ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ


YÜZ İYİRMİ YEDDİNCİ KƏRAMƏT



Yüklə 4,07 Mb.
səhifə36/39
tarix14.06.2018
ölçüsü4,07 Mb.
#48866
1   ...   31   32   33   34   35   36   37   38   39

YÜZ İYİRMİ YEDDİNCİ KƏRAMƏT

«HİNDİSTANIN ŞAHI ŞƏFA TAPIR.»


Hüseyn Hali Hindistanlı yazır:

Bahadur şah Zəfər Dehlidə xəstələnir. Müxtəlif müalicələr edir, amma faydası olmur. Mirzə Sədr Şükuh nəql edir ki, əgər padşah sağalsa Lekenho şəhərində olan «Əbul Fəzl Abbas (əleyhissalam) dərgahı» adlı ziyarətə gedib oraya ələm təqdim edəcəkdir.

Şah şəfa tapdıqdan sonra həmin ziyarətgaha qızıldan bir ələm bağlatdırır.

HƏZRƏT ƏBUL FƏZL ABBASIN (Ə) ƏHLİ-SÜNNÜLƏRƏ KƏRAMƏTİ.»


(Səkkiz kəramət)


YÜZ İYİRMİ SƏKKİZİNCİ KƏRAMƏT

«NƏYƏ GÖRƏ ƏBUL FƏZL ABBAS (Ə) ADINA EHSAN SÜFRƏSİ AÇMISAN?


Cənab höccətul-islam vəl-müslimin Şeyx Ruhullah Qasimpur yazır:

1995-ci ildə İranın Kürdüstan əyalətində tədrislə məşğul idim. Sünni qardaşlardan biri bizi də`vət etdi ki, həzrət Əbul Fəzl Abbas(əleyhissalam) adına ehsan süfrəsi açmışam. Çox təəccübləndik. Hər halda qəbul etdik. Cümə günü idi. Bu sünni qardaşın evinə getdik. İki otaq ağzına kimi sünni qardaşlarla dolu idi. İki otağın ortasında mənim söhbət etməyimdən ötrü xırda mənbər düzəltmişdilər. Məni də`vət edən sünni qardaş da yanımda idi. Söhbətimin əvvəlindən axırına qədər çox xohşal idi. Sünni xanımlardan söhbət arasında tez-tez əlimə pul qoyurdular və deyirdilər:

Bu həzrət Əli Əkbər(əleyhissalam) nəzridir! Bu həzrət Əli(əleyhissalam) Əsğər(əleyhissalam) nəzridir!

Mənbərdən sonra məni nahara də`vət etdilər. Nahardan sonra vidalaşanda mənə zəhmət haqqı vermək istədilər. Mən qəbul etməyib dedim: Sizin mənə öz evinizdə Kərbəla Ələmdarı barədə söz deməyə icazə verməyiniz kifayətdir. O, qəbul etmədi. Mən pulu qəbul etmək məcburiyyətində qaldığım üçün onun qarşısına bir şərt qoydum. Soruşdum ki, siz nəyə görə həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) adına süfrə açmısınız. Cavab verdi ki, indi söyləyərəm:

Mənim ürək xəstəliyim var idi. Nə qədər həkimə müraciət etdimsə faydası olmadı. Hətta, Təbrizli məşhur həkimə də müraciət etdim. Lakin heç bir nəticə vermədi. Bütün həkimlərdən əlimi üzüb evə gəldim. Hər tərəfdən naümid olmuşdum. Anam bizə gəlib dedi:

Oğlum halın necədir?

Dedim: Nə hal soruşursan?

Dedi: Həkimə getmək istəmirsənmi?

Dedim: Hansı həkimə getdimsə faydası olmadı.

Dedi: Mən bir həkim tanıyıram ki, bir nüsxə yazmaqla şəfa tapırsan.

Dedim: Bu həkim kimdir? Adı nədir? Evi haradadır?

Dedi: Onun xəstəxanası və növbəsi yoxdur.

Dedim: Anacan, bu həkim kimdir? Mən dərddən ölürəm.

Dedi: Həkimin adı həzrət Əbul Fəzl Abbas (əleyhissalam) həzrət Əli (əleyhissalam) oğlu!.

Dedim: Bizim ki, onlarla əlaqəmiz yoxdur və onlarla aramız yaxşı deyil.

Anam dedi: Onlar böyük şəxsiyyətlərdir. Bəxşiş və şəfa onların əlindədir.

Bu sözlərdən sonra qəlbim rahatlaşdı. Anam məndən ayrılıb nəvəsinin yanına getdi. Yavaş-yavaş dua etmək halı tapdım. Dedim:

Ya həzrət Əbul Fəzl Abbas (əleyhissalam) sənin tə`rifini çox eşitmişəm! Mənə bu dərddən nicat ver! Ey ağa! Əgər ata-anan haqq olublarsa mənə şəfa ver!

Çoxlu ağladıqdan sonra yuxuya getdim. Yuxuda gördüm ki, bir parça nur evimizə daxil oldu. Başımın üstə gəlib dedi: Qalx!

Dedim: Bir dayan. İndi bir az özümə gəlmişəm, qoy yatım.

İkinci dəfə buyurdu: Sənə deyirəm ki, qalx!

Dedim: Qoysana istirahət edəm. Sən kimsən axı?

Dedi: Sən kimisə çağırmısan?

Tez duam yadıma düşdü. Buyurdu:

Mən Əbul Fəzl Abbasam! Nə istəyirsən?

Ərz etdim: Qəlbim xəstədir. Daha taqətim yoxdur. Mənim qəlbimə bir əlac et! Bu anda Həzrət yoxa çıxdı!

O halda yuxudan oyandım. Anamın və uşaqlarımın yanına getdim. Onlar mənim özümün yuxudan durduğumu görəndə təəccübləndilər. Dedilər:

Nə olub? Niyə yerindən qalxmısan?

Dedim:

Anacan! Sənin xəstəxanasız həkimin gəlib şəfa verib getdi!


YÜZ İYİRMİ DOQQUZUNCU KƏRAMƏT

«ON İL İDİ Kİ, UŞAĞI OLMURDU!»


Kuveytdən Məhəmməd Murad adlı bir nəfər şiyə yazır:

Köçəri sünnü ərəblərdən birinin övladı olmurdu. 10 il olardı ki, evlənmişdi. Hətta, İngiltərə və Amerika həkimləri ona rədd cavabı vermişdilər. Nəhayət, bir gün bu sünnü mənimlə məsələni araya qoydu. Mən ona dedim: Sənə bir həkim tanıtdıraram ki, işin həll olar.

Kuveytdən İraqa, Kazimeynə tərəf hərəkət etdik. İmam Kazim və Cavad (əleyhimussalam)-ı ziyarət etdik. On gün orada qalıb Samerraya tərəf getdik. İmam Əliyyən Nəqi və Həsən Əskəri(əleyhissalam)-ın ziyarətində olduq. Sonra Nəcəfə gəlib Əli (əleyhissalam)-ı ziyarət edib Kərbəlaya gəldik. İmam Hüseyn (əleyhissalam) və Həzrət Əbul Fəzl Abbas (əleyhissalam)-ın on gün ziyarətinə nail olub Kuveytə qayıtdıq.

Qırx gündən sonra həyat yoldaşında hamiləlik əlaməti görünməyə başladı. Mənə:

«Müjdə! Müjdə!» deyə müraciət etdi.

Sünnü kişinin sonradan on bir oğlu oldu. Onların hər birinə Əli (əleyhissalam) və onun övladlarının adlarını qoydu.


YÜZ OTUZUNCU KƏRAMƏT

«HƏKİM PULSUZ MÜALİCƏ EDİR!»


Qətər ölkəsindən Hacı Əbdül Həmid Əbu Əmir nəql edir:

Sünni bir kişi ilə dost idim. On üç ildən çox idi ki, evlənmişdi. Amma bu müddətdə övladları olmamışdı. Bir gün ona dedim ki, sənə pulsuz müalicə edən həkim sorağı deyimmi? Bu sözləri eşidəndə xoşhal oldu. Allah ata-anana rəhmət eləsin, məni onun yanına apar.

Dedim: Bu gün bizim evdə Həzrət Əbul Fəzl Abbas (əleyhissalam) məclisi var. Sənin əqidənlə işin olmasın, bu gecə bizə gəl.

Hacı Əbu Əmir deyir: O gecə sünni bizim evimizə gəldi və həzrət Əbul Fəzl Abbas (əleyhissalam) adına olan rövzə məclisində iştirak etdi. Yeməkdən sonra bir boşqab da ailə-uşağından ötrü apardı. Həyat yoldaşı da həzrət Əbul Fəzl Abbas (əleyhissalam)-ın süfrəsindən yedi. Bir müddət sonra bu kişi həzrət Əbul Fəzl Abbas (əleyhissalam)-ın bərəkətindən övlad sahibi oldular.


YÜZ OTUZ BİRİNCİ KƏRAMƏT

«ALLAH SİZİN ƏBUL FƏZL ABBASIN (Ə) BƏRƏKƏTİNDƏN MƏNƏ OĞLAN UŞAĞI VERDİ!»


Höccətul-islam vəl-müslimin hacı seyyid Həsən Nəqibi yazır:

1960-cı ildə ilk dəfə olaraq Nəcəfül-Əşrəfdən İraqın şimalında yerləşən Kərkük şəhərinə müsafirət etdim. Oranın əhalisi ilə tanış olub İmamı təbliğ etmək fikrindəydim.

«Tis`in» adlı məntəqədə ruhani dostumla məscidlərdən birinə getdik. Məscidin adı türkcə «Zülfünün cami» idi. Bu məscidi hacı Cəlal Əfəndi və hacı Cə`fər tikdirmişdilər. Həyətdəki oturacağın üstündə oturub söhbət etdiyimiz halda təxminən 40 yaşlı bir nəfər kişi məscidin həyətinə daxil oldu. Məscidə bir kisə şəkər verdi. Onu söhbətimizə və çaya də`vət etdik. O da bizimlə oturdu. Hal-əhvaldan sonra ondan adını soruşdum. Təbəssümlə cavab verdi:

Bağışlayın, adım Osmandır.

«Osman» adını eşitdikdə düşündüm ki, mənimlə zarafat edir. İstəyir ki, məni sünni məntəqəsində olduğuma görə imtahan etsin. Gülərüzlə dedim:

Mənimlə zarafat edirsiniz?

Cavab verdi: Xeyr! Mənim adım doğurdan da Osmandır.

Dedim: Əvvəl sünni olmusan, sonra şiəliyi qəbul etmisən?

Dedi: Xeyr!

Dedim: Qardaş, axı şiə Osman adını qoymur. Əgər şiəsənsə nəyə görə adın Osmandır. Əgər sünnisənsə bizim əzadarlığa nəzir gətirməyin nədir?

Cavab verdi: Mən sünni idim. İndi də sünniyəm. Əlavə etdi: Mənim övladım olmurdu. Çox həkimlərə getmişdim. Çoxlu müalicələr və analizlər vermişdim, hətta bə`zi yerlərdə dedilər ki, sən sonsuzsan. Ümidsizlik bütün vücudumu bürümüşdü. Şiə dostlarımdan biri mənə dedi: İstəyirsən ki, sənə elə bir həkim tanıtdırım ki, yanına gedən kimi övladın olsun? Dedim: Bəli! O həkim hardadır?

Buyurdu: Həzrət Əli (əleyhissalam)-ın övladı, Kərbəla Ələmdarı həzrət Əbul Fəzl Abbas (əleyhissalam)-dır. Amma, nəzr edib xalis niyyət və e`tiqadla qapısına getməlisən. Biz şiələr onu «Babul-həvaic» kimi tanıyıb müşkillərimizi onun əli ilə həll edirik.

Mən çox həsrətlə övld arzusundaydım. Nəzr edib dedim:

Ya Əbul Fəzl Abbas! Əgər sənin «Babul-həvaic» olmağın doğrudursa və giriftarçılıqda dadə yetirsənsə sənin qapına gəlmişəm. Mənə övlad! Allahdan məndən ötrü övlad istə. Nə qədər ki, sağam əzadarlıq vaxtı bir kisə şəkər süfrənə nəzr verərəm!

Allaha şükür. Neçə ildir ki, həzrət Əbul Fəzl Abbas (əleyhissalam)-ın bərəkətindən bir oğlum var və mən hər il nəzrimə əməl edirəm. Siz hesab edirsiniz ki, «Babul-həvaic» yalnız siz şiələr üçündür?

Dedim: Niyə görə bu kəraməti görüb şiə olmursan?

Cavab verdi: Bütün qohum-əqrabam mənimlə düşmən olacaq. Şiə olmaqlıq cür`ət istəyir, o da məndə yoxdur.


Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə