BİRİNCİ KƏRAMƏT

«CƏSƏDİN KƏNARINDA RUH!»


Höccətul-islam Ağayeganə atasından belə nəql edir:

Atam nəql edir: Cavanlığımın əvvəllərində karivanla birlikdə piyada Kərbala ziyarətinə getmişdim. Qumdan hərəkətə gələndə yolun xətərsiz və açıq olduğunu güman edirdik. Yolun vəziyyətindən heç kəsin xəbəri yox idi. Yol arasında İraq hökumət mə`murları bizə əziyyət etməyə başladılar.İstədilər ki, bizi bu səfərdən geri qaytarsınlar. Karivanbaşı özünün xüsusi tədbiri ilə bizi mə`murların əlindən qurtardı. Nəticədə öz yolumuza davam etdik. Bununla belə bə`zi yerlərdə bizi saxlayır, incidir, hətta, ölümlə hədələyirdilər. Nəhayət, müxtəlif çətinliklərdən mö`cüzə ilə keçib Kərbəlaya yetişdik. Dörd aya qədər orda qaldıq.

Kərbəlada olan vaxt günlərin birində burnumdan qan açıldı. Bu xəstəliyin sonu görünmürdü. Dostlarım çox narahat idilər. Onlardan biri təklif etdi ki, od qalayıb tüstüsünü burnuma versinlər. Bu işin mənim boğulub həlak olacağıma səbəb olduğunu duyub həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) hərəminə tərəf üz tutdum. Əllərimi qaldırıb qəlbi sınıq halda Həzrətə dua etməyə başladım. Dərhal qan kəsildi. Dostlarım öz işlərinin dalısıyca getdilər. Onlar bildilər ki, həzrət Əbul Fəzl Abbas (əleyhissalam)mənə şəfa vermişdir.


Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə